CəNNƏt və CƏHƏNNƏM


CƏNNƏT ƏHLİNİN TAXTLARI VƏ YATAQLARI



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

 

67 


CƏNNƏT ƏHLİNİN TAXTLARI VƏ YATAQLARI 

«Orada  uca  taxtlar,  (çeşmələr  kənarına)  qoyulmuş  piyalələr,  bir 

yanına  düzülmüş  (yumşaq)  balışlar  və  dövşənmiş  nəfis  xalılar  vardır». 

(əl-Ğaşıyə  13-16).  «Onlar  orada  astarları  qalın  ipəkdən  olan  döşəklərə 

söykənmiş  olacaqlar».  (ər-Rəhman  54).  «Səf-səf  düzülmüş  taxtlara 

söykəndiyiniz  halda».  (ət-Tur  20).  «Onlar  qızıl-gümüş,  ləl-cəvahiratla 

bəzənmiş  taxtlar  üstündə  qərar  tutacaq,  o  taxtlara  söykənib  bir-biri  ilə 

qarışı-qarşıya əyləşəcəklər». (əl-Vaqiə 15,16).  

 

CƏNNƏTİN BAZARLARI 

Ənəs  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 



aleyhi  və  səlləm  -  buyurdu:  «Cənnətdə  bir  bazar  vardır.  Cənnət  Əhli  hər 

cümə  günü  oraya  gələrlər.  Bir  şimal  küləyi  əsər.  Üzlərinə  və  libaslarına 

cürbəcür  ətirli  iylər  yayar.  Cənnət  əhlinin  gözəllikləri  artar.  Artmış 

gözəllikləri  ilə zövcələrinə  dönərlər. Zövcələri  onları gördükdə:  «Vallahi 

bizdən  sonra  gözəlliyiniz  nə  qədər  artmışdır?»  deyərlər.  Onlar  da: 

«Vallahi sizin də bizdən sonra gözəlliliyiniz artmışdır!» deyərlər

230

.  


 

CƏNNƏT ƏHLİNİN QABLARI 

«(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) 

dolandırılacaqdır».  (əz-Zuxruf  71).  «(Onlara  belə  deyiləcəkdir)  Keçmiş 

günlərdə etdiyiniz yaxşı əməllər müqabilində yeyin için». (əl-Haqqa 24). 

«Onlar  üçün  (Cənnət  saqiləri  tərəfindən  adamı  kefləndirməyən,  behişdə 

çay  axan)  şərab  dolu  piyalələr  dolandırılacaqdır.  Ağappaq,  özü  də 

içənlərə  ləzzət  verən  şərab.  Onun  içində  (dünyadakı  şərabdan  fərqli 

olaraq) ağlı başdan çıxaran, baş ağrısı, süstlük verən heç bir şey yoxdur. 

Onlar  ondan  məst  də  olmazlar».  (əs-Saffət  46-47).  «Onlara  gözəl  ətirli, 

təmiz, möhürlü (qablarda) şərab içirdiləcəkdir. Onun (şərab olan qabın) 

möhürü  müşkdür».  (əl-Mutaffifin  25,26).  «(Cənnətdəki  xidmətçilər) 

onların  ətrafında  gümüş  qablar  və  büllur  qədəhlərlə  dolanacaqlar». 

(İnsan  15).  Xuzeyfə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Qızıl  və  gümüş  qablardan 

yeməkdə  və içməkdə istifadə  etməyin. Çünki  onlar bu dünyanı istəyənlər 

üçündür. Sizin üçün isə axirətdə»

231


. Ummu Sələmə – radıyallahu anhə – 

rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qızıl 

və  gümüş  qabdan  yeyib  içənin  qarnında  Cəhənnəm  odunun  səsi 

gələcəkdir»

232

.  


                                                        

230


 Müslim 2833.  

231


 Buxari 9/554, Müslim 2067.  

232


 Buxari, Müslim.  


 

68 


CƏNNƏT ƏHLİNİN YEMƏK VƏ İÇMƏYİ 

“Allahdan qorxub pis əməllərdən çəkinənlərə (möminlərə) vəd edilən 

Cənnətin  vəsfi  belədir:  (ağacları)  altından  çaylar  axar,  yeməkləri  də, 

kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin 

aqibətidir.  Kafirlərin  aqibəti  isə  Cəhənnəmdir!”.  (ər-Rəd  35).  “Onları 

istədikləri meyvə və ətlə (bol-bol) təmin edəcəyik. Onlar orada bir-birinə 

(şərab  dolu)  qədəh  ötürəcəklər.  Onda  (cənnət  şərabının  xislətində 

dünyakından  fərqli  olaraq)  nə  lağlağılıq,  nə  də  günaha  təhrik  vardır”. 

(ət-Tur  22-23).

 

Cabir  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət əhli kimsələr yeyib içərlər, 

lakin  böyük-kiçik  ayaqyoluna  çıxmazlar,  burun  suyu  axıdmaz  və 

tüpürməzlər.  Yeyəcəkləri  bir  misk  kimi  bir  tərləmə  və  gəyirməklə  çölə 

çıxar  (Başqa  rəvayətdə:  Onların  əxlaqı  bir  tək  adamın  əxlaqıdır.  Onların 

surəti  Adəmin  surətidir  ki,  onun  boyu  altımış  dirsəkdir  və  o, 

səmadadır

233



234



.  

 

CƏNNƏTLİKLƏRİN İLK YEYƏCƏKLƏRİ 

Səvban – radıyallahu anhu – rəvayət edir ki, Yəhudi alimlərindən biri 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  in  yanına  gələrək  dedi: 

«Qiyamət  günü  yer  və  göy  başqa  yer  və  göylə  əvəz  olunacaqdır  onda 

insanlar harada olacaqlar?» dedi. Peyğəmbər: «Sıratın üzərində» buyurdu. 

O:  «Sıratdan  ilk  keçən  kim  olacaqdır?»  dedi.  Peyğəmbər:  «Mühacirlərin 

fəqirləri»  deyə  buyurdu.  O:  «Cənnətə  girənlərin  ilk  hədiyyələri  nə 

olacaqdır»  dedi.  Peyğəmbər:  «Balina  balığının  ciyərinin  yanındakı 

ziyadəsi  (artığı)»  deyə  buyurdu.  Yəhudi:  «Yeyəcəkləri  nə  olacaqdır?» 

dedi. Peyğəmbər: «Cənnətin ətrafında bəslənən Cənnət öküzü  onlar üçün 

kəsiləcək»  deyə  buyurdu.  Yəhudi:  «İçkiləri  nə  olacaqdır?»  dedi. 

Peyğəmbər:  «İçəcəkləri  Cənnətdə  səlsəbil  adlı  bulaqdan  olacaq»  deyə 

buyurdu.  O:  «Səndən  uşaq  haqqında  soruşuram»  dedi.  Peyğəmbər: 

«Kişinin  mənisi  bəyazdır,  qadının  isə  sarıdır.  İkisi  birləşdikdə  kişinin 

mənisi üstünlük təşkil edərsə Allahın izni ilə uşaq oğlan, yox əgər qadının 

mənisi üstünlük təşkil edərsə onda uşaq Allahın izni ilə qız doğular» deyə 

buyurdu.  Yəhudi:  «Vallahi  doğru  söylədin!  Sən  həqiqətən  də  haqq 

Peyğəmbərsən»  dedi.  Peyğəmbər:  «Mən  bu  suallardan  heç  birini 

bilmirdim. Ta ki,  Allah  onları  mənə xəbər verənə  qədər»

235

. İbn Abbas – 



radıyallahu anhu – rəvayət edir ki, Yəhudi alimlərindən biri Rəsulullah 

                                                        

233

 Buxari 3245, Müslim 2834. 



234

 Əhməd 3/316.  

235

 Müslim 315.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə