Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

35 
 
Mərhum Süleyman bəy çalışmaya başladı.      Pulsuzluq, aclıq, əlbəsəssizlik 
onu  məyus  etmədi,  qorxutmadı.  Hətta  özü  1917-ci  sənə  avqustunun  əvvəlindən 
vəzifəyə  başladığı  halda  1918-ci  sənənin  şəbat  ayında  keçmiş  maaşlarını  almaq 
üçün özü utanıb bəndəni vasitə etdi. 
Bu  qədər  müddət  öz  hesabına  xidmət  etdikdən  sonra  yenə  maaş  istəməyi 
özünə bir müşkül əmr    hesab ediyordu. Gəncədə akarşi başlandı, cümlə mülki və 
hərbi  məmurlar  dəxi  qarətkarlara,  talançılara  iltihaq  etdilər.  Kimsə  kimsəni 
tanımaq  istəmədi,  kimsə  kimsəyə  itaət  etmədi,  şübhə  etmək  olur  ki,  düz,  doğru, 
qeyrət  və  namuslu  şəxslər  tapılmayacağı  bir  dərəcəyə  gəldi.  Mərhum  Əfəndiyev 
gündüzlər ac, gecələr uyğusuz öz cavan mütəllimləri ilə şəhərin hərastına, şəhərdə 
əmin-asayişi  əmələ  gətirmədə  zərrə  qədər  qüsur  gətirmədi.  Şəhərdə,  istisionda, 
nərəyə  gedilsə  Süleyman  bəy  görünürdü.  Özü  namus  və  qeyrətli,        mütəllimləri 
düz, doğru. 
Şəmkir  müharibəsi  əsnasında  isə  mərhum  Süleyman  bəy  heç  bir 
fədakarlıqdan  çəkinmədi.  Əvvəldən  axıradək  ən  təhlükəli,  ən  mühüm  nöqtələrdə 
isbat  vücud  edənlərin  birincisi  oldu.  Bundan  sonra  Süleyman  bəyin  məmuriyyəti 
qara yazıya təbdil edildi. Bir müddət Gəncədən getdi. Bu halda müsəlman ordusu 
təşkilinə  hökumət  tərəfindən  müsaidə  edildi.  General  Əliağa  Şıxlinski  baş 
komandan  (Gəncədə  ilk  dəfə  yaradılan  korpusa  Ə.  Şıxlinski  baş  komandan  təyin 
olunmuşdur — Ş. N.) təyin edildi. Gəncədə qəvay əsgəriyyə təşkilinə başlandı. 
Mərhum Süleyman bəy beşinci alay komandanlığına təyin edilərək yenidən 
Gəncəyə  təşrif  gətirdi.  Yenə  fəaliyyətə,  fədakarlığa  başladı.  Bu  vəqt  şəhərdə  öylə 
bir  aparşi  hökmfərma  idi  ki,  heç  bir  qüvvə  təmin  asayişə  müqtədir  deyildi. 
Nəhayət,  mövcud  türk  əsgərlərini  müsəlləh  edərək  onların  namus  və  qeyrətlərinə 
istinadən  onların  vasitəsilə  e'adeyi-asayişə  və  Bakı  tərəfdən  Gəncə  üzərinə  tərtib 
edilməkdə  olan  hücuma  qarşı  müdafiə  etməyə  müqtədir  ola  bilmək  lüzumu  hiss 
edilərək buna təşəbbüs edildi. 
Süleyman bəy: «Bən bu vəzifəyi qəbul edə bilərəm» - deyə bütün zəhmət və 
çətinliyi  öz  alayına  qəbul  və  hər  bir  cəhətdən  təmin  etdi.  Həqiqətən  bununla  da 
Gəncədə  e'adeyi-asayiş  əmələ  gələrək  nizam,  intizam  bərqərar  etdilər.  Böyləcə 
mərhum general Süleyman bəy Əfəndiyev heç bir gün fədakarlıqdan çəkinməyərək 
fəaliyyətinə  davam  etməkdə  idi.  Bu  günlərdə  bir  ziyai-əbədi  qəbilindən  mədud 
olaraq  darülbəqaya  ertihal  edərək  cümlə  azərbaycanlıları  hüzn  və  ələm  dəryasına 
qərq etmiş. 
Rəhmətullahe əleyh rəhmət vaseh. 
 
Yeni   açılan   arxivdən 
İnamla  demək  olar  ki,  1918—20-ci  illərdə  milli  ordumuzun  keçdiyi  ömür 
yolu  tam  tarixi  salnamədir.  Yetmiş  iki  il  «tamamilə  məxvidir»  möhrü  ilə 
xalqımızdan gizlin saxlanan hərb tariximizin qiymətli sənədlərini araşdırmaq bizə 


36 
 
yalnız  1992-ci  ilin  noyabr  ayında  qismət  oldu.  Burda  nələr  yoxdu...  Hər  sənəddə 
bir qəhrəman oğlumuzun taleyi, döyüş yolu, kimisi yarımçıq, kimisi də bütöv. Bu 
nadir  sənədləri  araşdırdıqca  böyük  Səməd  Vurğunun  dillər  əzbəri  olan  misraları 
yada düşür: 
Hər türbədən bir qəhrəman  
Sanki baxıb deyir bizə:  
«Alovların arasından 
Yollar açdım eşqinizə». 
Respublika  Yeni  Tarix  Mərkəzi  Dövlət  Arxivində  saxlanan  belə  qiymətli 
sənədlərdən biri də general-mayor Süleyman bəy Əfəndiyevə məxsusdur. 1919-cu 
il  fevralın  21-də  hərbi  nazir  vəzifəsini  müvəqqəti  icra  edən  general-leytenant 
Əliağa  Şıxlinskinin  və  Baş  Qərargah  rəisi,  polkovnik  Həbib  bəy  Səlimovun 
imzaladığı 89 nömrəli əmrdə oxuyuruq: 
«Bu gün Ağdamdan birinci  piyada  Azərbaycan diviziyasının rəisi general-
mayor  Əfəndiyevin  tif  xəstəliyindən  vəfat  etməsi  haqqında  kədərli  teleqram 
almışıq.  1917-ci  il  fevral  çevrilişindən  sonra  general-mayor  (o  vaxt  polkovnik) 
Əfəndiyev var qüvvəsi ilə ictimai-təşkilati işlərdə və Vətənin müdafiəsi sahəsində 
xalqına xidmət etməyə başladı. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Gəncə  şəhərində  onun  təşəbbüsü  ilə  yeni 
yaranan  Azərbaycan  ordusuna  təlimatçılar  hazırlamaq  üçün  tədris  dəstəsi 
yaradılmışdı.  Polkovnik  Əfəndiyevin  rəhbərlik  etdiyi  çox  da  böyük  olmayan  bu 
dəstə  vətənimizin  mərkəzi  Gəncə  şəhərində  qayda-qanun  yaradılmasında, 
anarxiyadan  qorunmaqda,  eşalonların  tərksilah  edilməsində  və  xalq  əmlakının 
qorunmasında əsas rol oynayırdı. 
Gəncə  şəhərində  Müsəlman  korpusu  yaradılanda  polkovnik  Əfəndiyev 
beşinci Müsəlman alayının  komandiri təyin edilir. Tiflisdəki  müxtəlif təşkilatların 
açıq müxalif mövqeyi, rəsmi dairələr tərəfindən müsəlman alayının yaradılmasına 
mənfi  münasibəti  və  bir  çox  digər  çətinliklərə  baxmayaraq  polkovnik  Əfəndiyev 
Tiflis  rəsmi  dairələrindən  öz  bacarığı  hesabına  alayı  üçün  lazım  olan  əsas  şeyləri 
alır və Gəncəyə çatdırır. 
Könüllülərdən  təşkil  olunmuş  beşinci  atıcı  alayı,  yerlərdə  hərbi  sahədə 
onlara  kömək  edə  biləcək  hakimiyyətin  olmadığı  bir  dövrdə  əksəriyyəti  yaxşı 
geyinmiş  və  orta  səviyyədə  təlim  görmüş  əsgərlərdən  ibarət  idi.  Komandirin 
qayğısı  təkcə  əsgərlərlə  qurtarmırdı.  Polkovnik  Əfəndiyev  zabitlər  üçün  də  əla 
təşkil olunmuş ucuz yeməkxana təşkil  etmişdi. 
Azərbaycan  korpusunun  süvari  hissələrinin  müvəqqəti  buraxıldığı  dövrdə 
polkovnik Əfəndiyev qərargaha çoxlu əşya və xeyli ərzaq məhsulları təhvil verdi. 
Bundan  sonra  ikinci  Qarabağ  süvari  alayının  komandiri  təyin  olunan  polkovnik 
Əfəndiyev  bir  çox  çətinliklərə  baxmayaraq  alayı  tam  hazırlıqlı  hərbi  hissə 
səviyyəsinə qaldıraraq, əla vəziyyətdə Hərbi Nazirliyə təqdim etdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə