Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 250,45 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix22.03.2018
ölçüsü250,45 Kb.
#33162
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

31 avqust 2015-ci il

4

Tibbi  biologiya  və  genetika 



kafedrasının  müdiri,  professor 

Canbaxış  Nəcəfov:

 Ç

ox yüksək 



səviyyədə  istirahət  edirik. 

Hər il əməkdaşların istirahəti 

naminə  böyük  işlər  görülür. 

Gündə  3  dəfə  keyfiyyətli 

yeməklə təmin olunuruq. Malik 

müəllim səhərdən axşamadək 

istirahət  düşərgəsinə  ciddi 

nəzarət  edir.  Bura  nə  bir  yad 

adam  girir,  nə  balalarımıza 

artıq-əskik  söz  deyən  var. 

Çimərlikdə də Azər müəllimin 

nəzarəti altında  gün ərzində 

2 dəfə çimir, dincəldiyimiz 15 

gün  müddətində  yaxşı  enerji 

toplayırıq ki, sentyabrda  xoş 

ovqatla işimizə başlayaq. 

Buranın ən gözəl cəhətlərindən 

biri  meşə ilə dənizin  bir-birilə 

qovuşmasıdır.  Həm  də  bir-

birimizi yaxşı tanıdığımızdan 

səmimi  ünsiyyət  qurur,  nərd, 

domino,  şahmat  oynayırıq. 

Nabranda  yerləşən  digər 

ali  məktəblərin  istirahət 

mərkəzləri ilə “Təbib” istirahət 

düşərgəsini müqayisə etdikdə 

buranın bir sıra  üstünlüklərini 

də  açıq  şəkildə    görürük  ki, 

bu  da  bizə  yeni  ruh,  əlavə 

qol-qanad  verir.  Yüksək 

səviyyədə  istirahət  etməmiz 

üçün        universitetimizin 

rektoru,  akademik  Əhliman 

Əmiraslanovun,  Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri 

Cahangir  Qasımovun  hər 

an diqqətini üzərimizdə  hiss 

etmək də bizim üçün çox xoşdur.  

“Burada  neçə  ildir 

istirahət etmədiyimə çox 

peşimanam”

Farmokologiya  kafedrasının 

dosenti Aydın Əliyev: 

Azərbaycan 

Tibb  Universitetində  35  ildir 

işləməyimə  baxmayaraq, 

“Təbib” istirahət düşərgəsinə 

ilk  dəfədir  ki,  gəlirəm. 

Açığını  deyim  ki,  bu  müddət 

ərzində  bura  gəlmədiyimə 

görə  çox  peşimanam.  Amma 

növbəti  illərdə  hər  yay  bura 

gəlməklə səhvimi düzəltməyə 

çalışacağam.  Bir  həkim  kimi 

düşərgədə    verilən  qidaların 

keyfiyyətini  də    yüksək 

qiymətləndirirəm.  Buradakı 

təmiz  hava,  saf  su,  günəş, 

torpaq, meşə təbiətin bir hissəsi 

olan  insanın  sağlamlığına 

müsbət  təsir  göstərir.  Bir 

üstün cəhət də odur ki, burada 

dincələnlər doğma kollektivin 

üzvləridir.  Düşərgə  sakinləri 

arasındakı  mehribanlıq,  xoş 

ünsiyyət ürəyimcədir. Yaradılan 

şəraitə görə zəhməti olan hər 

kəsə təşəkkürümü bildirirəm. 

Ayrı­ayrılıqda bütün korpusları 

baş  çəkərkən  bir  daha  əmin 

olduq  ki,  rəhbərliyin  “Təbib” 

d ü ş ə r g ə s i n d ə  

d i n c ə l ə n 

əməkdaşlara  göstərdiyi  qayğı 

Universitet  Həmkarlar  İttifaqı 

Komitəsinin  sədri,  dosent 

Cahangir Qasımovun timsalında 

hər  addımbaşı  hiss  edilir.  O, 

vaxtaşırı  düşərgədəki  ümumi 

vəziyyətlə yerindəcə tanış olur, 

sakinlərin  arzu  və  təkliflərinə 

uyğun  olaraq  onların  rahat 

istirahəti,  asudə  vaxtlarını 

səmərəli  keçirmələri  üçün 

əlindən gələni əsirgəmir.

Bu  qənaətimizdə  yanıl­

madığımızı müsahiblərimiz fərdi 

söhbətlərində də təsdiqləyirlər.

“Bir  il  bura  gəlməsəm 

ölərəm”

Pediatriya  fakültəsi  üzrə 

həmkarlar  təşkilatının  sədri, 

dosent  Elmira  Bunyadzadə:

 

Düz 



20 ildir ki, hər yay bura gəlirəm. 

Buranın gözəlliyini görmək üçün 

təbiətin fanatı olmaq lazımdır. 

Nabran Allahın Azərbaycana 

bağışladığı  bir  nemətdir. 

Nabranda  da  ən  gözəl  yer 

“Təbib” istirahət düşərgəsinin 

ərazisidir. Oğlum ilk sevgisini 

də burada tapıb. Bu gözəl oğlan 

da o sevginin barıdır, nəvəmdir. 

Qeyri-təvazökarlıq  olmasın, 

Azərbaycanın, eləcə də xarici 

ölkələrin ən məşhur istirahət 

mərkəzlərində  dincəlmək 

imkanlarım var. Ancaq sevirəm 

də buranı. Bir il bura gəlməsəm 

ölərəm. Allahın Azərbaycana 

bəxş  elədiyi  9  iqlimdən  biri 

-  subtropik  iqlim  buradadır. 

3-4 gün kifayətdir ki, o iqlimi 

tam  təsəvvür  edəsən.  Mavi 

Xəzərimiz, hər yerdə gözəl su 

mənbələri. Bir tərəfdən meşədən 

gələn dağ havası, o biri tərəfdən 

isə  dəniz  havası.  Təbiətin 

verdiyi  bu  əvəzsiz  nemətlər 

istirahətin  effektini  daha  da 

artırır.

 

“Hər  il  Almaniyada 



yaşayan  nəvələrim  də 

bura istirahətə gəlir”

Ümumi  kimya  və  toksikoloji 

kimya  kafedrasının  professoru 

Əhliman  Süleymanov: 

Ailəmlə 

birlikdə ardıcıl olaraq 15 ildir 

ki,  burada  istirahət  edirəm. 

Övladlarım burada böyüyüb. 

Demək olar ki, indi də nəvələrim 

burada  böyüyürlər.  Hətta 

Almaniyada  yaşayan  qızım 

da hər il öz uşaqlarını götürüb 

istirahət  üçün  bura  gəlir. 

İstirahətimiz  mənalı  keçir. 

Hər il müəyyən yeniliklərin də 

şahidi oluruq. Yeməkxanadakı 

müsbət dəyişiklikləri xüsusilə 

qeyd etmək istərdim.  Aşpazlar 

çox keyfiyyətli, ləzzətli xörək 

hazırlayırlar. Xanımlar əlavə 

xörək  hazırlamaq  qayğısın-

dan  azaddırlar.  İdman  mey-

dançaları genişləndirilib, təzə 

avadanlıqla  təchiz  olunub. 

İdman yarışlarına münsif kimi 

müəllim və professorlar dəvət 

olunurlar. 

Ümumi  gigiyena  kafedrasının 

dosenti  Elmira  Abasova: 

1998-

ci ildən hər il “Təbib” istirahət 

düşərgəsinə  gəlirik.  Nəvəm 

burada böyüyüb. Dostları ilə 

birlikdə müsabiqələrdə iştirak 

edir.  Bura  Nabranın  ən  gözəl 

guşəsidir,  dənizlə    meşənin 

qovuşduğu  bir  yerdir.  Hamı 

bir-birini tanıyır, bu ərazi kiçik 

bir  kəndi  xatırladır.  Uşaqlar 

da, böyüklər də hər yay bura 

gəlməyi səbirsizliklə gözləyirlər. 

Otaqlar  həm  xaricdən,  həm 

də  daxildən  rənglənib.  Yeni 

çarpayılar  alınıb.  3  dəfə 

qidalanma  rejiminə  keçilib. 

Bir  sözlə,  əməkdaşlarımızın 

mənalı  istirahəti  üçün 

yaradılan şəraitdən çox razıyıq 

və  bu  rahatlığı  yaradanlara 

minnətdarıq. 

İctimai  fənlər  kafedrasının 

dosenti  Yavər  Vəliyev:

 

Hörmətli 



rektorumuz  əməkdaşlara 

göstərilən  sosial  qayğını 

həmişə  diqqət  mərkəzində 

saxlayır. Bunun nəticəsidir ki, 

Nabranın ən gözəl guşələrinin 

birində    istirahət  edirik. 

Burada çox gözəl əhval-ruhiyyə 

vardır.  Cahangir  müəllim 

tez-tez  düşərgəyə  baş  çəkir, 

MƏNALI 

u

 



Hər  yay  Azərbaycan  Tibb  Universitetinin  Nabran-

da  yerləşən  istirahət  düşərgəsinə  ezam  olunuruq.  Əsas 

məqsədimiz  buradakı  şəraitlə  oxucularımızı  yaxından 

tanış  etmək,  istirahətin  təşkili,  əməkdaşlarımızın  necə 

dincəlməsi barədə fikirlərimizi onlarla bölüşməkdir. Bu il 

də ənənəmizə sadiq qalaraq elə bu məqsədlə avqustun 

əvvəllərində Nabrana yollanırıq. Doğma Xəzərin sahili bo-

yunca görməyə alışdığımız gözəl mənzərələri seyr edə-edə 

illərdir  bizdən  ötrü  doğmalaşan  məkana  çatırıq.  “Təbib” 

yazılan  lövhənin  qarşısından  keçərək  universitetimizə 

məxsus  əraziyə  daxil  olduqda  qürur  qarışıq  doğma  bir 

hiss qəlbimizə hakim kəsilir. Düşərgənin mərkəzi sayılan 

“Çardağın altı”nda “nəfəsimizi dərdikdən” sonra sakinlərlə 

hal-əhval tuturuq. Bir az havadan-sudan, ordan-burdan da-

nışıb söhbətin səmtini isti-isti bizə lazım olan istiqamətə 

yönəldirik.  Yəni  daha  çox  istirahətçilərin  ürək  sözlərini, 

arzu  və  təkliflərini  dinləməyə  üstünlük  verir,  onlardan 

necə istirahət etdiklərini soruşuruq.


Yüklə 250,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə