Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

18 
 
dərəcədə  doğrudur,  onu  ancaq  gözəgörünməz  olan  bir  Allah  bilir.  Çünki  onu 
şəxsən eşidənlərin heç biri     həyatda   yoxdur. 
Deyilənə görə, Şeyx Şamil 1870-ci ildə Məkkəyə ziyarətə gedəndə yolüstü 
İstanbulda  dayanır.  Onun  burada  olmağını  eşidən  keçmiş  qazavat  döyüşçülərinin 
hamısı görüşə gəlir. Daniyal bəy də gəlir. Şamil hamı ilə sağ əlilə görüşür. Lakin 
növbə Daniyal bəyə çatanda sol əlini çox kefsiz ona uzadır. 
— Böyük imam, nə üçün mənimlə sağ yox,   sol əlinlə görüşürsən? 
İmam Şamil sərt bir kinayə ilə ona cavab verir: 
—  Axı,  mənim  sağ  əlim  yoxdur.  Onu  sən  və  sənin  naib  dostların  kəsib 
ruslara satmadınız? — hirslə qışqıran imam əlavə edir: — hə, siz kəsmədiniz, bəlkə 
yalan deyirəm... 
Evinə çox pərişan halda qayıdan Daniyal bəy Əhmədxan oğlu İlisulu həmin 
axşam ürək partlamasından vəfat edir... 
 
AĢıq Rəfinin bir Ģeri 
 
Hörmətli redaksiya! 
Mən  ilisuluyam.  Qəzetinizdə  («Bərəkət»  qəzeti,  6-7  noyabr  1991-ci  il) 
ilisulu  Daniyal  Sultan  haqqında  yazını  böyük  maraqla  oxudum.  Sizə  və 
axtarışlarını  həsrətlə  izlədiyimiz  Şəmistan  Nəzirliyə  bütün  ilisuluların  adından  öz 
minnətdarlığımı  bildirirəm.  Materialı  oxudum  və  yaddaşım  vərəqləndi. 
Arxivimdən bir bloknot tapdım. Qəlbimdə düz otuz il bundan  əvvəlki qeydlərimə 
heç nə artırmadan «Bərəkət» qəzetinin oxucularına çatdırmaq arzusu oyandı. 
Hörmətlə: 
PaĢa   ƏFƏNDĠYEV,  
professor. 
1961-ci  ilin  oktyabrında  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 
dosenti  Azər  Hüseynovla  ekspedisiyaya  getmişdik.  Azər  müəllim  Qax-Zaqatala 
bölgəsinin  ləhcə,  şivələrini  tədqiq  edir,  mən  də  Molla  Cümənin  şerlərini 
toplayırdım.  Ekspedisiyaya  Qaxdan  başladıq.  Məqsədimizi  bilən,  özü  də  Qaxbaş 
kəndindən  olan  «Məmməd  müəllim»  (onu  belə  çağırırdılar)  bizi  Qaxbaşa  Rəfi 
dayının evinə apardı. 
Osmanov  Rəfi  Həzrət  oğlu.  Özünün  dediyinə  görə,  yaşı  yetmişdən 
keçmişdir.  Onun  atası  Həzrət  (Qoca  oğlu  Həzrət  adı  ilə  tanınmışdır)  aşıqlıq 
eləmişdir.  Molla  Cümənin  dostu  olmuşdur,  bir-birinin  evlərinə  gedib  gələrmişlər. 
Molla Cümənin Qoca oğlu Həzrətə həsr elədiyi şerləri də olmuşdur, onların birini 
bloknotuma yazdım. 
Rəfi  dayı  Şəki,  Qax,  Zaqatala  tərəflərdə  yaşayıb-yaradan  aşıqların  da 
şerlərini bilirdi. Şeyx Şamil haqqında atasından eşitdiklərini çox həvəslə danışırdı. 
Bir  neçə  rəvayət  də  söylədi.  Heyf  ki,  onları  yazmadıq.  Bununla  belə  bloknotun 
küncündən kiçik bir   qeyd tapdım. 


19 
 
«Atam  söyləyirdi:  Nikolay  padşah  deyir  ki,  Şeyx  Şamili  mənim  yanıma 
gətirin, özü də diri gətirin». 
Aşıq Rəfinin özünün də  çoxlu şeri olub.  Çox  təəssüf  ki,  onunla görüşmək 
bizə  bir  də  qismət  olmadı.  Aşıq  Rəfinin  Şeyx  Şamilə  və  İlisuya  həsr  elədiyi 
şerlərini dilindən yazdım. Şerlərdə müəyyən tarixi hadisə və faktlara işarə olunur. 
Özü də Şəmistan müəllimin yazıları ilə necə də sıx səsləşir. Onun birini müəyyən 
ixtisarla «Bərəkət» qəzetinin oxucularına təqdim edirəm. 
Seyraqub ayağından,  
Gədalanan xanlara bax.  
Axıdıb göz yaşını,  
O tökdüyü qanlara bax.  
Vətəndən cida düşüb,  
Çəkdiyi bir günlərə bax,  
İsmayıltək haqq yolunda  
Qurban olan canlara bax.  
Qurtarsın qayğılardan  
Daniyal Sultanı Şamil. 
              *** 
İşlənir şəriəti,  
Çox söylənir doğru sözü,  
Padşahla dava qılıb,  
Xotkara bənzəmiş özü.  
Tutdurur topa onu  
Nə qoymaz Cari, Tiflisi.  
Gəlibən bu yerlərə  
O alıbdı dağı-düzü.  
Tökübdü bulud kimi  
Kövkəbi, asmanı Şamil. 
              *** 
Bilirəm tab eləməz,  
Kimsə onun savaşına.  
Yandırır eşq oduna  
Pərvanətək ataşına.  
Titrəşir xəlayiqlər  
Çıxanda mizan qoşuna.  
Biçarə Rəfi deyər  
Bəxtəvər onun başına!  
Alıbdı bu dünyada  
Cənnəti-rizvanı Şamil. 
 
 


20 
 
ĠLK ADMĠRALIMIZ 
İnsanın ata-anası olmayanda  ona  yetim deyirlər. Daha böyük fəlakətdir ki, 
millət  yetim  qalsın.  Yetim  millət  kimə  deyirlər?  Öz  tarixini  bilməyən  millət 
yetimdir.  Öz  dahilərindən,  böyük  adamlarından  xəbərsiz  yaşayanlar  yetim  hesab 
edilir. 
Biz  elə  xalqıq  ki,  böyük  dahilər,  dünya  miqyasında  şöhrət  tapan  adamlar 
yetirmişik, amma başqa millətlər ona sahib olmaq istəyiblər. 
Əkrəm CƏFƏR, 
professor. 
Bələdçi   qızın   dedikləri 
İlk  dəfə  onun  adını  1976-cı  ildə  Sevastopol  şəhər  muzeyində  eşitdim. 
Bələdçi  qız  nəhəng  bir  kreyser  şəkli  önündə  dayanıb  1853—1856-cı  illər 
müharibəsinin qəhrəmanları haqqında məlumat verirdi: 
—  1854-cü  ilin  mart  ayında  İngiltərə  və  Fransa  Rusiyanın  Balkanlarda 
güclənməsindən bərk narahat olmuşdu. Onların məqsədi Qara dəniz boğazlarını ələ 
keçirmək  və  Rusiyanın  ticarət  yollarını  bağlamaq  idi.  Ona  görə  də  hər  iki  ölkə 
müharibəyə  qoşulub  Krıma  qoşun  çıxartdı.  Sevastopol  mühasirəyə  alındı.  O 
vaxtdan  da  Sevastopolun  qəhrəmancasına  müdafiəsi  başlandı.  Admiral  İstomin, 
Naximov,  Aslanbəyovun  (axırıncı  famili  Aslambekov  kimi  tələffüz  edirdi)  və  rus 
əsgərlərinin qəhrəmancasına vuruşmasına baxmayaraq, ingilis və fransız qoşunları 
şəhəri  aldılar.  Təhkimçi  Rusiyanın  gücsüzlüyü  və  çürüklüyü  ölkəyə  baha  başa 
gəldi. Bax, bu gördüyünüz şəkildəki vitse-admiral Aslanbəyov 1871-ci ildə üçüncü 
donanma  skipajının  rəisi  olanda  Sevastopola  dəmir  yolu  çəkilməsinə  rəhbərlik 
etmişdir... 
 
Sənədlərdən   soraq   aldım 
Bələdçi  qız  sözünə  ara  verib  bildirdi  ki,  indi  də  o  biri  salona  keçək. 
Tamaşaçıların  bəzisi  irəli  durub  admiralın  portretinə  yaxından  baxıb  keçirdilər. 
Mən  isə  şəklin  önündə  xeyli  dayandım...  Onun  üzündə,  gözündə  qafqazlıya,  daha 
doğrusu  Azərbaycanlıya  oxşarlıq  axtarırdım.  Etiraf  edim  ki,  sövq-təbii  bir  hiss 
onun  bizim  xalqın  oğlu  olmasına  məndə  şübhə  yaratmırdı.  Əzəmətli  duruşu, 
qafqazlılara məxsus burma bığları bəy nəsilli olmağından nişan verirdi. Çərçivənin 
aşağısındakı qısa məlumatı oxudum: «Vitse-admiral   A. B. Aslambeqov.    1820—
1900-cü illər». 
Bayaqkından  daha  geniş  bir  salona  keçdiyimizdən  hərə  bir  tərəfə  çəkilib 
eksponatlara baxırdı. Bir nəfər sualları ilə bələdçi qızı lap bezikdirmişdi. Mən isə 
sual  vermək  üçün  fürsət  gözləyirdim.  Bələdçi  qız  ondan  canını  qurtarmaq  üçün 
deyirdi: 
—Ay  yoldaşlar,  bir  az  yaxın  gəlin,  eksponatlara  əl  vurmayın,  belə  olmaz. 
Suallarınızı axırda verməyinizi xahiş edirəm... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə