CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   33   34   35   36   37   38   39   40   41

 

79 


aşağı sakini bu  kimsədir»

272


. Əbu Zərr – radıyallahu anhu – rəvayət  edir 

ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Mən  Cənnət 

əhlindən Cənnətə  ən son  girəcək  olanı, Cəhənnəm əhlinin oradan  ən son 

çıxacaq olanı tanıyıram. Bu o, kimsədir ki, Qiyamət günü gətirilir və ona 

kiçik  günahları  ərz  edilir  (göstərilir),  böyük  günahları  isə  (göstərilmir). 

Ona sən filan-filan günü bu əməli etdin, filan-filan günü də bu əməli etdin 

–  deyilir.  O,  da  bəli  deyir.  Böyük  günahların  göstərdiyi  qorxu  və  sıxıntı 

onu  kiçikləri  belə  inkar  etməyə  gücü  çatmır.  Etdiyin  hər  bir  pisliyə  qarşı 

sənə  bir  həsənə  vardır.  Adam:  Ya  Rəbbim!  Mən  başqa  günahlarda 

etmişəm  lakin  burada  onları  görmürəm”  deyər.  Əbu  Zərr:  “Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  –  i  gördüm  ki,  gülür.  Elə  güldüki  arxa  dişləri 

göründü”  dedi

273

.  İbn  Məsud  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnətə  girən  son 

kimsə Sırat üzərində gah yürüyər, gah üzüüstə sürünər, gah da atəş üzünü 

yandırar.  (Sıratı)  keçdikdən  sonra  dönüb:  Məni  səndən  qurtaran  (Allah) 

mübarək  və  ucadır.  Allah  mənə  elə  bir  şey  ehsan  etmişdir  ki,  nə 

öncəkilərdən,  nə  də  sonrakılardan  heç  kimə  ehsan  etməmişdir.  Ona  bir 

ağac  göstərilir:  Ey  Rəbbim!  Məni  bu  ağaca  yaxınlaşdır,  kölgəsində 

kölgələnim,  suyundan  içim”  deyər.  Allah:  “Ey  Adəm  oğlu!  Mən  sənə 

istədiyini  versəm  məndən  başqa  şey  istəməzsən”.  Adam:  “Xeyr,  Ya 

Rəbbim!  (Allaha and  olsun  ki, istəmərəm)”  deyəcək  və bundan başqa bir 

şey istəməyəcəyinə dair Allaha söz verir. Allah onu məzur görür. Çünki o, 

kimsə səbr edə bilməyəcəyi bir şeyi  görmüşdür. Onu  ağaca yaxınlaşdırır. 

O, da ağacın kölgəsində kölgələnir və suyundan içir. Sonra ona birincidən 

daha gözəl bir ağac göstərilir və bu  kimsə: “Ya Rəbbim! Məni bu ağaca 

yaxınlaşdır.  Kölgəsində  kölgələnim  və  suyundan  içim.  Bundan  başqa 

səndən  bir  şey  istəməyəcəyəm”  deyər.  Allah:  “Ey  Adəm  oğlu!  Məndən 

başqa  bir  şey  istəməyəcəyinə  söz  vermədinmi?  Səni  bu  ağaca 

yaxınlaşdırsam  başqa  şey  də  istəyəcəksən  Məndən”  deyər.  Adam  başqa 

bir istəməyəcəyinə dair Allaha söz verir. Allah onu məzur görür. Çünki o, 

kimsə səbr edə bilməyəcəyi bir şeyi  görmüşdür. Onu  ağaca yaxınlaşdırır. 

O,  da  ağacın  kölgəsində  kölgələnir  və  suyundan  içir.  Sonra  Cənnət 

qapısının  yanında  ona  əvvəlkindən  daha  gözəl  bir  ağac  göstərilir  o:  “Ya 

Rəbbim! Məni bu ağaca yaxınlaşdır. Kölgəsində kölgələnim və suyundan 

içim.  (Əmin  olun)  Bundan  başqa  Səndən  bir  şey  istəməyəcəyəm”  deyər. 

Allah:  “Ey  Adəm  oğlu!  Məndən  başqa  bir  şey  istəməyəcəyinə  söz 

vermədinmi?”. Adam: “Bəli, Ya Rəbbim! Lakin bu ən axırıncı istək olsun. 

                                                        

272

 Buxari 6571, 7511, Müslim 314.  



273

 Müslim 190.  




 

80 


Səndən  başqasını  istəmərəm”  deyəcək.  Allah  onu  yenə  də  məzur  görür. 

Çünki  o,  kimsə  səbr  edə  bilməyəcəyi  bir  şeyi  görmüşdür.  Buna  görə  də 

Allah onu ağaca yaxınlaşdırır. (Bu dəfə) Cənnətliklərin səsini eşidir: “Ya 

Rəbbim!  Məni  ora  sal”  deyər.  Allah:  “Ey  Adəm  oğlu!  Məndən  nə 

istəyirsən? Sənə bir dünya və  onun  mislini  versəm razı  olarsanmı?”  deyə 

buyurar.  Adam:  “Ya  Rəbbim!  Sən  aləmlərin  Rəbbi  olduğun  halda 

mənimlə  zarafatmı  edirsın?”  deyər.  Bu  vaxt  İbn  Məsud  –  radıyallahu 

anhu – gülməyə başladı. Orada olanlar səbəbini soruşduqda o: “Rəsulullah 

-  sallallahu  aleyhi  və  səlləm  –  belə  gülmüşdü  və  səhabələr:  “Nə  üçün 

gülürsən  Ya  Rəsulullah!”  dedikdə  o:  “Bu  adam:  Ya  Rəbbim!  Sən 

aləmlərin Rəbbi olduğun halda mənimlə zarafatmı edirsın?” dediyi zaman 

Rəbbul  Aləmin  güldüyü  üçün  gülürəm”  deyə  buyurdu.  Allah:  “Mən 

səninlə  zarafat  etmirəm,  lakin  mən  dilədiyimi  etməyə  qadirəm”  deyə 

buyurdu


274

.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «…Allah  öz  qulları 

üzərində  haqq-hesabı  çəkib  bitirdikdən  sonra  Cənnət  ilə  Cəhənnəm 

arasında  bir  nəfər  qalır.  Bu  kimsə  Cənnətə  girən  ən  son  Cəhənnəmlik 

olacaqdır.  (Başqa  rəvayətdə:  «Bu  kimsə  Cənnət  əhlinin  Cənnətə  ən  son 

girəni  olacaqdır»).  Onun  üzü  Cəhənnəmə  tərəf  yönəlmiş  olacaqdır.  O, 

kimsə:  «Ya  Rəbbim!  Üzümü  Cəhənnəmdən  çevir  onun  isti  küləyi 

(qoxusu)  məni  zəhərləyib  öldürür,  atəşi  isə  məni  yandırır».  Allah:  «Əgər 

sənin  istədiyin  yerinə  yetsə  bundan  sonra  məndən  başqa  bir  şey 

istəyəcəksənmi?»  deyə buyurur. O, kimsə:  «İzzətinə and  olsun  ki, xeyr!» 

deyərək  Allaha  (bu  işdə)  and  və  söz  verir.  Allah  onun  üzünü  Cəhənnəm 

atəşindən  çevirir.  O,  kimsə  üzünü  Cənnətə  tərəf  çevirdikdə  oranın 

gözəlliyini  görüb  Allahın  dilədiyi  müddət  qədər  susduqdan  sonra:  «Ey 

Rəbbim!  Məni  Cənnətin  qapısına  yaxınlaşdır»  deyir.  Allah:  «Məgər  sən 

and  içməmişdin  ki,  Məndən  bu  istədiyindən  başqa  bir  şey 

istəməyəcəksən?».  O,  kimsə:  «Ey  Rəbbim!  Yaratdıqlarının  ən  bədbəxti 

olmamaqdan ötrü!» deyir. Allah: «Əgər sənin bu istədiyin də yerinə yetsə 

bundan  sonra  məndən  başqa  bir  şey  istəyəcəksənmi?»  deyə  buyurur.  O, 

kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz 

verir.  Allah  onu  Cənnətin  qapısına  yaxınlaşdırır.  O,  kimsə  Cənnətin 

qapısına  yaxınlaşdıqda  orada  olan  gözəlliyi,  içindəki  sevinci  və 

rəngarəngliyi  gördükdə  Allahın  dilədiyi  müddət  qədər  susduqdan  sonra: 

«Ey Rəbbim! Məni Cənnətə sal!» deyir. Allah: «Vay sənə ey Adəm oğlu! 

Nə  qədər  sən  öz  sözündən  dönürsən!  Məgər  sən  and  içməmişdin  ki, 

Məndən  bu  istədiyindən  başqa  bir  şey  istəməyəcəksən?».  O,  kimsə:  «Ey 

                                                        

274


 Müslim 187.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə