CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   33   34   35   36   37   38   39   40   41

 

77 


səlləm  –  dən:  “Cənnət  əhli  bir-birilərini  ziyarət  edərlərmi?”  deyə 

soruşdum.  O:  “Üstə  olan  aşağıda  olanı  ziyarət  edər,  aşağıda  olan  üstə 

olanı  ziyarət  edə  bilməz.  Allah  üçün  sevənlərdən  başqa.  Onlar  Cənnətdə 

istədikləri yerə dəvələr üstündə girərlər”



266

.  


 

CƏNNƏT ƏHLİNİN CƏHƏNNƏMLİKLƏRƏ 

GÜLMƏLƏRİ 

Cənnət  əhli  Cəhənnəm  əhlinə  müraciət  edib:  “Biz  Rəbbimizin  bizə 

vəd  etdiyini  (axirət  nemətlərini)  haqq  olaraq  gördük.  Siz  də  Rəbbinizin 

sizə  vəd  etdiyini  (Cəhənnəm  əzabını)  gerçək  olaraq  gördünüzmü?”  – 

deyə  soruşacaq.  Onlar:  “Bəli!”  –  deyə  cavab  verəcəklər.  Elə  bu  zaman 

onların  (hər  iki  dəstəsinin)  arasında  bir  carçı  (İsrafil  və  ya 

cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək. 

O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri 

hala  salmaq  (əymək)  istəyər  və  axirətdə  də  inkar  edərlər!”  Onların 

ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və 

Əraf  (Cənnətlə  Cəhənnəm  arasındakı  səddin  yüksəklikləri)  üzərində  isə 

(savabları  və  günahları,  xeyir  və  şər  əməlləri  bərabər  olan)  insanlar 

(kişilər)  vardır  ki,  onlar  hamını  (cənnətlikləri  və  cəhənnəmlikləri) 

üzündən  tanıyıb  cənnət  əhlinə:  “Sizə  salam  olsun!”  -  deyə  müraciət 

edərlər.  Bunlar  (əraf  əhli)  çox  istədiklərinə  baxmayaraq  hələ  ora 

(Cənnətə)  daxil  olmamış  (lakin  Ərafda  günahları  təmizləndikdən  sonra 

daxil  olacaq)  kimsələrdir.  Onların  nəzərləri  cəhənnəm  əhlinə  çevrildiyi 

zaman:  “Ey  Rəbbimiz!  Bizi  zalımlarla  bir  etmə!”  -  deyərlər.  Əraf  əhli 

üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yiğdığınız mal-

dövlət,  nə  də  təkəbbürünüz  fayda  verdi”,  -  deyəcək.  (Və  fağır,  yoxsul 

möminləri  kafirlərin  böyüklərinə  göstərərək:)  “Allah  onları  Öz 

mərhəmətinə nail etməyəcək - deyə and içdiyiniz kəslər bunlarmıdır?” – 

söyləyəcəklər.  (O  anda  Allah  həmin  möminlərə  müraciətlə  belə 

buyuracaq)  “Cənnətə  daxil  olun.  Sizin  heç  bir  qorxunuz  yoxdur  və  siz 

qəm-qüssə  görməyəcəksiniz!”  Cəhənnəm  əhli  cənnət  əhlinə  müraciət 

edib:  “Üstümüzə  bir  az  su  tökün  və  ya  Allahın  sizə  verdiyi  ruzilərdən 

bizə  bir  qədər  ehsan  edin!”  –  deyəcək.  Onlar  isə:  “Doğrusu,  Allah 

bunları  kafirlərə  haram  buyurmuşdur!”  –  deyə  cavab  verəcəklər».  (əl-

Əraf  44-50).  «Həqiqətən  günahkarlar  iman  gətirmiş  kimsələrə 

(dünyada)  gülürdülər.  Möminlərin  yanından  keçərkən  (onları  dolamaq 

məqsədi  ilə)  bir-birinə  göz-qaş  edirdilər.  Ailələrinin  yanına  qayıtdıqda 

isə  (onları  doladıqları  üçün)  kefləri  kök  qayıdardılar.  Möminləri 

                                                        

266

 Heysəmi “Məcmuaz Zəvaid” 10/279, Əbu Nuaym “Sifatul Cənnəh” 422.  




 

78 


gördükdə:  «Doğrusu  bunlar  (haqq  yoldan)  azanlardır!»  deyərdilər. 

Halbuki  onlar  möminlərə  nəzarətçi  göndərilməmişdilər.  Bu  gün  isə 

möminlər kafirlərə güləcəklər». (əl-Mutəffifin 29-34).  

 

CƏNNƏTƏ KASIBLARIN DAHA TEZ DAXİL 

OLMALARI 

Abdullah  b.  Amr  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, mühacirlərin fəqirləri 

Qiyamət  günü  Cənnətə  varlılardan  40  il  tez  girəcəklər  (Başqa  rəvayətdə: 

Varlılar kasıblardan beş yüz ildən sonra Cənnətə girərlər (Yarım gün öncə 

(dünya günləriylə 500) il edər

267 

)

268



269


. Ənəs - radıyallahu anhu – deyir 

ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  belə  dua  etdi:  “Allahım 

məni  miskin  olaraq  yaşad,  miskin  olaraq  öldür,  Qiyamət  günü  də 

miskinlər  zümrəsində  həşr  et”.  Aişə:  “Nə  üçün  (Miskin)  Ya  Rəsulallah!” 

deyə  soruşdum.  O:  “Çünki  onlar  zənginlərdən  40  il  öncə  Cənnətə 

girəcəklər.  Ey  Aişə!  Fəqirləri  sev,  onları  (məclisinə)  yaxınlaşdır  ta  ki, 

Qiyamət  günü  də  Allah sənə yaxınlaşsın”

270


Fayda: Onların öncə girmiş 

olmaları  dərəcələrinin  daha  üstün  olması  demək  deyildir.  Çünki  sonra 

girən öncə girəndən daha üstün ola bilər.  

 

CƏHƏNNƏMDƏN CƏNNƏTƏ DAXİL OLANLAR 

İmran  b.  Hüseyn  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Mənim  şəfaətim  ilə  bir  qövm 

Cəhənnəmdən  çıxarılıb  Cənnətə  daxil  ediləcəkdir.  Onlar  Cəhənnəmliklər 

– deyə adlandırılacaqlar»

271


. İbn Məsud – radıyallahu anhu – rəvayət edir 

ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Mən  Cəhənnəm 

əhlinin Cəhənnəmdən son çıxacaq və Cənnət əhlinin Cənnətə son girəcək 

olanını  bilirəm.  Bu  o  kimsədir  ki,  Cəhənnəmdən  sürünə-sürünə  çıxar. 

Allah: «Get Cənnətə gir!» deyə buyurar. O, kimsə Cənnətə yaxınlaşar və 

ona  elə  gəlir  ki,  cənnət  artıq  dolmuşdur.  O:  «Ya  Rəbb!  Mən  Cənnəti 

dolmuş  gördüm!»  deyər.  Allah:  «Get  Cənnətə  gir!  Dünya  qədər  və 

dünyanın on misli qədər yer sənindir» deyə buyurar. Qul: «Sən, Aləmlərin 

Rəbbi  olduğun  halda  mənimlə  zarafat  edirsən  (mənə  gülürsən)?»  deyər. 

Hədisi rəvayət  edən  deyir  ki:  «Peyğəmbər - sallallahu aleyhi və səlləm – 

bunu deyərkən arxa dişləri görünənə qədər güldü» dedi. Cənnət əhlinin ən 

                                                        

267

 Əbu Davud “Elm” 13, 3666, Tirmizi “Zuhd” 37, 2352.  



268

 Tirmizi “Zuhd” 37, 2354, İbn Məcə «Zuhd» 2/6.  

269

 Müslim 2979.  



270

 Tirmizi “Zuhd” 2353, 2355.  

271

 Buxari 6566.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə