Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   85   86   87   88   89   90   91   92   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
317 
AMAL - Dayı, racanı nəyə qonaq eləyəcəyik? 
QASĠD - Raca suda biĢirilmiĢ düyü hazırlamağı tapĢırıb.  
AMAL - Cənab kəndxuda, bir az əvvəl sən də eyni Ģeyi demiĢdin. Deməli, raca barəsində 
hər Ģeyi bilirsən. Mən isə heç nə bilmirəm. 
KƏNDXUDA - (Üzünü saray həkimi ilə qasidə tutur) Əgər mənim evimə getsəydik, raca 
üçün daha ləziz yeməklər hazırlanardı. 
SARAY HƏKĠMĠ - Heç nə lazım deyil Hamı sakit olsun. Deyəsən uĢaq yuxuya gedir. 
ġamı söndürün. Qoy ulduzların iĢığı onun otağına süzülsün. Aha, deyəsən daha yatdı.  
MADHAB DOTTO - (Qocaya) Qoca, sən niyə heykəl kim quruyub qarĢımda durmusan? 
ġamı niyə söndürdülər? Bu çox pis əlamətdir. Ulduzların iĢığı nəyimizə lazımdır ki?  
QOCA - Sus, ey dinsiz. Sus! Səs salma.  
 
(ġudxa içəri girir) 
 
ġUDXA - Amal! 
SARAY HƏKĠMĠ - O yatıb.  
ġUDXA - Çiçək gətirmiĢdim. Olar çiçəkləri onun yanına qoyum? 
SARAY HƏKĠMĠ - Olar. 
ġUDXA - Bəs nə vaxt oyanacaq? 
SARAY HƏKĠMĠ - Raca gəlib onu çağıranda.  
ġUDXA - Amal oyananda qulağına bir söz pıçıldaya bilərsiniz?  
SARAY HƏKĠMĠ - Nə söz? 
ġUDXA - Deyin ki, ġudxa onu unutmayıb! 
 
Pərdə. 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
318 
Rəşad Nuri Güntəkin 
 
Sevda və Məntiq 
 
 
Tərcümə edən: Elgün Dursunoğlu 
 
(Hisarda qədim bir evin kiçik bir meşəyə bənzər həyəti. Əli Firidun öz-özünə uzun 
ömürlü ağacların arasında gəzir. Otuz yaşlarında orta boylu, mülayim rəftarlı, sarışın 
bir gəncdir. Çox da yaraşıqlı deyil, ancaq sevimlidir. Qulaqdan atma eynəklərinin 
altında parıldayan şöhrət, gözlərində həyat davasından uzaq yaşamış insanlara məxsus 
qorxaq bir cahillik, həmçinin təmiz alnının və üzünün cizgilərində gəncliyin iş və 
əyləncələrdən başqa mücərrəd fikirlərə quru tətəbbürə etmiş (araşdırmış) bir adam 
yorğunluğu.. Firidun bir fəlsəfə və psixologiya maraqlısıdır. Gənciliyini kitablara həsr 
etmişdir..) 
 
Fahrəddin PaĢa: (Həyətin ortasındaki incə yoldan keçərkən onu görür və salam vermək 
üçün gəncə yaxınlaĢar) Bonjur, Usta 
 
Firidun: Bonjur, PaĢa. Fəqət məni utandırırsınız. 
 
PaĢa: (67 yaĢında, qəlbi ancaq 17 yaĢında bir zadəgan – gülümsəyərək) 
 
Usta dediyim üçünmü? Övladım, borcumuzdu. Ağıl yaĢda deyil baĢdadır. Biz alimlərə 
hörmət etməyə məcburuq. Adamcığazları həyatda aclıqdan öldürdüyümüzə görə bir usta 
sifətini də çox görsək iĢimiz çətindir. Bir neçə il sonra inĢallah mən sənin əlini öpəcəm. 
Hələ bir dəfə bu elm quyusunun dibini tap. 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
319 
Firidun: Elmin sonu olarmı? 
 
PaĢa: Olmaz deyirlər, amma olar. Timin (24 kg.lıq ölçü) sonu harasıdır bilirsənmi?. Ġnsan 
belə sənin kimi Ģövq və sevgi ilə quyuya özünü buraxar. Bir il, beĢ il, on il enər. Nəhayət 
bir gün gələr ki, o qaranlıq quyu bir “dibsiz qab” olduğunu görər. Bax elmin sonu budur, 
usta. Bu həqiqətə çatdıqdan sonra geri qayıtmaq cox acı bir Ģeydir. Vaxt xeyli getmiĢ, 
ömrün saatı 40-a çatmıĢdır. Həyat insafsız bir alacaqlı kimi adamın yaxasına yapıĢar: 
“Hanı mənim haqqım? Mən haqqımı istəyirəm!” – deyə adamı döyməyə baĢlayar. 
Qırxından sora saza baĢlamaq həzin bir Ģeydir, əfsuski o vaxt fəslin ciddi parçaları 
qurtarmıĢ, qarıĢıq vəziyyət baĢlamıĢdır. 
 
Firidun: (Gülümsəyərək) Bəlli yerə qədər sizə haqq verərəm. 
 
PaĢa: (Heyrətlə) Qulaqlarıma inanmıram, Firidun. Sən necə olur da bu sözlərim ücün 
məni afaroz etmirsən? (Diqqətlə baxaraq) Qəribə. Çox qəribə. Sən yavaĢ-yavaĢ daha da 
zəkalı insan olmağa baĢlayırsan. Gözlərin qəflət yuxusundan oyanır kimidi. Mənə bax 
bir. Gözlərinin içində bir fərqlilik görürəm. Gözündə baĢqa bir Ģey açılır. Necə ki, 
toxumdan çıxmağa baĢlayan filizlər kimi bəlli yaĢıllaĢma əlaməti. Firidun, vallah-billah 
sən birini sevirsən. 
 
Firidun: (Bərkdən gülərək) Siz də böyütdünüz, PaĢa. 
 
PaĢa: Zərrə qədər Ģübhəm olsaydı bu gülüĢün, bu inkarın fikrimdən döndərərdi. Denən 
görüm, o kimdi? 
 
Firidun: (Ciddi) PaĢa, inanın ki, sevda yad deyil. Yalnız qəribə bir təsadüf. Əmim məni 
evləndirmək istəyir. 
 
PaĢa: Kiminlə? 
 
Firidun: Tanımadığınız deyil. Afifə Xanımın qızlarından biridir. 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
320 
PaĢa: Sənihəmi? Bu balaca dəli qız. Aman nə gözəl. Sən də bir fərqlilik var dedim də. Nə 
olacaqsa sənin Kant’lara? Kont’lara, Berqson’lara olacaq. 
 
Firidun: Mən kitablarıma əl vurduraram heç. 
 
PaĢa: Lazımdır ki, icazə məsələsi bəhs mövzusu olsun. Hələ bir altı ay keçsin. Bu dəli qiz 
kitablarını öz əlinlə yandırmazsa, yuh olsun mənim özümə. Zarafat bir yana Firidun, sən 
bu kiçik qızı sevirsənmi? 
 
Firidun: Bilmirəm. 
 
PaĢa: Öz ürəyindəkini bilməzsən senin ruhi halını necə qiymətləndirim? 
 
Firidun: Lakin bu asan məsələ deyil, PaĢa. Sevgi elə bir mühəssisədir ki, irq, mühit, 
fizioloji Ģərtlər, reflekslər… 
 
PaĢa: (BezmiĢ kimi əli ilə onu susduraraq) Bəsdi, usta, ayaqlarını öpüm. Məni bağıĢla, 
belə dərin, yüksək Ģeylərə beynimin dözümü yoxdu. 
 
Firidun: Mən bu məsələdə psixoloqgiyanın baĢqa yönü ilə istifadə edəcəyəm. 
 
PaĢa: Nə kimi? 
 
Firidun: Seniha xanım anası il əbərabər bibimi ziyarətə gəldi. Ġndi yuxarıdadırlar. 
 
PaĢa: Hm.. 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
321 
Firidun: Seniha xanım birazdan həyətə enəcək, burda biraz görüĢəcəyik. Xarakteri və 
sevgi düĢüncələri haqqında kiçik bir tədqiqat aparacağam. Ruhu, xasiyyəti və əməlləri 
məni sevməsinə, mənimlə xoĢbəxt olmağa uyğundusa onu ailəsindən istəyəcəyəm. 
 
PaĢa: (Gülərək) Firidun, oğlum. Elminə olan hörmətimlə bərabər sənə bir nəsihət verim: 
bir nəsihət ki, nə Spenser, nə də Darvin. Nə.. Nə.. Həriflərin adını belə düz deyə 
bilmirem. Bununla birlikdə bibinlə Seniha gəlir. Bu qəribə ruh imtahanını görmək 
istəyərdim. Heyf.. (gələnlərə doğru gederək) Bahirə xanım, arzu-hörmət edirəm, Saniha 
qızım, gündən-günə gözəlləĢirsən. Bahirə xanım, sizinlə olduqca mühim bir sözüm var. 
Lakin gənc qızların yanında deyilməz. Firidun oğlum, sən biraz Seniha xanıma yoldaĢlıq 
elə. 
 
(PaĢa Bahirə xanımı dəniz tərəfə aparar. Firidunla Sehina yalnız qalırlar) 
 
Firidun: (Utanqac halda) Hava nə gözəldi, elə deyilmi Saniha xanım? 
 
Saniha: (Qısaca) Bəli 
 
Firidun: Halbuki səhər ümid etmirdim (bu tərzdə sözə davam etməyin çox soyuq 
olacağını baĢa düĢərək susdu. Sonra ani bir cəsarətlə) Saniha xanım, təsadüfün bu 
lütfündən istifadə etməyimə icazə verin. Sizinlə mühim, çox mühim bir Ģey danıĢmaq 
istəyirəm. SoruĢacağım Ģeylərə xahiĢ edirəm səmimiyyətinizlə cavab verəcəyinizə söz 
verirsiniz? 
 
Seniha: Verirəm. Buyurun, Firidun Bəy. 
 
Firidun: Səadət elə bir muhassaladır (nəticədir) ki, iradə və təəsüratımız altına girməyən 
minlərcə taxtəĢĢüur (Ģüuraltı) hadisatdır (hadisələrdir). 
 
(Seniha heyrətlə ona baxar. Firidun gənc qızın parlaq rəngli  gözləri qarĢısında 
təəccüblənir. Kəkələməyə baĢlayır və yanaqlarından incə tər damlaları axar) 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
322 
Seniha: (Zahiri bir saflıqla)  TaxtəĢuur ağılın taxtasımı deməkdir, Firidun bəy? 
Maattəəssuf (əfsus olsun ki) məndə bunlardan bir dənəsi əksikmiĢ, anam deyərdi. 
 
Firidun: (Daha asan bir söz demək üçün bir carə taparaq) Saniha xanım, elmi-ruha (ruh 
elminə) dair böyük bir kitab yazmağa baĢladım. Ruhlar haqqında xüsusi olaraq gənc 
qızların düĢüncələrinə ehtiyacım var. Sizi sorğu-sual etməkdə məqsədim budu. 
 
Seniha: (Dodaqlarında biraz sızıntılı bir istehza ilə) O Ģərəfi qazandığım üçün təĢəkkür 
edirəm. TəĢrih (bir Ģeyi dərinliyinə kimi araĢdırma) stolunda elmə xidmət edən 
dovĢanları biraz qısqanardım. 
 
Firidun: (Keyfi pozulur, ancaq qızın keyfini açmağa çalıĢsa daha gülünc olacağını baĢa 
düĢür) Dediyim kimi mənə seçkin bir gənc qız (ideal)ı lazımdır. 
 
Birinci sualım: Evləndikdən sonra necə yaĢamaq istəyirsiniz? 
 
Seniha: (Tərəddüd etmədən) Təbii bütün gənc qızlar kimi qəĢəng, kübar, əyləncəli, tam 
mənasıyla xoĢbəxt və gözəl həyat. 
 
Firidun: (Kiçik cip dəftərinə qeyd edərək) Zövcənizin varı nə qədər olmalıdır? 
 
Seniha: Mümkün olduğu qədər imkanlı. 
 
Firidun: (Bunu qeyd edərkən qələmi məlum bir əzabla titrəyər) Zövcənizin necə ruhda, 
necə xarakterdə bir insan olmasını istəyirsiniz? 
 
Seniha: Olduqca Ģən, olduqca zərif, olduqca ağıllı və həssas. 
 
Firidun: (Xeyallarının puça çıxmasını artıq saxlaya bilməməkdədir) Sonra Seniha xanım, 
görkəmi və siması necə olmalıdır? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
323 
 
Seniha: Tam mənasıyla gözəl. GünəĢ kimi, pəri nağılı Ģəhzadələri kimi.. 
 
Firidun: Bu da əla, bu da əla.. (qələmi yazarkən zorla sözləri qeyd edirdi, yorğun bir 
əzabla) PeĢəsi? 
 
Seniha: Mütləq parlaq peĢəsi olmalı. Ya nazir, ya da nazirləri qarĢısında titrədən bir 
katib, deputat, ya məĢhur komandir, yaxud mühim və böyük olmaq Ģərtiylə Ģair, bəstəkar 
və ya rəssam. 
 
Firidun: (Məyus halda dəftərini örtər, son bir ümidlə) Bəs dəyərli bir alim olarsa? 
 
Seniha: Bəlkə ayıb olacaq, Firidun bəy. Mən bu peĢədən bir Ģey baĢa düĢmürəm. 
Kitabxana siçanı kimi gecə-gündüz kağızlar, cildlər arasında basdırılmaq can sıxıcı bir 
Ģeydi. 
 
Firidun: (Tamamilə ümidləri qırılmıĢ) TəĢəkkür edirəm, əziyyət verdim, sizə. Qurtardı, 
(daha yavaĢ) hər Ģey qurtardı. 
 
Seniha: (Təəccüb içində) Bu qədərmi, Firidun bəy? Məndən soruĢacağınız sadəcə bunlar 
idi? 
 
Firidun: Bir sualım daha vardı, ancaq ehtiyac olmadı. 
 
Seniha: Nə üçün? 
 
Firidun: Çünki verdiyiniz cavablara nəzərən o sualın cavabının bir kiçicik “xeyr”-dən 
ibarət olacağına əminəm. 
 
Seniha: Sualınızın nə olduğunu bilirəm. Ancaq cavab nə üçün mütləq “xeyr” olsun? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
324 
 
Firidun: (Üzgün halda) Buna məntiqlə “istidlal” deyirlər, Seniha xanım. BaĢa salması 
uzundu. Hulasatül-hulasası (özətlərin özəti) məlumlardan məchul çıxarmaq. Bir üsul ki
qəti yanılmaz. Qətiyyən. Ölümdən daha qüvvətli və zalım. 
 
Seniha: Firidun bəy, mütəəssir (üzgün) görünürsünüz. Bu istidlalmı (səhih bilgi) bu qədər 
muztarib (sıxıntılı) edir? Bunun heç istisnası yoxdu? 
 
Firidun: Kübra (ən böyük) və suğra (ən balaca) qaziyələri (təklifi) nə qədər doğru olarsa 
heç istisnası yoxdur. 
 
Seniha: Bu zalım üsulu kim icad edib belə? 
 
Firidun: Yunan filosoflarından Aristotel. 
 
Seniha: (Əsəbi halda) Bu yunanların alimlərindən belə insana zərər gəlir. Ancaq, Firidun 
bəy yunanların bir həssası daha var ki, unudursunuz. 
 
Firidun: Nəyi? 
 
Seniha: Yalançı olurlar. Bu istidlal kimi ən doğru görünən Ģeylərə belə mütləq hiylə, 
yalan qarıĢdırırlar 
 
Firidun: UĢaqsınız. 
 
Seniha: Bəlkə də. Allaha əmanət olun.. (getmək istəyər) 
 
Firidun: (Genc qızın dodaqlarının titrədiyinə, gözlərinin yaĢardığına diqqət edər) Seniha 
xanım, mütəəssir (üzgün) görünürsünüz? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
325 
 
Seniha: Bu istidlal üsulu ürəyimi sıxdı. Belədə ki, mən elmdən nifrət etmirəm (qısa bir 
sükut, sonra əsəbi bir cürətlə). Mən yunan filosofunun yalan dediyini sizə sübut edəcəm, 
Firidun bəy. Sualınız? 
 
Firidun: Belə ki, dedim də, Seniha xanım. Çünki dediklərinizə nəzərən cavablarınızın 
“xeyr“ olması zəruridir. 
 
... 
… 
Madam ki, istəyirsiniz, yaxĢı. Bu sualı əlbət kitab yazmaqdan baĢqa bir fikir ilə 
soruĢduğumu baĢa düĢdünüz. (Tərəddüt içində və qorxaraq) Sizi təcrübə stoluna uzadılan 
kiçik bir dovĢan kimi davranacağıma ürəyimin dayana bilmədiyini əlbətdə bilirsiniz. 
(Seniha baĢını aĢağı əyər). Sizdən xəyallarınızı və əməllərinizi soruĢdum. 
 
Təhəyyül (xəyal) etdiyiniz kiĢi haqqında məlumat alacaqdım. Ancaq fikirləĢdiyiniz o 
gözəl, həssas, ağıllı, varlı, məĢhur gəncə bənzəməyən bir çarəsizəm. Ġstidlal üsuluna görə 
“ölümündən daha qatı və zalım” bir Ģey dediyimə haqq verdinizmi? Bir halda kı, 
istədiyiniz vəsiflərə sahib deyiləm, onun üçün insan, ancaq özü fikirləĢdiyi vəsiflərə sahib 
insanı sevər və istəyər, bu halda siz məni istəməzsiniz? 
 
Seniha: (Gözlərini yerə zilləmiĢ, sakit bir inadçılıqla) Nə üçün belə qarıĢıq müəmmalara, 
ağıl ərməyən  kiçik bir qıza belə Ģeyler soruĢdunuz? Nə üçün açıq Ģəkildə: “Məni 
istəyərsinizmi, Seniha” demədiniz? 
 
Firidun: Belə deməyin, Seniha xanım. Nəticə baĢqa cür olmayacaq ki. 
 
Seniha: Məndən doğru olanları deməyimi istəmiĢdiniz. Mən də doğruları dedim.. (kiçik 
bir tərəddüd) 
 
Firidun: (Çox həyacanlı) Seniha. Seniha xanım. Doğrumu deyirsiniz? Ġnana bilmirəm. Bu 
müəmma (bilinməyən) bir Ģey… 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
326 
 
Seniha: Xeyr. Bu bilinməyən bir  Ģey deyil. Dünyanın ən açıq həqiqəti. Mənə qulaq asın, 
Firidun bəy. Siz elə bir gənc qız təsəvvür edə bilərsinizmi ki, mənim dediyim Ģeyləri 
fikirləĢməsin, deməsin? Biz hamımız beləyik. Ġstəyərik ki, bizi istəyən adam dünyanın ən 
gözəl, ən böyük, ən varlı adamı olsun. Ġllərlə onun gizli sevdasını daĢıyarıq. Nəhayət bir 
gün qarĢımıza bir gənc çıxar. Bir gənc ki, nə onun kimi gözəl, nə onun kimi böyük, nə də 
onun kimi varlı. Buna əks olaraq o xəyali Ģəhzadəni sevə-sevə, sevinə-sevinə ona qurban 
verərik. 
 
Ġstidlalinizin qəlb yönündə necə aciz olduğuna indi inandınızmı, Firidun bəy? Bir gənc 
qız zövqünə və xeyalına uyğun bir gənc oğlanla evlənmək istəyər. “Filan kiĢi mənim 
zövqümə, xəyalıma uyğun deyildir. Bununla yanaĢı mən bu gənci o qədər istəyirəm ki, o 
məni istəməzsə mütləq xoĢbəxt olmayacam..” -  deyər. Görürsünüz nə gülünc bir istidlal. 
Gülünc ancaq bu belədir. Ne edək? 
 
Firidun: Məni nə qədər xəĢbəxt etdinizi baĢa salmaq mümkun deyil. 
 
Seniha: (Gülərək) Çox asan. Bibinizin qulağına deyəcəyəniz bir tək söz ilə… 
 
Firidun: Bir sual daha; Görəsən o dediyiniz Ģəhzadənin xəyalı bir gizli düĢman rəqib kimi 
ruhların dərinliyində yaĢamazmı? 
 
Seniha:  Bir xəyal ki, üzü, gözlərinin və saçlarının rəngi belə məlum deyil. Necə 
yaĢayacaq? 
 
Firidun: Son bir sual. Həyat yoldaĢın gənc ikən xəyal etdiyi qızlara az-çox bənzəyən ərlər 
görəsən daha xəĢbəxt olmazlarmı? 
 
Seniha: Mən onların yerində olsaydım xöĢbəxt olmazdım. Bir-birinə iki süd damlası kimi 
oxĢayan iki gənc qız təsəvvür edin. Bunlardan biri sizin mülkunuz, Ģöhrətiniz, vəd 
edəcəyiniz parlaq həyat, üzünüz, ağılınız üçün istəyir, o birisi sizi izah etdiyiniz üstün 
malik insanların hamısına dəyiĢər. Bütün əməllərini, bütün gənc qızlıq xəyallarını sizə 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
327 
qurban verər. Siz bu ikinciyi seçəcək qədər, tərəddüd edəcək qədər ürəksiz və az 
ağıllısınızmı? 
 
Firidun: Haqqınız var, Seniha xanım. Qəlb iĢlərində Aristotelin məntiqi də məğlub olur 
(öz-özünə danıĢan kimi). Vay, çarəsiz Bergson, vay çarəsiz Aristotel.. 
 
Seniha: (Gülərək) Nə üçün belə deyirsiniz, Firidun bəy? 
 
Firidun: (Gülümsəyərək) Heç. Bu böyük adamların kitablarını Senihanı əyləndirmək 
üçün uçurtma düzəltməyi fikirləĢirdim. 
 
Son. 
 
 
 
 

Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə