Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 250,45 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix22.03.2018
ölçüsü250,45 Kb.
#33162
1   2   3   4   5   6   7

31 avqust  2015-ci il

http://www.amu.edu.az

5

əməkdaşların  necə  istirahət 

etmələri  ilə  maraqlanır.    Elə 

bunun özü düşərgə sakinlərinə 

göstərilən diqqət və qayğının 

göstəricisidir.  Ümumiyyətlə, 

qayğı çox yüksəkdir. Sakinlər 

a r a s ı n d a 

s ə m i m i y y ə t , 

mehribançılıq hökm sürür. Sanki 

hamı eyni bir ailənin üzvüdür. 

Azər  müəllim  də  sağ  olsun, 

uşaqların  təhlükəsizliyini 

yüksək səviyyədə qoruyur.

«Atıcılıq  yarışını  da 

idman  növləri  sırasına 

daxil etmişik»

Sakinlərin  adını  tez­tez 

çəkdikləri  bədən  tərbiyəsi  və 

idman  kafedrasının  müəllimi, 

düşərgənin təlimatçı­xilasedicisi 

Azər  Bağırov

  burada  təşkil 

olunan  idman  yarışlarından 

həvəslə söhbər açır:



- Universitet əməkdaşlarının 

istirahəti  üçün  lazımi  şərait 

yaratmağa  çalışırıq.  Hər  il 

etdiyimiz yeniliklərlə insanları 

cəlb edirik. Birinci mərhələdə 

40-a  yaxın  uşaq  yarışlara 

qatılmışdı.  Yarışa  qatılan 

uşaqlarla həm dəniz sahilində, 

həm  düşərgənin  ərazisindəki 

idman meydançasında iməcilik 

həyata keçirdik. 

İdman  yarışları  əsasən 

domino, şahmat, dama, güllə 

atıcılığı  və  üzgüçülük  idman 

növü üzrə idi. Domino yarışına 

təxminən  25-ə  qədər  uşaq 

qatılmışdı. Birinci yerə Xəyal 

Hidayətzadə,  2-ci  yerə  Emil 

Quluzadə,  3-cü  yerə  isə  Ziya 

Bünyadzadə  layiq  görüldü. 

30-dan  çox  uşağın  qatıldığı 

dama yarışında 1-ci yerə Emil 

Quluzadə,  2-ci  yerə  Həmid 

Rzazadə,  3-cü  yerə  Fərid 

İsmayılov çıxdı. 

Müharibə  şəraitində  yaşa-

dığımız  bir  dövrdə  uşaqların 

böyük  marağına  səbəb  ola 

biləcəyini nəzərə alıb bu ildən 

xüsusi önəm verdiyimiz güllə 

atıcılığı  yarışında  1-ci  yerə 

Elton Əliyev, 2-ci yerə Samir 

Əliquliyev, 3-cü yerə isə Cəmil 

Cəfərov layiq görüldü. Deməli, 

bizim  uşaqların  arasında  da 

sərrast atıcılar yetişməkdədir 

ki , 

o nl ara 

g əl ə c ə k d ə 

torpaqlarımızın  müdafiəsini 

tam şəkildə etibar etmək olar. 

Hesab  edirəm  ki,  belə 

yarışların  keçirilməsi  çox 

zəruridir  və  yeniyetmələr 

arasında böyük maraq yaradır. 

Ümumi fiziki hazırlıq yarışı 5 

mərhələdən ibarətdir ki, buraya 

da qaçış, idman nərdivanında 

əllərlə  yerimək,  turnikdə 

dartınmaq,  yerdə  qolların 

açılıb-bükülməsini  həyata 

keçirmək  və  ayaqları  paralel 

vəziyyətdə saxlamaq daxildir. 

Bu  da  idmançıdan  böyük  bir 

iradə, cəsarət tələb edir. Birinci 

yerə  layiq  görülən  Samir 

Əliquliyev  turnikdə  16  dəfə 

dartındı, idman nərdivanında 14 

dəfə gedib qayıtdı və ayaqlarını 

paralel  vəziyyətdə  35  dəqiqə 

saxladı  ki, bu da V sinif şagirdi 

üçün yaxşı nəticədir. 2-ci yeri 

Rəşad Ağazadə, 3-cü yeri Fərid 

İsmayılov tutdu. 

Şahmat yarışına 25-ə qədər 

uşaq qatılmışdı. 1-ci yerə Eltun 

Əliyev, 2-ci yerə Məhəmmədəli 

Əliyev,  3-cü  yerə  Samir 

Əliquliyev layiq görüldü. Samir 

bütün yarışlarda öz bacarığını 

nümayiş etdirirdi. Düşünürəm 

ki, belə perspektivli uşaqlara 

həmişə böyük ehtiyacımız var 

və  onların  əsl  idmançı  kimi 

yetişmələri üçün  üzərlərində 

ardıcıl işləmək lazımdır. 

Üzgüçülüyün  əhəmiyyətini 

nəzərə alaraq idmanın bu növünü 

də daim diqqətdə saxlayırıq. Biz 

dənizdə iplə məsafə müəyyən 

edir,  yarışanların  qarşısında  

məqsəd qoyuruq ki, bu məsafəni 

üzməlidirlər. Onlar çalışırlar ki, 

qarşılarına  qoyulan  məqsədə 

nail olaraq normativi ödəsinlər. 

27 nəfərdən normativ götürüldü, 

9 nəfər də üzməyi öyrəndi.  

İkinci  növbədə  də  çox 

uşaq  qatılıb  yarışlara.  Həm 

böyüklər,  həm  də  kiçiklər 

arasında  ən  böyük  maraq 

atıcılıq  yarışına  oldu.  Bu 

yarışda 50-yə qədər iştirakçı 

vardı. Mükafatlar da müəyyən 

edildi. Kiçiklər arasında birinci 

yerə  Ceyhun  Məmmədli,  2-ci 

yerə  Anar  Əzimzadə,  3-cü 

yerə  isə  Nigar  Əlizadə  layiq 

görüldülər.  Nigar  yarışın  ən 

kiçik  yaşlı  iştirakçısıdır  və 

sərrast atıcı olmağa layiq bir 

qızdır. Böyüklər arasında 1-ci 

yerə  Cəlal  Məlikov,  2-ci  yerə 

Tərlan  Əliyev,  3-cü  yerə  isə 

Cavid  Ağazadə  çıxdı.  Dünən 

(avqustun 3-də) domino yarışını 

başa çatdırdıq. Gərgin mübarizə 

getdi və qaliblər müəyyənləşdi.  

Xəyal Hidayətzadə 1-ci, Mehin 

İsayeva  2-ci,  Vüqar  Əsmətov 

3-cü  yerə  layiq  görüldülər. 

Dama yarışının da püşkü atılıb. 

Uşaqlar günlərini çox mənalı 

keçirərək  futbol,  voleybol 

oynayırlar.  Azərbaycanın 

futbol klublarına da azarkeşlik 

edirik. 

Dənizdə  uşaqların  təh-

lükəsizliyini qorumaq məqsədi 

ilə  2 sahə yaratmışıq: 1-ci və 2-ci 

sahə. 2-ci sahənin girəcəyində 

şarlar  yerləşdirmişik,  ondan 

o  yana  üzüb  keçən  olmasın. 

Çalışırıq ki, bu qaydalara  hamı 

riayət eləsin. 

Öz fikirlərini bizimlə bölüşən 

ictimai fənlər kafedrasının do-

senti Məhəmməd Paşayev, la-

borant  Mehparə  Əliyeva,  uni-

versitetimizin əməkdaşı Fatma 

Əliyeva, Onkoloji Klinikanın baş 

tibb bacısı Kəmalə Zülfüqarova, 

həyat yoldaşı Azad Zülfüqarov, 

ictimai sağlamlıq və səhiyyənin 

təşkili kafedrasının professoru 

Vaqif Vəkilov və başqaları bu-

rada yaradılan rahat şəraitdən, 

onlara göstərilən diqqət və qay-

ğıdan razılıqla söhbət açdılar. 

Digər  həmsöhbətlərimiz  də 

istirahətlərindən, asudə vaxtla-

rının səmərəli keçməsindən bö-

yük həvəslə danışır, onlara bu 

şəraiti yaradanlara minnətdarlıq 

etməyi də unutmurlar.

“ Y e m ə k l ə r i n 

keyfiy yətindən  hamı 

razıdır”

Operativ cərrahlıq və topoqrafik 

anatomiya  kafedrasının  tədris 

hissə  müdiri,  baş  müəllim  Arif 

Kosayev:

 

Artıq  neçə  illərdir 



“Təbib” istirahət düşərgəsində 

dincəlirəm.  Əvvəllər  bura 

övladlarımla gəlirdim, indi 4 

nəvəmlə gəlirəm. Təəssüratım 

çox  yüksəkdir.    Hər  il  bura 

gələndə  hansısa  yeniliyin, 

dəyişikliyin  şahidi  oluram. 

Ərazidəki  səliqə -səhman 

göz  oxşayır.  Verilən  qidanın 

keyfiyyətindən hamı razıdır. Bu 

il heç kəs əlavə yemək hazırlamır. 

Bu  da  həm  xanımlarımızın, 

həm də bizim rahatlığımızdır 

ki,  əlavə  bazarlıq  etmirik.  

Düşərgədə  xidmət  göstərən 

insanların  böyük  qayğısını 

hiss  edirik.  Bu  da  Malik 

müəllimin uğurlu fəaliyyətinin 

nəticəsidir. Bakının istisindən 

qaçıb gəlmişik ki,  il boyu gərgin 

zehni əməkdən sonra yaranan 

yorğunluğumuzu  çıxaraq. 

Əməkdaşlarına  göstərdikləri 

diqqətə, qayğıya görə hörmətli 

rektorumuz akademik Əhliman 

Əmiraslanova,  Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri 

Cahangir  Qasımova  öz 

adımdan,    ailəmiz  adından 

minnətdarlığımı çatdırıram. 

Farmakologiya  kafedrasının 

professoru  Vəli  Əsmətov: 

Azərbaycan Tibb Universiteti 

bizim üçün müqəddəs bir yerdir. 

Bu  adla  bağlı  olan  hər  şey 

bizə əzizdir. “Təbib” istirahət 

güşərgəsi  də  ilk  növbədə 

universitetimizə  məxsus 

olduğuna  görə  dəyərlidir. 

Artıq  5-6  gündür  ki,  burada 

dincəlirik. Tam qayğı ilə əhatə 

olunmuşuq. Hətta Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri 

mənə zəng edərək necə istirahət 

etməyimizlə  maraqlanıb. 

İstirahət çox düzgün qurulub. 

Yaşlı  insanlar    və  uşaqlar 

üçün əlverişli şərait yaradılıb. 

Qidalanma normallaşıb. Hətta 

qidalanma  kaprizinə  malik 

olan adamlar da qorxmadan, 

İSTİRAHƏTİN ÜNVANI - «TƏBİB»


Yüklə 250,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə