Azərbaycan torpaqlarinin erməNİstan təRƏFİNDƏN İŞĞali (DAĞliq qarabağ MÜnaqiŞƏSİ) Dr. Hatəm Cabbarlı. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Giriş



Yüklə 68,7 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü68,7 Kb.
#26778


AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞALI 

(DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ)

Dr. Hatəm Cabbarlı.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri

Giriş

Təxminən  yüz  ildir davam edən Dağlıq Qarabağ problemi  qəti şəkildə  həll  edilmədiyi 

zamana qədər Azərbaycanın ciddi problemlərindən biri olaraq qalacaqdır. Bu problemin qəti 

şəkildə həll edilməsi dedikdə, Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həll olunması nəzərdə 

tutulur.   Ermənilər   hər   hansı   bir   şəkildə   istədiklərinə   nail   olsalar   başda   Naxçıvan   olmaqla, 

Gəncəbasar   bölgəsinin   bəzi   rayonlarına   qarşı   yenidən   iddia   qaldıracaqları   şübhəsizdir.   Son 

zamanlarda qondarma erməni soyqırımı təbliğat kompaniyasının davam etdiyi nəzərə alınarsa, 

qondarma DQR-in tanınması istiqamətində də soyqırımı nümunəsində olduğu kimi bir təbliğat 

kompaniyasına başlaya bilər. 

Azərbaycan üçün təhlükəli olan bir digər ciddi məsələ də, problemin adının qoyulmasıdır. 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin rəsmi sənədlərdə yazılmasıyla 

Azərbaycan sanki erməni iddialarını qəbul etmiş olur. Problemə bu cür baxış Dağlıq Qarabağın 

tarixən kimə aid olması faktını əhəmiyyətli dərəcədə zəiflədir.

Azərbaycan,   problemi   “Ermənistanın   Azərbaycan   torpaqlarını   işğalı”   kimi 

dəyərləndirməli,   rəsmi   sənədlərdə   bu   cür   yazılmalıdır.   Çünki,   məsələ   Dağlıq   Qarabağın 

sərhədlərini   çoxdan   aşıb   və   Ermənistan   rəsmən   Azərbaycan   torpaqlarını   işğal   edib.   Bu 

problemdə   əhəmiyyətli   olan   məqamlardan   biri   də   tərəflərin   məsələyə   müxtəlif   aspektlərdən 

yanaşmasıdır. 



1. Problemin hüquqi aspektləri 

       1.1. Ermənistanın arqumentləri

Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra Ermənistan problemə münasibətdə 

bir   müddət   bölgənin   Ermənistana   birləşdirilməsi,   daha   sonra   isə   xalqların   öz 

müqəddəratını   təyin   etməsi   (self   determination)   məsələsini   ön   plana   çıxarmışdır. 

Ermənistan   eyni   zamanda   Azərbaycana   qarşı   ərazi   iddialarına   hüquqi   bazasını   təşkil 

etmək   və   mövqeyini   möhkəmləndirmək   üçün,   Dağlıq   Qarabağın   heç   vaxt   müstəqil 

Azərbaycanın tərkib hissəsi olmaması barədə tezisi ilə çıxış edirlər. Bu iddiaların əsasında 

aşağıdakı arqumentlər dayanır:



Birinci



 

 , müstəqil Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olanda Qarabağ 

onun   yurisdiksiyasında   deyildi   və   bu   faktı   Azərbaycanın   Cənubi   Qafqazın 

şərq   hissəsinin   ermənilərlə   məskunlaşmış   ərazilərinə,   əsas   etibarilə   Dağlıq 

Qarabağa iddia etməsi, eləcə də özününkü hesab etdiyi ərazi üzərində təsirli 

dövlət   nəzarətini   həyata   keçirə   bilməməsi   və   sərhədlərinin   legitimliyini 

əsaslandırmağa   qadir   olmaması   səbəbindən   Millətlər   Cəmiyyətinin 

Azərbaycanı   tanımaqdan   imtina   etməsi   barədə   qəbul   etdiyi   qərar   da 

təsdiqləyir. 



İkinci,



 

   1991-ci   ildə   SSRİ-nin   parçalanması   prosesi   çərçivəsində   Dağlıq 

Qarabağın   Azərbaycandan   qanuni   əsaslarla   ayrılması   və   “Dağlıq   Qarabağ 

Respublikası”nın yaradılması. Bu zaman “Müttəfiq respublikanın SSRİ-dən 

çıxması   ilə   əlaqədar   məsələlərin   həlli   qaydası   haqqında”   3   aprel   1990-cı   il 

tarixli SSRİ Qanunu xüsusi olaraq vurğulanır. Sonuncuya əsasən, müttəfiq 

respublikalar tərəfindən Qanunla nəzərdə tutulmuş SSRİ tərkibindən çıxmaq 

prosedurası   həyata   keçirilərkən   muxtar   qurumlar   SSR   İttifaqında   və 

1



tərkibindən   çıxan   müttəfiq   respublikada   qalmaq   məsələsini   müstəqil   həll 

etmək,   habelə   öz   dövlət-hüquqi   statusu   məsələsini   qaldırmaq   hüququ   əldə 

edirdi. 



Üçüncü



 

 , Azərbaycanın sovet dövrünün hüquqi varisliyindən imtina etməsi və 

bununla   da,   həmin   dövrün   sərhədlərinə   iddia   etmək   əsasından   məhrum 

olması. 

2. Azərbaycanın arqumentləri

 

    

       2. 1. Azərbaycan və Ermənistanın Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi prosesində 

Dağlıq Qarabağ məsələsi

Britaniya   qoşunlarının   1918-ci   ildə   Bakıya   daxil   olmasından   sonra,   Müttəfiq 

Dövlətləri   təmsil   edən   general   V.Tomson   qonşu   Zəngəzur   qəzası   ilə   birlikdə   Dağlıq 

Qarabağın   Azərbaycanın   idarəsi   altında   olmasını   tanıdı.   O,   Azərbaycan   hökuməti 

tərəfindən   Xosrov   Sultanovun   bu   iki   regionun   da   daxil   olduğu   Garabağ   general-

qubernatorluğuna   qubernator   təyin   edilməsini   də   təsdiqlədi.   1919-cu   ildə   Dağlıq 

Qarabağın erməni assambleyası rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı. 

1918-1920-ci   illərdə  Azərbaycan   Respublikasının   bir   sıra   ölkələrlə   diplomatik 

münasibətləri   var   idi.   Onlardan   bəziləri   ilə   qarşılıqlı   münasibətlərin   prinsiplərinə   dair 

müqavilələr imzalanmış, on altı dövlət isə Bakıda öz nümayəndəliyini açmışdı. 

12   yanvar   1920-ci   il   tarixində   Paris   Sülh   Konfransında   Müttəfiq   Dövlətlərin   Ali 

Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. 

1   noyabr   1920-ci   il   tarixində   Azərbaycan   nümayəndə   heyətinin   başçısı   Millətlər 

Cəmiyyətinin   Baş   katibinə   məktubla   müraciət   edərək,   Azərbaycan   Respublikasının 

Təşkilata   üzv   qəbul   edilməsi   ilə   bağlı   ərizəsinin   Cəmiyyətin   Assambleyasına   təqdim 

edilməsini xahiş etmişdir.

Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh Konfransındakı 

Azərbaycan   nümayəndə   heyətinə   mandatın   Bakıda   1920-ci   ilin   aprel   ayına   kimi 

hakimiyyətdə   olmuş   hökumət   tərəfindən   verildiyini   qeyd   etmişdir.   Bununla   belə, 

Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1 noyabr 1920-ci il) və 

Memorandumun   dərc   olunduğu   tarixdə   (24   noyabr   1920-ci   il)   Azərbaycan   nümayəndə 

heyətinə   mandat   vermiş   Azərbaycan   Respublikası   hökumətinin   artıq   1920-ci   ilin   aprel 

ayından  de-fakto  hakimiyyətdə   olmamasına   xüsusi   diqqət   yetirilir.   Daha   sonra 

memorandumda bu hökumətin ölkənin bütün ərazisinə nəzarət etmədiyi göstərilirdi.

Bu kontekstdə, qeyd olunan Millətlər Cəmiyyəti Baş katibinin Memorandumunun ən 

mühüm   hissəsi   "Hüquqi   mülahizələr"   fəslidir.   Həmin   fəsildə   dövlətlərin   tamamilə 

özünüidarə edən olması tələbi də daxil olmaqla, Təşkilata yeni üzvlərin qəbul edilməsi ilə 

bağlı   Millətlər   Cəmiyyəti   Nizamnaməsinin   1-ci   maddəsində   təsbit   edilmiş   şərtlər 

xatırladılır.

Millətlər   Cəmiyyətinin   müvafiq   sənədləri   erməni   tərəfinin   Millətlər   Cəmiyyətinin 

Azərbaycanı   üzvlüyə   qəbul   etməməsini   onun   Azərbaycanın   Dağlıq   Qarabağ   üzərində 

hakimiyyətini   tanımaması   və   guya   ermənilərlə   məskunlaşmış   ərazilərə   iddia   etməsi   ilə 

əlaqələndirməsi fikrini tamamilə təkzib edir. Aydındır ki, ərazisinin  mühüm bir hissəsi 

ərizəsi Millətlər Cəmiyyətində baxıldığı bir dövrdə işğal altında olan, ərizəni təqdim edən 

hökuməti   isə   devrilmiş   olan   bir   dövlət   Millətlər   Cəmiyyəti   Nizamnaməsinin   1-ci 

maddəsinin   tələblərinə   əsasən,   tam   özünüidarəetmə   qabiliyyətinə   malik   subyekt   kimi 

2



nəzərdən keçirilə bilməzdi. Məhz bu şərtlər Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul 

edilməsinə mane oldu.

Eyni   zamanda   Millətlər   Cəmiyyəti   aydın   və   tanınmış   sərhədlərə,   status   və 

konstitusiyaya,   sabit   hökumətə   sahib   olmadığı   üçün   Ermənistanın   özünü   dövlət   kimi 

tanımırdı.   Nəticədə,   16   dekabr   1920-ci   il   tarixində   Ermənistanın   Millətlər   Cəmiyyətinə 

üzvlüyə qəbul edilməsi rədd edilmişdi. 

2. 2. Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibində

Müttəfiq Dövlətlərin Dağlıq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıması 

ilə   bağlı   yuxarıda   qeyd   olunmuş   faktlarla   yanaşı,   Sovet   İttifaqı   tərkibinə   qatılarkən 

Qarabağın müstəqil Azərbaycanın yurisdiksiyası altında olmaması ilə bağlı tezis həmçinin 

Ermənistanın ərazi iddiaları ilə əlaqədar olaraq bu məsələyə bir neçə dəfə baxmış RK(b)P 

MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və özünün 5 iyul 1921-ci il tarixində 

keçirilmiş   iclasında   Dağlıq   Qarabağın   Azərbaycan   SSR   tərkibində   saxlanılması   barədə 

qərar vermişdir. Eyni zamanda Azərbaycan SSR-ə Dağlıq  Qarabağa geniş muxtariyyət 

vermək təklif olunmuşdur. 

13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan 

SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Dostluq 

haqqında   müqavilə   imzalandı.   Müqavilənin   5-ci   maddəsi   ilə   Türkiyə,   Ermənistan   və 

Azərbaycan hökumətləri "...Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar 

ərazi kimi yaradılması"na razı olduqlarını bildirdilər. 

13  dekabr  1922-ci   il  tarixində  Zaqafqaziya   Sosialist  Federativ  Sovet  Respublikası 

(ZSFSR) yaradılmışdır. Onun Konstitusiyası Naxçıvan Respublikasının bir muxtar qurum 

kimi   Azərbaycanın   ayrılmaz   tərkib   hissəsi   olması   faktını   bir   daha   təsdiqlədi.   Bu 

konstitusiyaya   görə,   muxtar   respublika   və   vilayətlərin   (Abxaziya,   Acarıstan   və   Cənubi 

Osetiya) vəziyyəti dəyişməz olaraq qalırdı. 

Nə Qars Müqaviləsində, nə də ZSFSR Konstitusiyasında Qarabağın dağlıq hissəsi 

barədə hər hansı bir qeydə rast gəlinmirdi, çünki bu bölgə rəsmi olaraq Azərbaycanın 

ayrılmaz hissəsi kimi tanınırdı, o cümlədən Ermənistan SSR tərəfindən. 

SSRİ-nin ilk konstitusiyasının qəbul edildiyi gündən bir gün sonra, yəni 7 iyul 1923-

cü   il   tarixində   Azərbaycan   SSR   Mərkəzi   İcraiyyə   Komitəsi   "Dağlıq   Qarabağ   Muxtar 

Vilayətinin yaradılması haqqında" Fərman dərc etdirdi. 

Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi statusu 1936-cı və 

1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir. 

DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq 

olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş 

"Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanunla müəyyən edilirdi. 

SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun 

razılığı olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasındakı sərhədlər yalnız 

müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və SSR İttifaqının təsdiqindən sonra 

dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan və Ermənistan Konstitusiyalarında da təsbit 

edilmişdi.

Keçən əsrin 80-ci illərinin sonlarında DQMV-nin Azərbaycan SSR-dən ayrılması və 

vilayətin Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində qanunazidd qərarların qəbulu ilə 

3



əlaqədar   olaraq,   SSRİ   Ali   Soveti   və   onun   Rəyasət   Heyəti   Dağlıq   Qarabağ   böhranı 

nəticəsində yaranmış vəziyyəti bir neçə dəfə müzakirə etmişdir. Keçmiş SSR İttifaqı dövlət 

hakimiyyətinin   ali   orqanı   tərəfindən   qəbul   olunmuş   qərarlarda   birmənalı   olaraq 

sərhədlərin və Azərbaycan və Ermənistan SSR-in Konstitusiyaları ilə təsbit olunmuş milli-

ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkün olduğu etiraf olunurdu. 

Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-in xeyrinə rəsmi 

olaraq  20 fevral 1988-ci il  tarixindən başlamış ayrılması prosesi SSRİ Konstitusiyasının 

açıq-aşkar   pozulması   ilə   müşayiət   olunmuş   və   bununla   da   heç   bir   hüquqi   nəticəsi 

olmamışdır.

Dağlıq Qarabağın ayrılmasına qanuni don geydirmək məqsədilə erməni tərəfinin  2 

sentyabr 1991-ci ildə etdiyi növbəti cəhd bu yanaşmanın doğruluğunu təsdiq edir. Əvvəlki 

bütün   qərarlardan   fərqli   olaraq,   həmin   gün   "Dağlıq   Qarabağ   Respublikası"nın   elan 

olunması "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası 

haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ilə əsaslandırılırdı.

Hər   şeydən   əvvəl   qeyd   olunmalıdır   ki,   bu   Qanunun   məqsədi   SSRİ   məkanında 

qarşılıqlı münasibətləri müttəfiq respublikaların SSRİ tərkibindən çıxacağı halda riayət 

etməli   olduğu   müəyyən   proseduranın   qurulması   vasitəsilə   tənzimləmək   idi.   Müttəfiq 

respublikanın   SSRİ   tərkibindən   çıxması   həmin   respublika   əhalisinin   öz   iradəsini 

referendum yolu ilə azad ifadə etməsi əsasında həyata keçirilə bilərdi ki, bu referendumun 

da keçirilməsi barədə qərar müttəfiq respublikanın Ali Soveti tərəfindən qəbul edilirdi.

Eyni zamanda bu Qanuna əsasən, tərkibində muxtar respublikalar, muxtar vilayətlər 

və muxtar mahallar olan müttəfiq respublikada referendum hər muxtariyyət üzrə ayrıca 

keçirilməli  idi.  Bu  muxtariyyətlərin  xalqlarına  SSR  İttifaqında və ya onun  tərkibindən 

çıxan   müttəfiq   respublikada   qalmaq   məsələsini   müstəqil   həll   etmək,   habelə   öz   dövlət-

hüquqi statusu məsələsini qaldırmaq hüququ verilirdi.

Qeyd   etmək   lazımdır   ki,   müttəfiq   respublika   yalnız   mürəkkəb   və   çox   mərhələli 

prosedura keçdikdən və nəticədə SSRİ xalq deputatları Qurultayı müvafiq qərar qəbul 

edildikdən sonra SSRİ tərkibindən çıxmış hesab oluna bilərdi. 

Lakin  SSRİ-nin  beynəlxalq  hüququn subyekti kimi mövcudluğuna xitam  verildiyi 

ana qədər qeyd olunan qanun tətbiq olunmadı və müvafiq olaraq, heç bir hüquqi nəticəsi 

də olmadı. Belə ki, heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan, 

Qanunda nəzərdə tutulmuş İttifaqdan çıxmaq prosedurasından istifadə etmədi. 

Azərbaycan   Respublikası   öz   müstəqilliyini   tam   mənada   əldə   edənə   və   beynəlxalq 

ictimaiyyət tərəfindən tanınana qədər  Azərbaycan SSR DQMV-nin 26 noyabr 1991-ci il 

tarixinədək  mövcud   olduğu   ərazi   Azərbaycanın   tərkib   hissəsi   olaraq   qalmaqda   davam 

edirdi. 

2.3. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası kontekstində ərazi və 

sərhədlərə münasibətdə hüquqi varislik

SSRİ-nin   dağılmasından   sonra  uti   possidetis   juris  (Varis   dövlət   tərəfindən   keçmiş 

imperiyanın varlıqlarına yönəlik suverenlik haqqı və xüsusilə də torpaq tələbləri ilə bağlı 

siyasi-qanundur) beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik  əldə etmiş  dövlətlərin 

sərhədlərinin beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil etdi. 

4



Uti possidetis juris doktrinasına görə, Azərbaycan Respublikası öz müstəqilliyini əldə 

etdiyi andan etibarən hüdudlarına DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in 

inzibati   sərhədləri   beynəlxalq   sərhəd   hesab   olunur   və   beynəlxalq   hüquq   tərəfindən 

qorunur. Qeyd olunan fikir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə 

bağlı qəbul etdiyi məlum qətnamələrdə də öz əksini tapmışdır. 

1918-1920-ci  illərdəki   dövlət   müstəqilliyinin   bərpasını   bəyan   etməklə   o   dövrdə 

mövcud olmuş ADR-in hüquqi varisinə çevrilməsiylə Azərbaycanın guya sovet dövründəki 

sərhədlərə iddia etmək əsaslarından məhrum olması barədə erməni tərəfinin irəli sürdüyü 

tezisə gəldikdə isə, burada diqqət "Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi 

haqqında"  Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Belə ki, bu maddəyə 

əsasən, "dövlətlərin hüquqi varisliyi: a) müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil 

edilmir   ..."  Başqa   sözlə,   bilavasitə   SSRİ-nin   onun   tərəfindən   bağlanmış   beynəlxalq 

müqavilələrlə   müəyyən   edilmiş   sərhədlərinə   aid   olmasına   baxmayaraq,   qeyd   olunan 

müddəa özündə, faktiki olaraq, hüquqi varislikdən asılı olmayaraq, mövcud sərhədlərin 

olduğu kimi saxlanılmasına münasibətdə konseptual beynəlxalq-hüquqi yanaşmanı ehtiva 

edir.   Bu   isə   o   deməkdir   ki,   suverenliyin   dəyişməsi   daimi   xarakter   daşıyan   sərhədləri 

sarsıtmağa qadir deyildir.

1

 

Self   determination   məsələsinə   gəlincə   bu   barədə   beynəlxalq   hüquqa   müraciət 

etməkdə fayda vardır. Self determination haqqı ilk dəfə olaraq ABŞ prezidenti Vilsonun 

1918-ci ildə elan edilən 14 maddəsi tezisində istifadə edilmişdir. Belə ki, beynəlxalq hüquqa 

görə self determination haqqından aşağıdakı hallarda istifadə edilə bilər:



Ölkə daxilində siyasi, iqtisadi, ictimai və mədəni özünü idarəetmə sistemini



 

  

seçə   bilmək.   Bunun   ilk   nümunəsi   14   iyul   1789-cu   ildə   baş   verən   Fransa 

inqilabında görmək mümkündür. Buna daxili faktor deyilir.



Birinci və xüsusilə də ikinci Dünya Müharibəsindən sonra bu terminologiya



 

  

eyni   zamanda   xarici   faktor   adını   almışdır.   Buna,   əsasən   Vilsonun   14 

maddəsinin 6-cı və 7-ci tezisləri imkan versə də, bu termin ilk dəfə beynəlxalq 

sənədlərdə Birləşmiş Millətlər Təşkilatının 1-ci və 55-ci maddələrində ehtiva 

edilmişdir.   Bu   ifadə   eyni   zamanda   müstəmləkə   dövlətlərin   müstəqilliyi 

(décoloni-sation)”   mənasını   vermişdir.     Bu   haqq   sadəcə   başqa   bir   dövlətin 

müstəmləkəsi   altında   olan   xalqlara   şamil   edilir.   Azərbaycanda   yaşayan 

ermənilər   heç   bir   zaman   müstəmləkə   altında   yaşamadıqları   üçün   qətiyyən 

onlara şamil edilə bilməz.



Mövcud   müstəqil   bir   dövlətdən   ayrılmaq.   Self   determination   haqqının   bu 



müddəası adətən beynəlxalq hüquqda rəğbət görmür. Belə ki, bugün dünyada 

184 dövlətdə 5 min  etnik qrup yaşayır. Bu anlayışın qəbul edilməsi dünyada 

sözün   həqiqi   mənasında   xaosun   yaşanmasına   səbəb   ola   bilər.   Self 

determination   haqqının   müstəqil   dövlətlərə   yönəlik   tətbiq   edilməməsi 

haqqında ümumi bir razılaşma vardır. Dövlətlərin ərazi bütünlüyü və milli 

birlik prinsipləri daha əhəmiyyətli hesab edilməkdədir.

2

Yuxarıda ifadə edilənləri qısa şəkildə dəyərləndirildiyində aşağıdakı nəticəyə gəlmək 

mümkündür:

1

 Тофик Мусаев, Армяно-азербайджанский конфликт: попытка односторонней сецессии, законодательство и 



распад СССР, Baxın: http://anarazimov.com/content/view/32/2/  

2

 Türk Diş Politikası,  Redaktor Baskın Oran, cild 1, 1919-1980, 1-ci nəşr, İletişim nəşriyyatı, 2001, s. 594.



5


1. Azərbaycanın Millətlər Cəmiyyətinə üzvlüklə bağlı ərizəsinə baxılması məsələsinin 

işıqlandırılması zamanı rəsmi Yerevanın açıq-aydın yol verdiyi təhriflərə və eyni zamanda, 

Ermənistanın Millətlər Cəmiyyətinə göndərdiyi eyni məzmunlu ərizəyə sonuncunun cavabı 

barədə susmasına baxmayaraq, bu təşkilatın gəldiyi nəticələr dövlətlərin sonrakı dövrdə 

yaranmış   ərazi   çərçivələrinə   yenidən   baxılması   üçün   əsas   hesab   oluna   bilməz.   Əks 

təqdirdə,   əgər   erməni   tərəfinin   dəlilləri   ilə   razılaşsaq,   onda   Ermənistanın   özünün 

beynəlxalq hüquq subyektivliyi şübhə altına alına bilər.

2. SSRİ Konstitusiyasına əsasən, Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində muxtar 

vilayət   idi.   DQMV-nin   hüquqi   vəziyyəti   SSRİ   və   Azərbaycan   SSR   Konstitusiyalarına 

müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul 

edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanunla müəyyən edilirdi.

3. 2 sentyabr 1991-ci il tarixində "Dağlıq Qarabağ  Respublikası"nın elan olunması 

SSRİ Konstitusiyasına zidd idi. Belə ki, həmin Konstitusiyaya görə, müttəfiq respublikanın 

ərazisi   onun   razılığı   olmadan   dəyişdirilə   bilməzdi,   müttəfiq   respublikalar   arasındakı 

sərhədlər isə yalnız müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və SSR İttifaqının 

təsdiqindən sonra dəyişdirilə bilərdi. Məsələ ilə bağlı "Müttəfiq respublikanın SSRİ-dən 

çıxması ilə əlaqədar məsələlərin  həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ 

Qanununa istinad edilməsi əsassızdır. Belə ki, SSRİ tərkibindən çıxmanın rəsmiləşdirilməsi 

üçün bu qanunda nəzərdə tutulmuş məcburi mexanizm nə 2 sentyabr 1991-ci il tarixinə 

qədər, nə də ondan sonra Azərbaycan tərəfindən tətbiq edilməmişdir.

4.   Muxtar   Vilayət   26   noyabr   1991-ci   il,   yəni   Azərbaycan  Respublikası   Ali   Soveti 

tərəfindən onun ləğvi barədə Qanun qəbul edildiyi tarixədək mövcud olmuşdur.

5. 

   Uti possidetis juris

 

  doktrinasına əsasən, Azərbaycan

 

  Respublikası müstəqillik əldə 

etdiyi   andan   etibarən,   DQMV-nin   də   daxil   olduğu   Azərbaycan   SSR-in   keçmiş   inzibati 

sərhədləri beynəlxalq sərhədlər sayılır və beynəlxalq hüquqla qorunur. Bununla əlaqədar 

qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ilə suverenliyin dəyişdirilməsi və keçmiş müttəfiq 

respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi onların müstəqillik əldə etdikləri 

ana qədər mövcud olan və daimi xarakter daşıyan sərhədlərini dəyişə bilməzdi. 

6

Yüklə 68,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə