Yazılan əsərlər Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərinə təsadüf



Yüklə 266,65 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü266,65 Kb.
#52397
növüYazı


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 20-30-cu  



İLLƏR SOVET TARİXŞÜNASLIĞINDA 

 

Y.R.HƏSƏNOVA  

Bakı Dövlət Universiteti 

 

20-30-cu illərdə sovet tarixçilərinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı 

yazılan əsərlər Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərinə  təsadüf 

etdiyindən bu əsərlər müəlliflərin faktları tam gizlədə bilməməsi, bəzən də hadisələrə 

obyektiv münasibət nümayiş etdirmələri baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün 

bu göstərilənlərlə yanaşı, 20-30-cu illər, xüsusilə  də 20-ci illərə aid olan sovet 

tarixşünaslığında elə əsərlərə rast gəlmək mümkündür ki, burada tarixi faktlar nəinki 

təhrif edilmiş, hətta hadisələrə sovet totalitar rejimi şəraitində müəllifin obyektiv, 

"sinifsiz" münasibəti əks olunmuşdur.  

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bir sıra aspektləri N.Nərimanovun 

əsərlərində  də bu və ya digər dərəcədə  işıqlandırılmışdır. Azərbaycanda sovet 

hakimiyyətinin qurulmasının qatı tərəfdarı olan N.Nərimanovun məktubları və Mər-

kəzə göndərdiyi məlumatları AXC tarixini öyrənmək baxımından mühüm əhəmiyyət 

kəsb edir. Bolşevik partiyasının fəal üzvü və Leninin yaxın silahdaşı olmuş N.Nəri-

manovun siyasi baxışları Müsavat və digər demokratik qüvvələrin siyasi baxışları ilə 

ziddiyyət təşkil edirdi, onun Azərbaycanın gələcək siyasi taleyi ilə bağlı planları isə 

özünün göstərdiyi kimi "Rusiyasız Azərbaycanın səadəti yoxdur" mülahizəsi ilə 

məhdudlaşırdı. Azərbaycanın Rusiyadan ayrılıqda siyasi mövcudiyyəti ilə razı-

laşmayan N.Nərimanovun yazılarında bu tendensiya özünü daha açıq şəkildə göstərir. 

Tədqiq edilən problemlə bağlı N.Nərimanovun Azərbaycan hökumətinin başçı-

sı  Nəsib bəy Yusifbəyliyə ünvanladığı  məktub xeyli maraq doğurur [6, 202-206]. 

N.Nərimanovun göstərilən məktubu bir növ baş nazir Yusifbəyliyə və onun şəxsində 

bütün demokratik ruhlu Azərbaycan ziyalılarının tənqidi ilə başlayır, onları "millət", 

"din" sözlərini işlətdiklərinə görə "geri qalmış adamlar" adlandırır [6, 202]. Bakıya 

ingilis qoşunlarının daxil olması ilə bağlı hökumətin apardığı siyasəti tənqid edən 

N.Nərimanov yazır: "Məlum anda siz nəinki ingilislərə qarşı düşməncəsinə  çıxış 

etməyə başladınız,  əksinə onlarla o qədər dostlaşdınız ki, özünüz də  xəbəriniz 

olmadan müstəqilliyinizi itirdiniz" [6, 202]. Bu sətirləri yazan dahi "bolşevik rəhbəri" 

görünür ya hadisələrə beynəlxalq münasibətlər kontekstində yanaşmaq istəmir, ya da 

böyük ehtimalla Sovet Rusiyası tərəfindən verilən sifarişi yerinə yetirir. Qeyd etmək 

lazımdır ki, müttəfiq qoşunları Bakıya Mudros müqaviləsinə görə daxil olmuşdu və 

praktiki baxımdan onlara müqavimət göstərmək gənc Azərbaycan dövləti üçün 

əhəmiyyətsiz idi. Hətta milli hökumət buna cəhd göstərsəydi belə, uğursuzluqla 

qarşılaşardı. 

 

176



Haqqında danışılan məktubunda N.Nərimanov bir daha Sovet Rusiyasının 

Azərbaycana olan marağını açıqlayır: "Siz bilmirsiniz ki, Azərbaycan Bakı şəhəri ilə 

birlikdə Sovet hakimiyyətinə münasibətdə xüsusi yer tutur?" [6, 205]. Bundan sonra 

N.Nərimanov Sovet Rusiyasının Azərbaycana olan marağını daha açıq şəkildə izhar 

edir: "Sovet Rusiyasının Gürcüstan və Ermənistanla  əlaqələri xüsusi rol oynamır, 

lakin Bakı-bu Sovet Rusiyasının  əsas həyat mənbəyidir." [6, 205]. Göründüyü kimi 

N.Nərimanov Sovet Rusiyasının Bakısız yaşaya bilməyəcəyini dilə gətirməklə yanaşı, 

həm də Sovet Rusiyasının Azərbaycanla bağlı təcavüzkarlıq planlarını açıqlamış olur, 

digər tərəfdən isə N.Nərimanov sanki Bakının Rusiyanın  əlində olmamasına 

təəssüflənir. Bütün bunlar, Rusiyanın Azərbaycan Xalq Cümhuriyyətinə qarşı 

apardığı mübarizənin mahiyyətinin onun bir nümayəndəsi tərəfindən etiraf edilməsi 

kimi qəbul oluna bilər. 

Milli hökumətə qarşı tutduğu düşmənçilik mövqeyinə baxmayaraq N.Nəri-

manov Azərbaycanla bağlı bir sıra qiymətli məlumatlar vermişdir. Bu tip məlumatlara 

ən çox onun "Azərbaycandakı  vəziyyət haqqında Moskvada şifahi məlumat"ının 

yazılarında verilmişdir [6, 220-225]. Azərbaycana qarşı Denikin təhlükəsindən bəhs 

edərkən müəllif onun hərbi  əməliyyatlar həyata keçirmək haqqında düşünmədiyini, 

Zaqafqaziyanı diplomatik və  təbliğat yolu ilə  ələ keçirməyə  cəhd etdiyini yazır. 

Bakıda Denikinin dayaqları haqqında müəllif yazır: "Bakıda Denikin əksinqilabının 

ocağı Podşibyakininin başçılığı altında olan "Russovetdir"" [6, 221]. 

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bəzi səhifələrini  əks etdirən  əsər-

lərdən biri də Bakı Soveti qurumunun rəhbəri, türk-müsəlman əhalisinə qarşı həyata 

keçirilən mart soyqırımının təşkilatçısı Stepan Şaumyanın oğlu Suren Şaumyanın 

"Bakı kommunası"  əsəridir [12]. Hadisələrin bir çoxunun yaxın iştirakçısı olmuş 

müəllifin tarixə münasibətdə çox zaman açıq etiraf mövqeyində durması onun 

əsərinin tədqiq edilən mövzu baxımından daha da əhəmiyyət daşımasına səbəb olur. 

Müəllif göstərilən  əsərində çox zaman ziddiyyətli fikirlər irəli sürsə  də, onun 

məlumatları qeyd olunduğu kimi açıq etiraf xarakteri daşıyır. S.Şaumyan Bakı 

kommunası qoşunlarının ölkənin qərbinə-Gəncəyə etdiyi yürüş zamanı, sovet 

qoşunlarının törətdiyi  əməlləri belə  təsvir edir: "Tərkibinin çoxunu daşnaklar və 

daşnak kimilərdən ibarət olan komandir heyəti özlərini yerli türk əhalisinə mü-

nasibətdə meydan oxuyurmuş kimi aparırdılar. Təhcizatın pisliyindən dərinləşən 

çapovulçuluq, qarət geniş vüsət alırdı. Bir çox hərbi rəislər böyük miqdarda xalça, 

qoyun sürüləri müsadirə edərək onlarla alver edirdilər" [12, 29]. S.Şaumyan ordu sıra-

larındakı bu özbaşınalığı partiya təşkilatının zəifliyi ilə izah edərək göstərir ki, orduda 

komandanlıqdan daha çox Erməni Milli Şurası nüfuza malik idi. "Bu amil ona gətirib 

çıxardı ki, kəndlilər bizim ordunun timsalında onları  bəy və xanların zülmündən 

qurtarmaq üçün köməyə  gələn xilaskar, müttəfiq  əvəzinə düşmənlərini görməyə 

başladılar, bu da daha çox musavatçıların dəyirmanına su tökürdü" [12, 30] 

S.Şaumyanın bu acı etirafını bir daha sovet tarixçilərinin guya yerli əhalinin sovet 

qoşunlarını  dəstəkləməsi, hətta onlara kömək etməsi kimi cəfəng fikirlərini puça 

çıxarır. 

Azərbaycanlılardan ibarət qoşun hissələrində azərbaycanlı zabit kadrların 

olmamasına toxunan Şaumyan yazır: "Burada da köməyə qonşu Gürcüstan "de-

mokratik respublikası" gəldi. Menşeviklərin başçılıq etdiyi Gürcüstan hökuməti 

proletar Bakısına qarşı müsəlman burjuaziyasına pulla, komandir heyəti və digər 

şeylərlə kömək etdi" [12, 31]. Tarixi sənədlərlə  təsdiqlənməyən bu mülahizəni irəli 

 

177




sürən  Şaumyan Bakı kommunasının türk qoşunlarını öz ərazisindən buraxmamaq 

haqqında Gürcüstan hökumətilə danışıqlara girməsini etiraf etsə  də, bu haqda 

sənədlərin olmadığını  bəhanə  gətirib məsələnin üzərindən keçir [12, 31]. O, hətta 

daha da irəli gedərək Gürcüstan hökumətini türk qoşunlarını öz ərasizindən buraxdığı 

üçün satqın da adlandırır [12, 33]. 

Sovet tarixçilərinin Biçeraxovun cəbhəni buraxıb getməsini onun Sovet ha-

kimiyyətinə  xəyanəti kimi qiymətləndirməsinə baxmayaraq Şaumyan Biçeraxovun 

Bakı kommunası qarşısındakı xidmətini belə  təsvir edir: " Biçeraxovun sayəsində 

düşmən hücumu Kürdəmirdə ləngidildi, bu da bizim hakimiyyətimizin daha yarım ay 

mövcudluğu, bu isə öz növbəsində Rusiyaya daşınan yeni on milyon pudlarla neft 

demək idi" [12, 35]. Müəllif bununla bir daha Bakı kommunasının Azərbaycanın neft 

sərvətlərini talayaraq Rusiyaya göndərməsi faktını  təsdiqləyir, bu isə öz növbəsində 

Bakı kommunasının antixalq siyasətinin digər tərəfini üzə çıxarır.  

20-30-cu illər nəşr edilmiş  əsərlər sovet təbliğat maşınına xidmət etsə  də, 

ümumilikdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənmək baxımından  əhə-

miyyətsiz sayıla bilməz. Tarixçi A.İsgəndərovun qeyd etdiyi kimi "bolşevik ideya-

larına yüksək xidmətləri ilə yanaşı, bəzi məsələlərdə obyektivlik nümayiş etdirdikləri 

üçün onların əksəriyyəti 30-cu illərin repressiyalarının qurbanı oldu" [3, 97]. 

Burdan Azərbaycanın 1917-1920-ci illər tarixinə  həsr edilən 20-30-cu illər 

tarixşünaslığında elmi cəhətdən çatışmayan təkcə onların təbliğat xarakteri daşıması 

deyil, həm də  əsərlərdə Bakıda baş verən hadisələrin geniş surətdə  işıqlandırılması, 

bunun fonunda isə bölgələrin diqqətdən kənarda qalması və hadisələrin hakim rejimə 

sərf edən tərzdə  şərh edilməsidir. Lakin yuxarıda göstərildiyi kimi müəlliflərin bəzi 

məsələlərdə obyektivlik nümayiş etdirmələri, bu əsərlərdə 1917-1920-ci illərdə 

Azərbaycanda baş verən mürəkkəb hadisələrin xronikasının yaradılması, indi 

əlimizdə olmayan bir sıra qiymətli məxəzlərin elmi dövriyyəyə  gətirilməsi onları 

Azərbaycan tarixinin 1917-1920-ci illər dövrünün bəzi məsələlərinə münasibətdə 

əvəzsiz mənbəyə çevirir. 

Azərbaycanın 1917-1920-ci illər tarixinin tədqiq olunmasında mühüm əhə-

miyyət daşıyan əsərlərdən bir neçəsi Y.Ratqauzerə məxsusdur [4; 8]. Müəllif "Bakıda 

inqilab və vətəndaş müharibəsi" əsərində ən çox "vətəndaş müharibəsi" adlandırdığı 

mart soyqırımına toxunsa da, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Bakı 

Sovetinin süqutu və bütün bunlarla əlaqədar baş verən bir sıra hadisələrə münasibət 

bildirmişdir. Y.Ratqauzer Azərbaycana turk hərbi yardımının hadisələrin sonrakı 

gedişinə mühüm təsir göstərdiyini vurğulasa da, bununla yanaşı Bakı Sovetinin 

məğlubiyyətinin əsas səbəbini erməni zabitlərinin və onların tabeçiliyində olan ordu 

hissələrinin fərariliyində görür. O, bolşevik cəbhəsinin zəifləməyə başlamasını belə 

izah edir: "24-25 iyunadək Bakı  cəbhəsində nizami türk orduları  hələ yox idi, 15 

iyunda Yelizavetpolda yaradılmış Azərbaycan hökuməti adlanan qurumun bölmələri 

ilə vuruşmaq lazım gəlirdi. Pis silahlanmış bölmələrə qarşı durmaq o qədər də çətin 

deyildi və ilk dövrlərdə Qırmızı Ordu bir sıra qələbələr əldə etmişdi, lakin artıq iyulun 

ikinci yarısından etibarən erməni zabitlərinin başçılığı altında olan erməni 

hissələrindən ibarət Bakı hökumətinin başlıca qüvvələri cəbhəni sabotaj etməyə 

başladılar" [8, 97]. Məsələni bu cür qoyan Ratqauzer Bakı kommunasının yalnız 

erməni hərbi dəstələrinə arxalanması faktını təsdiq edir. 

Ratqauzer ümumiyyətlə Bakını Azərbaycanın və azərbaycanlıların paytaxtı 

hesab etmir, ona Rusiyanın bir əyaləti, lakin olduqca mühüm, mərkəz üçün həyati 

 

178




əhəmiyyət daşıyan bir bölgə kimi baxır. O, bununla bağlı eserlərin çıxış yolu kimi 

Bakıya ingilislərin dəvət edilməsini görmələrini və bunu geniş xalq kütlələri arasında 

təbliğ etmələrinə toxunaraq yazır: "Aydın idi ki, Sovet Rusiyası  tərəfindən kömək 

göstərməyə daha böyük əsas var idi, ingilislərin dəvət edilməsi isə Sovet Rusiyasının 

Bakı ilə əlaqəsini kəsmiş olurdu" [8, 206]. Ratqauzer bununla Bakının Sovet Rusiyası 

üçün böyük əhəmiyyət daşımasını göstərməklə yanaşı, digər tərəfdən, Denstervillin 

başçılığı altında gələn ingilis qoşunlarının sayca az və  hərbi cəhətdən  əhəmiyyətsiz 

olmasını da qeyd edir. Buna baxmayaraq Ratqauzer Sovet Rusiyasının da göndərdiyi 

qüvvələrin hərbi baxımdan  əhəmiyyətsizliyini özünəməxsus populizmlə belə izah 

edir: "Hərbi baxımdan gələn bölmə  həlledici  əhəmiyyət kəsb edə bilməzdi, lakin o, 

Mərkəzi Sovet hökumətinin Bakı proletariatına öz azadlığını saxlamağa hər bir qüvvə 

və imkan daxilində kömək etməyə hazır olmasının sübutu idi" [8, 204]. Göründüyü 

kimi Ratqauzer Sovet Rusiyasının Bakıya olan marağını gizlətməyə çalışmır. Lakin 

müəllif bütün bunları "proletar Bakısına kömək" və s. kimi populist mülahizələrlə ört-

basdır etmək istəyir. 

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə baş verən kəndli 

iğtişaşlarına münasibət bildirən Ratqauzer bu barədə ziddiyyətli mülahizələr irəli 

sürür. Göstərilən dövrdə Azərbaycanda, xüsusilə Gəncə-Qazax bölgəsində baş verən 

kəndli çıxışlarını yalnız hökumətin yarıtmaz aqrar siyasəti və torpaqsızlıqla bağlı 

olduğunu yazan müəllif, digər tərəfdən bunun bir səbəbinin də vəziyyətdən məharətlə 

istifadə edən bolşeviklərin təbliğatı olduğunu etiraf edir: " İnqilabi hərəkat Qazax 

qəzasında bilxassə sol "Hümmətçi" olan yoldaş  Əliyevin fəaliyyəti nəticəsində çox 

böyük bir qüvvəyə çatmışdı" [4, s.20]. Məsələ ilə bağlı Ratqauzer fikrini belə 

yekunlaşdırır: "Bolşevik təbliğatı Azərbaycan kəndliləri içərisində özünə münasib bir 

zəminə bulmuşdu" [4, 22]. 

Ratqauzer sözügedən  əsərində "Müsavat diplomatiyası" başlığı altında Azər-

baycan Xalq Cümhuriyyətinin xarici siyasətinə  də toxunmuşdur. Ratqauzer ənənəvi 

sovet streotiplərinə uyğun olaraq Azərbaycanın müstəqil olmadığını, onun əvvəl 

Türkiyənin, sonra isə  İngiltərənin işğal dairələrinə düşdüyünü, eləcə  də Azərbaycan 

hökumətinin özünün müstəqilliyə can atmadığını sübut etməyə çalışır. Bununla 

yanaşı müəllif özü öz fikrini təkzib etməli olur: "Lakin bu göstərdiyimiz hallar 

Azərbaycan nazirlərinin yüksək siyasətlə məşğul olmalarına və Cümhuriyyət ərazisini 

genişləndirmək üçün planlar tərtib etmələrinə mane olmadı" [4, 53]. Elə isə sual 

olunur: bu necə işğal edilmiş ölkə idi ki, onun nazirləri fəal xarici siyasət xətti həyata 

keçirirdi? Görünür, müəllif əvvəlki mülahizəsinin faktlarla təkzib ediləcəyini nəzərə 

almamışdır. 

20-ci illərin ikinci yarısında Sovet tarixşünaslığında Azərbaycan Xalq Cüm-

huriyyətinin xarici siyasətinin bəzi aspektlərinin araşdırılmasına cəhd göstərilməsi 

meylləri müşahidə olunmağa başlayır. Bu baxımdan müvafiq problemin araşdırıl-

masına ilk cəhd A.Rayevski tərəfindən göstərilmişdir. 

A.Rayevskinin AXC-nın xarici siyasəti ilə bağlı yazmış olduğu ilk irihəcmli 

əsəri "İngilis müdaxiləsi və Müsavat hökuməti" adlanır [9]. A.Rayevski göstərilən 

əsərində ciddi-cəhdlə AXC hökumətinin antixalq siyasəti yürütdüyünü, Azərbaycanı 

İngiltərənin müstəmləkəsinə çevirmək cəhdlərini sübut etməyə çalışır. Müttəfiq 

qoşunlarının [A.Rayevskiyə görə onların tərkibində Fransa və ABŞ nümayəndələri 

olsa da bu ordu yalnız  İngiltərənin mövqeyini müdafiə edirdi]. Bakıya daxil olması 

kimi beynəlxalq  əhəmiyyətli hadisəni  şərh edən A.Rayevski ümumilikdə AXC-ni 

 

179




beynəlxalq münasibətlər sistemindən təcrid edərək, hadisəni lokal zəminə salır, ona 

yalnız ingilis - "müsavat" qarşılıqlı  əlaqələri kontekstində baxır. A.Rayevskinin 

şərhindən belə aydın olur ki, guya, Respublikanın elan olunmasından ingilislərin 

gəlişinədək Azərbaycanda Türkiyə işğal rejimi mövcud olmuşdur. İngilis qoşunlarının 

Bakıya gəlməsi haqqında qərara hökumətin münasibətini müəllif belə aydınlaşdırır: 

"24 saata öz mövqelərini 180 dərəcə  dəyişən müsavat rəhbərləri yeni ağaya itaət 

etmək üçün tələsik  Ənzəliyə getdilər" [9, 32]. Əslində  məsələni dövrün beynəlxalq 

münasibətləri kontekstində qoymaq istəməyən müəllif hökumətin Azərbaycanın 

müstəqilliyini tanıtmaq cəhdlərinə kölgə salaraq, sovet tarixşünaslığında özünə geniş 

yer tapmış "müsavatçıların Azərbaycanı ingilis müstəmləkəsi boyunduruğuna salmaq 

cəhdləri" haqqındakı mülahizələri sübut etməyə çalışır. Müəllif Ənzəli danışıqlarının 

nəticəsini belə təsvir edir: "Azərbaycan-tanınmır. Bakı işğal edilir. Tomson-general-

qubernatordur. Azərbaycan qoşunları-Bakıdan rədd olur" [9, 33]. Lakin Ənzəli 

danışıqları Azərbaycan üçün əhəmiyyətsiz deyildi. Bu haqda C.Həsənov haqlı olaraq 

yazır: "Bütün çətinliklərə baxmayaraq Azərbaycan nümayəndələrinin  Ənzəlidəki 

danışıqları  əhəmiyyətsiz deyildi. Azərbaycandakı  və ümumən Transqafqazdakı 

vəziyyətin bəzi mühüm cəhətləri haqqında general Tomsonla faydalı fikir mübadiləsi 

edildi,  ən başlıcası isə Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi və 

Bakıya erməni hərbi hissələrinin daxil olmayacağı barədə V.Tomson öz üzərinə 

təhəddüdlər götürdü" [2, 147]. 

İngilislərin Bakı ilə bağlı planlarına geniş  şəkildə toxunan Rayevski yazır: 

"Azərbaycanın işğalının lap əvvəlindən onu Rusiyaya vermək ingilis-hind məktəbinin 

generalı olan Tomsonun məqsədlərinə daxil deyildi" [9, 36]. Tomsonun Bakıda 

verdiyi bəyanatlara, xüsusən onun Bakını Rusiya ərazisi kimi tanıması barədə verdiyi 

bəyanata toxunan müəllif, bunu bir tərəfdən Antantanın üzvü olan Fransanın "Vahid 

və bölünməz Rusiya" planın tərəfdarı olması, digər tərəfdən isə Tomsonun 

Azərbaycan hökumətinə təzyiq göstərmək istəməsi ilə izah edir [9, 37-38]. 

Rayevski ingilis komandanlığının neft siyasətinə toxunarkən Azərbaycan 

neftinin ingilislər tərəfindən talan olunması, neft məhsullarının kütləvi surətdə daşınıb 

aparılması fikirləri ilə razılaşmır. O, statistikaya əsaslanaraq göstərir ki, ingilislər 

tərəfindən 5 ay ərzində Batuma 3134 ton neft, yaxud illik daşınmanın 15%-i 

göndərilmişdi [9, 71]. Rayevski bununla ingilis komandanlığının Bakı neft mə-

dənlərindən istədikləri qədər neft götürmək imkanları olduğu halda, onların buna 

çalışmadıqlarını sübut etməyə çalışır. Müəllif ingilislərin hərəkətini bununla izah edir: 

"İngilis komandanlığı bir neçə milyon pud neftin zəbt olunmasına tələsmirdi, belə ki, 

bu Azərbaycanın Britaniya imperiyasının tərkibinə tamamilə daxil edil-məsi 

perespektivindən irəli gəlirdi" [9, 71]. Müəllifin götürdüyü statistik məlumatları digər 

məlumatlarla müqayisə etməməsi onun bu qənaətə  gəlməsinə  səbəb olmuşdur. 

Statistik məlumatlar göstərir ki, 9 ay ərzində –1918-ci ilin dekabrında 1919-cu ilin 

avqustunadək ingilislər Bakıdan 113,5 milyon manatlıq, başqa sözlə, 30 milyon puda 

qədər neft aparmışdılar [1, 230]. 

A.Rayevskinin Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiyasının öyrənil-

məsinə verdiyi ən mühüm töhfə onun Paris sülh konfransında iştirak edən Azərbaycan 

nümayəndə heyətinin məlumatlarını 21 səhifədən ibarət giriş sözü ilə birlikdə  nəşr 

etdirməsindən ibarətdir. Rayevski yazdığı giriş sözündə hadisələri təhlil etməyə 

çalışsa da, Dünya müharibəsinin son mərhələsində  və müharibədən sonrakı 

tənzimləmə dövründə Azərbaycanda baş verən hadisələrə  və gedən proseslərə 

 

180




beynəlxalq münasibətlər kontekstində yanaşmır, bu da öz növbəsində müəyyən 

məsələlərə münasibətdə müəllifin qərəzli və yanlış nəticələr çıxarmasına səbəb olur. 

20-30-cu illərdə sovet tarixşünaslığında Bakı kommunasının, "26 Bakı Ko-

missarlarının" tarixinə xeyli əsər sərf edilmişdir. Bakı kommunasının tarixi Azər-

baycan Xalq Cümhuriyyətinin tarixi ilə sıx surətdə bağlı olduğundan həmin əsərlərdə 

Cümhuriyyət tarixinin bəzi səhifələri işıqlandırılıb. Q.Şteynin Bakı Kommunasının 

tarixinə  həsr etdiyi eyni adlı  əsəri [11] populyar oçerk janrında olmaqla bərabər 

tədqiq edilən mövzu baxımından müəyyən əhəmiyyət daşıyır. 

Şteyn özündən  əvvəlki müəlliflərdən daha da irəli gedərək Azərbaycan hö-

kumətini belə  səciyyələndirir: "İyunun 15-i bəy-xan  əksinqilabi təşkilatı formalaş-

dırıldı: Yelizavetpolda Azərbaycan hökuməti yaradıldı" [11, 67]. Müəllif məsələyə 

sırf ideoloji cəhətdən yanaşır, xalqın iradəsini əks etdirən Milli Şuranın təşkil etdiyi 

hökuməti, "əksinqilabi təşkilat" adlandırır. Hökumətin Bakını azad etmək üçün atdığı 

addımları Bakıya qarşı türk-müsəlman yürüşü kimi səciyyələndirən  Şteyn qarşıya 

Bakı Kommunasının "yaxşı silahlanmış türk ordularına" hansı qüvvələrlə müqavimət 

göstərəcəyi sualını qoyur. Müəllif Qırmızı Ordunun döyüş qabiliyyəti haqqında yazır: 

"Qırmızı Ordu kifayət qədər böyük süngüyə malik idi, lakin unutmaq lazım deyil ki, 

onun  əhəmiyyətli hissəsini keçmiş daşnak ordu hissələri təşkil edirdi" [11, 67-68]. 

Müəllifin bu etirafı  əslində Bakı Kommunasının bir erməni-daşnak təşkilatı olması 

mülahizəsini irəli sürməyə  əsas verir. Doğrudan da əhali arasında nüfuzu olmayan 

Kommuna müsəlmanlara qarşı qanlı siyasətini həyata keçirmək üçün əlverişli  şərait 

gözləyən daşnaklardan başqa heç kimə istinad edə bilməzdi. Kommunanın  əhali 

arasında nüfuzu olmadığını Şteynin daha bir məlumatı da təsdiq edir. Müəllif yazır: 

"İyunda səfərbərlik elan edildi, lakin onun nəticələri olduqca əhəmiyyətsiz idi: o 

orduya kifayət qədər komplektləşmə vermədi" [11, 68]. Lakin müəllif səfərbərliyin nə 

üçün nəticəsiz qaldığını izah etmir. 

Şteyn Kommunanın süqutunu əsasən daşnakların və digər partiyaların xəyanəti 

ilə əlaqələndirməyə çalışaraq yazır: "Bakının süqutunun səbəbi hərbi uğursuzluqlarla 

nə qədər bağlı idisə, arxadakı satqınlıqla, başlıca olaraq sazişçi və millətçi partiyaların 

biabırçı  xəyanətləri ilə  də bir o qədər bağlı idi" [11, 70]. Müəllif bununla yanaşı 

daşnakların müsəlman  əhaliyə qarşı tutduqları düşmənçilik münasibətini bolşevik 

mövqeyindən olsa da etiraf edir: "Yürüş zamanı daşnaklar  ətraf kəndlərdə qarətlə 

məşğul olaraq, kəndliləri hiddətləndirir və onları Sovet hökumətinə qarşı qoyurdular" 

[11, 71]. Bolşeviklərin iddia etdikləri kimi proletariatın böyük bir hissəsinin onları 

dəstəkləməsini nə üçün Azərbaycan-türk qoşunlarının hücumu zamanı nümayiş 

etdirilmədiyini isə  Şteyn belə izah edir: "Bakı  fəhlələri davamlı aclıqdan 

üzülmüşdülər, onlar fasiləsiz mübarizədən yorulmuşdular və eyni zamanda onları 

cəbhədəki ağır vəziyyət həyacanlandırır və hərbi uğursuzluqlar qorxudurdu" [11, 71]. 

Müəllifin bu fikirləri artıq fəhlə sinfinin də bolşeviklərin hakimiyyətindən cana 

doyduğunu və bolşeviklərin demək olar ki, proletariat arasında olan az-çox 

dayaqlarının itirilməsi qənaətinə gəlmək imkanı verir. 

AXC-nin mühüm problemlərindən birini təşkil edən ordu quruculuğu məsələsi 

20-30-cu illər Sovet tarixşünaslığında A.Steklov tərəfindən işlənilmişdir [10]. Sovet 

tarixşünaslığına məxsus olan və ciddi nöqsanlardan xali olmayan A.Steklovun 

Azərbaycan ordusuna həsr etdiyi bu əsəri Azərbaycan Xalq Cümhuriyyətində aparılan 

ordu quruculuğunu öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. 

 

181



AXC-nın torpaq və kəndli siyasətinə  həsr edilmiş ilk əsərin müəllifi N.Pçelin 

hesab oluna bilər. "Müsavat dövründə kəndli məsələsi" adlanan bu əsərdə [7] müəllif 

Zaqafqaziya Seyminin fəaliyyəti dövründən tutmuş Bakı Soveti də daxil olmaqla 

AXC-nin hakimiyyəti dövründə hökumətlərin torpaq və kəndli siyasətini şərh etməyə 

cəhd göstərmişdir. 

Əsərinin birinci fəslində  əsasən köhnə statistikaya əsaslanan Pçelin XX əsrin 

əvvəllərində Azərbaycan kəndindəki sosial qruplar, torpağın onlar arasında bö-

lünməsinə, icarədarlıq və s. məsələləri aydınlaşdırmağa cəhd göstərir və bütün bu 

problemlər fonunda Sovet tarixçilərinin metoduna uyğun olaraq Müsavat partiyasının 

sosial proqramını  kəskin tənqid edir. Müsavat partiyasının bəy və xanların 

hüquqlarını müdafiə etməsi kimi mülahizələri sübut etməyə çalışan müəllif, 

müsavatçıların Zaqafqaziya Seymində aqrar qanunun layihəsinin müzakirə edilməsi 

zamanı, müzakirəni dayandırmaq tələbi irəli sürərək, guya bununla hakim sinfin 

tərəfini tutmaqda təqsirləndirir [7, 10]. Pçelin göstərir ki, "bolşeviklərlə  və onları 

Zaqafqaziyada təmsil edən Bakı Kommunası ilə mübarizə aparan Müsavat hökuməti 

demokratik, hətta inqilabi vədlərinə  əməl etmədi, öz yaranmasının birinci günündə 

mürtəce burjua-mülkədar siyasəti həyata keçirməyə başladı" [7, 11]. Müəllif bu 

fikrini hökumətin Zaqafqaziya Seymi tərəfindən qəbul olunan aqrar qanununun 

həyata keçirilməsinin təxirə salması ilə  əsaslandırır. Məlumdur ki, ölkədə  hərc-

mərcliyin hökm sürdüyü bir şəraitdə  əhalinin müxtəlif sosial qrupları arasında qar-

şıdurmaya səbəb ola biləcək bu qanun layihəsinin qeyri-mükəmməlliyini anlayan 

hökumət bu addımı atmışdı. 

Azərbaycan hökuməti Bakıya köçdükdən sonra da aqrar məsələnin həll 

edilməsinə biganə münasibət bəslədiyini iddia edən Pçelin yazır: "Müsavatçılar aqrar 

məsələnin həll edilməsinə  tələsmirdilər" [7, 22]. Dövrün sənədləri sübut edir ki, 

hökumət gələcək ictimai tərəqqinin aqrar məsələnin birbaşa və uğurlu həllindən asılı 

olmasını  dərk edirdi. Bu məsələ 3-cü hökumət kabinetinin bəyanatında xüsusi yer 

tuturdu. Bəyanatda deyilirdi: "Kəndli və  fəhlə ünsürlərinin təminatı qayğısı 

hökumətin başlıca vəzifəsi olmalıdır. Torpaq kəndliyə havayı verilməlidir" [13]. 

Bununla yanaşı Pçelin yenə də hökumətin bu məsələyə biganə qalmasını iddia edir: 

"Müsavatçılar burjua-mülkədar hökuməti dəftərxana yazışmaları ilə aqrar qanunu 

hazırlığı haqqında danışıqla məşğul idi" [7, 23]. Qeyd etmək lazımdır ki, torpaq 

haqqında qanunun müzakirəsinin aylarla uzadılması hökumətin süründürməçiliyi 

deyildi, bu hər  şeydən  əvvəl qanunu işləyib hazırlayan parlament komissiyasının 

tərkibinin siyasi cəhətdən rəngarəng olması, partiyaların arasında gedən siyasi 

mübarizə ilə bağlı fikir ayrılıqlarının və ixtilafların olması və s. ilə bağlı idi. Torpaq 

məsələsinin radikal həlli bir çox sosial qrupların, xüsusilə iqtisadi cəhətdən qüvvətli 

olan qrupların narazılığına səbəb olardı. Bütün bunları  nəzərə alan M.Ə.Rəsulzadə 

məsələ ilə bağlı deyirdi: "…bu məsələdə tələskənlik, eləcə də həddən ziyadə uzatmaq 

eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər" [14]. 

Marksist-tarixçi Y.Burçalovun 26 Bakı komissarlarının tarixinə  həsr etdiyi 

əsərində [5] Bakı Sovetinin fəaliyyəti ilə yanaşı, gənc Azərbaycan Xalq Cüm hu-

riyyətinin tarixinin ilkin səhifələri də  işıqlandırılmışdır. Tarixi əsərdən daha çox 

Stalinə  mədhiyyəni xatırladan bu əsər  əsasən tarixi reallıqdan uzaq bəzi mülahizə-

lərlə–Stalinin birbaşa Zaqafqaziyada bolşevik təşkilatlarına rəhbərlik etməsindən 

tutmuş "Bakıya alman-türk təcavüzü" kimi mülahizələrlə  zəngindir. Burçalov Os-

manlı hökumət tərəfindən Azərbaycana ağır günlərində göstərilən yardımı puça 

 

182




çıxarmaq üçün türklərin Zaqafqaziya siyasətini belə xarakterizə edir: "Türk 

imperialistləri müsavatçıların köməyilə  hərəkət edirdilər. Onlar öz mülklərini 

Əfqanıstanın özünə kimi çatdırmaq üçün Zaqafqaziyanı,  Şimali Qafqazı, hətta 

Türküstanı da özlərinə tabe etmək istəyirdilər. Türklər Almaniyanın Avropada 

oynadığı rolu Asiyada oynamaq istəyirdilər" [5, 32]. Bununla müəllif türklərin Bakıya 

gəlişi probleminə "panturanizm" kontekstində yanaşmağa cəhd göstərir. Lakin 

məlumdur ki, Qafqaza az hərbi qüvvə ilə daxil olan türk komandanlığı Azərbaycanı 

ona yad olan ünsürlərdən təmizləməkdən başqa bir tədbir görməmişdi. 

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 20-30-cu illər tarixşü-

naslığında hakim sovet rejiminin "sosial sifarişinə" uyğun təhrif olunaraq, Cümhu-

riyyətin bütün fəaliyyəti "antixalq" siyasəti kimi qələmə verilmişdir. Bununla yanaşı, 

bu dövrün tarixşünaslığına dair yazılmış  əsərlərdə mövcud faktların hələ tamamilə 

təhrif olunmaması hiss olunur, bir sıra qiymətli mənbələrin dövriyyəyə cəlb olunması 

sonrakı dövrlərdə onlardan obyektiv istifadə olunması üçün şərait yaradır. 

 

 

ƏDƏBİYYAT 



1.

 

"Azərbaycan arxivi", 1989, №1-2. 



2.

 

Əzizbəyova P.Ə. Azərbaycanda sovet hakimiyyətinin qələbəsində böyük rus xalqının 



qardaşlıq köməyi. Bakı: 1954, 351 s.  

3.

 



İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı.1918-

1920. Bakı: Adiloğlu, 2006, 396 s. 

4.

 

Ratqauzer Y. Şura Azərbaycanı uğrunda mübarizə. Bakı: 1929, 109 s. 



5.

 

Бурджалов  Э. 26 Бакинских  комиссаров.  Москва, 1938. Очерки  истории  комму-



нистической партии Азербайджана. Баку: 1985, т. Ы, 109 с.  

6.

 



Нариманов Н. Избранные произведения. т.ЫЫ. Баку: 1989, 403 с. 

7.

 



Пчелин Н. Крестьянский вопрос при Мусавате (1918-1920 гг.). Баку: 1931, 214 с. 

8.

 



Ратгаузер. Я. Революция и гражданская война в Баку. Û часть 1917-1918 гг. Б.: 1927, 198 с. 

9.

 



Раевский  А.  Английская  интервенция  и  мусаватское  правительство  (к  истории 

интервенции и контрреволюции в Закавказье). Баку: 1927, 216 с. 

10.

 

Стеклов А. "Армия Мусаватского Азербайджана". Баку: 1928, 149 с. 



11.

 

Штейн Г. Бакинская Коммуна. Баку: 1928, 114 с. 



12.

 

Шаумян С. Бакинская коммуна. Баку: 1927. 



13.

 

"Азербайджан" гязети, 29 декабря 1918 г. 



14.

 

"Азербайджан" гязети, 7 декабря 1919 г. 



 

 

АЗЕРБАЙДЖАНСКАЯ ДЕМОКРАТИЧЕСКАЯ РЕСПУБЛИКА  



В СОВЕТСКОЙ ИСТОРИОГРАФИИ В 20-30-х ГОДАХ 

 

Я.Р.ГАСАНОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  исследуется  период  истории  Азербайджанской  Демократической 

Республики  в  произведениях  советских  историков 1920-30-х  годов.  Автор  старался 

показать особое значение этих произведений в том что, они были изданы в первые годы 

установления советской власти в Азербайджане и поэтому факты не могли скрыватся. 

На  ряду  с  этим  история  Азербайджанской  Демократической  Республики  в 

историографии 20-30-х  годов  соответственно  господствующему  советскому  режиму  и 

 

183




«социальному  заказу»  искажалось,  а  вся  деятельность  Республики  представлялась  как 

«анти народная» политика. Все это было анализировано в статье, а также было показано 

критическое отношение к произведениям которые рассмаривались в статье. 

 

 

AZERBAIJAN PEOPLE REPUBLIC IN THE 20-30-th  

OF SOVIET HISTORIOGRAPHY 

 

Y.R.HASANOVA 

 

SUMMARY 

 

Works of Soviet historians written in 1920-1930 which related with Azerbaijan People 



Republic are investigated in the article. The author tries to show that these works which 

meeting to the first years of the establishment of the Soviet Power in Azerbaijan, assume 

special importance from point of view can conceal full of the objective truths related with 

Republic history. Thereto, history of Azerbaijan People Republic were distorted in the 20-30-

th of Soviet historiography according to “social order” of Soviet regime, all activities of 

Republic were written as politics of “anti-people”. 

All of these have been analised and objective truths have been revealed in the article. 

 

 



184

Yüklə 266,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə