Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 250,45 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix22.03.2018
ölçüsü250,45 Kb.
#33162
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

31 avqust 2015-ci il

6

Mütəxəssis sözü



P

rezident  İlham  Əliyevin  tapşırığına  uyğun  olaraq, 

dərman  vasitələrinin  qiymətlərinin  tənzimlənməsi 

prosesi  davam  etdirilir.  Məlumat  verildiyi  kimi,  Tarif 

(qiymət) Şurasının bu il iyulun 30-da keçirilmiş iclasında 

256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub.

Tarif  (qiymət)  Şurasının  avqustun  25­də  keçirilən 

növbəti  iclasında  isə  daha  801  dərman  vasitəsinin 

qiyməti müəyyənləşdirilib.

Şuranın  Katibliyindən  AZƏRTAC­a  bildirilib  ki, 

ümumilikdə,  elan  olunmuş  25  təsiredici  maddə  üzrə 

1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun 

nəticəsində hazırda satışda olan dərman vasitələrinin 

qiymətləri  ilə  müqayisədə  46  faiz  dərman  vasitəsinin 

qiyməti  2  dəfədən  çox,  24  faiz  dərman  vasitəsinin 

qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, 

həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 

faizi üzrə qiymətlər aşağı salınıb.

Bununla  da,  dövlət  qeydiyyatına  alınmış  dərman 

vasitələrinin  təqribən  15  faizinin  hazırkı  qiymətlərlə 

müqayisədə  əhəmiyyətli  dərəcədə  aşağı  olan  satış 

qiymətləri  təsdiqlənib.  Böyük  sosial  əhəmiyyət  kəsb 

edən bu proses bütün dərman vasitələrinin qiymətləri 

tənzimlənənədək  intensiv  şəkildə  davam  etdiriləcək 

və  bu  ilin  sonunadək  əksər  dərman  vasitələri  üzrə 

qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Əvvəllər  də  elan  edildiyi  kimi,  25  təsiredici  maddə 

(kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 

üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 

bu  il  sentyabrın  15­dən  qüvvəyə  minəcək.  Şuranın 

qərarına  əsasən,  həmin  tarixdən  etibarən  qiymətləri 

təsdiq  edilməyən  qeyd  olunan  tərkibli  dərman 

vasitələrinin  satışı  yalnız  qiymətlər  təsdiq  edildikdən 

sonra həyata keçirilə bilər.

İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman 

vasitələrinin 

qiymətlərinin 

təsdiqlənməsi 

üçün 


sənədlərin  (bəyannamələrin)  qəbulu  elan  olunub 

və  bunun  üçün  son  müddət  bu  il  sentyabrın  10­dək 

müəyyən edilib.

Tarif  (qiymət)  Şurasının  qərarları  və  qiymətləri 

tənzimlənmiş  dərman  vasitələrinin  siyahısı  ilə  Şu-

ranın  rəsmi  internet  səhifəsində  (www.tariff.gov.az) 

və  AZƏRTAC­ın  saytında  http://azertag.az/  tanış  ola 

bilərsiniz.



Tarif (qiymət) Şurasının növbəti iclasında daha 801 dərman 

vasitəsinin qiyməti təsdiq edilib

 

H



azırda damar və venala-

rın xroniki xəstəlikləri 

dünyada ən çox yayılmış 

xəstəliklər sırasındadır. 

Bunlar arasında daha 

çox varikozun adı çəkilir. 

Bu xəstəliklərin yaran-

ma səbəbi, profilaktikası, 

müayinə və müalicəsi 

haqqında Azərbaycan 

Tibb Universitetinin (ATU) 

professoru, tibb elmləri 

doktoru, Dünya və Avropa 

Damar Cərrahları Assosia-

siyasının üzvü Məhəmməd 

Kərimov danışıb.

      

  

- Bir millimetrlik sahə düşünək. Bu sahə 

Varikoz xəstəliyi doğrudanmı dünyada 

çox yayılıb? Bu xəstəliyin ən çox hansı 

növünə rast gəlinir və səbəbi nədir?

- Dünya üzrə statistikaya görə, hazırda 

əhalinin 40-50 faizi varikozdan əziyyət 

çəkir. Aşağı ətrafların (ayaqların) vena-

larının, yəni dərialtı səthinin venalarının 

varikoz genişlənməsi daha çox yayılıb. 

Əgər varikozun başlanğıc formasını 

(kiçik damarların genişlənməsini) də 

bura əlavə etsək, demək olar ki, varikoz 

xəstəliyi az qala əhalinin 70-80 faizini 

əhatə edir. Azərbaycanda varikozu artıq 

“xalq xəstəliyi” adlandırırlar.

Beynəlxalq araşdırmaların nəticələrinə 

görə, varikoz xəstəliklərinə qadınlar 

arasında daha çox rast gəlinir. Statistika-

ya fikir versək, qadınlar arasında varikoz 

35-50 faiz, kişilər arasında 25-35 faiz 

civarında rast gəlinir. Səbəbi odur ki, 

qadınlar varikoza meylli olurlar. Əgər 

qadın hamiləlik keçirərsə, bu, aşağı 

venozlara əlavə ağırlıq verir və variko-

zun yaranma ehtimalı daha da artır. Əgər 

qadın bir dəfə hamilə olarsa 40 faiz,  

üç dəfə hamiləlik keçirərsə, varikozun 

yaranma ehtimalı 360 faiz olur.

Varikozun yaranmasında üçüncü 

önəmli amil - birləşdirici toxuma siste-

minin anadangəlmə zəifliyi sindromu-

dur. İnsan orqanizmində iki skelet var: 

sümük skeleti və ona birləşik toxumadan 

ibarət olan skelet. İkinci skeletimiz bizim 

həyatımız üçün çox önəmli rol oynayır. 

Və bu toxuma bütün orqanlarda var, 

xüsusilə damarların divarında. Əgər bu 

sistemdə anadangəlmə  zəiflik varsa, 

onda varikozun yaranma ehtimalı daha 

çox olur. Anadangəlmə varikozu olan 

qadınların anası, xalası və yaxud digər 

qohumunda bu xəstəlik olur. Yəni, bu, 

həm də irsi xəstəlikdir.



- Belə çıxır, varikoz əsasən 

anadangəlmə faktorlarla əlaqəlidir?

- Yox, digər amillər həyatda rast 

gəlinən faktorlardır. Məsələn, oturaq 

həyat, saatlarla ayaqüstə durmaq, ağır 

fiziki işlə məşğul olmaq, yük qaldırmaq 

və s. davranışlar da varikozun əmələ 

gəlməsində böyük rol oynayır. Bunlar-

dan başqa, piylənmə, ağır çəki, xroniki 

kolitlər, qəbzlik də varikoz yaradan əsas 

faktorlardandır.

Varikoz xəstəliyinin daha çox C2 

və C3 variantlarına rast gəlinir. Yəni, 

əsasən diametri 3 mm-dən böyük olan 

damarların genişlənməsi ilə bizə daha 

çox müraciətlər olunur. Varikoz xroniki 

gedişə malik xəstəlikdir, uzun illər da-

vam edir. Əsasən yay aylarında qadınlar-

da ağrılar artır, soyuq aylarda isə azalır.

Varikozun daha çox rast gəlinən 

fəsadları arasında bunları saymaq olar: 

trombozlar, kəskin tromboz, tromboflebit 

. qanaxmalar, trofiki dəyişikliklərin və 

trofiki qanaxmaların baş verməsi. Bizə 

müraciət edən xəstələrin əksəriyyətində 

varikozun bu və ya digər fəsadı 

müşahidə olunur. Trafkiyaları olan 

xəstələrdə yaralar uzun illərlə sağalmır. 

Və onların sağalması demək olar ki, 

qeyri-mümkündür.

- Varikozun müalicəsində hansı 

yeniliklər tətbiq edilir?

- Son 15 ili varikozun müalicəsində 

inqilabi bir dövr adlandırmaq olar. 

Əvvəllər varikoz adi metodlarla müalicə 

olunurdu, bu da çox saylı kəsiklərlə 

müşayiət olunurdu, əmliyyatlardan sonra 

xəstənin ayağında izlər qalırdı.

Lakin indiki dövr lazerlə müalicə 

(EVLA – Endovenoz Lazer Ablasiyası) 

dövrüdür. Yəni, damar daxilinə bu və 

digər kimyəvi vasitəni daxil etməklə, 

damarları çıxarmadan müəyyən müddət 

ərzində varikozun aradan götürülməsinə 

nail oluruq. EVLA prosedurası varikoz 

xəstəliyinin ən son müalicə metodu olub, 

damar divarına daxildən lazer enerjisi 

ilə təsir etməklə, onun bağlanmasına 

əsaslanır.

Lazer müalicəsinin üstünlükləri 

kəsiksiz, ağrısız, qansız, yerli  anesteziya 

( “keyitmə” ) ilə icra olunmasıdır. Digər 

tərəfdən,  proseduradan dərhal sonra 

pasient ayağa duraraq sərbəst gəzir.

Endovenoz lazer koaqulyasiyası və ya-

xud varikozun lazer müalicəsi son vaxt-

lar çox köklü dəyişiliklərə məruz qalıb. 

Son illər ərzində yeni növ lazer - suya 

təsir edən lazer və yeni lazer ötürücüsü - 

radial ötürücü kəşf edilib. Yeni növ lazer 

şüalarının təsirindən damar divarının 

kollagen lifləri zədələnir və onun bütün 

qatları bir növ əriyərək çapıq toxuması 

ilə əvəz olunur. Bu, ilk nəsil lazerlərdən 

- hemoqlobin lazerindən əsaslı şəkildə 

fərqlənir, damar daxilində tromb yarat-

mır. Bu səbəbdən prosedurada trombo-

embolik fəsadların yaranma ehtimali 

sıfıra bərabərdir, yəni demək olar ki, tam 

təhlükəsizdir. Beləliklə, bu müalicədən 

sonra biz içərisi trombla dolmuş vena 

yox, çapıqlaşımış vena görürük.

- Hazırda Azərbaycanda belə 

əməliyyatlar icra olunurmu?

-Fəxrlə qeyd etmək istərdim ki, yeni 

innovasion texnologiyanın həyatda 

özünə çox çətinliklə yol açmasına 

baxmayaraq, biz buna maksimum qısa 

müddətdə - 3 ay ərzində nail olduq. Artıq 

Azərbaycanda “üçüncü nəsil” adlan-

dırılan son lazerlə uğurlu əməliyyatlar 

aparmışıq.

Təəssüf ki, hələlik Azərbaycanda 

aparılan əməliyyatların yaınız 1 faizi 

lazerlədir, yerdə qalan hallarda klassik 

-  flebektomiya üsulundan istifadə olu-

nur. Halbuki, dünyada göstəricilər tam 

əksinədir. Təəssüf ki, bu, həkimlərimizin 

yeni texnologiyaları öyrənməyə az meyl 

göstərməsi ilə əlaqədardır.

- Endovenoz üsulla aparılan əməliy-

yatlar dan sonra xəstədə yenidən varikoz 

əmələ gəlmə ehtimalı varmı?

- Klassik üsulla aparılmış əməliyyat-

dan sonra bu risk 15-20%, lazer 

müalicəsindən sonra isə 1-2 %-dir. Bu da 

bir daha lazer müalicəsinin üstünlüyünü 

vurğulayır. Biz xəstələri 1 il müşahidə 

edirik, kiminsə çətinlik yaşadığını 

görməməişik.

Qeyd edim ki, varikoz xəstəliyinin 

müasir müalicə metodları arasında 

Radiodalğalı ablasiya (RDA) adını 

çəkmək olar. Bu üsul radiodalğalar 

vasitəsi ilə genişlənmiş damara təsir 

etməklə onun yığılmasına və sorulub 

itməsinə əsaslanır.  Digər üsul - minif-

lebektomiya – dəridə kəsik aparmadan

kicik dəliklərdən xüsusi alətlər vasitəsi 

ilə varikoz venaların çıxarılmasıdır. 

Mikrodəliklər steril striplər (steril plast-

rlar) vasitəsi ilə örtülür. Qısa müddətdən 

sonra dəliklər iz buraxmadan tamimilə 

sağalır.


Skleroterapiya - damar daxilinə xüsusi 

preparatın (sklerozantın) yeridilməsi ilə 

onun sorularaq aradan qaldırılmasıdır. 

Bu metod daha çox dəridaxili retikul-

yar venaların və damar ulduzcuqlarının 

(teleangioektaziyaların ) müalicəsində 

istifadə olunur.

- Məhəmməd müəllim, ayaqlarında 

varikoz damarları olan insanlara nə 

tövsiyə etmək olar?

- Dərhal fleboloq və ya damar 

cərrahına müraciət etmək lazımdır. 

Gündəlik həyatda isə uzun müddət 

ayaqüstə və ya oturaq vəziyyətdən 

imtina etmək, hündür dabanlı ayaqqabı 

geyməmək lazımdır. Fleboloqlar 5 sm-

dən hündr dabanlı ayaqqabı geyməyi 

məsləhət görmürlər.

 Həmçinin, hansısa isidici prosedu-

ralardan (müxtəlif növ fizioterapiyalar) 

uzaq olmaq, isti vanna və saunadan 

istifadə etməmək məsləhətdir. Komp-

ression corablardan istifadə etmək, 

uzanarkən ayaqların altına yastıq qoya-

raq qaldırmaq və müalicə tədbirlərinə 

mümkün qədər tez başlamaq lazımdır. 

Bu tip problemi olan hamilə qalmaq 

istəyən xanımlar mütləq fleboloqa 

müraciət etməli, onun məsləhətlərindən 

sonra hamilə qalmalıdırlar.

Günel ASLANOVA

Varikozun ən müasir müalicə metodları Azərbaycanda



Yüklə 250,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə