Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 250,45 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix22.03.2018
ölçüsü250,45 Kb.
#33162
  1   2   3   4   5   6   7


Varikozun ən müasir müalicə 

metodları Azərbaycanda

ATU-nun Tədris-

Cərrahiyyə 

Klinikasında 

qırtlaq-udlağın 

karsinoması 

olan xəstədə 

rekonstruktiv 

cərrahi əməliyyat 

həyata keçirilib

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 14 (1611) 31 avqust  2015 - ci il                           Qiyməti 40 qəpik

Tədris Cərrahiyyə 

Klinikasında üçəm 

dünyaya gəlib

Tədris 

Cərrahiyyə 

klinikasında 

xəstəyə 

böyrək 

köçürüldü

Əlcəzair Xalq 

Demokratik 

Respublikasının 

ölkəmizdəki 

müvəqqəti 

işlər vəkili 

Azərbaycan Tibb 

Universitetinin 

qonağı olub

 

BU  SAYIMIZDA 



Azərbaycan Respublikasının Milli Məclisinə 

seçkilərin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı

700 bal toplayan iki abituriyent 

Azərbaycan Tibb Universitetini 

seçib

«Ən vacibi xəstəyə zaman 

qazandırmaqdır»

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 

II  hissəsini  və  109-cu  maddəsinin  1-ci  bəndini  rəhbər  tutaraq 

qərara alıram:

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə 

təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2015-ci il.



2

6

2

3

3

7

MƏNALI İSTİRAHƏTİN ÜNVANI 

- «TƏBİB»

4-5-8

Mütəxəssis sözü

3


http://www.amu.edu.az

31 avqust 2015-ci il

2

 



Akademik Ə.Əmiraslanov qona-

ğı salamlayaraq, ona Azərbaycan 

Tibb  Universiteti  haqda  ətraflı 

məlumat  verib.  Rektor  Əlcəzair 

universitetləri  ilə  ATU  arasın-

da  elm  və  təhsil  sahələrində 

əlaqələrin  qurulmasında  maraqlı 

olduqlarını söyləyib.

Əlcəzair  Respublikasının  ölkə­

mizdəki  müvəqqəti  işlər  vəkili 

vəzifəsinə  yeni  təyin  olunan 

cənab  Abbes  Benmoussat  ilk 

səfərini  Tibb  Universitetinə  et-

diyini  deyib.  Azərbaycan  geniş 

əraziyə  malik  olmasa  da,  bu  tor-

pağın  bəşəriyyətə  bir  çox  dahi 

insan  bəxş  etdiyini  söyləyən  qo-

naq,  akademik  Ə.Əmiraslanovla 

şəxsi  tanışlığından  qürur  duy-

duğunu  söyləyib.  Azərbaycanda 

bütün  sahə lərdə,  o  cümlədən 

tibb  sahəsində  gedən  inkişaf-

dan 

məmnunluğunu 



bildirən 

Abbes  Benmoussat,  iki  dost 

ölkə  arasında  elm,  təhsil  və  tibb 

sahəsindəki  əlaqələrin  daha  da 

genişləndirilməsini, müxtəlif təhsil 

və  elm  müəs sisələri  arasında 

ikitərəfli əməkdaşlığın qurulması-

nın prioritet sahə olduğunu vurğu-

layıb. O, yaxın gələcəkdə ATU və 

Əlcəzair  universitetləri  arasında 

əla qələrin  qurulacağına  dəstək 

olacağını söyləyib.

Öz 

növbəsində, 



akademik 

Ə.Əmiraslanov  da  dost  ölkənin 

təhsil  və  müalicə  müəssisələri 

ilə  elmi,  təcrübi  və  pedaqoji 

əməkdaşlığa hazır olduqlarını bil-

dirib.


Əlcəzair Xalq Demokratik Respublikasının 

ölkəmizdəki müvəqqəti işlər vəkili 

Azərbaycan Tibb Universitetinin qonağı olub

Avqust  ayının  25-də  Əlcəzair  Xalq  Demokratik  Respublikasının 

Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat  

Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin rekto-

ru, akademik Əhliman Əmiraslanovla  görüşüb.

ATU-nun mətbuat xidməti

B

u  yaxınlarda  daha  bir  ailədə 

üçəm sevinci yaşanıb. Pərvanə 

Daşdiyeva Azərbaycan Tibb Univer-

sitetinin  (ATU)  Tədris  Cərrahiyyə 

Klinikasında 2 qız və bir oğlan dün-

yaya gətirib.

 Tibb üzrə fəlsəfə doktoru, ATU-

nun  I  Mama-ginekologiya  kafedra-

sının  assistenti  Arzu  İsmayılova-

nın  sözlərinə  görə,  Pərvanə  xanım 

hamiləliyi  dövründə  bir  neçə  dəfə 

Tədris  Cərrahiyyə  Klinikasına 

müraciət  edib:  “Hamiləlik  zamanı 

vaxtından öncə doğuş riski olsa da, 

buna qarşı müvafiq müalicə aparılıb 

və nəticədə hamiləlik normal davam 

edib. Son aylarda ana tam nəzarətə 

götürülüb.  Hamiləlik  təxminən  36-

cı həftədə sona çatdırılıb”.

A.İsmayılovanın  sözlərinə  görə,  üçəmlərin  qeysəriyyə  kəsiyi  əməliyyatı  ilə 

götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu 

döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü 

qeysəriyyə əməliyyatı aparılıb.

Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normal-

dır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.

Biz də ATU kollektivi adından ailəni təbrik edir, uşaqlara cansağlığı arzulayırıq.

Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib

      


Hörmətli Əhliman müəllim!

Əhalinin sağlamlığının qorunması, tibbi yardımla təminatı istiqamətində Saatlı rayon 

sakinləri ilə ğörüşərək onların problem və qayğıları ilə maraqlanmağınız, müxtəlif  vaxt-

larda rayon sakinlərinə tibb yardım göstərmək məqsədilə Azərbaycan Tibb Universi-

tetinin əməkdaşlarını, tibb sahəsində tanınmış elm adamlarını rayona ezam etməyiniz 

və eləcə də cərrahi əməliyyat və tibbi müayinə üçün bilavasitə Sizə müraciət edən ra-

yon sakinlərinə göstərdiyiniz köməklilklərə görə Sizə rayon ictimaiyyəti adından dərin 

minnətdarlığımızı  bildiririk.

Saatlı  rayonunun  yüzlərlə  sakini  rəhbərliyinizlə  həyata  keçirilən  tibbi  müayinə  və 

cərrahi əməliyyatlardan şəfa tapmış, sağlam həyata qayıtmışdır. 2015­ ci ilin may ayın-

da bədbəxt hadisə nəticəsində öz sağlamlığını itirərək yataq xəstəsi olmuş, 1963­cü 

il təvəllüdlü, Saatlı rayon sakini Tağıyeva Sevinc Sarıbala qızı da müalicəsi ilə bağlı 

Sizə  müraciətindən  sonra  cərrahi  əməliyyat  nəticəsində  sağlam  həyata  qovuşmuş-

dur. Sizin zəngin təcrübə və bacarığınızdan, dəyərli məsləhətlərinizdən, göstərdiyiniz 

köməkliklərdən bəhrələnmiş xəstələr, onların doğmaları və yaxınları xeyirxah və nəcib 

işinizə  görə  öz  razılıqlarını  bildirmiş,  müasir  müalicə  üsullarından  faydalandıqlarını 

ifadə etmişlər.

Sizə və rəhbərlik etdiyiniz tibbi heyətə əhalinin sağlamlığının qorunması istiqamətində 

yüksək  təşkilatçılıqla  həyata  keçirdiyiniz  xeyirxah  tədbirlərə,  eyni  zamanda  böyük 

hörmət və rəğbətini qazandığınız seçicilərinizə göstərdiyiniz diqqət və qayğıya görə 

bir  daha  dərin  təşəkkürümüzü  bildirir,  sağlam  həyat  naminə  əvəzolunmaz  işinizdə 

yeni­ yeni uğurlar arzulayırıq.

                                    

 Hörmətlə:   Siraqəddin Cabbarov,

 

Saatlı Rayonu İcra Hakimiyyətinin Başçısı 

Azərbaycan Respublikası Milli Məclisinin 

deputatı,  Azərbaycan Tibb  Universitetinin 

rektoru, akademik Əhliman Əmiraslanova

 

Birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərin 



hamısına minnətdarlığını bildirir

Hörmətli oxucular, 

Əziz dostlar!

Ad günüm münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif region-

larından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığım çoxsaylı 

təbriklər üçün hamınıza səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirmək 

istəyirəm. Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər 

ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox 

sağ olun” deyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz 

məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox 

mütəəssir etdi.

Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin 

arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə 

minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun.

Artıq uzun illərdir ki, mən həyatımın ən müxtəlif məqamlarında sizin dəstəyinizi 

hiss edirəm. Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir.

Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma 

həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi 

mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm.

Əziz dostlar!

Hər birinizə  ayrılıqda cavab verməyə  fiziki imkanım olmadığı üçün bir daha hamı-

nıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə, 

doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və 

məhəbbət arzu edirəm.

Məhəbbətlə,

Mehriban Əliyeva

27 avqust 2015-ci il



Yüklə 250,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə