ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə39/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   32   33   34   35   36   37   38   39   40

Digər kəndlərdə halay

Qız vaxtı halaya gedirdik. Halay çəkürdük. Onnan sora mahnı deyirdik:

Aman, nənə, zalım nənə, yar nənə.

Qaynanamı bağda ilan vureydi.

Baldızıma Quran qənim oleydi.

Qaynatama Məkkə qismət oleydi.

Aman, nənə, zalım nənə, yar nənə.

Gəlini hamama göndərin. Bunu oxuya oxuya gəlini bə­zi­yərdik:

Gəlini hamama göndərin.

Gəlini hamama göndərin.

Gəlin hamamdan çıxanda.

Hamamdan çıxdı balaca qız.

İndi gələrlər apararlar qızı.

Səhər obaşdan deyərdik.

Dan yerinə səda düşdü.

Bülbüllər yuvadan uçdu.

Dan yerinə səda düşdü.

Bülbüllər yuvadan düşdü.

Mahnıynan deyərdik. Halaya gedərdik. Paltar aparardıq, xonça qoyardıq başımıza.

Nar atdılar yara.

Bu evin böyük qızı.

Uçar gedər yara.


* * *

Dəfnən halaya gedərdik.

Qaynım var idi, gəlib durardı yanımda. Deyərdi ki, oxu. Deyərdim, nə oxuyum axı?

Nənəm-nənəm, bacım, nənəm.

Süd ver mənə, nənə- nənəm.

Deyərdim Vallah deyə bilmirəm deyərdi de. De­yər­dim.

Nənəm, ay nənəm, ay nənəm, nənəm ay.

Süd ver mənə, balam ay.

Nənəm, nənəm, nənəm ay.

Süd ver mənə, balam ay.

* * *

Gecəni səərəcən halay deyərdik



Dan yerinə sada düşdi,

Bülbillər nuna da* düşdi.


Çıxarduğ qırağa, 2 nəfər bırda durardı, 2 nəfər orda, onu deyərdik, camaat da bilərdi ki, filankəsin bı gecə xına­yax­dı­sıdı.

Ay xınanı yaxun dəsdinə-dəsdinə,

Xəbər getsin düşmanına, dosdına.

Halayda 10 nəfər bu tərəfdə, 20-25 nəfər bu tərəfdə du­rurdu başdıyırdılar.

Ay lolo, lolo, lo,

Ya lolay ey,


* * *

Ay çəkin halay düzülsün,

Ay xumar gözlər süzülsün.

Duşmançılığsa əyər,

Əlim yardan üzülsün.

A yordu, yordu, yordu,

Görən kim kimi yordu?
* * *

Bizim vaxtımızda 15 qadın bıyizdə, 15-i bıyizdə da­ya­nardı. Kişilərimiz deyərdi ki, halay çəkilməsə, günarta ve­ril­miyəcək. Halaybaşının əlində qırmızı dəsmal, birinin də əlin­də qaval:

Çəkin, halay düzülsün,

Xumar gözlər süzülsün.

Hər kim halay çəkməsə,

Əli əldən üzülsün.

* * *

Yar, əlim yar, düymələri mərcan.



Əmim oğlu sən nəsən.

Sən məni bəyənmirsən

Eləsinə gedərəm,

Sən onun nökərisən.

Yar, əlim yar, düymələri mərcan.
Bi kəlmə olar deyirdi, bi kəlmə də biz deyirdiy.
Heyvalığdan yolum var,

Sənə qurban olum yar.

Dimə ki, bivəfadur,

Anam qoymur gələm yar.


Bu mahnılar kişiləri dəlicəsinə həyəcana gətirirdi. Səsi­miz gedirdi kəndin o başına. Kişi deyəndə öz qardaşımız, əmi, dayı oğlannarımızıydı. Səhərəcən mahnı deyərdüg, dəf çalar­duğ, toyxana musiqiçi-zad yoxuydu. Gəlib gəlini apararduğ. Bəyi bəy hamamına aparardılar, onda deyirdilər:
Dan yerinə sada düşdü,

Bülbüllər yuvadan uçdu.


* * *

Kecmişdə qız-gəlin halay cəkməsə idi, o toyun dadı-ləzzəti olmazdı. Yığılardılar əl-ələ verərdilər halay cəkərdilər. İndi o halaylar yoxdu. Deyerdilər:

Su atdım yara dəydi,

Əlim divara dəydi.

Yar əli, yar düymələri mərcan.

Lal olsun həylə dilim,

Nə dedim yara dəydi?

Yar əli, yar düymələri mərcan.


* * *

Çəkin, halay düzülsün.

Xumar gözlər süzülsün.

Hər kim halay çəkməsə,

Əli yardan üzülsün.

Mahmudavar kəndində halay


Öz qərarıynan Mahmudavar kənd klubuna rəhbər oldu o vaxtı. Həmin ili anam rayon yığma ansanbılıynan Res­pub­likaya çox gözəl bir müsabiqəyə qatılır, müğənni kimi. Orda çıxış eliyəndən sonra musiqiçilərin diqqətini cəlb edir özünə, yəni çox bəyənirlər onu və bu musiqiçilərin içində oturur arıq bir qadın, anamın dediklərini deyirəm. Səhv eləmirəmsə, hə­min müsabiqədə Zeynəb xanım Xanlarova da müsabiqədən çıxır. Deməli, 55-ci ildə həmin müsabiqədən çıxır. Onu Bakı­da saxlamaq istəyirlər müğənni kimi. Anam deyir mənim işim var, molla qızı olduğuna görə, ağır seyidlər nəsli olduğuna gö­rə rədd edir bu təklifi. Deyir ki, mən qala bilmərəm, razı­laşmır. Münsiflərdən biri uzun arığ xanım anama təklif edir ki, sənə baxıram sən gəncsən, gözəlsən, bacarıqlısan, sən öz böl­gənizin, cənub bölgəsinin qədim folklor bayatılarından iba­rət kollektiv yarada bilərsən. Orada cənub bölgəsinin rəqs­ləri, mahnıları olar. Anam deyir ki, həmin an halay düşün­düm, bilirsiz nəyə görə, çünki mənim nənəm bədahətən baya­tı, qəzəl deyən olubdur. Onun savadı olmuyubdu, yazı yaza bil­mə­yib. O vaxtı biz körpə olmuşuq, yəni tez-tez onun yanı­na gələrmişlər. O, bədahətən bayatılar deyərmiş. Deyir ki, nə­nəm o vaxtı o kəndin sahə kənd işindən uzaq oladuğuna görə, o vaxtı avtomobili olmuyubdu onun, o qadınları helə bil iki hissəyə bölürdü. İki cərgəyə ayırırdı onları, oxuya-oxuya nə­nəm də rəhbərlik eliyərmiş ki, başçı kimi başçılıq edərmiş. On­lar da oxuyarmışlar bunlar da gedərmiş həmin əkin yerinə ki, məsafə onlar üçün tez gəlsin, yəni halay o dövrdən qalıb ha­lay, yəni haray kimi bir şeydi. Halay çoxluqdu, bir yerdə rəqs etməkdir, birlikdi. Yəni bir cərgə deyir, o biri cərgə ca­vab verir, yəni ki yallı getmək bir yerdə, oxuya-oxuya bu cərgə cavab verir. Deyir ki, saylar istədiyi qədər ola bilər, tək olmamalıdır.Yəni həmin vaxt anamın ağlına bu gəlib anam deyərdi ki, halay gedirlər. Sonra nənəm ilə 5-6 qadın olub­durlar. Hələ 30-cı illərdən söhbət gedir. Əlli beşinci ildə ana­mın fikirlərini dedim. Nənəmin o qadınlarnan hələ 30-40 ci illərdə halay çəkdiyini anam yadıma salır. O dövrdə nənəm hə­lə 5-6 qadından ibarət bir kollektiv formasında öz ara­la­rın­da xına gecələrinə gedərlərmiş. O vaxtı xına ev şəraitində olubdu. Qadınlar yığışıblar, qızlar, qonşular gəlinin başına. Yə­ni qarmon çala-çala oxuyarmışlar, yəni o dövrlər anamın ya­dına gəlir. O dövrün bayatılarıdı bizə gəlib çıxıb. Bir yaşlı Xu­mar nənə vardı kəndimizdə, o da nənəm kimi bədahətən bayatılar deyirdi. Yəni anama təklif olunanda onun yadına nə­nəmin dedikləri düşür. Vaxt gəlir halay yaranır.

İlk dəfə artıq 56-cı ildə burda Mahmudavar kulubunda baxış keçirilir. Halaya Qəmbər Hüseynli gəlir, Ənvər Abdulla­yev gəlir. Mahmudavarda iki nəfər bayatılarnan, geniş bir re­per­tuarnan çıxış ediblər. Deyiblər ki, sayı artırın, üç nəfərnən müsabiqəyə qatılmaq olmaz, bir az sayı artırın. 57-ci ildə artıq festival keçirilir, onlar həmin festivala qatılırlar. 59-cu ildə hə­min festival ikinci dəfə keçirilir o dövrdə artıq on iki nəfər olur. Bunlar on iki nəfər həmin festivala qatılırlar. O festivalın bütün üzvləri, halayın bütün üzvləri halay diplomuna, nişanına layiq görülürlər, həm də diplom verilir onlara, yəni o gündən bu gü­nə festivallarda, müsabiqələrdə xarici ölkələrdə olurlar. 52-ci ildən anam işləyibdi. Bunun 55 ilini halay, yaratdığı kollektiv ilə məşğul olubdu. Uzun illər şəkər diabetindən əziyyət çəkirdi anam. Onu mən əvəz edirdim, mən də bir övlad kimi fəxr edi­rəm. Mən kollektivnən bir yerdə çalışmışam. Anam dünyasını dəyişibdi 2007-ci ildə, dekabrın 17-də.

Halayı rayon mədəniyyət evinin kollektivi kimi elan ediblər. Elə bil ki, mənə bir az qızqanclıq yaradır. Mahmu­da­var mədəniyyət evində o ad götürülməsin deyə veteranlar qru­pu yaratdım ki, Mahmudavar mədəniyyət evinin adı folk­lordan çıxmasın. Halay heç bir yerdə yoxdur, ancaq bizdədir. Bir də görürsən nənələr gedirlər məclislərə deyirlər. Bu, o de­mək deyil ki, onlar mədəniyyət evinə aiddirlər. Bunlar aid de­yillər özləri üçün oxuyurlar, ancaq adət-ənənələr yaşayır. Elə nənələr var ki, onlar da məclislərdə otururlar, xınayaxdı gecə­lərində elə yaşlı qadınlar var, o nənələr ansambılı. Necə bizdə, yəni bizim lolu deyəndə cənub bölgəsi yada düşür, daha heç kim bilmir ki, lolu mənim nənəmin əsəridir. O vaxtı anam de­yərdi ki, lolu halay deməkdir, lolu bir üsyandı, bir layladı. Lo­lu nənələrin harayıdı. Qadınlar meydana çıxırlar, özlərini atır­lar ortalığa ki, biz varıq tapdalanmayıblar, özlərini qoru­yub­lar, yəni ki, öz səslərini elə çıxarıblar, öz hüqüqlarını qoru­yub­lar. O nənəmin halayıdır. Lolu halayın şah əsəridir. Bizim birinci əsərimizdir. Halay yaranan günü lolunu səhnəyə qo­yur­lar. Bayatının sözləri Azərbaycancadı (musiqi).

Bu rəqs qrupudur, halayın ilk nömrəsidi helə bil, ilk kompozisiya – həm oxuyurlar gənclər, həm də oynayırlar. Biz də oturduğumuz yerdə oxuyuruq. İndi gənclər üçün rəqslər qu­rulur. Yəni əsl halay necə yaranıbsa elə ayaqlaşmalıdırlar. Biz avropalaşmayaq. Mədəniyyətimiz yaşası,n folklor yaddan çıxmasın deyə veteranları başıma yığdım ki, əsl folklorumuz qalsın. Gənclər pul alırlar hələ ki, veteranlar yox.

Belə mahnılar oxunur, deməli, mənim az-çox in­for­ma­si­yam var. Deməy, halay deyəndə nə başa düşülür? Bu qadın­la­rın toplaşdığı yer olur halay. Mən deməzdim, elə kişilər də halay gedirlər. Türklərdə kişilər halay gedir. Tək-tək halay yox­dur. Meydan ki yaranır halay çəkilir:

Çəkin, halay düzülsün.

Xumar gözlər süzülsün.

Kim halaya gəlməsə,

Əli yardan üzülsün.

Yəni o bayatı elə bil ki, insanları qorxudur. Burada de­yirlər ki, kim halaya gəlməsə əli yardan üzülsün. Heç bir qa­dın istəməz ki, yarsız qalsın. Yəni bu halay sözü qarğışdan qorxurlar. Meydançanı dəyişmək olar. Yəni halay yallı for­ma­sında gedir. Orada birləşirlər, iki qrupa ayırırlar. Biri girir or­ta­lığa, həmin səhnə gələndə həmin bayatı gələndə.

Ay yordu yordu yordu,

Görək kim kimi yordu?

Bu formada bir nəfər qalır ayaq üstə, əl çala-çala həmin bayatıları deyirik, sonra o biri cərgə cavab verir. Elə bu for­mada yallı gedə-gedə səhnədən çıxırlar səhnəni tərk edirlər. Elə bil sadə bir şeydi hərəkətlər.


Mübarək, ay mübarək

I

Nəqarət:

I dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək.

II dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək.
I dəstə: Əllər hənasıyam mən,

Sular sonasıyam mən.



II dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək
I dəstə: Cəllad əlini saxla,

Oğul anasıyam mən.



II dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək
II dəstə: Bu ellər, uzun ellər,

İcində olsun toylar.



I dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək.
II dəstə: Yığılsın qız, gəlinlər,

Oynasın bəstəboylar.



I dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək
II

Nəqarət

I dəstə: Bu toy mübarək olsun, toyun mübarək olsun.

II dəstə: Bu toy mübarək olsun, toyun mübarək olsun.
I dəstə: Əllərə xna yaxarlar, bu toy mübarək olsun.

II dəstə: Bu toy mübarək olsun.
I dəstə: Gözlərə sürmə cəkərlər, bu toy mübarək olsun.

II dəstə: Bu toy mübarək olsun.
I dəstə: Cəkil burdan, haramzada, bu toy mübarək olsun.

II dəstə: Bu toy mübarək olsun.
I dəstə: Gəl, pəncərədən baxarlar, bu toy mübarək olsun.

II dəstə: Toyun mübarək olsun.
II dəstə: Mənim çəpərdən aşmağım, bu toy mübarək olsun.

I dəstə: Bu toy mübarək olsun.
II dəstə: Ağzımdan düşdü yaşmağım, bu toy mübarək olsun.

I dəstə: Bu toy mübarək olsun.
II dəstə: Hanı mənim güllü başmağım, bu toy mübarək olsun.

I dəstə: Toyun mübarək olsun.
III

Nəqarət

I dəstə: Ağ alma, qızıl alma, yollara düzül, alma.

II dəstə: Ağ alma, qızıl alma, yollara düzül, alma.

I dəstə: Alma almaya bənzər, alma ağacdan gözəl,

II dəstə: Ağ alma, qızıl alma, yollara düzül, alma.
I dəstə: Masallının qızları ahu, ceyrana bənzər,

Ağ alma, qızıl alma,yollara düzül, alma.


II dəstə: Masallı hacıları, başında tacıları,

I dəstə: Ağ alma, qızıl alma, yollara düzül, alma.
II dəstə: Əğa qardaş toyunda, oynasın bacıları.

Ağ alma, qızıl alma, yollara düzül, alma.



I dəstə: Ay lolo, çəkil, halay düzülsün,

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, xumar gözlər süzülsün.

II dəstə: Ay lolo çəkil halay düzülsün.
I dəstə: Ay lolo, kim halaya girməsə,

II dəstə: Ay lolo, çəkil halay düzülsün.
I dəstə: Ay lolo, əli yardan üzülsün,

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, o tay, bu tay bir olsun.

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, aramızda çay olsun.

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, o tayın qız, gəlini,

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, bu taya qurban olsun.

I dəstə: Ay lolo, çəkil halay düzülsün.
IV

Nəqarət

I dəstə: Sevdim ala gözlünü, kimin yarısan?

Ay qara gözlü, kimin yarısan?



II dəstə: Sevdim ala gözlünü, kimin yarısan?

Ay qara gözlü, kimin yarısan?



I dəstə: Əmimə demişəm mənə saz alsın,

Sazımı çalıb, dərdi-qəmim azalsın,

Oğluna getmirəm, oğlu qız alsın.

II dəstə: Sevdim ala gözlünü, kimin yarısan?

Ay qara gözlü, kimin yarısan?


II dəstə: Evlərin dalını halağ eylərəm,

Gedənə, gələnə soraq eylərəm.

Balaca qaynımı qonaq eylərəm.

I dəstə: Sevdim ala gözlünü, kimin yarısan?

Ay qara gözlü, kimin yarısan?


I dəstə: Ay lolo, çəkil, halay düzülsün.

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, xumar gözlər süzülsün

II dəstə: Ay lolo, çəkil, halay düzülsün
I dəstə: Ay lolo, kim halaya girməsə,

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, əli yardan üzülsün.

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, o tay, bu tay bir olsun.

II dəstə: Ay lolo, çəkil, halay düzülsün,
II dəstə: Ay lolo, aramızda çay olsun,

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.

II dəstə: Ay lolo, o tayın qız, gəlini,

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, bu taya qurban olsun.

I dəstə: Ay lolo, çəkil, halay düzülsün,
I dəstə: Ay lolo, çəkil, halay düzülsün,

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, xumar gözlər süzülsün,

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo kim halaya girməsə,

II dəstə: Ay lolo çəkil halay düzülsün.
I dəstə: Ay lolo, əli yardan üzülsün.

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
I dəstə: Ay lolo, o tay, bu tay bir olsun.

II dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, aramızda çay olsun.

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, o tayın qız, gəlini,

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.
II dəstə: Ay lolo, bu taya qurban olsun,

I dəstə: Ay lolo, çəkil, halay düzülsün.

Bal yemə, bal yemə......
I

Nəqarət

I dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam.

Dədəmin evindən toy səsi gəlir, balam.


II dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam.

Dədəmin evindən toy səsi gəlir, balam.


I dəstə: Şal-şala bağlar gedər.

Gül şala bağlar gedər.

Oğlanın bacıları

Nişanə bağlar gedər.


I dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam.

Dədəmin evindən toy səsi gəlir, balam.


II dəstə: Dərmişəm şirin narı,

Şirin deyərlər yarı.

Hamıdan şırın olsun,

Kicik qaraşın yari.


II dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam.

Dədəmin evindən toy səsi gəlir, balam.


I dəstə: Ləmə çıxma damcıdı,

Köynəyim narıncıdı.

Oğlan qızın dərdindən.

Ölməsə, zarıncıdı.



I dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam.

Dədəmin evindən toy səsi gəlir, balam.



II dəstə: Mən aşiqəm, gün gələr,

Ay dolanar, gün gələr.

Gözlərin aydın olsun,

Nişanlın bu gün gələr.



II dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam.

Dədəmin evindən toy səsi gəlir, balam.


II

Nəqarət

I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.


II dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.


I dəstə: Qardaş mənim qardaşım,

Qardaşa qurban başım.

Qardaş evlənmək istər,

Dur ayağa, yoldaşım.



I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.


II dəstə: Qardaş gəlir enişə,

Yükü dönüb gümüşə.

Qardaşa qız tapmışam,

Üzdə xalı bənövşə.



II dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.



I dəstə: Qardaş ovuna gedər.

Baxar boyuna gedər.

Bu bayramın xonçası,

Qardaş toyuna gedər.



I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.


II dəstə: Qardaş, adına qurban.

Alma, dadına qurban.

Sənə yalğız demərəm,

Gül adaxlına qurban.



II dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.



I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü.

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi.


Arxalığın mərdanə, yar hey...
I

I dəstə: Arxalığın mərdanə, yar hey.

Mərcan düzdüm gərdanə, yar hey.


II dəstə: Mərcan düzdüm gərdanə, yar hey.
I dəstə: Sevdin ala bilmədin yar-yar,

Niyə girdin meydana, yar hey?


II dəstə: Gül baxçada yolun var, yar-yar,

Anam qoymur gələm, yar-yar hey.



I dəstə: Anam qoymur gələm, yar-yar hey.
II dəstə: Demə ki, bifəvasan, yar-yar,

Sənə qurban olum yar-yar hey.


II

I dəstə: Göy dəvə düzdə qaldı, ay nar hey nar.

Yükü Təbrizdə qaldı, gülü nar hey.


II dəstə: Yükü Təbrizdə qaldı, gülü nar hey.
I dəstə: Oğlanı dərd apardı, ay nar, hey nar,

Dərmanı qızda qaldı, gülü nar hey.


II dəstə: Qızılgülsən butasan, ay nar, hey nar,

Dostu əziz tutasan, gülü nar hey.


I dəstə: Dostu əziz tutasan, gülü nar hey.
II dəstə: Mən o güldən deyiləm, ay nar, hey nar,

İyləyəsən, atasan, gülü nar hey.


III

Nəqarət

I dəstə: Çal belə qurbanın olum, çal belə,

Gedər bu dövran, daha qəlməz əley.


II dəstə: Çal belə qurbanın olum, çal belə,

Gedər bu dövran daha qəlməz əley.


I dəstə: Eşqdən zarə gəlmişəm oğlan-oğlan,

Eşq bazara gəlmişəm oğlan-oğlan.


II dəstə: Çal belə qurbanın olum, çal belə,

Gedər bu dövran, daha qəlməz əley.


I dəstə: Əvvəlki görüş yeri oğlan-oğlan,

Çəmənzarə gəlmişəm oğlan-oğlan.


II dəstə: Mən gəlmişəm sini-sini, ay oğlan,

Mən sevmişəm birisini, ay oğlan.


I dəstə: Çal belə qurbanın olum, çal belə,

Gedər bu dövran, daha qəlməz əley.


II dəstə: Ay, cəllad boynumu vursa, ay oğlan,

Mən demərəm özgəsini, ay oğlan.


IV

Nəqarət

I dəstə: Xonçaya düzdüm noğulu, badamı,

Mübarək olsun gəlinin qədəmi.


II dəstə: Xonçaya düzdüm noğulu, badamı,

Mübarək olsun gəlinin qədəmi.


I dəstə: Ellər deyər mənəm-mənəm,

Xonçaya düzdüm noğulu, badamı.


II dəstə: Xonçaya düzdüm noğulu, badamı.
I dəstə: Mənəm şirazi geymərəm,

Xonçaya düzdüm noğulu, badamı.


II dəstə: Xonçaya düzdüm noğulu, badamı.
I dəstə: Mən heç kəsi bəyənmərəm.

Xonçaya düzdüm noğulu, badamı.

Mübarək olsun gəlinin qədəmi.
II dəstə: Ay, bu dağların meşəsi.

Xonçaya düzdüm noğulu, badamı.


I dəstə: Xonçaya düzdüm noğulu, badamı.
II dəstə: Ay, gözəldi bənövşəsi.

Xonçaya düzdüm noğulu, badamı.


I dəstə: Xonçaya düzdüm noğulu, badamı.
II dəstə: Ay, yadda qalası olsun.

Xonçaya düzdüm noğulu, badamı.


I dəstə: Xonçaya düzdüm noğulu, badamı.
II dəstə: Ay, belə şənlik gecəsi.

Xonçaya düzdüm noğulu, badamı.

Mübarək olsun gəlinin qədəmi.

V

Nəqarət

I dəstə: Ay, çini boşqab, çini neylər mənə,

Yarım yar olsa, günü neynər mənə, ey?


II dəstə: Ay çini boşqab, çini neylər mənə,

Yarım yar olsa, günü neynər mənə, ey?


I dəstə: Ay, narıncı atdım tasa,

Ay çini boşqab, çini neylər mənə.


II dəstə: Ay çini boşqab, çini neylər mənə.
I dəstə: Ay, yar düşdü tasa-vasa,*

Ay çini boşqab, çini neylər mənə.


II dəstə: Ay, çini boşqab, çini neylər mənə.
I dəstə: Ay, yarımın yarı ölsün.

Ay çini boşqab, çini neylər mənə.


II dəstə: Ay, çini boşqab, çini neylər mənə.
I dəstə: Ay, bəzənəm gedəm yasa.

Ay çini boşqab, çini neylər mənə?

Yarım yar olsa, günü neynər mənə, ey?
II dəstə: Ay, narınca bax, narınca,

Ay çini boşqab, çini neylər mənə.


I dəstə: Ay, çini boşqab, çini neylər mənə?
II dəstə: Ay, dərmərəm saralınca,

Ay çini boşqab, çini neylər mənə?


I dəstə: Ay, çini boşqab, çini neylər mənə?
II dəstə: Ay, canımda can qalmadı,

Ay çini boşqab, çini neylər mənə?


I dəstə: Ay, çini boşqab, çini neylər mənə
II dəstə: Ay, yar könlümü alınca,

Ay çini boşqab, çini neylər mənə?

Yarım yar olsa, günü neynər mənə, ey?
Nanay, nanay, ay nanay...

I

Nəqarət

I dəstə: Nanay, nanay, ay nanay.

Gülüm nanay, ay nanay.


II dəstə: Nanay, nanay, ay nanay.

Gülüm nanay, ay nanay.


I dəstə: Ağacın şirin narı,

Şirin deyərlər yari.



II dəstə: Nanay, nanay, ay nanay.

Gülüm nanay, ay nanay.


I dəstə: Hamıdan şirin olur

Kiçik qardaşın yari.



II dəstə: Nanay, nanay, ay nanay.

Gülüm nanay, ay nanay.


II dəstə: Bağa girdim mən bu gün,

Bağda tapdım bir düyün.



I dəstə: Nanay, nanay, ay nanay.

Gülüm nanay, ay nanay.


II dəstə: Yad oğlu mənim nəyim?

Yadıma düşür hər gün.



I dəstə: Nanay, nanay, ay nanay.

Gülüm nanay, ay nanay.


II

Nəqarət

I dəstə: Nananay, nay nanay, naynanay, nay nanay.

Nananay, nay nanay, naynanay, nay naney.



II dəstə: Nananay, nay nanay, naynanay, nay nanay.

Nananay, nay nanay, naynanay, nay naney.


I dəstə: Masallının düz yolu, nananay, ay naney.

Sel gəldi basdı yolu, gülüm var, ay naney.



II dəstə: Nananay, nay nanay, naynanay, nay nanay.

Nananay, nay nanay, naynanay, nay naney.


I dəstə: İstədim sizə gələm, nananay, ay naney.

Can alan kəsdi yolu, gülüm var, ay naney.



II dəstə: Nananay, nay nanay, naynanay, nay nanay.

Nananay, nay nanay, naynanay, nay naney.


II dəstə: Əzizim, əsmə külək, nananay, ay naney.

Səbrimi kəsmə, külək, gülüm var, ay naney.


I dəstə: Nananay, nay nanay, naynanay, nay nanay.

Nananay, nay nanay, naynanay, nay naney.



II dəstə:Sevgilim yol üstədi, nananay, ay nanay.

Yolumu kəsmə külək, gülüm var, ay naney.



I dəstə: Nananay, nay nanay, naynanay, nay nanay.

Nananay, nay nanay, naynanay, nay naney.


III

Nəqarət

I dəstə: Nar, nar, nargilə.

Durun, gedək yar, gilə.



II dəstə: Nar, nar, nargilə.

Durun, gedək yargilə.


I dəstə: Pəncərəmiz işıqdı,

Yar əlində qaşıqdı



II dəstə: Nar, nar, nargilə.

Durun, gedək yargilə.


I dəstə: Bizim qızlar neyləsin?

Sizin qizlar aşiqdi.



II dəstə: Nar, nar, nargilə.

Durun, gedək yargilə.


II dəstə: Bu yerlə də talan var,

Zülfün üzə salan var.



I dəstə: Nar, nar, nargilə,

Durun, gedək yargilə.



II dəstə: Gedirsən tez qayıt gəl,

Gözü yolda qalan var.



I dəstə: Nar, nar, nargilə,

Durun gedək yargilə.


IV

Nəqarət

I dəstə: Ağlama, ceyran balası, ağlama,

Gedər gözlərin qarası, ağlamey.



II dəstə: Ağlama, ceyran balası, ağlama.

Gedər gözlərin qarası, ağlamey.


I dəstə: Hey, gülü lalə vaxtıdı,

Ağlama, ceyran balası, ağlamey.



II dəstə: Ağlama, ceyran balası, ağlamey.
I dəstə: Doldur piyalə vaxtıdı,

Ağlama, ceyran balası, ağlamey.



II dəstə: Ağlama, ceyran balası, ağlamey.
I dəstə: Çix eyvana, bax ulduza,

Ağlama, ceyran balası, ağlamey.



II dəstə: Ağlama, ceyran balası, ağlamey.
I dəstə: Gör gecənin nə vaxtıdı?

Ağlama, ceyran balası, ağlamey.



II dəstə: Ağlama, ceyran balası, ağlamey.

Gedər gözlərin qarası, ağlamey.


II dəstə: Ay, Masallı yeddi küçə.

Ağlama, ceyran balası, ağlamey



I dəstə: Ağlama, ceyran balası, ağlamey.

II dəstə: Ay, yeddi yol, yeddi küçə.

Ağlama, ceyran balası, ağlamey.


I dəstə: Ağlama, ceyran balası, ağlamey.

II dəstə: Ay, qardaşa toy eylərəm,

Ağlama, ceyran balası, ağlamey.



I dəstə: Ağlama, ceyran balası, ağlamey.

II dəstə: Ay, yeddi gün, yeddi gecə.

Ağlama, ceyran balası, ağlamey.

Gedər gözlərin qarası, ağlamey.
I dəstə: Ağlama, ceyran balası, ağlamey.

Gedər gözlərin qarası, ağlamey.


Nəqarət
I dəstə: Nanay, nanay, ay nanay.

Gülüm, nanay, ay naney.



II dəstə: Nanay, nanay, ay nanay.

Gülüm, nanay, ay naney.


I dəstə: Nanay, nanay, ay nanay,

Gülüm, nanay, ay naney.


II dəstə: Nanay, nanay, ay nanay.

Gülüm, nanay, ay naney.


Söyləyicilər:

Həcər Həsənova, doğum tarixi 1950, təhsilli orta, Şərəfə kəndi.

Mənsurə Məmmədova, doğum tarixi 1950, təhsili orta, Şərə­fə kəndi

Məhəbbət Məmmədova, doğum tarixi 1959, təhsili orta, Şərə­fə kəndi

Gülizar İsgəndərova, doğum tarixi 1952, təhsili orta, Şərəfə kəndi

Xanımqız Piriyeva, doğum tarixi 1950, təhsili 7-illik, Şərəfə kəndi

Təzəgül Kərimova, doğum tarixi 1952, təhsili orta-ixtisas Şə­rə­fə kəndi

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili orta, Şə­rəfə kəndi

Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili 7-illik, Qızılağac kəndi

Rübabə Ələkbərova, doğum tarixi 80 yaş, təhsili yoxdur, Qızılağac kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə kəndi

Natavan Əliyeva, doğum tarixi 1964, təhsili ali, Mahmu­da­var kəndi

Heyran Sadıqova, doğum tarixi 1967, təhsili orta, Mahmuda­var kəndi

Minarə Hüseynova, doğum tarixi 1959, təhsili orta, Mahmu­da­var kəndi

Həlimə İbadova, doğum tarixi 1955, təhsili orta, Mahmu­da­var kəndi

Lətifə Abdullayeva, doğum tarixi 1963, təhsili orta, Mahmu­da­var kəndi

Məhbubə Nuriyeva, doğum tarixi 1965, təhsili orta, Mahmu­davar kəndi

Gülizar Nağıyeva, doğum tarixi 1960, təhsili orta, Mahmu­davar kəndi

Mehparə Qulamova, doğum tarixi 1961, təhsili orta, Mahmudavar kəndi

Pərvanə Məmmədova, doğum tarixi 1959, təhsili orta, Mah­mu­davar kəndi

Ayabəyim Hacıyeva, doğum tarixi 1957, təhsili orta, Mah­mu­davar kəndi
Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Nailə Rəhimbəyli

Nuridə Muxtarzadə


14. XALQ SƏNƏTLƏRİ


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə