Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

45 
 
Mən  də  «Azərbaycan  tarixi»  kitabından  oxuduğum  bir  epizodu  onlara 
danışdım: 
— Orada yazılır ki, 1915-ci ildə fabrik fəhlələri (məlum deyil hansı fabrikin 
—  Ş.  N.)  gündəlik  əmək  haqqının  artırılması  üçün  tətil  eləyirlər.  Bu  təzyiqdən 
sahibkar  əmək  haqqını  beş  qəpik  də  artırır.  Lakin  bunu  sədəqə  kimi  qəbul  edən 
fəhlələr  yenə  imtina  edirlər.  Tətilçilərin  qətiyyətini  görən  qəza  rəisinin  müavini 
Cahangir  bəy  Şıxlinski  fəhlələrin  beş  nəfər  nümayəndəsini  yanına  çağırıb  onları 
həbslə hədələyir. Əmr edir ki, işə başlasınlar. Polislər də fabriki mühasirəyə alırlar. 
Lakin tətilçilər inadla öz tələblərinin ödənilməsinə nail olurlar, onların əmək haqqı 
beş qəpikdən on beş qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım saat azaldılır... 
Bu yerdə dözə bilməyən    ağsaqqal      maarifçi     Abdulla Babanlı dedi: 
— Yalandı, oğul, büsbütün yalan epizoddur. Əvvəla bizim Qazaxda elə bir 
fabrik olmayıb. Bizdə indi də, o vaxt da xırda xalça, kəlağayı, dondurma və konfet 
sexləri  var.  Bizdə  inqilabdan  əvvəl  belə  sexlərin  və  dükanların  sahibkarları  Hacı 
Rəsul  uşağı  adı  ilə  tanınan  Məmmədəli,  Əbdüləli,  Mirzəvəli  və  başqa  qardaşlar 
vardı.  Onlar da  xeyirxah,  kasıba, yetim-yesirə  əl tutan oğullar idi.  Dükanlarından 
bir  kəlağay  alanda,  birini  də  bağışlayırdılar.  Onlar  xırda-para  şeylərin  alverçisi 
deyildilər, əsl tacir idilər. Mən əsrdən böyüyəm, nə təhər olub ki, bu boyda tətili nə 
görmüşəm, nə də eşitmişəm. Yalan yazır o oxuduğun «Azərbaycan tarixi» kitabı... 
Yaxşı  tanıdığım  bir  tarixçi  professorun  kitabından  aşağıdakı  cümlələri 
oxuyanda  o  vaxt  mən  də  general  Cavad  bəy  Şıxlinskinin  xalqının  düşməni 
olduğuna  inanmışdım.  Eləməyib  tənbəllik  bu  cümlələri  də  Abdulla  müəllimə 
oxudum:  «Müsavat  generalı  Cavad  bəy  Şıxlinski,  polkovnik  Cahangir  bəy 
Kazımbəyov, polkovnik Məhəmməd Mirzə Qacar, məşhur musavatçı Xan Xoyski 
qardaşları və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar. 
Əksinqilabçı  ünsürlərdən  təşkil  edilən  qiyamçılar  on-on  iki  minlik  böyük 
dəstəyə və üç artilleriya batareyasına malik idilər. 
Mayın  iyirmi  altısında  qiyamçılar  hərbi  cəbbəxananı  ələ  keçirdilər, 
dəmiryol vağzalını tutdular. Müsavatçılar şəhər əhalisi içərisində bolşeviklər, qızıl 
əsgərlər  əleyhinə  hər  cür  böhtanlar  yayır,  guya  bolşeviklər  əleyhinə  bütün 
Azərbaycan üsyan etmişdir, — deyə fitnə-şayiələr yayırdılar». 
Cümlələri oxuyub qurtaran kimi  Abdulla  müəllim titrək, arıq barmaqlarını 
sətirlərin üstündə gəzdirə-gəzdirə dedi: 
— Bu cümlələrdəki «böhtan, fitnəkar, şayiə, əksinqilabçı» sözlərini pozsaq, 
«qiyam  və  qiyamçıları»  isə  igid,  üsyankar  sözləri  ilə  əvəz  etsək,  professorun 
sözləri düz olar. 
Əlbəttə, on dörd il əvvəl Abdulla müəllim bu iradları mənə ikilikdə, özü də 
astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya vardı, nə də aşkarlıq. 
1991-ci  ildə  arxivdə  rast  gəldiyim  bir  kitab  məni  çox  sevindirdi.  Sevindim 
ki,  nə  general  Əliağa  Şıxlinskinin  yazdığı,  nə  də  onun  qohumunun  dediyi  səhv 
olmadı. 1912-ci ildə Qafqaz canişinliyinin mətbəəsində nəşr olunmuş «Kavkazski 


46 
 
kalendar»  sorğu  kitabı  bunu  bir  daha  təsdiq  etdi.  Kitabın  dörd  yüz  səksən 
doqquzuncu  səhifəsində  belə  bir  qeyd  var:  «Otuz  doqquzuncu  artilleriya 
briqadasının komandiri general-mayor Kalin, birinci rotanın komandiri isə kapitan 
Cavad bəy Şıxlinskidir». 
Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca olaraq oxuculara 
təqdim  edirəm.  Ona  görə  ki,  orada  xalqımızın  görkəmli  hərbçi  oğulları  haqqında 
məlumat verilir. 
Dörd yüz yetmiş səkkizinci səhifədən: 
 
—Birinci  Qafqaz ordusu korpusunun  artilleriya  müfəttişi general-leytenant 
Səməd  bəy  Mehmandarov,  əlli  ikinci  artilleriya  briqadasında  birinci  divizion 
komandiri  Əsəd  bəy  Talışxanov,  Qafqaz  canişinliyinin  hərbi  qərargahında 
ştalmeyster  (orduda süvari zabiti - Ş. N.) Bəhram xan Naxçıvanski xidmət edirlər. 
Yüz otuz altıncı səhifədən: 
—Cavanşir  qəzasının  Tərtər  qəryəsində  praporşik  Gəraybəy  Vəkilovun, 
Qarasaqqalıda İsfəndiyar bəy Muradovun (general Ə. Şıxlinskinin bacısı oğludur. 
Az  müddət  Qazax  qəzasının  rəisi  olub.  1920-ci  ilin  mayında  Gəncə  üsyanın 
iştirakçısı  adı  ilə  məşhur  ədəbiyyatşünas  Firidun  bəy  Köçərli,  doktor  Məcid  bəy 
Vəkilov,  müəllim  Nadir  bəy  Dağkəsəmənski  ilə  birgə  bolşeviklər  tərəfindən 
güllələnib — Ş. N.), Qazax qəzasında starşina köməkçisi Cahangir bəy Şıxlinski və 
Məcidbəy Şıxlinskinin fəaliyyətindən danışılır. 
Beş  yüz  iyirmi  doqquzuncu  səhifədə  isə  Əliağa  Şıxlinskinin  iyirmi  ikinci 
artilleriya briqadasında birinci polkun komandiri olduğu göstərilir. 
«Kavkazski kalendar»dakı bu tapıntılarımdan sonra cəsarət edib 1990-cı ilin 
sentyabrında «Bizim generallar» verilişində general Cavad bəy Şıxlinski haqqında 
sorğu ilə  çıxış elədim. İki  gün keçməmiş bir nəfər zəng elədi.  Dedi ki,  çıxışınıza 
qulaq  asdım.  Çox  sağ  olun  ki,  mənim  babalarım  Cavad  bəy      və      Rüstəm  bəy 
Şıxlinskilər  haqqında  az-çox  məlumat  verdiniz.  Amma  heç  birinin  şəklini 
göstərmədiniz. 
—Yoxdur,  —  dedim,  —  qardaş,  heç  bir  arxivdən  şəkillərini  tapmaq 
mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə onların şəkli varsa, bizə 
göndərsin.  Əgər  doğrudan  da  o  kişilər  sənin  babandırsa  kömək  elə,  şəkillərini 
tapaq. 
—Var, — deyə xəttin o başındakı adam inamla bildirdi. 
Mən sevinclə: 
—Harda, kimdə? — deyə soruşdum. 
—Qazaxda,  anamda.  Siz  bir  neçə  il  əvvəl  anamla  bu  barədə  telefonla 
danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə həmişə ehtiyat edir. Bir də 
itkin  şəkillərdən  sonra  anam  heç  kəsə  inanmır.  Sizin  verilişə  baxıb,  indi  özü 
Qazaxdan zəng eləmişdi ki, qəzetdə dərc olunan yazılarını oxuyuram, verilişinə də 
baxdım, şəkilləri ona etibar eləyə bilərəm... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə