CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 

69 


səllallahu  aleyhi  və  səlləm  –  in  yanına  gələrək  dedi:  «Ey  Əbul  Qasım! 

Yalnız 


Peyğəmbərlərə 

məlum 


olan 

xüsusiyyətlər 

haqqında 

soruşacaqlarımız barəsində bizə xəbər ver!». Peyğəmbər: «İstədiyiniz şey 

barəsində soruşun, lakin Yaqub – əleyhissəlam – övladlarından vəd aldığı 

kimi  siz  də  Allah  qarşısında  vəd  verin  ki,  əgər  görsəniz  dediklərim 

doğrudur mənə tabe olub İslam dinini  qəbul  edəcəksiniz!»  deyə buyurdu. 

Onlar:  «Qoy  sən  deyən  olsun»  dedilər.  Peyğəmbər:  «İstədiyinizi 

soruşun!»  deyə  buyurdu.  Onlar:  «Dörd  xüsusiyyət  barəsində  bizə  xəbər 

ver: Tövrat nazil olmamışdan əvvəl İsrail (Yəqub – əleyhissəlam – ) özünə 

nəyi haram etmişdir? Kişinin belindən və qadının köksündən gələn suyun 

keyfiyyəti  necədir  və  necə  olur  ki,  uşaq  oğlan  olur?  Yazıb  oxumağı 

bacarmayan  peyğəmbər  necə  yatır  və  hansı  mələk  onun  sevimli 

dostudur?» dedilər. Peyğəmbər: «Dediklərinizə doğru cavab versəm Allah 

qarşısında verdiyiniz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib 

olacaqdır»  deyə  buyurdu.  Onlar  bir  daha  öz  vədlərini  təsdiqlədilər. 

Peyğəmbər:  «Tövratı  Musa  –  əleyhissəlam  –  nazil  edən  Allaha  and 

verirəm ki, Yəqub – əleyhissəlam – çox şiddətli xəstəliyə tutulmuş (oturaq 

sinirindən  şikayət  edirdi)  və  xəstəliyi  uzun  müddət  davam  etdiyinə  görə 

Allaha  nəzir  etmişdir  ki,  əgər  ona  şəfa  versə  ən  sevimli  yeməyini  və  ən 

sevimli içkisini özünə haram edəcəkdir. Onun ən sevimli yeməyi dəvə əti 

və onun südüdür» deyə buyurdu. Onlar: «Allaha and olsun ki, bu belədir!» 

dedilər.  Peyğəmbər:  «Allahım  sən  onların  dediklərinə  şahid  ol!  Sonra 

Tövratı Musa – əleyhissəlam – nazil edən, heç bir şəriki olmayan Allaha 

and  verirəm  ki,  kişinin  belindən  gələn  su  ağ  rəngli  qatı  maye  qadının 

köksündən gələn su isə sarı rəngli duru mayedir. Bunlardan hansı üstünlük 

təşkil  etsə  uşaq  Allahın  izni  ilə  üstünlük  təşkil  edənin  cinsindən  olar  və 

ona oxşayar. Kişinin belindən gələn su üstünlük təşkil etsə Allahın izni ilə 

oğlan uşağı, qadının köksündən gələn sustünlük təşkil etsə Allahın izni ilə 

qız uşağı doğular» deyə buyurdu. Onlar: «Allaha and olsun ki, bu belədir» 

dedilər.  Peyğəmbər:  «Allahım  sən  onların  dediklərinə  şahid  ol!  Sonra 

Tövratı  Musa  –  əleyhissəlam  –  nazil  edən  Allaha  and  verirəm  ki,  yazıb-

oxumağı  bacarmayan  Peyğəmbərin  gözləri  yatır,  qəlbi  isə  oyaq  qalır» 

deyə  buyurdu.  Onlar:  «Allaha  and  olsun  ki,  bu  belədir»  dedilər.  Onlar: 

«İndi  isə  mələklərdən  hansının  sənin  sevimli  dostun  olduğu  barədə  bizə 

xəbər  ver,  bununla  da  səni  biz  ya  sənə  tabe  olaq,  ya  da  səni  tərk  edək» 

dedilər.  Peyğəmbər:  «Həqiqətən  də  mənim  sevimli  dostum  Cəbrail  – 

əleyhissəlam  –  dır.  Allah  elə  bir  Peyğəmbər  göndərməyib  ki,  Cəbrail  – 

əleyhissəlam – onun dostu olmasın» deyə buyurdu. Onlar: «Bu yerdə səni 

tərk  etməli  olacağıq.  Əgər  sənin  dostun  o,  yox  başqa  mələk  olsaydı 




 

70 


dediyini  təsdiq  edərdik  və  sənə  tabe  olardıq»  dedilər.  Peyğəmbər:  «Sizə 

dediyimi  təsdiq  etməyə  mane  olan  nədir?»  deyə  buyurdu.  Onlar:  «O, 

bizim  düşmənimizdir  (Başqa  rəvayətdə:  Bizim  düşmənimiz  olan.  Əzab, 

ölüm  və  müharibə  gətirən  Cəbrail:  Əgər  rəhmət,  bitki  və  yağış  gətirən 

Mikail  desəydin  doğru  olardı)  dedilər.  Bu  zaman  ayə  nazil  oldu:  «(Ya 

Muhəmməd!)  De:  «Kim  Cəbrailə  düşməndirsə  (onu  yaxşı  bilsin  ki) 

həqiqətən  o,  özündən  əvvəlkiləri  (Tövratı  və  İncili)  təsdiq  edən, 

möminləri  doğru  yola  yönəldən,  (onlara)  müjdə  verən  Quranı  Allahın 

izni  ilə  sənin  qəlbinə  çatdırmışdır».  (əl-Bəqərə  97).  (Başqa  rəvayətdə: 

Onlar:  «Bizə  ildırım  haqqında  xəbər  ver!»  dedilər.  Peyğəmbər:  «Bu 

Allahın  buludları  idrə  etmək  üçün  müvəkkəl  etdiyi  bir  mələkdir  ki, 

əlindəki  oddan  olan  Mixraqla  –  buludları  dağıdaraq  Allahın  əmr  etdiyi 

yerə  aparır»  deyə  buyurdu.  Onlar:  «Bəs  eşidilən  gurultu  nədir?»  dedilər. 

Peyğəmbər: «Onun səsidir» deyə buyurdu»)

236

. Ənəs – radıyallahu anhu – 



rəvayət  edir  ki,  Abdullah  b.  Səlam,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  –  in  Mədinəyə  gəldiyini  eşidir.  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm – in yanına gələrək: Səndən üç şey barəsində soruşacağam ki, bunu 

Peyğəmbərlərdən  başqa  heç  kəs  bilməz.  Qiyamət  əlamətlərinin  ilk  olanı 

hansıdır? Cənnət əhlinin ilk yeməyi hansıdır? Uşaq atasına və ya anasına 

nə  üçün  oxşayar?  Peyğəmbər:  “Cəbrail  onları  mənə  xəbər  verdi”  deyə 

buyurdu.  Abdullah:  “Cəbrailmi?”  dedim.  Peyğəmbər:  “Bəli”  deyə 

buyurdu.  Mən:  “Bu  Yəhudilərin  düşməni  olan  mələkdir”  dedim. 

Peyğəmbər:  (Ya  Rəsulum!)  Cəbrailə  düşmən  olan  kimsəyə  de  ki,  onu 

(Quranı)  özündən  əvvəlkiləri  (Tövratı  və  İncili)  təsdiqləyici,  möminlər 

üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil 

etmişdir”.  (əl-Bəqərə  97).  Qiyamət  əlamətlərinin  ilk  olanı:  Atəşdir  – 

hansıki insanları şərqdən qərbə tolayar. Cənnət əhlinin yeyəcəyi ilk yemək 

balıq ciyəridir. Kişinin suyu (məni) qadının suyunu üstəliyərsə uşaq ataya, 

qadının  suyu  kişinin  suyunu  üstəliyərsə  uşaq  qadına  oxşayar.  Abdullah: 

“Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına  və  sənin  də  Allahın 

Rəsulu  olduğuna  şəhadət  edirəm.  Ya  Rəsulullah!  Yəhudilər  yalançı  –  bir 

toplumdur.  Əgər  onlar  sən  məni  onlardan  soruşmadan  öncə  müsəlman 

olduğumu  bilsələr  mənə  iftira  atarlar”.  Bir  müddətdən  sonra  Yəhudilər 

gəldilər.  Peyğəmbər:  “İçinizdə  Abdullahı  kim  tanıyır”  deyə  soruşdu. 

Onlar:  “Xeyirlimizdir,  xeyirlimizin  oğludur,  Seyyidimizdir,  seyyidimizin 

oğludur”  dedilər.  Peyğəmbər:  “Müsəlman  olarsa  nə  deyirsiniz?”.  Onlar: 

“Allah  onu bundan qorusun”  dedilər. Abdullah  çıxaraq: “Allahdan başqa 

ibadətə  layiq  haqq  ilah  olmadığına  və  Muhəmmədin  Allahın  Rəsulu 

                                                        

236

 Əhməd 1/274,278.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə