CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   33   34   35   36   37   38   39   40   41

 

75 


əhlinin ən yüksək məqam sahibləri?» deyə buyurar. Allah: «Onları özüm 

üçün  seçdim  və  fəzilətli  qullar  onlardır.  Kəramətlərini  öz  əlimlə  tikib, 

möhür altına aldım. Onu nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, nə də 

bəşər  övladlarından  heç  birinin  qəlbi  o,  şeylər  barədə  düşünməmiş-

dir…»

258


.  

 

CƏNNƏTƏ GİRƏNLƏRİN VƏSFİ 

Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətə bir sıra qövmlər girər ki, 

onların  qəlbləri  quşların  qəlbləri  kimidir»

259

.  Əbu  Hureyrə  –  radıyallahu 



anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

«Cənnət  əhli  cənnətə  girincə  bir  carçı  səsləyərək:  «Sizlər  üçün  əbədi  bir 

həyat  vardır,  əsla  ölməyəcəksiniz.  Sizin  üçün  elə  bir  səhhət  vardır  ki, 

əbədi olaraq xəstələnməyəcəksiniz. Sizin üçün əsla ixtiyarlanmayacağınız 

bir  gənclik  vardır.  Sizin  üçün  heç  bir  sıxıntı  və  darlığa  düşməyəcəyiniz 

əbədi nemət vardır»

260

. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Allah  Adəm  

əleyhissəlam - ı  öz surətində yaratdı. Boyu altımış  dirsək  idi. Sonra ona: 

«Get  mələklərin  yanına  onlar  səni  necə  salamlayarlarsa  bu  da  sənin 

zürriyətinin salamı  olacaqdır».  Adəm onların  yanına  gələrək:  «Əssələmu 

Aleykum»  dedi.  Mələklər  də:  «Əssələmu  Aleyyə  Və  Rahmətullah»  deyə 

cavab verdilər. Cənnətə girən hər bir kəs Adəmin bu surətində girəcəkdir. 

Boyu  altımış  dirsək.  (Ondan  sonra  isə  insanlar  indiyə  kimi  cılızdaşmağa 

doğru  gedirlər)

261

.  Əli  -  radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə bir bazar vardır ki, orada 

alış-veriş yoxdur. Sadəcə qadınlardan və kişilərdən surətlər vardır. Adam 

bir surəti arzuladığı zaman o surətin içinə girər”

262


.  

 

CƏNNƏT ƏHLİNƏ ALLAHIN RƏHMƏTİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  “Cəhənnəmə  girən  iki  nəfərin  bağırtıları 

şiddətlənəcək”.  Allah:  “Çıxarın  onları!”  buyuracaq.  Onlara:  “Nə  üçün 

bağırırsınız?” deyiləcək. Onlar: “Bizə mərhəmət edilsin deyə” bunu etdik. 

Allah:  “Mənim  sizə  olan  rəhmətim  özünüzü  Cəhənnəmə  atmanız 

şəkilindədir!”  buyuracaq.  Onlar  gedəcəklər.  Biri  özünü  atəşə  atacaqdır. 

Allah  da  atəşi  ona  soyuq  və  salamat  edəcəkdir.  Digəri  isə  özünü  atəşə 

                                                        

258


 Müslim 311.  

259


 Müslim 2840.  

260


 Müslim 2837.  

261


 Buxari 6/362, Müslim 2841, Əhməd 2/315.  

262


 Tirmizi 2550, Nihayə 2/490-491, Tərğib vət Tərhib 4/541.  


 

76 


atmayacaqdır.  Allah:  “Yoldaşının  atdığı  kimi  sən  nə  üçün  özünü 

atmırsan?”  deyə  buyurar.  O:  “Ey  Rəbbim!  Mən  oradan  çıxdıqdan  sonra 

bir  daha  ora  girməyəcəyimə  ümüd  edirdim”  deyər.  Allah:  “Get,  ümüd 

etdiyini  verdim”  deyə  buyurar.  Hər  ikisi  də  Allahın  rəhmətiylə  Cənnətə 

girərlər”

263


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

"Ümmətimdən  bir  qrup  kimsələr  qəbirlərindən  duraraq  bir  başa  Cənnətə 

girərlər.  Mələklər:  “Hesab  gördünüzmü?”  deyə  soruşarlar.  Onlar:  “Xeyr, 

biz  heç  bir  hesab  görmədik”  deyərlər.  Mələklər:  “Sırat  körpüsündən 

keçdinizmi?”  deyə  soruşarlar.  Onlar:  “Xeyr,  sırat  körpüsünü  görmədik” 

deyərlər.  Mələklər:  “Cəhənnəmi  gördünüzmü?”  deyə  soruşarlar.  Onlar: 

“Xeyr, Cəhənnəmi görmədik” deyərlər. Siz nə etdiniz ki, hesab çəkmədən, 

sıratı  keçmədən  bir  başa  Cənnətə  girdiniz?”  Deyə  soruşarlar.  Onlar: 

“Allahdan  həya  edər,  təklikdə  belə  günahdan  uzaq  olduq,  bir  də  Allahın 

verdiyi  az  ruziyə  belə  razı  olduq”.  Mələklər:  “Bu  nemətlər  sizin 

haqqınızdır”

264


.  

 

CƏNNƏT ƏHLİNİN BİR-BİRLƏRİ İLƏ 

GÖRÜŞMƏLƏRİ VƏ DÜNYANI XATIRLAMALARI 

«Onlar  (dünyada  gördükləri  işlər  barəsində)  bir-birindən  hal-əhval 

tutmağa  başlayacaqlar».  (ət-Tur  25).  «Onlar  bir-biri  ilə  (dünyada 

gördükləri  işlər  barədə)  sorğu-suala,  söz-söhbətə  başlayacaqlar. 

Onlardan bir belə deyəcəkdir: «Mənim bir yoldaşım var idi. O, deyərdi: 

«Sən  doğurdan  da  inanırsan  ki,  biz  öldükdən,  torpaq  və  sümük 

olduqdan  sonra  (dirilib)  sorğu-sual  olunacaq  və  əməllərimizə  görə 

cəzalandırılacağıq?».  (Sonra  həmən  şəxs  Cənnətdəki  yoldaşlarına) 

deyəcək: «Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?». (Onlar xeyr – 

deyə  cavab  verərlər).  O,  özü  baxıb  (yoldaşını)  Cəhənnəmin  ortasında 

görəcəkdir. Və (ona üz tutub) deyəcəkdir: «Allaha and olsun ki, sən az 

qala  məni  (yoldan  çıxarıb)  məhv  edəcəkdin!  Əgər  Rəbbimin  lütfü 

olmasaydı  mən  də  (Cəhənnəmə)  gətrilənlərdən  olardım!  Biz  artıq 

ölməyəcəyik, elə deyilmi? (Dünyadakı) ilk ölümümüz istisna olmaqla Biz 

əzab  da  görməyəcəyik!  Həqiqətən  bu  böyük  qurtuluş  və  uğurdur.  Qoy 

(dünyada)  çalışanlar  bunun  üçün  çalışsınlar!».  (əs-Saffət  50-61). 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «İnsan  yoldaşının 

dinindədir. Buna görə də kiminlə yoldaşlıq etdiyinizə diqqət edin»

265


. Əbu 

Umamə  -  radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

                                                        

263


 Tirmizi “Cəhənnəm” 10, 2602.  

264


 İbn Hibban.  

265


 əl-Albani «Səhihul Cəmi» 3539.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə