CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
51
ordusunun güclənməsinə və mövcud təhdidlərin, eyni zamanda 
casusluq fəaliyyətinin qarşısının alınmasına xidmət edirdi. 
Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlar  
(1918-1920-ci illər)
Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi 
ilə 1919-cu il mart ayının 28-də Səməd bəy Mehmandarovun 
və Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə 
göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş 
İdarəsi yaradılıb (əvvəllər Gəncə şəhərində olan bu idarə 1919-cu ilin 
iyul ayının 1-də Bakı şəhərində – Krasnovodsk və Merkuri küçələrinin 
kəsişdiyi yerdəki binada 
(indiki S.Vurğun küçəsi və Azərbaycan 
prospekti)
45
 yerləşdirildi). Həmin idarənin strukturuna daxil olan 
şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbə aşağıdakı 
bölmələrdən təşkil olundu: 
1. 
Əməliyyat-səfərbərlik,
2. 
Nizami-hesabat,
45   Yenə orada, f. 2898, siy. 2, iş 38, v. 20.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
52
3. 
Kəşfiyyat və əks-kəşfiyyat,
4. 
Rabitə xidməti.
46
Hərbi nazir S.Mehmandarov aprel ayının 2-də AXC Nazirlər 
Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-
kəşfiyyatın əsas vəzifəsi 
“düşmən haqqında mümkün olan 
məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, 
ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan 
ibarətdir”.
47
 S.Mehmandarovun məruzəsindən və bölmənin 
adından da aydın olur ki, bu qurum öz üzərinə həm kəşfiyyat, həm 
də əks-kəşfiyyat funksiyasını götürmüş və hər iki işi paralel aparmışdı. 
Lakin hərbi idarə çərçivəsində işləyən bu struktur öz işini dövlət 
təhlükəsizliyinin yalnız hərbi cəhətləri ilə məhdudlaşdırırdı. 
“Kəşfiyyat və əks-kəşfiyyat”ın Hərbi Nazirlikdə yalnız bir 
bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar 
mütəxəssislərin, savadlı kadrların olduqca azlıq təşkil etməsi ictimai-
siyasi həyatın bir çox sahələrində olduğu kimi əks-kəşfiyyat işini də 
genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta 
mane olurdu. Çətinlik törədən amillərdən biri də bu bölmənin 
əməkdaşlarının sayca az olması idi. Belə ki, bu bölmənin ştatına 
uyğun olaraq onlar sayca 28 nəfər – bunlardan 1 nəfər rəis, 2 nəfər rəis 
köməkçisi, 2 nəfər kargüzar, 23 nəfər isə agent 
(əməkdaş) olmalı idi.
48
 
Lakin bölmə kadrlarla tam komplektləşdirilmədiyindən bəzi vakant 
yerlər də qalmışdı. Azərbaycana marağın artdığı, müstəqilliyinin 
təhlükə altında olduğu bir dövrdə belə bir qurumla hərbi nazir 
S.Mehmandarovun dediyi kimi, böyük işlər görmək və ölkənin hərbi 
təhlükəsizliyini təmin etmək olduqca çətin idi.
Azərbaycanı işğal etmək və ya özünə tabe etdirmək istəyən 
qüvvələrin, xüsusilə denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstana 
və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda Azərbaycan üçün 
də təhlükəli idi. Vəziyyətin ciddiliyini görən Azərbaycanın Xarici İşlər 
Nazirliyi denikinçilərin Dağıstana qarşı yürütdükləri irtica hərəkətlərini 
pisləyərək ingilis komandanlığından həmin işğalçı ordunun Dağıstanın 
hüdudlarından kənara çıxarılması üçün qəti və təcili tədbirlər görməsini 
tələb etdi. Denikin ordusunun Petrovsk 
(indiki Mahaçqala) və 
46  Yenə orada, f. 894, siy. 1, iş. 4, v. 12. 
47   Yenə orada, f. 894, siy. 1, iş. 26, v. 3. 
48   Yenə orada, f. 2898, siy. 1, iş 3, v. 10.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
53
Dərbəndi işğal etməsinin AXC üçün ciddi təhlükə olduğunu nəzərə 
alan Azərbaycan parlamenti 1919-cu il mayın 26-da və iyunun 5-də 
fövqəladə iclas çağırdı. Həmin iclaslarda Azərbaycanın sərhədlərində 
yaranmış real təhlükə geniş müzakirə olundu.
Azərbaycan hökumətinin atdığı cəsarətli addımlar Osmanlı dövləti 
ilə bağlanan Mudros müqaviləsinə əsasən Bakıya gəlmiş müttəfiq 
qoşunlarının komandanlığını da qətiyyətli olmağa vadar etdi. Bütün 
bunlara baxmayaraq, Denikin 1828-ci ildə Rusiya və İran dövlətləri 
arasında bağlanmış məlum Türkmənçay müqaviləsinin 8-ci bəndini 
əsas tutaraq bildirirdi ki, müqaviləyə əsasən yalnız Rusiyanın Xəzər 
dənizində hərbi donanma saxlamaq hüququ vardır. Ona görə də 
Azərbaycan donanmasının üçrəngli milli dövlət bayrağı altında Xəzər 
dənizində üzməsi yolverilməzdir. 
Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi göndərdiyi 
notada həmin fikrin əsassız olduğuna belə aydınlıq gətirirdi: “
1828-ci 
il Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında bağlanmışdır 
və Azərbaycan üçün heç bir qüvvəyə malik deyildir. Nəzərinizə 
çatdırmağı lazım bilirəm ki, Azərbaycan donanması indiyə qədər 
olduğu kimi bundan sonra da öz milli bayrağı altında üzəcəkdir”.
Denikin bəyanatlarından birində Azərbaycana münasibətini 
gizlətmir və açıq şəkildə bildirirdi: 
“Cənubi Rusiya silahlı 
qüvvələrinin komandanı Azərbaycanı Rusiyadan ayrılmış hesab 
etmir. O, Azərbaycanı müstəqil dövlət kimi yalnız Rusiyanın 
ali hakimiyyətini tanıyandan sonra qəbul edəcəkdir”. Çar 
generalının riyakarlığını duyan N.Yusifbəyli qeyd edirdi:
 “Onların 
planları məlumdur, bu planların hamısı imperialist məqsədi 
güdür… Onlar Zaqafqaziya respublikalarını özlərinə tabe etmək, 
Azərbaycanı əsarət altına almaq istəyirlər…”. 
Azərbaycan hökumətinin notalarına məhəl qoymayan denikinçi 
zabitlər Çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, 
Denikinin xeyrinə təbliğatlar aparır (xüsusilə də ruslar arasında), 
ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirir, 
təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə yenicə 
yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular. 
“Belə şəxslərin simasında Denikin Azərbaycanda güclü casus bazasına 
malik idi. Denikinin tərəfdarları Bakıda gizli silah bazaları da yaradırdılar. 
Belə bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin tinindəki 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə