CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   33   34   35   36   37   38   39   40   41

 

71 


olduğuna  şəhadət  edirəm”  dedi.  Yəhudilər  onu  pisləyərək:  “Ən  pis 

olanımız, ən pisimizin oğlu” dedilər. Abdullah: “Qorxduğum da bu idi Ya 

Rəsulullah!” dedim

237


.  

 

CƏNNƏTİN DİLİ 

Ənəs  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 

aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnət  əhli  Cənnətə  60  arşın  Adəmin  boyu 

üzərə,  Yusifin  gözəlliyi,  İsanın  yaşı  33  üzərə,  Muhəmmədin  dili  üzərə 

olaraq tüksüz, parlaq və sürməli şəkildə girəcəklər”

238


.  

 

CƏNNƏTDƏ YER QALACAQ CƏHƏNNƏMDƏ İSƏ 



YOX 

Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə  Allahın 

dilədiyi  qədər  yer  qalır,  sonra  Allah  ora  üçün  bir  xalq  yaradır  və  onları 

Cənnətin  yerlərinə  yerləşdirir”

239

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«….Allah  Cənnətə  sən  mənim  rəhmətimsən,  mən  səninlə  qullarımdan 

istədiyimə rəhmət edirəm». Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən 

səninlə  qullarımdan  istədiyimə  əzab  edirəm.  Hər  birinizə  dolusu  qədər 

var.  Amma  Cəhənnəm  dolmaq  bilməz.  Nəhayət  Allah  ayağını  onun 

üzərinə  qoyar,  o  da:  Bəsdi,  Bəsdi!  deyib  Cəhənnəm  dolar.  (Cəhənnəmi 

doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə Allah onun 

boşluqlarını doldurmaq üçün bir neçə varlılıqlar yaradır»

240

.  


 

CƏNNƏT ƏHLİNİN ÇAĞIRIŞI (DUASI) 

“İman  gətirib  yaxşı  işlər  görənlərin  Rəbbi  iman  gətirdiklərinə  görə 

hidayətə  (Cənnətə)  qovuşdurar.  (Bol  nemətli)  Nəim  cənnətlərində 

onların  (qəsrləri,  köşkləri)  altından  çaylar  axar.  [Və  ya  Rəbbi  onlara 

imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə 

yol  göstərər].  Onların  oradakı  (möminlərin  Cənnətdəki)  duası: 

“Pərvərdigara!  Sən  paksan,  müqəddəssən!  (Subhənəkə  Allahummə!)”, 

orada  salamlaşması:  “Salam!”  duası:  “Həmd  olsun  aləmlərin  Rəbbi 

Allaha!” sözləridir”. (Yunus 10). Sələflər deyirlər ki: “Orada (Cənnətdə) 

bir  şey  istədikləri  zaman  o,  an:  Subhənəkə  Allahummə  -  deyərlər. 

İstədikləri həmən olar”

241


. Əli - radıyallahu anhu – deyir ki: “O, Allahın 

özü  üçün  razı  olduğu  bir  kəlimədir”.  Rəsulullah  -  sallallahu  aleyhi  və 

                                                        

237


 Buxari 8/165.  

238


 İbn Əbi Dunyə, Nihayə 2/201,  

239


 Müslim 2848.  

240


 Buxari, Müslim 5084.  

241


 İbn Kəsir 4/423, Beyhəqi “Əsməul Husnə” 1/76.  


 

72 


səlləm  -  buyurdu:  “O,  Allahı  hər  cür  pislikdən  (nöqsanlardan)  uzaq 

etməkdir”

242

.  


 

CƏNNƏTLİKLƏR ÖZ YERLƏRİNİ ÖNCƏDƏN 

TANIYIRLAR 

“Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz. (Allah

onları  doğru  yola  müvəffəq  edəcək,  onların  əhvalını  (dünyada  və 

axirətdə)  düzəldəcəkdir.  Və  onları  (dünyada)  özlərinə  tanıtmış  olduğu 

Cənnətə  daxil  edəcəkdir”.  (Muhəmməd  4-6).  Mücahid,  İbn  Abbas  

radıyallahu  anhum  –  deyir  ki:  Cənnət  əhli  –  evlərini  və  məskənlərinin 

yolunu  bilirlər.  Cümə  günü  cümədən  çıxıb  evlərinə  gedənlərin  evlərini 

tanıdıqlarından  da  çox.  Cənnət  əhli  Cənnətdə  olan  mənzillərini  bilirlər”. 

Həsən  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Allah  –  dünyada  ikən  onlara 

Cənnəti  açıqladı,  vəsf  etdi,  oraya  girdikləri  zaman  da  onlar  Cənnəti  o 

özəllikləri  ilə  tanıdılar”

243

.  Əbu  Səid  -  radıyallahu  anhu  –  deyir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Möminlər 

Cəhənnəmdən  qurtulub Cənnətlə Cəhənnəm arasında körpüdə bir  müddət 

həps edilirlər. Bu yerdə aralarında dünyada olan keçmiş haqsızlıqlar qisas 

edilir.  Beləcə  günahlardan  təmizlənib  paklandıqdan  sonra  Cənnətə 

girmələrinə  izin verilir. Nəfsim əlində olan  Allaha and olsun ki, onlardan 

hər biri Cənnətdəki evini, dünyadakı evindən daha yaxşı bilir”

244

.  


 

CƏNNƏT ƏHLİNİN XİDMƏTÇİLƏRİ 

«Onların  dövrəsində  həmişə  cavan  xidmətçi  oğlanlar  dolanacaqdır. 

Cənnət  bulağından  axan  (şərab)  dolu  piyalələr.  Kuzələr  və  qədəhlərlə. 

(Dünyadakı  şərabdan  fərqli  olaraq)  o,  şərabdan  başları  ağrımaz  və 

keflənməzlər.  (O,  cavan  xidmətçilər  Cənnətdə  olanların)  bəyənib 

seçdikləri  meyvələr  və  istədikləri  hər  cür  quş  əti  ilə onların  dövrəsində 

fırlanacaqlar».  (əl-Vaqiə  17-21).  “Onların  dövrəsində  həmişəcavan 

(xidmətçi)  oğlanlar  olacaqdır.  Onları  gördükdə,  sanki  (ətrafa)  səpilmiş 

inci olduqlarını zənn edərsən”. (İnsan 19).

 

İbn Abbas, Mucahid, Muqatil, 



əl-Kəlbi – Allah Onlardan Razı Olsun - deyirlər ki: “Ölməyəcək uşaqlar 

(Yəni:  Qocalmazlar  və  dəyişməzlər)”

245

.  Ayədə  keçən  Muhallid  – 



qulaqlarında  küpə  və  bilərzikli  deməkdir

246


.  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  “Bir  nəfər  Cənnətə  girdiyi  zaman  Cənnət 

əhlinin  surətinə  bürünər,  onların  geyindiyini  geyinər,  taxdığını  da  taxar. 

                                                        

242


 Deyləmi 1/474, Heysəmi “Məcmuaz Zəvaid” 10/94.  

243


 Qurtubi 16/230-231, İbn Kəsir 4/188.  

244


 Buxari “Məzalim” 1, 5/96, “Riqaq” 48.  

245


 Qurtubi 17/202.  

246


 Qurtubi 17/203.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə