26
Aslanbəyov 1860—1861-ci illərdə «Sokol» pərli korvet gəmisinin
komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta gətirmişdir.
1863-cü ildə həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy iki ildən
sonra «Retvizan» gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse-
admiral Butakovun zirehli eskadriliya qərargah rəisi olmuşdur.
Aslanbəyov
1869-1872-ci
illərdə
dəfələrlə
müxtəlif ümumdövlət
əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir.
Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və
ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.
1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi veriləndə İbrahim bəy
Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.
Onun tərcümeyi-halı həm admiral kimi, həm də hərbi dəniz tarixçisi kimi
çox zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə müqayisə etməli olsaq, ancaq
general Əliağa Şıxlınskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər.
Ona görə ki, azərbaycanlı generallardan hərb elmi ilə məşğul olan ancaq Əliağa
Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əliağa Şıxlinskinin elmi və hərbi
fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Admiral Aslanbəyovun elmi
tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib
çatmamışdır. Daha doğrusu, özümüzdə nə tədqiqat olmuşdur, nə də təbliğat...
1872-ci ildə I Pyotrun anadan olmasının iki yüz illiyi böyük bayram şənliyi
kimi keçirilirdi. Bu münasibətlə ümumrus texniki sərgisində iştirak etmək və
imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək
həmyerlimiz Aslanbəyova etibar olunmuşdu.
1879—1882-ci illərdə İbrahim bəy gəmi heyətilə dövri-aləm səyahətinə
çıxmışdı. O, sakit okeanda dəmir zirehli hərb və buxar yelkənli iti gedən
gəmilərdən ibarət hərbi heyətə («Minin», «Knyaz Pojarski», «Hersoq
Edinburqski», «Asiya» və «Afrika») rəhbərlik etmişdir. Aslanbəyov okeanda
sürətlə hərəkət edən kreyserlərin və «uçan eskadrilya»nın orduda tətbiq
edilməsinin təşəbbüskarıdır. O, məşhur admiral A. A. Popovun xahişi ilə sonuncu
layihədə nəzərə almaq məqsədilə tələb və qüsurlarını, siyahısını tərtib etmişdir.
Admiral İbrahim bəy Aslanbəyov Sakit Okean adalarında üzmüş, hətta
Polineziyanın xırda adalarını da dolaşmışdır. Onun şəxsi işində saxlanan rəy və
xatirələrdən, xüsusilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur
ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanlar arasında yüksək
hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-familini oxuya bilmədiyimiz
bir kontr-admiral yazır ki, rus adını yüksək tutan Aslanbəyov xarici ölkələrdə də
yaxşı tanınırdı. O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı:
hətta kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü həmişə qiymətləndirirdi.
Açıqürəkliliyi və qətiyyəti ilə fərqlənirdi. Aslanbəyovun gəmi ilə səfərləri
haqqında çoxlu lətifələr, eləcə də özünün danışdığı məzəli Şərq əhvalatları hələ də
məşhurdur. Bu onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.
27
1884-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik donanmasının
kiçik flaqmanı təyin olunur. Üç il sonra — 1887-ci il sentyabrın 22-də hərbi-dəniz
donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali
rütbədən sonra Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslanbəyov
1901-ci il dekabrın 7-də Peterburqda vəfat edir.
O, həmyerlimiz, böyük alim Mirzə Kazım bəylə dost olmuş, dahi rus
yazıçısı Lev Tolstoy isə onu axtarıb tapmış, admiral Naximovun həlak olma
səhnəsini ona danışmasını xahiş etmişdir. Lev Tolstoy məşhur «Sevastopol
hekayələri»ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.
Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə
keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək
ordenləri ilə təltif olunmuşdur. Həmyerlimizin xidmətləri Serbiyanın «Takova»
(1879), Rusiyanın «Müqəddəs Vladimir» (1854), birinci dərəcəli «Müqəddəs
Stanislav» (1881), birinci dərəcəli «Müqəddəs Anna» (1883), «Ağ qartal» (1888),
Yaponiyanın «Günəşin doğması» (1882), Havay dövlətinin ikinci dərəcəli
«Kalakua» (1882) ordenlərinə layiq görülmüşdür.
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən
admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və birillik məvacibi həcmində
pul mükafatı ayrılmışdır.
Hələ sağlığında — 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə
bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır.
Boris Maslennikovun 1986-cı ildə nəşr olunmuş «Dəniz xəritəsi nəql edir»
kitabının 28-ci və 253-cü səhifələrində həmyerlimiz haqqında verilmiş qısa
bioqrafik göstərici çox böyük əhəmiyyət kəsb edir. Əsaslı mənbələrdən topladığı
faktları müəllif ilk dəfə oxucuya təqdim edir;
«Aslanbəyov yarımadası. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə ekipaj
kliper təsvir edilib. Sakit okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy
Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ilə adlandırılıb. Soyadları xəritə
üzərində hərf səhfilə yazılıb.
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və
xəritəyə ekipaj, kliper «Plastun» kimi yazılıb. Elə həmin vaxtda da İ. A.
Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov Ġbrahim bəy Allahverdi bəy oğlu (1822—1900). Dəniz
korpusu məktəbini bitirib. 1837—42-ci illərdə Baltik dənizində üzüb. 1842—61-ci
illərdə
Qara
dəniz
donanmasında «Selafanl», «Varşava» gəmilərində,
«Femistokol» briqində və başqalarında qulluq edib. 1865—68-ci illərdə
«Retvizan» gəmisinin komandiri, 1879—82-ci illərdə Sakit okean eskadrilyasının
komandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb».
Dostları ilə paylaş: |