CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
42
Osmanlı dövlətinə maraq və meylini daha da artırdı.
Azərbaycan fraksiyasının təzyiqi altında aprelin 20-də 
C.Oegeçkorinin rəhbərlik etdiyi Zaqafqaziya hökuməti istefa verdi. 
Zaqafqaziya Seymi həmin gün yeni tərkibdə Zaqafqaziya hökumətini 
təsdiq etdi. Seymin daha yaşaya bilməyəcəyini görən gürcülər mayın 
26-da özlərinin müstəqilliyini elan etdilər. Bundan iki gün son  ra
mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini açıqladı: 
1. “
Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir. 
Zaqafqaziyanın cənub və şərq hissələrindən ibarətdir. Ali 
hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq 
Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün 
üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq 
əlaqələri yaradacaq.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində 
milliyyətindən, dinindən, ictimai vəziyyəti və cinsindən asılı 
olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi 
hüquqlar verir.
5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan 
bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
6. Məclisi-müəssisanın çağırılmasına qədər Azərbaycanda ali 
hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli 
Şuranın qarşısında cavabdeh olan müvəqqəti hökumət sayılır”.
32
Elə həmin gün Milli Şura Fətəli xan Xoyskiyə 
(1875-1920) 
müvəqqəti hökuməti təşkil etmək tapşırığı verdi. O, müvəqqəti 
hökumətin tərkibini aşağıdakı şəkildə Milli Şuraya təqdim etdi: 1. 
Nazirlər Şurasının sədri və daxili işlər naziri - F.Xoyski 
(bitərəf), 2. 
Hərbi nazir - Xosrovpaşa bəy Sultanov 
(“Müsavat”), 3. Xarici işlər 
naziri - Məmmədhəsən Hacınski 
(“Müsavat”), 4. Maliyyə və xalq 
maarifi naziri - Nəsib bəy Yusifbəyli 
(“Müsavat”), 5. Ədliyyə naziri 
- Xəlil bəy Xasməmmədov 
(“Müsavat”), 6. Ticarət və sənaye naziri 
- Məmmədyusif Cəfərov 
(bitərəf, sonra “Müsavat”), 7. Əkinçilik və 
əmlak naziri - Əkbərağa Şeyxülislamov 
(“Hümmət”), 8. Yollar, poçt 
və teleqraf naziri – Xudadatbəy Məlikaslanov 
(bitərəf), 9. Dövlət 
nəzarəti naziri - Camo bəy Hacınski 
(sosialist). Beləliklə, ümumtürk 
32   Azərbaycan Respublikası MAİ, f. 970, siy. 1, iş 4, v. 1-2.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
43
və ümumislam dünyasında ilk dəfə olaraq Azərbaycanda müstəqil, 
demokratik respublika üsuli-idarəsi bərqərar oldu. 
M.Ə.Rəsulzadə müstəqilliyin Azərbaycana nə verdiyini “Əsrimizin 
Səyavuşu” əsərində belə xarakterizə edirdi: “
28 may” Azərbaycanda 
yaşayan bütün millətlərə eyni dərəcədə azadlıq və bərabərlik 
verdi: “Hər şeydən əvvəl, Azərbaycan Respublikasının əsas idarəsi 
bütün vətəndaşların bərabər bir hüquqla yaşaması üzərində 
qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan 
vətəndaşı olduğu üçün hüququ qorunurdu. Erkək-qadın, 
müsəlman-xristian, cins və milliyyət fərqi gözləmədən, zəngin-
fəqir, müdir-işçi, torpaq sahibi-günəmuzdçu, öyrətmən-tələbə, 
möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, məqam, nəsil, bilgi 
imtiyazı aramadan bütün vətəndaşlar məmləkət idarəsində iştirak 
edir, qanun alan quruluşlara girmək haqqına dəxi sahib idilər. 
Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə 
haqlı, nə də yoxsulluğuna görə haqsız göründü. Bunun kimi ona 
nə yoxsulluğu üçün sayğı edilir, nə zənginliyi üçün aşağılanırdı... 
Burada misli Avropada tətbiq olunmayan həqiqi bir xalq 
cümhuriyyəti qurulmuşdu”
33
. Sadalanan bu xüsusiyyətlər dövlətin 
bütün strukturlarında, eyni zamanda parlamentdə də mövcud idi.
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər)
33   Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Ankara, 1989, s. 44-45. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
44
1918-ci il iyunun 16-da milli hökumət Tiflisdən Gəncəyə köçərək, 
oranı özünün müvəqqəti paytaxtına çevirdi. Gəncəyə gəliş o qədər 
də maneəsiz olmadı. Milli Şuradan kənarda qalmış bəzi qüvvələr 
hökumətin demokratik, inqilabi əhvali-ruhiyyəli şəxslərdən təşkil 
olunmasından narazı idilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsi 
tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniyaya 
başlayaraq Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı da 
öz tərəflərinə çəkmək istəyirdilər. Lakin Nuru Paşa özünün yalnız 
əsgər olduğunu və siyasi məsələlərə müdaxilə etməyəcəyini bildirdi. 
Belə bir vəziyyətdə M.Ə.Rəsulzadənin tutduğu prinsipial və düzgün 
mövqe Azərbaycan istiqlaliyyətinin başı üzərini almış təhlükəni 
sovuşdurmağa imkan verdi. Bir il sonra M.Ə.Rəsulzadə bu hadisəni 
xatırlayaraq deyirdi: 
“Bizə dedilər ki, türkləri tənqid etmək olmaz
çünki onlar bura bizi idarə etməyə yox, bir əsgər kimi xalqı 
müdafiə etməyə gəlmişdilər. Bu, doğrudur. Lakin o da doğrudur 
ki, bizim öz içərimizdə elə bəylər və ağalar var idi ki, onlar burada 
İstanbulun ağalıq etməsini tələb edirdilər”.
34
 
Azərbaycanın vəziyyətini gərginləşdirən amillərdən biri də Sovet 
Rusiyası ilə Almaniya arasında 1918-ci ilin martında imzalanmış 
Brest-Litovsk müqaviləsinə həmin ilin avqustun 27-də edilən əlavə 
idi
35
. Əlavənin 14-cü maddəsi birbaşa Azərbaycanla bağlı idi. Qafqaz 
İslam Ordusunu Bakıya buraxmamaq məqsədilə orada göstərilirdi ki
Almaniya Türkiyənin Bakı, Şamaxı və Quba mahallarının müəyyən 
olunmuş sərhədlərinə keçməsinə mane olacaq. Bunun müqabilində 
Rusiya imkan daxilində Bakı əyalətində neft və neft məhsulları 
çıxarılmasına şərait yaradacaq və çıxarılan məhsulun dörddə biri 
Almaniyaya veriləcəkdir. 
Azərbaycan hökuməti bu müqaviləyə kəskin etirazını bildirərək 
göstərirdi ki, “Bakısız Azərbaycan - başsız bədəndir”. Əhməd bəy 
Ağaoğlu da almanları Azərbaycanı “bir bidon kerasinə” satmaqda 
ittiham edirdi. 
Türkiyənin hərbi hissələrinin köməyi ilə Azərbaycan ordusu 
(Qafqaz İslam Ordusu) sentyabrın 15-də Bakıya daxil oldu. Bakı 
uğrunda gedən döyüşlərdə mindən çox türk əsgəri şəhid oldu. 
34   Azərbaycan Respublikası MAİ, f. 894, iş 148, v. 10.
35   Qasımov M. Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti. 3 hissədə. II 
hissə (1917-ci il noyabr – 1918-ci il noyabr). Bakı, 2001, s. 234-244.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə