28
Qəribə və xoĢ bir təsadüf
Doxsan üçüncü ilin sentyabr ayında Qax rayonuna ezamiyyətə getmişdim.
Marsan kəndində Eldar Hacı oğlu Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi,
sənəti ilə maraqlandım.
—Mühəndisəm, — dedi, on dörd ildir ki, Saxalində neft çıxarıram, indi
məzuniyyətə gəlmişəm.
—Təsadüfən orada «Admiral Aslanbəyov» adasına rast gəlməmisən?
—Elə mən o adada yaşayır və işləyirəm, — dedi.
—Nə yaxşı təsadüfdür, azərbaycanlı admiralın adını daşıyan adada
həmyerlisi yaşayır və işləyir.
—Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu dəqiq bilirsiniz?
—Bəli, — dedim, — o, xalqımızın ilk admiralıdır.
—Bu barədə bizim ada sakinləri arasında, qeyri millətlərlə tez-tez
mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanıb mən və həmyerlilərim «admiral
bizim xalqın oğludur» deyiriksə də, əlimizdə heç bir əsas yoxdur. Bilmirik nə vaxt
yaşayıb, nə vaxt ölüb... Bir-iki dəfə məzuniyyətə gələndə rayonumuzun tanınmış
ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim elə bir admiralımız
yoxdur.
Mən sevinclə:
—Var, — dedim, — Eldar, Saxalinə qayıdanda yolunu Bakıdan sal,
görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını verim. Aslanbəyovun
bizim xalqın oğlu olması haqqında əlində əsas dəlil olsun.
Məndən də artıq sevinən Eldar:
—Çox sağ ol, — dedi, — mən də admiral Aslanbəyov haqqında qəsəbə
kinoteatrında bir guşə düzəldəcəyəm.
Admiral həm də alimdir
Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçıları onun
haqqında «Admiral Naximovun bioqrafı kimi daha çox məşhurdur» sözlərini
iftixarla qeyd edirlər. Təsadüfi deyil ki, İbrahim bəyin «Naximovun bioqrafiyası»
adlı oçerki ayrıca kitab kimi bir neçə dəfə nəşr olunmuşdur.
Admiral Aslanbəyovun elmi-publisistik əsərləri isə ayrıca tədqiqata
layiqdir. Hərbi-dəniz donanmasının ötən əsr tarixini araşdıran tədqiqatçıların
əksəriyyəti onun əsərlərindən mənbə kimi bu gün də istifadə edirlər. Heç təsadüfi
deyil ki, 1889-cu ildə Sankt-Peterburqda «Vitse-admiral Aslanbəyovun yarıməsrlik
yubileyi» adlı kitab da nəşr olunmuşdur. V. Fridriksin «Kontr-admiral
Aslanbəyovun bayrağı altında üzən «Afrika» kreyseri» adlı kitabı isə hələ 1880-ci
ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür. Q. İ. Syominin «Sevastopol»
tarixi oçerkləri kitabında (1955-ci il) isə admiral Aslanbəyovun gündəliyindən
geniş istifadə olunmuşdur.
29
Knyaz-admiral Baryatinski isə həmyerlimiz haqqında yazdığı xatirələrində
qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o qədər maraqla danışardı ki, müsahibi
qəşş edənə qədər gülərdi. Bu lətifələr indi də dənizçilərin dillərində gəzir.
Ötən əsrin altmışıncı illərindən başlayaraq admiral Aslanbəyovun
«Morskoy sbornik» jurnalında silsilə elmi-publisistik məqalələri dərc olunmuşdur:
«Sokol» üçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri» (1861),
«Admiral Naximov» (bioqrafik oçerk, 1868), «Admiral A. S. Qreyq» (1873),
«Admiral A. İ. Panfilov» (1874), «Dəniz akademiyasının 50 illiyinin bayram
edilməsi münasibətilə nitqi» (1877), «Kontr-admiral Aslanbəyovun səfərləri
haqqında məlumatlar» (1881) və başqa məqalələrindən tədqiqatçılar bu gün də
bəhrələnirlər.
Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb-işləməsəydi,
belə ali rütbəyə çata bilməzdi. Yüz altmış üç ildən sonra onun bizim üçün qaranlıq
qalan ömür yoluna, hərbi fəaliyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə
vacibdir. Yoxsa, qeyri millətlər, xüsusilə naxələf qonşularımız bizim unutduğumuz
məşhur oğullarımızı özününküləşdirir, üstəlik də: «sizin tarixiniz kasıb olub,
görkəmli oğullarınız yoxdur», — deməklə xalqımızı təhqir edirlər.
...Hərbi-Donanma tariximiz onsuz da kasıbdır. Bu sahədə fəaliyyət göstərən
oğullarımız az qala barmaqla sayılacaq qədərdir: Kontr-admiral Cəlil Cavadov
(1916—1980) və vitse-admiral Həmid Qasımbəyov (1923-cü il) Vəssalam!
Nə yaxşı ki, bu boşluğu müəyyən qədər də olsa dolduracaq İbrahim bəy
Aslanbəyov kimi admiralımızı gec də olsa tapa bilmişik...
ĠLK MĠLLĠ ORDU GENERALIMIZ
1917-ci il noyabrın on beşində mən
Qafqaza gəldim. Öz xalqımın baş verə
biləcək xarici təzyiqlərdən və daxili
qarışıqlıqlardan qorunmasına xidmət
etmək arzusu ilə Azərbaycan korpusu
təşkil etməyi lazım bilib, Tiflisdə
öz qərargahımı düzəltməyə başladım.
Əliağa ġIXLĠNSKĠ,
Tam artilleriya generalı.
—Hər ağacın öz kölgəsi var, hər millətin də ordusu olmalıdır. Süleyman
bəy, indiki vəziyyət bunu daha çox tələb edir. Biz ordu yaratmasaq, milləti qırğına
verə bilərik. Hadisələrin belə sürətli inkişafı göstərir ki, ordusu, top-tüfəngi olan bir
xalq, digərini məhv edə bilər. Bu saat bizim vəziyyət elədir ki, düşmən həm
içimizdədir, həm də qonşuluğumuzda. Yüz il arxalandığımız rus imperiyası
axırımızı gətirib bura çıxartdı.
—Əliağa, Səməd bəy hardadır, niyə üzə çıxmır? Ordu təşkil etməyə, xalqın
müdafiə qüdrətini möhkəmləndirməyə yaxşı imkan yaranıb.
30
—Vladiqafqazdadır. Bu günlərdə gəlmişdi, Tiflisdəki milli müsəlman
şurasında lazım olan adamlarla görüşdük. Yenə qayıtdı Vladiqafqaza. Ailəsini
köçürüb Bakıya gətirməyə getdi.
Biz bir məsələni də çox tez həll etməliyik. Vaxtilə «dikiy diviziya»da və
hazırda imperiya ərazisində xidmətdə olan zabitlərin hamısını çağırmalıyıq.
Xarkovdan polkovnik İbrahim ağa Usubovu, Murmanskdan general Mirkazımbəy
Talışxanovu, Nijeqorod alaylarından şahzadə Əmir Kazım Qacarı, polkovnik
Əmənulla xan Qacarı, Seyfulla Qacarı, general Firidun bəy Vəzirovu. Xüsusilə
beşinci və yeddinci Qafqaz nişançı diviziyalarında bizim həmyerlilər daha çoxdur.
Onların hamısını çağırmaq lazımdır. Silah tutan oğul Vətənin dar günündə gərək
olmayacaqsa, əmin-amanlıq dövründə heç lazım deyil. Sən bilirsən general
Əlyarbəy Haşımbəyov indi harada qulluq edir?
—Qafqaz araba-karvan briqadasında. Ünvanı məndə var, tel vuraram.
— Bu işi tez eləmək lazımdır. Zabitlərdən birinə tapşırsan daha səlah olar.
Sənin işin çox olur, çatdıra bilməzsən. Polkovnik Şirinbəy Kəsəmənliyə, bir də
qardaşım uşaqları Cavad bəyə və Rüstəm bəyə özüm xəbər eləmişəm. Onlar
çoxdan milli orduda qulluq eləmək arzusundadırlar. Gələcəklər. Dayan, qardaş, bir
nəfəri də xatırladım. Mayor Davud bəy Yadigarov indi harda xidmətdədir,
bilmirsən?
—Yox, çoxdandı onunla əlaqəm yoxdu.
—Onu mən öyrənərəm, əmisi İsrafil bəy Tiflisdə mənim qaynım Bahadır
bəylə qonşudur.
—Əliağa, mənim Zaqafqaziya seymi deyilən dövlət hakimiyyətinə heç bir
ümidim yoxdur. Gürcüləri deyə bilmərəm, məncə, ermənilər bu təşkilata daxil
olmaqla vaxt qazanırlar və güc toplayırlar.
—Aydın məsələdir, ermənilərin bu bicliyini hamı başa düşüb. Lori
dərəsindəki gürcülərlə davadan əllərinə bir parça torpaq keçirə bilmədilər, rüsvay
oldular. İndi bizimlə torpaq iddiasına başlayacaqlar.
Sənin xəbərin var ki, daşnak generalı Foma Nazarbəyov Tiflisdə erməni
korpusu təşkil edir. Bu yandan da Andranik, Nijde, Dro əməlli-başlı milli erməni
diviziyaları yaradıblar. Mənə belə gəlir ki, mənim Tiflisdə təşkil etdiyim korpusla
sənin burda, Gəncədə yaratdığın alayı birləşdirməliyik. Çünki ayrılıqda biz heç
nəyik. Gəncənin yarısı erməni əhalisidir. Sabah ayağa qalxsalar, tək sənin alayınla
onların qarşısını ala bilmərik. Bizim korpusu da Gəncəyə köçürmək lazımdır.
—Bilirsən, Əliağa, xeyli vaxtdır Gəncədəyəm, öyrənmişəm. Gəncə və
Çaykənd ermənilərinin İrəvan daşnakları ilə çox yaxın əlaqələri var. Deyilənə görə,
onlar Gəncənin müsəlman əhalisini qırmaq üçün əməlli-başlı silahlanıblar. İrəvan
daşnaklarının işarəsini gözləyirlər.
Əliağa dayandı. Fikir və düşüncə ilə dostu Süleyman bəyin üzünə baxa-
baxa qaldı. Sağ əlini qaldırıb yoğun gövdəli çinara söykəndi.
Dostları ilə paylaş: |