CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

 

65 


Onlar  qızğın  dəmirlə  bədənlərini  dağlamayanlardır»

214


.  Səhl  b.  Sad  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Cənnətə  ümmətimdən  70  min  hesabsız  olaraq 

girəcəkdir. Bir-birinərinin (əlindən) tutmuş olaraq girəcəklər. Əvvəl girən 

ilə  son  kimsə  girənə  qədər  (belə  olacaqdır).  Üzləri  14-cü  gecə  ayın  işıq 

saçması  kimidir”

215

.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



“Rəbbim  mənə  hesabsız  olaraq  70  min  kimsəni  Cənnətə  salacağını  vəd 

etmişdir.  Hər  min  ilə  bərabər  70  min  kimsə  olacaq.  Bunlara  sorğu-sual 

olmayacaq və Rəbbimin ovcu ilə üç ovuc (Başqa rəvayətdə: Rəbbimin iki 

ovucu ilə

216

)”

217



.  

 

CƏNNƏTİN TORPAĞI 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Cənnətə  girdim. 

Orada incidən  qübbələr  və torpağı  da  miskdir”

218

. Peyğəmbər:  «Cənnətin 



torpağı nədir?» deyə buyurdu. İbn Səyyad: «O, yumşaq və bəyazdır, iyisi 

isə miskdir» dedi. Peyğəmbər: «Sən doğru dedin» buyurdu

219

. İbn Məsud 



–  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «İsraya  getdiyim  gecə  İbrahim  –  əlehissəlam  –  ilə 

görüşdüm.  Mənə:  «Ey  Muhəmməd!  Ümmətinə  məndən  salam  söylə  və 

onlara  xəbər  ver  ki,  Cənnətin  torpağı  xoş,  suyu  gözəl  və  ora  dümdüz  bir 

ərazidir.  Orada  əkiləcək  ağaclar  isə:  «Subhənəllahi  Və  Bihəmdihi,  Lə 



İləhə  İlləllahu,  Vallahu  Əkbər»  sözləridir»

220


.  İbn  Ömər  –  radıyallahu 

anhu  –  rəvayət  edir  ki:  “Ey  Allahın  Rəsulu!  Cənnətin  binası  necədir?”. 

Peyğəmbər:  “Bir  kərpici  gümüşdən,  bir  kərpici  qızıldan,  Lili  kəskin 

qoxulu misk, çınqılları inci və ya yaqut, torpağı isə zəfərandır”

221


.  

 

CƏNNƏTİN NURU VƏ BƏYAZLIĞI 

İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu 

aleyhi  və  səlləm  -  buyurdu:  “Allah  Cənnəti  bəyaz  yaratmışdır.  Allaha 

qiyafətlərin  ən  sevimlisi  bəyazdır.  Diriləriniz  bəyaz  geyinsin,  ölülərinizi 

də bəyaz kəfənə bükün...”

222


. İbn Abbas – radıyallahu anhu – rəvayət edir 

ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Allah  Cənnəti 

bəyaz  yaratmışdır.  Rənglərdən  Allaha  ən  sevimlisi  bəyazdır.  Onu 

                                                        

214

 Buxari 10/155, Müslim 220.  



215

 Buxari 9/406, Müslim 219.  

216

 Heysəmi “Məcmuaz Zəvaid” 10/409, Təbərani “Əvsat”.  



217

 Əhməd 5/269, Tirmizi 2437, Beyhəqi “Əsmə vəs Sıfət” 2/62.  

218

 Buxari 6/374, Müslim 163.  



219

 Müslim 2924,2925.  

220

 Tirmizi 3458. 



221

 İbn Əbi Şeybə “Musənnəf” 13/95-96.  

222

 əl-Acurri “Şəriah” 393, əl-Albani “Silsilətul Daif” 800.  




 

66 


diriləriniz  geyinsin,  ölülərinizi  isə  ona  kəfənləyin  (Başqa  rəvayətdə: 

Kəbənin Rəbbinə and olsun ki, parlayan bir nurdur

223

)”

224



.  

 

CƏNNƏT ƏHLİNİN LİBASI VƏ ZİNƏTLƏRİ 



«Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə 

mükafatlandıracaqdır».  (İnsan  12).  «Onlar  orada  qızıl  və  incilərlə 

bəzənəcəklər,  orada  libasları  da  ipəkdən  olacaqdır».  (əl-Həcc  23). 

«Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklər və incilərlə 

bəzənəcəklər.  Libasları  da  ipəkdən  olacaqdır».  (Fatir  33).  «(Cənnət 

əhlinin)  əyinlərində  taftadan  və  atlasdan  yaşıl  libaslar  olacaq,  onlara 

gümüşdən  bilərziklər  taxılacaqdır».  (İnsan  21).  “Taftadan  və  atlazdan 

(nazik  və  qalın  ipdən)  libaslar  geyib  qarşı-qarşıya  əyləşəcəklər”.  (əd-

Duhan  53).  “...nazik  və  qalın  ipəkdən  (taftadan  və  qumaşdan)  yaşıl 

paltarlar  geyəcəklər.  O,  nə  gözəl  mükafat,  o  (Cənnət)  necə  də  gözəl 

məkandır!”.  (əl-Kəhf  31).  “(Cənnət  əhlinin)  əyinlərində  taftadan  və 

atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən 

bilərziklər  taxılacaqdır.  Rəbbi  onlara  çox  pak  bir  şərab  içirdəcəkdir”. 

(İnsan 21).

 

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



- sallallahu aleyhi və səlləm - buyurdu: «Hər kim Cənnətə  girərsə naz və 

nemət  içində  xoş  hal  olar.  Ona  heç  bir  sıxıntı  isabət  etməz.  Libasları 

köhnəlməz,  gəncliyi  də  bitməz.  Cənnətdə  onun  üçün  heç  bir  gözün 

görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin qəlbinə gəlməyən 

şeylər  vardır”

225


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  qızıl  üzük 

taxmağı  qadağan  etmişdir  (Başqa  rəvayətdə:  Ümmətimdən  hər  kim  qızıl 

taxdığı  təqdirdə  ölərsə  Allah  da  onu  Cənnətdəki  qızıldan  məhrum 

edər)»


226

.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Allaha  və 

axirət  gününə  iman  edən  kimsə  ipək  və  qızıl  geyinməsin  (Başqa 

rəvayətdə:  Bu  ikisi  ümmətimin  kişilərinə  haram,  qadınlarına  isə  halal 

edildi)»

227


.  bir  nəfər  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  dən 

soruşdu:  «Tuba nədir?». Peyğəmbər:  «O, Cənnətdə uzunluğu yüz il  olan 

bir ağacdır». Cənnət əhlinin  libasları  onun tumurcuqlarından  çıxar”  deyə 

buyurdu


228

. (Başqa rəvayətdə: Cənnət əhlinin 70-ə yaxın libasları olur

229

).  


                                                        

223


 İbn Məcə 4332, Əhməd 4/14.  

224


 Əbu Nuaym “Sifət əl-Cənnəh” 1/163.  

225


 Müslim 2836. 

226


 Buxari, Əhməd.  

227


 Həkim, Əbu Davud, Nəsəi.  

228


 Əhməd 3/71, Heysəmi “Məcmuaz Zəvaid” 10/67.  

229


 İbn Əbi Dunyə “Tərğib vət Tərhib” 4/530, İbni Mubarək “Zuhd” 74.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə