Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 250,45 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix22.03.2018
ölçüsü250,45 Kb.
#33162
1   2   3   4   5   6   7

31 avqust  2015-ci il

http://www.amu.edu.az

3

1989­cu  il  təvəllüdlü  xroniki 



böy rək  çatışmazlığından  əziyyət 

çəkən və uzun müddətdir ki, he-

modializ  seansları  alan  xəstəyə 

anasından  alınan  böyrək  köçü-

rüldü.  Övladına  2­ci  dəfə  həyat 

verən anadan ­ donordan böyrək 

alınma əməliyyatı Azərbaycanda 

ilk  dəfə  olaraq  endoskopik  (ret-

roperitonoskopik)  üsulla  icra 

edilmişdir.  Hal­hazırda  dono-

run  (ana)  və  xəstənin  (oğul) 

ümumi  vəziyyəti  qənaətbəxşdir. 

Əməliyyatda  ATU­nun  I  cərrahi 

xəstəliklər  kafedrasının  müdiri, 

AMEA­nın  müxbir  üzvü,  profes-

sor  Nuru  Bayramovun  başcılığı 

ilə klinikanın baş həkimi, dosent 

Asiman  Həsənov,  həkim­cərrah 

Ruslan 

Məmmədov, 



həkim­

uroloq  Fikrət  Əhmədov,  nefro-

loq  Orxan  Quliyev,  anestezioloq 

Cavid Paşayev və digər tibb per-

sonalından  ibarət  heyət  iştirak 

etmişdir.  İstanbul  Bilim  Univer-

sitetinin  professoru  Barış  Akın 

ATU­da  icra  edilən  bu  ilk  orqan 

köçürülməsi  əməliyyatında  ya-

xından  iştirak  edərək 

dəstək olmuşdur.

      ATU­nun  rektoru,  akademik 

Əhliman  Əmiraslanov  böyrək 

köçürülən  xəstəyə  və  donora 

baş çəkərək onların vəziyyəti ilə 

yaxından tanış olmuş, hər ikisinə 

şəfa diləyərək tezliklə sağalıb ya-

xınlarına  qovuşmalarını  arzula-

mışdır.

Qeyd 


etmək 

lazımdır 

ki, 

əməliyyatın  icra  olunduğu  ATU­



nun  Tədris  Cərrahiyyə  klinikası 

ən  müasir  tibbi  avadanlıqlarla 

təchiz  olunmuş  və  yüksək  ixti-

saslı  mütəxəssislərin  çalışdığı 

tibb müəssisəsidir.

 

Məhəmməd 



Davudovun 

sözlərinə  görə,  qırtlaq­udlağın 

şişi  deyərkən,  söhbət,  udlağın 

aşağı  hissəsinin  xərçən gindən, 

bədxassəli şişindən gedir: “Həmin 

nahiy yədə şiş aqressiv gedişə ma-

lik olur və boyun limfa düyünlərinə 

metastaz verir. Əməliyyat zamanı 

qırtlaq­udlaq  tam  götürülür,  bo-

yun  limfa  düyünləri  tam  şəkildə 

çıxarılır. Burada ikinci çox mühüm 

məsələ  götürdüyümüz  toxumala-

rın,  yəni  həmin  qüsurun  rekons-

truksiyasıdır,  yəni  bərpa  olun-

masıdır.  Bu  ona  görə  vacibdir  ki, 

xəstənin qidalanması bərpa oluna 

bilsin”.

Həkim 


M.Davudovun 

söz lə­


rinə  görə,  bunün  üçün  bir  çox 

üsullardan  istifadə  olu nur:  “Dün-

ya  praktikasında  da  udlağın 

rekonstruksiya sı  üçün  bir  çox 

flepplərdən  istifa də  olunur.  Bun-

lardan biri də acı bağırsaqdan gö-

türülmüş  fleppdir.  Xəstələr  məhz 

belə  rekonstruksiyadan  sonra 

normal  həyata  daha  rahat  adap-

tasiya olunurlar”.

Məhəmməd 

Davudov 


bildir-

di  ki,  bu  əməliyyat  prosesi  çox 

mürəkkəb  olduğu  üçün  xaricdə 

olan  həkimlərlə  işbirliyi  qurmaq 

qərarına  gəldik:  “Beləliklə  də, 

təcrübə  mübadiləsi  aparmış  olu-

ruq. Tehran Tibb Elmləri Universi-

tetinin  estetik­plastik­rekonstruk-

tiv cərrahı, dosent, doktor Həmid 

Rza  Fəthini  bu  əməliyyat  üçün 

klinikamıza  dəvət  etdim.  Onun-

la  birgə  bu  əməllyyatın  icrasını 

uğurla həyata keçirdik”.

Tədris Cərrahiyyə klinikasında xəstəyə böyrək köçürüldü

ATU-nun Tədris-Cərrahiyyə Klinikasında 

qırtlaq-udlağın karsinoması olan xəstədə 

rekonstruktiv cərrahi əməliyyat həyata 

keçirilib

 Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə kli-

nikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası 

əməliyyatı həyata keçirilmişdir. 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında 

Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov 

tərəfindən çox mürəkkəb bir əməliyyat həyata keçirildi.

Bu  il  qəbul  imtahanlarında  700  bal 

toplayaraq Azərbaycan Tibb Universitetini 

seçən  abituriyentlərdən  biri  də  Nurlan 

Məcidovdur. 

İmtahanda  ən  yüksək  nəticə  göstərən 

Nurlan  ATU-nun  müalicə  işi  fakültəsinin 

tələbəsi olmağa üstünlük verib.

Bakı  Türk  Anadolu  liseyinin  məzunudur.  

İlk  təhsilini  Bakıdakı  132  nömrəli    tam 

orta  məktəbdə  alıb.    Dördüncü  sinifdə 

oxuyarkən    Bakı  üzrə  “İlin  şagirdi”  seçilib.  

IV  ixtisas  qrupu  üzrə    “Zəka”    kurslarında  

iki il hazırlaşıb.  Tələbə Qəbulu üzrə Dövlət 

Komissiyasının təşkil etdiyi sınaq imtahan-

larında  670­680   bal toplayıb.  Yüksək bal 

toplayacağına  inanıb.    Nurlan    imtahan-

dan  çıxanda  yaxşı  yazdığını    bilib.    Evə 

gəldikdən  sonra  düzgün  cavabları  yoxla-

yanda çox sevinib. İlk sevincini də anasıyla,  daha sonra sinif yoldaşları və 

müəllimlərilə bölüşüb.  Nurlan  sənədlərini  Azərbaycan Tibb Universitetinin 

müalicə işi fakültəsinə verib.  Çünki bacısı və qardaşı  tibb sahəsi üzrə  təhsil 

alırlar.  Onlar təhsillərini Türkiyədə davam etdirirlər. O da  gələcəkdə təhsilini 

xaricdə davam etdirmək arzusundadır. 

Nurlan MƏCİDOV: «İlk sevincimi anamla,  daha sonra sinif 

yoldaşlarım və müəllimlərimlə bölüşdüm»

Asya MAHMUDOVA bu il qəbul imtahanlarında 

seçilməyi  bacaran  bir  neçə  gəncdən  biridir. 

Zaqatalalı bu gənc IV qrup üzrə imtahanlarda 

ən  yüksək  nəticə  -  700  bal  toplayıb.  İlkin 

seçimdə  üstünlüyü  Azərbaycanın  ən  iri  ali 

təhsil ocağı olan Tibb Universitetinə verib.

1996­cı  ildə  Zaqatala    rayonunun  Əliabad 

qəsəbəsində    anadan  olub.  IV  qrup  üzrə  700 

bal  toplayan  Asya  Mahmudova    3  il  Zaqatala-

dakı  “Modern”  kurslarında    bir  neçə  dəfə  700 

bal  toplayıb.  O,  orta  məktəbi    əla  qiymətlərlə 

bitirib. Sənədlərini Tibb Universitetinin müalicə  

işi fakültəsinə  verib. Arzusu tanınmış həkim ol-

maqdır.

Asya qazandığı nailiyyətlərə görə müəllimlərinə 



və valideynlərinə minnətdar olduğunu bildirir.

Asya MAHMUDOVA: “Qazandığım nailiyyətlərə görə 

müəllimlərimə və valideynlərimə minnətdarlığımı 

bildirirəm”

700 bal toplayan iki abituriyent 

Azərbaycan Tibb Universitetini 

seçib

ATU-nun mətbuat xidməti


Yüklə 250,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə