CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
45
Bakının azad edilməsində türk ordusunun göstərdiyi xidmətləri 
yüksək qiymətləndirən Fətəli xan Xoyski Qafqaz İslam Ordusunun 
komandanı Nuru Paşaya yazırdı: 
“Təhti komandanızda olan 
cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı 
Bakının düşməndən xilas edildiyi 
münasibəti ilə millətin Zati-aliyi-
həmiyyət pərvəranələrizə və 
dünyanın ən nəcib əsgəri olan türk 
oğullarına minnətdar olduğumuzu 
ərz etməklə iftixar edirəm, 
Əfəndim”.
36
 Hökumətin ən zəruri 
addımlarından biri də milli ordunun 
yaradılması oldu. 1918-ci il oktyabrın 
23-də yeni əsasda Hərbi Nazirlik təsis 
edildi. Nazirlər Şurasının sədri Fətəli 
xan Xoyski hərbi nazir, tam artilleriya 
generalı S.Mehmandarov isə hərbi 
nazirin müavini təyin edildi. Nazir 
müavini S.Mehmandarov 1918-ci 
il noyabrın 15-də verdiyi əmrində 
ordu quruculuğuna xüsusi diqqət 
yetirir və “
bütün səviyyədə olan rəisləri əsas diqqətini qoşunlarda 
təlim və tərbiyəyə, onlarda möhkəm intizam aşılanmasına, 
işə məsuliyyət və məhəbbət hisslərinin, xidməti mülkiyyətə 
marağın oyadılmasına, qanun-qaydaya riayət edilməsinə və 
nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehriban münasibət 
göstərilməsinə çağırırdı”.
37
 Başqa bir əmrində isə o, Azərbaycan 
ordusunun yaradılması və formalaşdırılmasında əsas məqsədin 
nədən ibarət olduğunu açıqlayırdı: 
“Azərbaycan qoşunları heç 
bir təcavüzkar məqsəd güdmür. O, yalnız dövlət sərhədinin 
müdafiəsi, dövlət daxilində qanun-qaydanın qorunması, 
mümkün ola biləcək anarxiyanın aradan qaldırılması, bandaların 
soyğunçu basqınlarına son qoyulması məqsədi ilə yaradılmış 
və yaradılmaqdadır”
38
. Ordu quruculuğuna bu tələblərlə yanaşan 
36   “Azərbaycan” qəzeti, 3 oktyabr 1918-ci il
37   “Azərbaycan” qəzeti (rus dilində), 18 noyabr 1918-ci il
38   Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 2, iş 49, v. 23.
Fətəli xan Xoyski


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
46
S.Mehmandarovun rəhbərliyi altında Bakıda qısa müddətdə Hərbi 
Nazirliyin aparatı yaradıldı. 
Bakı azad edildikdən sonra dinc dövlət quruculuğu dövrü uzun 
sürmədi. Osmanlı müharibədə məğlub olub Mudros barışığı ilə ordu 
hissələrini Bakıdan çıxardıqdan sonra general Tomson başda olmaqla 
müttəfiq qoşunları gəldi. 
Müdaxiləçilərin istiqlalımıza düşmən münasibət bəsləmələrinə 
baxmayaraq, beş aylıq fasilədən sonra Milli Şura çətinliklə toplaşaraq 
1918-ci il noyabrın 19-da parlament yaratmaq haqqında qanun 
qəbul etdi. Bu qanunla yaranmış fövqəladə vəziyyətlə əlaqədar 
olaraq Müəssislər Məclisinin çağırılması mümkün olmadığı üçün 
Milli Şuranın ümumdövlət qanunvericilik orqanına – Azərbaycan 
parlamentinə çevrilməsi qərara alındı. Qanuna müvafiq olaraq 
birpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Bu qanunu 
düşmənçiliklə qarşılayan qeyri-millət nümayəndələri siyasi vəziyyəti 
daha da gərginləşdirdilər. Yalnız Azərbaycan hökumətinin düzgün 
və çevik siyasəti, general Tomsonu inandıra bildi ki, Azərbaycan 
hökuməti Bakıda ciddi siyasi qüvvədir və onunla dialoq zəruridir. 
Bütün danışıqlar nəticəsində Tomson parlamentin açılışına mane 
olmayacağını bildirdi. Azərbaycan parlamentinin açılışı ərəfəsində 
Üzeyir Hacıbəyov yazırdı: 
“Gözlər var ki, dünənə qədər əsir olan 
bir milləti bu gün sərbəst görmək istəmir, qulaqlar var ki, lal 
edilmiş bir dilin söz söyləməsini eşitmək istəmir, qəlblər var ki, 
bir əsrdən məhkum qalan millətin bu gün hakim deyil, yalnız 
müstəqil və azad olmasını qəbul etmək istəmir
39
.
Böyük çətinliklərə baxmayaraq, 1918-ci il dekabrın 7-də 
parlamentin açılışı ölkənin istər daxili, istərsə də beynəlxalq həyatında 
çox mühüm hadisə oldu. Fətəli xan Xoyski hakimiyyəti parlamentə 
təhvil verdi. Qısa müddətdə parlament Azərbaycanın siyasi, iqtisadi 
və mədəni həyatı ilə bağlı xeyli tədbirlər həyata keçirdi. 
1918-ci il dekabrın 15-də isə türk qoşunları Azərbaycandan çıxarıldı. 
Həmin ilin sonundan başlayaraq Hərbi Nazirliyin rəhbərliyində 
və strukturunda müəyyən dəyişikliklər edildi. Nazirlər Şurasının 
25 dekabr 1918-ci il tarixli qərarı ilə artilleriya generalı Səməd bəy 
Mehmandarov hərbi nazir, 29 dekabr tarixli qərarı ilə general Əliağa 
39   “Azərbaycan” qəzeti, 5 dekabr 1918-ci il.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
47
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun 
zabitləri. Gəncə, 1918-ci il
Şıxlinski nazir müavini təyin edildi. Yüksək hərbi biliyə və təcrübəyə 
malik olan generallar Azərbaycanın müstəqilliyini, dövlətçiliyini 
möhkəmləndirmək və ərazi bütövlüyünü təmin etmək məqsədi ilə 
ordunun formalaşdırılması istiqamətində mühüm və təxirəsalınmaz 
işlər görməyə başladılar. 
Bütün bunlarla ya-
naşı, 1919-cu il yanvar 
ayının 22-də müttəfiq 
qoşunların baş koman-
danı general C.Milton 
Bakıya gəldi. Ertəsi gün 
o, Azərbaycanın Na-
zirlər Şurasının sədri 
F.Xoyski ilə görüşdə 
bildirdi ki, ingilis hö-
kuməti Azərbaycan 
hökumətini yeganə qa-
nuni hakimiyyət kimi tanıyır, müttəfiq qoşunların komandanlığı ona 
yardım göstərərək, “yeni yaranmış dövlətin daxili işlərinə heç zaman 
qarışmayacaq”. C.Miltonun bəyanatı 1919-cu ilin yanvarında L.Biçe-
raxov tərəfindən Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək məqsə-
di güdən “Qafqaz-Xəzər hökuməti” adlı qanunsuz hökumətin taleyini 
həll etmiş oldu. Artıq fevral ayının 28-də Azərbaycan hökuməti müt-
təfiqlərin komandanlığına nota verib L.Biçeraxov dəstələrinin 24 saat 
müddətində Bakıdan çıxarılmasını və erməni silahlı qüvvələrinin bu-
raxılmasını tələb etdi. Azərbaycan hökumətinin bu tələbinə ingilislər 
müsbət cavab verdilər.
Aydındır ki, Azərbaycan parlamentinin ilk tədbirlərindən biri 1919-
cu il yanvar ayının 8-də Fransaya - Paris Sülh Konfransına səlahiyyətli 
nümayəndələrin göndərilməsi oldu. Digər tədbir isə aprel ayının 25-
də Tiflisdə respublikalar arasında siyasi, iqtisadi, maliyyə məsələlərini 
nizama salmaq və həmçinin sərhədlər məsələsindəki münaqişələri həll 
etmək üçün Qafqaz Konfransının çağrılması oldu. Lakin Denikinin 
Dağıstana basqını və Ermənistanın digər iki Qafqaz respublikasından 
fərqli olaraq ərazi münaqişələrini həll etməyə çalışmaması konfransa 
öz işini başa çatdırmağa imkan vermədi.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə