32
onun haqqında əlimizdə çox az məlumat olduğuna görə, mətbuatda çıxış eləməyə
cəsarət etmirdik. Tədqiqatçı dostumuz Alxan Məmmədov «Azərbaycan» qəzetinin
3 mart 1919-cu il və «İstiqlal» qəzetinin 10 mart 1919-cu il tarixli nömrələrində
general barədə əldə etdiyi kiçik həcmli yazıları səxavətlə bizə bağışladı. Hər
ikisində — «Möhtərəm bir generalın ölümü» və «General Süleyman bəy»
yazılarında xalqımızın sərkərdə oğlunun ömür yolu haqqında dolğun məlumat əldə
etdiyimizə görə alim dostumuza təşəkkürümüzü bildiririk. Yazılardan görünür ki,
1919-cu ildə qəflətən səpmə yatalaq xəstəliyinə tutulan general Süleyman bəy
Əfəndiyevin vaxtsız ölümü bütün Azərbaycan istimaiyyəti üçün ağır itki olmuşdur.
«İstiqlal» qəzetində imzasız verilmiş yazıdan bunu açıq-aydın görmək olur.
«Ey möhtərəm əsgər! Sən Azərbaycanın ən qəhrəman övladı idin. Sən
öldün. Fəqət, sənin qəhrəmanlığın səndən sonraya yetişəcək, zabitlərimiz arasında
ölməyəcəksən. Səni Azərbaycan hərb tarixində yad etmək Azərbaycan üçün böyük
bir şərəfdir. Sənin ruhuna təzim və hörmətlərimizi ithaf edər ikən Vətən və
millətimizə də bəyan-təziyyət eyləriz».
Bəs general Süleyman bəy Əfəndiyevin on yeddinci ilə qədərki fəaliyyəti
necə və harada keçmişdir? Bu suala tarixin dərin qatlarında, toz basmış arxiv
sənədləri cavab verir.
...1864-cü il oktyabrın 5-də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev
Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini
Gəncədəki progimnaziyada
1
almışdır. On
altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad
2
süvari məktəbinə daxil olmuş və oranı 1885-ci ildə müvəffəqiyyətlə bitirmişdir.
Hərbi xidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc
zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif
olunmuşdur.
Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi xidmətinə görə
1899-cu il martın 15-də rotmistr
(kapitan) rütbəsinə layiq görülmüş və ona
kavaler kimi fəxri ad verilmişdir.
1900-cü ildə isə üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif
olunmuşdur.
Əsrimizin əvvəllərində xidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy
1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası
üzrə baş nəzarətçisi təyin olunmuşdur.
Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də xalqımızın
maariflənməsində görkəmli ictimai xadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə
gələn, azərbaycanlı balalarının təhsili və güzəranı ilə maraqlanan Süleyman bəy
onlara maddi köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firidun
1
İnqilabdan əvvəl dörd, yaxud altısinifli natamam təhsil verən məktəb — müəl.
2
İndiki Kirovoqrad şəhəri — müəl.