H ər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün vacib olan mühüm şərtlərdən biri milli iradəyə və



Yüklə 80,96 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü80,96 Kb.
#19206


H

ər bir xalqın milli azadlığa və dövlət

müstəqilliyinə qovuşması üçün vacib

olan mühüm şərtlərdən biri milli iradəyə və

tükənməz Vətən sevgisinə malik siyasi liderin

olmasıdır. Milli tariximizə öz adını əbədi həkk

etmiş  ümummilli  liderimiz  Heydər  Əliyev

belə  şəxsiyyətlərdəndir.  Ulu  öndərimiz  xal-

qımızın daim arzusunda olduğu azadlıq, müs-

təqillik və milli dövlətçilik kimi ali idealların

gerçəkləşməsinə nail olmuş, bununla da, əbə-

diyaşarlıq hüququ qazanmışdır.

    1923-cü  ildə  qədim  Naxçıvanda  dünyaya

göz  açan  ulu  öndərimizin  həyatının  mənası

Azərbaycan idi. Dünya şöhrətli siyasi xadim

özü bu barədə deyirdi: “Mən balaca bir evdə,

zəhmətkeş  ailəsində,  bir  yaz  günü  dünyaya

göz açmışam. Anadan olanda, yəqin ki, beş-

on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə

də, bir o qədər qeyri-təvazökar səsləndi, amma

deməliyəm ki, anam məni bütövlükdə Azər-

baycanımız  üçün  dünyaya  gətirib.  Doğma,

canım-varlığım qədər sevdiyim Azərbaycanım

mənim qibləgahımdır. Bütün şüurlu ömrümü

onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

    Görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin

Azərbaycana rəhbərliyi dövründə xalqın min

illərlə arzusunda olduğu niyyətlər gerçəyə çev-

rilmiş,  Azərbaycan  müstəqilliyə  qovuşmuş,

Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsas-

ları və müstəqillik konsepsiyası hazırlanmışdır.

Ona  görə  də  1969-cu  ilin  14  iyulunda  ulu

öndərimizin  Azərbaycana  rəhbər  seçilməsi

ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı

yolunun başlanğıcı kimi qiymətləndirilir.

     XX əsrin 60-cı illərində Azərbaycan iqtisadi

vəziyyətinə  görə  keçmiş  SSRİ-də  ən  geridə

qalmış respublikalardan biri idi. Sənaye və kənd

təsərrüfatı strukturlarının günün tələblərinə cavab

verməməsi əhalinin güzəranının getdikcə pisləş -

məsi  ilə  nəticələnirdi.  1969-cu  ildə  Sovetlər

Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə

nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda

bu artım cəmi 29 faiz olmuşdu. Ölkəmizin təbii

sərvətləri digər ittifaq respublikalarının inkişafına

yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi.

     1969-cu  ildə  respublika  rəhbərliyinə  gələn

ümummilli  liderimiz  sosial-iqtisadi  böhran

keçirən, iqtisadi cəhətdən geridə qalan Azərbaycanı

qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl

respublikalarından birinə çevirdi. 1969-1982-ci

illər  Azərbaycan  tarixinə  yüksəliş  və  inkişaf

dövrü kimi daxil olmuşdur. Həmin dövrdə tarixi

yaddaşın bərpası ilə yanaşı, ölkəmizin iqtisadi,

sosial-siyasi  və  mədəni  həyatında  inqilabi  də -

yişikliklər baş vermiş, 14 il ərzində Azərbaycan

geridə qalmış regiondan mərkəzi hakimiyyətin

dotasiyası  olmadan  öz-özünü  maliyyələşdirən

lider  respublikaya  çevrilmişdi.  Şübhəsiz  ki,

bunlar gələcək müstəqillik dövrünə hazırlıq xa-

rakteri daşıyırdı və bütün bunlar həyata keçiril-

məsəydi, ölkəmiz müstəqil dövlətçilik şəraitində

özünü qoruyub-saxlaya və inkişaf edə bilməzdi.

     Siyasi  liderin  gücü  və  qüdrəti  onun  elan

etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin

cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoy-

duğu  vəzifələrin  real  həyatda  tətbiq  imkanları

ilə ölçülür. Bu mənada əminliklə demək olar ki,

Azərbaycan xalqının milli kimliyinin və özünə-

məxsusluğunun  bariz  təcəssümünə  çevrilmiş

mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya

halına gətirilməsi və konkret dövlət modelində

reallaşdırılması  məhz  ulu  öndərimizin  adı  ilə

bağlıdır.  O  dövrdə  Azərbaycanın  iqtisadi  və

sosial inkişafının təmin edilməsi, milli-mədəni

inkişaf  istiqamətində  görülən  işlər  bütövlükdə

müstəqillik amilinin praktik baxımdan bərqərar

olunmasına gətirib çıxarmışdır. Dahi şəxsiyyət

bütün siyasi fəaliyyəti boyu xalqımızın müstəqilliyi

uğrunda çalışmış, bu amalı özünün əsas fəaliyyət

istiqamətinə çevirmiş, müstəqillik konsepsiyasının

nəzəri-praktik əsaslarını yaratmışdır.

     Müdriklər  deyiblər:  “Hər  bir  xalqın  tarixi

müəyyən  mənada  ona  rəhbərlik  etmiş  böyük

siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli

fəaliyyətində öz təcəssümünü tapır”. Ümummilli

liderimiz Heydər Əliyev özünün çoxşaxəli fəa-

liyyəti  və  möhkəm  iradəsi  ilə  Azərbaycanın

müstəqilliyinin  əbədiliyini  və  dönməzliyini

təmin etmişdir. Dahi şəxsiyyət 1969-1982-ci il-

lərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü

tədbirlərin mahiyyətini belə xarakterizə edirdi:



“Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil

olsun.  Hər  şeydən  əvvəl,  iqtisadi  cəhətdən.

Çünki istənilən müstəqilliyin əsasında iqtisa-

diyyat durur. Məsələn, mən burada çoxlu elek-

trik stansiyaları tikdirdim. Məndən soruşurdular

ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara

bunu nə üçün etdiyimi demirdim... Amma mən

istəyirdim ki, mənim ölkəm, mənim xalqım is-

tənilən şəraitdə müstəqil yaşaya bilsin”.

     1982-ci ildə ümummilli liderimizin SSRİ-də

rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azər-

baycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın

dünya arenasında tanıdılması və təbliği istiqa-

mətində  görülən  işlərin  miqyası  daha  da

genişləndirilmişdir.

    Ümummilli liderimiz ali dövlət vəzifələrində

çalışmadığı  dövrlərdə  belə,  Azərbaycançılıq

uğrunda xidmətlərini davam etdirmiş, 1990-cı

il  iyulun  22-də  doğma  Naxçıvana  qayıdaraq

bütün  Azərbaycanın  qurtuluş  mübarizəsinə

rəhbərlik etmişdir. Ulu öndərimizin rəhbərliyi

ilə  1990-1993-cü  illərdə  Naxçıvan  Muxtar

Respublikasında  tarixi  qərarlar  qəbul  edilir,

muxtar  respublikanın  erməni  təcavüzündən

xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması

üçün ardıcıl tədbirlər görülürdü. Üçrəngli bay-

rağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın

17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan

parlamentinin iclasında qaldırılması, Naxçıvan

Muxtar  Respublikasının  adından  “Sovet  So-

sialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub

saxlanması  ilə  bağlı  keçirilən  referendumda

Naxçıvan Muxtar Respublikasının iştirak etmə -

məsi,  aqrar  islahatların  keçirilməsinə,  Azər-

baycanda ilk milli ordu quruculuğuna Naxçıvan

Muxtar Respublikasından başlanılması müstəqil

dövlətçilik yolunda atılan uğurlu addımlar idi.

     Bu dövrdə Naxçıvanda dövlət müstəqilliyinin

bərpası  istiqamətində  görülən  tədbirlər  təkcə

siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə

söykənən,  bazar  iqtisadiyyatı  tələblərinə  uy-

ğunlaşan  iqtisadi  model  də  formalaşdırılırdı.

1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni,

mənəvi və iqtisadi mühitindən ümummilli lideri -

mizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir.

Bu  dövrün  Naxçıvanı  yenidən  1969-cu  ildən

başlanan Heydər Əliyev quruculuq xəttinə, in-

kişafın, tərəqqinin Heydər Əliyev modelinə qa-

yıdan ilk region idi. Bütün bunların nəticəsidir

ki, Naxçıvan Muxtar Respublikasının həyatında

mühüm dəyişikliklər baş vermiş, Ermənistanla

həmsərhəd  rayon  və  kəndlərə  hərbi  təcavüzə

son qoyulmuş, əmin-amanlıq yaranmış, siyasi

tarazlığın pozulmasına yönəldilən cəhdlərin qar-

şısı  alınmışdı.  Ümummilli  liderimizin  siyasi

fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrü-

bəsində xalq-lider birliyinin bariz təzahürü idi.

    Azərbaycanın siyasi tarixində parlaq iz qoy-

muş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən

siyasi  hakimiyyətə  qayıdışı,  sıravi  deputat,

sonralar isə Naxçıvan Muxtar Respublikasının

rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan

başlanan müstəqillik yolunun bütün Azərbaycan

siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə,

milli  dövlətçiliyin  bərpası  istiqamətində  qə-

tiyyətli addımların atılmasına gətirib çıxardı.

    Azərbaycanda 1969-cu ildə əsası qoyulan

dirçəliş və inkişaf strategiyası nəticəsində ya-

ranmış iqtisadi potensial XX əsrin 80-ci illərinin

sonundan başlayaraq dağıdılıb bərbad hala sa-

lınsa da, 1993-cü ildən sonra ulu öndərin böyük

iradəsi və səyləri ilə yenidən bərpa edilmişdir.

1993-cü  ilin  iyununda  əldən  getməkdə  olan

dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət

Heydər Əliyev qaytarmışdır. Dağılıb məhv ol-

maq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz

ümummilli liderimiz təlatümlər burulğanından

xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik ya-

ratmış, Azərbaycanı ötən əsrin 70-ci illərindən

başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli

inkişaf yoluna çıxarmışdır.

     Ümummilli liderimiz 1969-cu ildə respublika

rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin

qarşısını almış, Azərbaycanı lider respublikaya

çevirmişdisə, 1993-cü ildə ali hakimiyyətə qa-

yıdışı ilə müstəqilliyini itirmək təhlükəsi yaşayan

Azərbaycanı fəlakətlərdən qurtarmış, regionda

əsl müstəqil dövlətə çevirmişdir.

    Ulu öndərimizin uzaqgörən siyasəti nəticə-

sində ölkəmizin təbii sərvətlərindən səmərəli

istifadə  edilməsi,  Əsrin  müqaviləsinin  imza-

lanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi

Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum

neft və qaz kəmərlərinin çəkilişinin reallaşdı-

rılması Azərbaycanda iqtisadiyyatın bütün sa-

hələrinin inkişafına, yerli və xarici investisiyalar,

müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb

etməklə  rəqabətqabiliyyətli  məhsul  istehsal

edən müəssisələrin yaradılmasına, infrastruk-

turun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına

imkan vermişdir. 1969-cu ildən başlanan qurucu -

luq xəttinin 1993-cü ildən sonra davam etdi-

rilməsi hərtərəfli inkişaf edən, müasir, demo-

kratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən

yeni  Azərbaycan  dövlətinin  yaradılmasına

səbəb olmuşdur.

    Ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi

illər tariximizə milli intibah, milli tərəqqi, milli

oyanış  və  müstəqil  dövlət  quruculuğu  dövrü

kimi daxil olmuşdur. Xalqımızın böyük oğlunun

ideyaları,  amalları  bu  gün  də  Azərbaycanın

yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə

aparır. Dünya dövlətləri sırasında layiqli yerini

tutan Azərbaycanın ulu öndərimiz tərəfindən

müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə

başçısı  cənab  İlham  Əliyev  uğurla  davam

etdirir.  Ümummilli  liderimizin  siyasi  kursu

Azərbaycan Prezidenti tərəfindən daha da zən-

ginləşdirilərək XXI əsrin mükəmməl dövlətçilik

fəlsəfəsinə çevrilmişdir.

    Heydər Əliyev yolundan kənarda inkişafın

və  müstəqil  dövlət  quruculuğunun  mümkün

olmadığını bəyan edən Azərbaycan Prezidenti

cənab İlham Əliyev demişdir: “Mən Azərbay-



canın xoşbəxt gələcəyinə inanıram. Əminəm

ki, ölkəmiz bundan sonra da inkişaf edəcək,

daha da güclənəcəkdir. Azərbaycanda demo-

kratiya daha da inkişaf edəcək, siyasi plüralizm,

söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir

dövlətə  çevriləcəkdir.  Bütün  bunları  etmək

üçün, Azərbaycanı qüdrətli dövlətə çevirmək

üçün, ən başlıcası, ölkədə Heydər Əliyev si-

yasəti davam etdirilməlidir... Mən bu siyasətə

sadiq qalacağam, heç vaxt bu yoldan dönmə-

yəcəyəm,  Heydər  Əliyevin  siyasətini  davam

etdirəcəyəm”.

     Bu  gün  xalqımız  əmindir  ki,  ümummilli

liderimizin siyasi kursu etibarlı əllərdədir. Bu

kursu davam etdirən ölkə rəhbəri nəinki regionda,

bütövlükdə,  dünyada  qəbul  edilmiş  siyasətçi

kimi  Azərbaycanı,  onunla  birlikdə  Heydər

Əliyev  kursunu  da  yaşadır,  ölkəmizi  inamla

daha xoşbəxt gələcəyə aparır, böyük uğurlara

imza atır. Prezident İlham Əliyevin Azərbaycana

rəhbərlik  etdiyi  dövrdə  maaşlar  və  təqaüdlər

orta  hesabla  6  dəfədən  çox  artırılmış,  1  mil-

yondan artıq yeni iş yeri açılmış, büdcə xərcləri

12 dəfə, hərbi xərclər 20 dəfə, valyuta ehtiyatları

18 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən

7 faizə düşmüşdür. Əhalinin rifah halının yax-

şılaşdırılması istiqamətində qəbul edilən Dövlət

proqramları uğurla icra edilir. Ötən ilin oktyabr

ayında  Azərbaycanın  155  ölkənin  dəstəyini

alaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi

üzv seçilməsi, bu ilin mayında quruma rəhbərlik

etməsi də Heydər Əliyev siyasi xəttinin uğurla

davam  etdirilməsinin  nəticəsidir.  Bir  sözlə,

dövlət  başçısının  həyata  keçirdiyi  iqtisadi  və

siyasi islahatlar Azərbaycanın bu gününün, sa-

bahının və gələcəyinin inkişaf platformasıdır.

Bu inkişaf platformasının müsbət nəticələri isə

Heydər Əliyev siyasi xəttinin həyatiliyi və düz-

günlüyünü bir daha təsdiq edir.

     Bu gün böyük dövlət xadimi Heydər Əliyevin

işi  və  əməlləri  onun  şah  əsəri  olan  müstəqil,

qüdrətli  Azərbaycanın  hər  yerində  görünür.

Heydər  Əliyev  yolu  ilə  gedərək  gündən-günə

inkişafa və tərəqqiyə qovuşan Azərbaycanda və

onun  Naxçıvan  Muxtar  Respublikasında  əldə

olunan bütün nailiyyətlərdə ümummilli liderimizin

fəal yaradıcı gücə malik olan idealları yaşayır.

     Naxçıvan Muxtar Respublikasında Heydər

Əliyev quruculuq xəttinin uğurla davam etdi-

rilməsi nəticəsində muxtar respublikamız inki-

şafının  keyfiyyətcə  yeni  mərhələsinə  qədəm

qoymuşdur. Muxtar respublikada həyata keçirilən

iqtisadi islahatlar qısa tarixi dövr ərzində mak-

roiqtisadi sabitliyin bərqərar olunmasını təmin

etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan

vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli

dərəcədə yaxşılaşdırmışdır. Son 17 ildə muxtar

respublikada  446  inzibati  bina,  274  elm  və

təhsil  ocağı,  314  mədəniyyət,  194  səhiyyə

müəssisəsi, 347 rabitə və informasiya texnolo-

giyaları obyekti və qurğuları istifadəyə verilmiş,

enerji və ərzaq təhlükəsizliyinin təmin olunması

istiqamətində mühüm addımlar atılmışdır. Bu

siyahını  xeyli  genişləndirmək  olar.  Çünki  elə

bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın,

inkişafa nail olunmasın. Bütün bunlar ulu öndər

Heydər Əliyevin yoluna sədaqətin bəhrəsidir.

     Ulu öndər Azərbaycana sabitlik, siyasi isla-

hatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial

inkişaf gətirmiş, ən əsası isə xalqın iradəsinə

əsaslanan idarəçilik mexanizmi bəxş etmişdir.

Ulu öndərimiz bu gün hər bir azərbaycanlının

qəlbində  yaşayır.  Qədirbilən  xalqımız  bir  an

belə olsa, dahi liderini unutmur. Xalqımız bu-

günkü firavanlığına, əmin-amanlığına, ictimai-

siyasi  sabitliyə,  Azərbaycanın  regionda  lider

dövlətə çevrilməsinə görə ümummilli liderimizə

borcludur. Bu gün Azərbaycanda əldə olunan

nailiyyətlərin bir səbəbi var – o da təməli 1969-cu

ildə qoyulmuş inkişafın Heydər Əliyev modeli,

Heydər Əliyev quruculuq xəttidir. Müdrik bir

kəlamda  deyilir:  “Əbədiyaşar  o  adamdır  ki,

özündən sonra Vətən üçün, millət üçün böyük

və faydalı yadigarları qalır”. Ulu öndər Heydər

Əliyevin özündən sonra qalan ən qiymətli ya-

digarı müstəqil Azərbaycan Respublikasıdır.

    “Azərbaycanlı  kimi  dünyaya  gəldiyimə,

Azərbaycan dilində danışdığıma, Azərbaycanı

təmsil etdiyimə görə özümü çox xoşbəxt sayı-

ram” sözlərini  fəxrlə  səsləndirən  ulu  öndər

Heydər  Əliyev  idarəçilik  ensiklopediyasının

hər vərəqi, hər sətri xalqa və dövlətə xidmətin

təzahürüdür.  Bu  mənada  ulu  öndər  Heydər

Əliyev şəxsiyyətinin əbədiliyi müstəqil Azər-

baycanın qazandığı bütün uğurların mahiyyə-

tindən böyükdür. Ümummilli liderimizin ide-

yalarının tükənməzliyi və yaradıcı gücü xalqı-

mızın nurlu gələcəyi üçün sönməz məşəldir.

“Şərq qapısı”

Əbədiyaşar lider

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 235 (20.640)

12 dekabr 2012-ci il, çərşənbə

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

12 dekabr ümummilli liderimiz Heydər Əliyevin anım günüdür

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti



Mən həmişə səninləyəm, Azərbaycan, Azərbaycan, Azərbaycan!

Mənim həyat amalım bütün varlığım qədər sevdiyim

Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-

si ya si, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün

gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqım-

dan almı şam. Ən çətin anlarda, ən mürəkkəb və ziy yət -

lərdə yalnız və yalnız xalqa arxa lanmışam. Bu da mənə

dözüm, iradə verib və bü tün uğurlarımı təmin edib.

Azərbaycanın özü kimi əbədi

Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə

malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır.

c l d


   Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq.

Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qay-

tarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub

saxlamalıyıq.

c l d


Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında,

müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi

olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin.

c l d


Naxçıvan  Azərbaycanda  dövlət  müstəqilliyi,  milli  azadlıq  yolunda  gedən

mübarizənin  dayağı  olmuşdur  və  bu  gün  də  dayağıdır.  Gələcəkdə  də  belə

olacaqdır. 

c l d


   Naxçıvan Azərbaycanın elə bir diyarıdır ki, burada milli ruh, milli şüur çox

yüksəkdir. Naxçıvanda millilik, Azərbaycançılıq, türkçülük çox dərin köklərə

malikdir.

c l d


   Naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini irəli apa-

rırlar, qururlar, yaradırlar. 

c l d


Naxçıvanda sağlam qüvvələr müstəqillik, azadlıq uğrunda mübarizə apardılar.

Naxçıvanda baş vermiş siyasi hadisələr Azərbaycanın müstəqilliyi üçün yol

açdı. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi

milli  azadlıq  uğrunda,  dövlət  müstəqilliyimiz  uğrunda  gedən  mübarizələrdə

həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur.

c l d


   Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan

bundan sonra daha da səmərəli istifadə edəcəkdir. 

Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycan torpağının

hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. 

c l d


Biz bütün bu çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq,

Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət

müstəqilliyini  qoruduq,  Azərbaycanı  parçalanmaq  təhlükəsindən  xilas

etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da

yaşadacağıq.

c l d


Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi,

müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər bi-

rimizdən var qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sı-

naqlarından  ləyaqətlə  çıxmış  xalq  bu  ali  məqsəd  uğrunda  bütün

imkanlarından lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bu

günü və sabahının tam təminatçısı olacaqdır.

c l d


  Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı

inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cə-

miyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq,

demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq

yoludur.

c l d


İndi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam,

mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. Azərbaycan xalqının

əsrin sonunda əldə etdiyi nailiyyət budur. 

c l d


Harada yaşayırsan-yaşa, Vətəndən, ana torpaqdan şirin şey yoxdur. Siz

düşünməyin ki, Azərbaycan sizə nə etməlidir? Düşünün ki, siz Azərbaycana

nə etməlisiniz. Şərt odur ki, insan milləti, Vətəni, torpağı üçün nə edir. Mən

həmişə belə yaşamışam.

Ulu öndər Heydər ƏLİYEV:

2

3


4

Nə qədər ki  Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam!

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21

Faks: 544-52-52

Nömrəyə məsul: Muxtar Məmmədov

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3646. Sifariş № 1271

Baş redaktor:

TURAL SƏFƏROV

BİR NURLU HEYKƏL YARAT

Heykəltəraş qardaşım, qəlbinin atəşinə

O insanın qəlbinin alovundan alov qat.

O insanın adına, əməlinə yaraşan

Əzəmətli, möhtəşəm bir nurlu heykəl yarat.

Bilmirəm, qranitdən, tuncdan, qızıldan 

olsun...

Nədən yaradırsansa, ürəkdən, candan yarat,

Can ver daşa, qızıla, yorulmasın əllərin,

Sabahıma boylanan bir nurlu insan yarat.

O, adi insan deyil, insanlığın tacıydı,

Ürəyi bir millətin yoluna məşəl oldu.

Əməliylə, işiylə xarüqələr yaratdı,

Adilikdən çıxaraq O, fövqəlbəşər oldu.

Necə yaradacaqsan, bilmirəm o heykəli,

Gəz, dolan qarış-qarış bütün ərzi-cahanı.

Bax gör bir heykəltəraş, bax gör bir memar 

kimi

O, necə yaradıbdı anam Azərbaycanı! 

Xəzər vuran ürəyi, Kür, Araz coşan qanı,

Qoşqar, Şahdağ, Savalan əyilməyən başıdır.

Əlli milyon insanın ən xoş sözü, kəlməsi,

Əlli milyon ürəyin fəxri vətəndaşıdır.

Qarış-qarış dolaşıb obaları, elləri,

Hər ölkədə, qitədə “Azərbaycan!” söyləyib.

Yurdumun ağsaqqalı, ağbirçəyi, uşağı

Onun hər kəlməsinə “can” deyib, “can” 

söyləyib.

O, heykəllər yaradıb, əzəmətli, möhtəşəm,

O, binalar ucaldıb, başı göylərə dəyir.

Bu yurdda ən möhtəşəm sarayları, evləri

Xalqım: “Heydər ucaldıb, Heydər qurub”,– 

söyləyir.

Ümummilli lider Heydər ƏLİYEV:

Azərbay cana  bəxş  etdiyim  töhfələr  –

zavodlar,  buruqlar,  binalar,  ob yekt lər,

abidələr,  yeni  qəsəbələr  mən  həyatda

olmayanda  da  Heydər  Əliyevin  izləri

kimi yaddaşlarda yaşayacaqdır.

Heykəltəraş qardaşım, bir nurlu heykəl yarat,

Heydərimin adına yaraşan heykəl olsun.

O,  heykəltək ucaltdı anam Azərbaycanı,

Qoy sənin yaratdığın ondan da gözəl olsun!

Asim YADİGAR

Yüklə 80,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə