ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə38/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   32   33   34   35   36   37   38   39   40

Şərəfə kəndində halay



I

Nəqarət

I dəstə: Ay lolo, lolo, əl ələ,

II dəstə: Ay cəkin halay düzülsün.
I dəstə: Ay lolo, lolo, əl ələ,

II dəstə: Ay xumar gözlər süzülsün.

I dəstə: Ay lolo, lolo, əl ələ,

II dəstə: Ay hər kəs halay deməsə
I dəstə: Ay lolo, lolo, əl ələ,

II dəstə: Ay əli əldən üzülsün.
I dəstə: Uca daglardan səslərəm neynim?

Yarı qoynunda bəslərəm neynim?


II dəstə: Yarı qoynunda bəslərəm.
I dəstə: On iki imamdan istərəm neynim?

Yar əlindən, dad əlindən neynim?



II dəstə: Yar əlindən, dad əlindən.
I dəstə: Yeri ha yeri, ha kimin yarısan?

Kimin heyvasısan, kimin narısan?

Hansı bəxtəvərin vəfadarısan?

Sevdim ala gözlünü, kimin yarısan?


II dəstə: Səni and verirəm adın Hüseynə?

Gəlib getməyəsən bizim küceylə.

Reyhanın dəstəsi ətir şüşeylə

Sevdim ala gözlünü kimin yarısan?


I dəstə: Evlərinin dalın aldım, oturdum.

Daşdarı sinəmə saldım, oturdum.

Eşitdim yar gəlir, durdum, oturdum.

Sevdim ala gözlünü kimin yarısan?


II

Nəqarət

I dəstə: Mələk, mələk, ay canı mələk-mələk,

II dəstə: Mələk, mələk, ay canı mələk-mələk.
I dəstə: Mən bu küçənin qızıyam,

Yarın nəməkdan duzuyam.

Ay canı mələk-mələk.
II dəstə: Mələk, mələk, ay canı mələk-mələk.
II dəstə: Hər kəsənin baldızıyam,

Gəl bağa, bostana mələk.

Ay canı mələk-mələk.
I dəstə: Aman mələk, ay canı mələk-mələk.
I dəstə: Mənim çəpərdən aşmağım,

Ağzımdan düşdü yaşmağım.

Ay cani mələk-mələk.
II dəstə: Aman mələk, ay canı mələk-mələk,
I dəstə: Əlimdə güllü dəsmalım.

Gəl bağa, bostana mələk.

Ay canı mələk-mələk.
II dəstə: Aman mələk, ay canı mələk-mələk.

III

Nəqarət

I dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.

II dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.
I dəstə: Əlin əlimdə döyül, sunalar, sunalar,

Şalın belimdə döyül.


II dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.

I dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.
II dəstə: Sənin başın ağrısı sunalar, sunalar,

Mənim əlimdə döyül.


I dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.

II dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran.
IV

Nəqarət

I dəstə: Yar, əlim yar düymələri mərcan.

II dəstə: Yar, əlim yar düymələri mərcan.
I dəstə: Yar, əlim sevdim həyətdə səni.

II dəstə: Yar, əlim yar düymələri mərcan.

I dəstə: Yar, əlim boyda qamətdə səni.

II dəstə: Yar, əlim yar düymələri mərcan.
I dəstə: Yar, əlim lacin kimi boylaram.

II dəstə: Yar, əlim yar düymələri mərcan.
I dəstə: Yar, əlim hər səmitdə səni

II dəstə: Yar, əlim yar düymələri mərcan.
I dəstə: Yar, əlim yar düymələri mərcan.
I dəstə: Basma-basma tağları,

Saraldı yarpaqları.



II dəstə: Basma-basma tağları,

Saraldı yarpaqları.


II dəstə: Su ilanı olaydım,

Ləkdən-ləkə dolaydım.



I dəstə: Basma-basma tağları,

Saraldı yarpaqları.


I dəstə: Qardaş əkən çəltiyin,

Sümbülü mən oleydim.



II dəstə: Basma-basma tağları,

Saraldı yarpaqları.


II dəstə: Bu ellər uzun ellər,

İçində olsun toylar.



I dəstə: Basma-basma tağları,

Saraldı yarpaqları.



II dəstə: Yığışsın qız, gəlinlər,

Oynasın bəstəboylar



II dəstə: Basma-basma tağları,

Saraldı yarpaqları.


V

I dəstə: A yordu-yordu-yordu,

Görək kim kimi yordu?



II dəstə: A yordu-yordu-yordu,

Görək kim kimi yordu?


I dəstə: Masallı hacıları,

A yordu-yordu-yordu.

Başında tacıları,

Görək kim kimi yordu-yordu?


II dəstə: Qurban olsun qardaşa,

A yordu-yordu-yordu.

Qoşaca bacıları,

Görək kim kimi yordu-yordu?


I dəstə: Şərəfənın o üzü,

A yordu-yordu-yordu.

Yatişib qoyun-quzu,

Görək kim kimi yordu-yordu?


II dəstə: Yatişib qoyun-quzu,

Görək kim kimi yordu-yordu?


I dəstə: Qurban olsun qardaşa,

A yordu-yordu-yordu.

Hər sürüdən bir quzu,

Görək kim kimi yordu-yordu?


II dəstə: Qardaşın kürən atı,

A yordu-yordu-yordu.

Meydana girən atı,

Görək kim kimi yordu-yordu?


I dəstə: Meydana girən atı,

Görək kim kimi yordu-yordu?


II dəstə: Heç kəs oynada bilməz,

A yordu-yordu-yordu.

Qardaş oynadan atı,

Görək kim kimi yordu-yordu?


I dəstə: Bu gun ayın onudu,

A yordu-yordu-yordu.

Zər xaradan donudu,

Görək kim kimi yordu-yordu?


II dəstə: Zər xaradan donudu,

Görək kim kimi yordu-yordu?


I dəstə: Qurban olsun qardaşa,

A yordu-yordu-yordu.

Bu gün onun toyudu,

Görək kim kimi yordu-yordu?


II dəstə: Araz-Araz kampanaya hürr ey,

Ay ha, ay ha qıy.


I dəstə: Araz-Araz kampanaya hürr ey,

Ay ha, ay ha qıy.


Halayda musiqi zad yox idi, elə bi dənə dəfdən, tü­təy­dən çala-çala gəlini gətirirdilər. Halayı da gəlin gətirənnən so­ra, həyətdə deyərdüg:

Ha lolo, yar, dugmələri mərcan,

A qırmızı nımtana.

Nimtana abi gərək,

Yar-yara babi gərək,

Neynirəm göy çəlləği,

Ağli, kamali gərək.

Mənim halayımın 9 dənə başı var. Hecadan əmələ gə­lən­di. Örgənmişəm oları rəhmətdik xalalarımnan.

Uca dağlardan səsdərəm neynim?

Yarı qoynunda bəsdər ayeyyyy.

On iki imamnan istərəm neynim?

Dad əlinnən, yar əlinən ayeyyyy.

* * *

Yeri ha yeri, ha kimin yarısan?



Kimin heyvasısan, kimin narısan?

Hansı bəxtəvərin bafadarısan?

Sövdim ala gözdi kimin yarısan?

* * *


Ay çəkin halay düzülsün ayeyyy.

Ay xumar gözdər süzülsün ayeyy.

Ay hər kəs halaya getsa ayeyyy,

Hay əli əldən üzülsan ayeyyy.

* * *

Öyləri köndələn yar,



Sunalar sunalar.

Mənə gül göndərən yar,


Bi dəstə reyhan,

Bala-bala, yar yara heyran.

* * *

Gülün yarpıza dönsün,



Sunalar sunalar.

Mənnən üz döndərən yar,

Bala-bala, yar yara heyran.

* * *


Əlün əlimdə döyi,

Sunalar sunalar.

Şalım belimdə döyül,

Bi dəstə reyhan,

Bala-bala, yar yara heyran.

* * *


Sənin başun ağrısi,

Sunalar sunalar.

Mənim əlimdə döyir,

Bi dəstə reyhan,

Bala-bala, yar yara heyran.

* * *


Qara at qaşdı gəldi,

Sunalar sunalar.

Yügənin aşdı gəldi,

Bi dəstə reyhan,

Bala-bala, yar yara heyran.

* * *


Xanımlara muştuluğ,

Sunalar sunalar.

Bəylər barışdı gəldi,
Bi dəstə reyhan,

Bala, bala yar yara heyran.

Bını dəfnən vıraraduğ, qəşəy dəfnən, halay vırıb oyni­yar­duğ. Halayda dəstədə olannar da belə tutullar, çəçələ bar­mağınan bir-birinin əlinnən, 6-7 nəfər biyanda, 6-7 nəfər də biyanda olur, lap 20 nəfər də olar, fərqi yoxdu. Fırranır bi dəs­tə belə durur, bi dəstə də o tərəfdə durur. Biz halayın sözdərin deyəndə, o biri dəstə nəqarətin deyirdi, olar sözdərin deyəndə, biz nəqarətin deyirdik. Fırrana-fırrana, belə-belə.

Dolayı gəl, dolayı,

Həsri basma, dolan gəl.

Övləri bırda yoxdu,

Həsri basma, dolan gəl.

Köcübdü yurdu,

Həsri basma, dolan gəl.

Getdim pələd ağzına,

Həsri basma, dolan gəl.

Dedilər evdə yoxdu,

Həsri basma, dolan gəl.

* * *


Su ilanı oleydım,

Həsri basma, dolan gəl.

Ləkdən-ləkə doleydım,

Həsri basma, dolan gəl.

Qardaş əkən çəltigün,

Həsri basma, dolan gəl.

Sünbülü mən oleydım ay,

Həsri basma, dolan gəl.

* * *

Ay xınanı yaxun dəstinə, dəstinə.



Xəbər getsin düşmanına, dostuna.

Helə dedim mənəm, mənəm

Ay xınanı yaxun dəstinə, dəstinə.

* * *


Lənkəran hacıları,

Ha yordu, yordu, yordu.

Başında tacıları.

Görək kim kimi yordu?

Qurban olsun qardaşa,

Ha yordu, yordu, yordu.

Qoşaca bacıları.

Görək kim kimi yordu?



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə