CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
34
Azərbaycan xüsusi xidmət orqanlarının 80 illik yubileyində etdiyi 
çıxışında Heydər Əliyev hər üç mərhələyə toxunaraq bildirirdi: 
“Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik 
orqanları gənc müstəqil dövlətimizə xidmət etmişdir. Sonrakı 
70 il ərzində Azərbaycan təhlükəsizlik orqanları sovet 
hakimiyyətinə, kommunist ideologiyasına xidmət etmiş, Sovet 
İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq 
onların siyasətini və əməli tədbirlərini həyata keçirməklə məşğul 
olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən 
sonra respublikamızın dövlət orqanlarının müstəqil fəaliyyət 
göstərməsi prosesində Azərbaycan təhlükəsizlik orqanları da öz 
yerini tapmışdır”. Bu mərhələlərin hər biri özünəməxsus xarakterik 
xüsusiyyətlərə malikdir. 
1. Azərbaycanda istiqlal mübarizəsi və AXC dövründə 
təhlükəsizlik orqanları. Bu dövr Cümhuriyyətə qədərki və 
Cümhuriyyət dövründəki milli intibah, milli müstəqillik və 
istiqlal mübarizəsi ilə xarakterizə olunur. Əsrlərlə xalqın mənəvi-
psixoloji enerjisini hərəkətə gətirən, onu müstəqilliyə və istiqlal 
mübarizəsinə hazırlayan proses XX əsrin əvvəllərinədək daha çox 
ədəbi-bədii həyatda, milli hərəkatda, əsrin birinci onilliyindən sonra 
isə cəmiyyətdə və ictimai-siyasi həyatda vüsət aldı. Ədəbi-bədii 
həyatda milli müstəqilliyə doğru meylin üç istiqaməti müşahidə 
olunurdu: türkləşmək, islamlaşmaq, müasirləşmək 
(avropalaşmaq). 
Özünə qədər bir çoxlarının parçaladığı və hər hissəsini ayrılıqda 
götürdüyü bu formula türkoloq alim və mütəfəkkir şəxsiyyət olan 
Əli bəy Hüseynzadə vəhdətdə, bütövlükdə yanaşdı. Eyni zamanda 
inandırdı ki, “türkləşmək, islamlaşmaq və müasirləşmək” düsturundan 
(formulundan) kənarda türk xalqlarının müstəqilliyi və istiqlaliyyəti 
yoxdur. Bu ideyanı M.Ə.Rəsulzadə daha da inkişaf etdirərək həyata 
keçirdi. AXC-nin fəlsəfi-nəzəri dövlətçilik konsepsiyası və milli rəmzi 
də bu vahid formuldakı üç mənbə və üç tərkib hissədən doğdu. Bu 
formul özünün ən bariz ifadəsini milli bayraqda və dövlətin digər 
atributlarında tapdı. Qısa müddət yaşamasına baxmayaraq AXC 
dövlətin və xalqın təhlükəsizliyini təmin etmək məqsədi ilə həm Hərbi 
Nazirlikdə 
(Kəşfiyyat və əks-kəşfiyyat bölməsi), həm də ayrıca bir qurum 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
35
kimi
 (Əksinqilabla Mübarizə Təşkilatı) təhlükəsizlik orqanı yarada bildi. 
Ölkənin milli maraqlarının, “türkləşmək, islamlaşmaq və müasirləşmək” 
ideologiyasının təhlükəsizliyinin keşiyində dayanan AXC-nin xüsusi 
xidmət orqanlarının fəaliyyətinə bolşevik işğalı son qoydu.
2.  Sovet dövrünün təhlükəsizlik orqanları. Sovet dövrü “türk-
ləşmək, islamlaşmaq və müasirləşmək” ideologiyasının rəsmi dövlət 
səviyyəsində dağıdılması, parçalanması və məhv edilməsi cəhdi ilə xa-
rakterizə olunur. “Türkləşmək” pantürkizm, panturanizm, “islamlaş-
maq” panislamizm kimi yozuldu və mürtəce bir ideologiya kimi yasaq 
edildi. “Müasirləşmək” isə sovetləşmək (beynəlmiləlçilik) məzmunu 
ehtiva etməyə başladı. Bolşevik işğalı nəticəsində AXC Azərbaycan 
Sovet Sosialist Respublikası ilə əvəz olundu. Say etibarilə adında bir 
söz udan Azərbaycan xalqı mahiyyət etibarı ilə müstəqilliyini, mil-
li-mənəvi, əxlaqi dəyərlərini, dövlət atributlarını itirdi. “Azərbaycan 
Xalq Cümhuriyyəti” adlı bir dövlətdən “Azərbaycan SSR” adlı bir ma-
ket qaldı. Milli düşüncəli şəxslər, Azərbaycanın müstəqillik və istiq-
laliyyətini bərpa etmək istəyənlər repressiyalara, təqib və təzyiqlərə 
məruz qaldılar. Azərbaycanda və SSRİ-nin bütün bölgələrində bu rep-
ressiyaların həyata keçirilməsində və baş tutmasında FK 
(Fövqəladə 
Komissiya), DSİ (Dövlət Siyasi İdarəsi) və XDİK (Xalq Daxili İşlər Ko-
missarlığı) mühüm rol oynadı. Stalinizmdən sonrakı mərhələdə tədri-
cən də olsa, milli dəyərlərin və yaddaşa dəyən zədələrin bərpası prose-
si başlandı. “Vətən xaini”, “xalq düşməni” elan edilərək güllələnənlərin 
və sürgün edilənlərin bir çoxu bəraət aldı. Milli istiqlal uğrunda mü-
barizə yenidən canlandı. 1960-cı illərdən etibarən Azərbaycan xalqı 
özündə təpər və cəsarət tapdı. Müstəqillik uğrunda mübarizə leqal for-
malardan müxtəlif qeyri-leqal formalaradək davam etdi və özünün zir-
və məqamına meydan hərəkatında çatdı. Heydər Əliyevin milli-mənə-
vi dəyərlər sahəsində həyata keçirdiyi tədbirlər Azərbaycanın gələcək 
istiqlalı üçün təməllər hazırladı. Ümummilli lider Heydər Əliyevin 
də dediyi kimi, sovet dövründə xüsusi xidmət orqanları bolşeviklərin 
və Sovet imperiyasının maraqlarının müdafiəçisi olmuşdu. Sovet çe-


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
36
kistləri imperiyanın çirkin maraqlarına “sədaqətlə” xidmət etdiyindən 
1920-1950-ci illərdə milyonlarla sovet vətəndaşının həyatına son qoy-
muşlar.
3. Müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik 
orqanları.  Xalq Cümhuriyyətinin mənəvi varisi olan Azərbaycan 
xalqı 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdi. Yenidən “türk-
ləşmək, islamlaşmaq, müasirləşmək” formulu bərpa olundu. Azərbay-
can Respublikası müstəqil dövlət kimi fəaliyyət göstərməyə başladı. 
1991-ci il noyabr ayının 1-dən fəaliyyətə başlayan Milli Təhlükəsizlik 
Nazirliyi xalqın, dövlətin və dövlətçiliyin, başqa sözlə, müstəqil Azər-
baycan Respublikasının milli maraqlarına xidmət edən bir qurum 
kimi formalaşdı. Bu qurumun formalaşmasında, onun struktur böl-
mələrinin təkmilləşdirilməsində Ulu öndər Heydər Əliyevin böyük 
rolu olmuşdur.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə