Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   85   86   87   88   89   90   91   92   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
309 
QOCA - Bəs necə? QuĢlar elə o göy rəngə çalan dağlarda yaĢayırlar. AxĢamlar günəĢin 
son Ģüaları dağların zirvələrini qızılı rəngə boyayanda yaĢılımtıl rəngə çalan quĢlar dəstə 
ilə yuvalarına qayıdırlar. Al qırmızı rəngli səma, göy rəngə çalan dağlar və yaĢılımtıl 
quĢlar - bu rənglər hamısı biri-birinə qarıĢanda təsəvvürəgəlməz bir gözəllik yaranır.  
AMAL - Dağlarda Ģəlalələr də var?  
QOCA - Heç Ģəlaləsiz də dağ olar? DaĢlara çırpılan su parıldayır, havada almaz 
zərrəcikləri kimi bərq vurur. Hələ Ģəlalələrin rəqsini necə, təsəvvürünə gətirə bilərsənmi? 
Gur su axını var gücü ilə hay-küy qopararaq dayanmaq bilmədən qaçır, qaçır... Sonra isə 
birdən sanki son dəfə dərindən nəfəs alaraq özünü hündür qayaların üstündən dənizə 
tullayır. Həmin anda heç bir həkim onların hərəkətini dayandıra bilməz. Amma çox 
təəssüf eləyirəm ki, quĢlar məni öz cəmiyyətlərinə layiq bilmədilər. Sözü bir yerə qoyub 
adadan qovdular. Buna yamanca təəssüfləndim. Əgər quĢlar razı olsaydılar, onların 
yuvalarının yaxınlığında özümə balaca bir daxma tikərdim. Bütün günü dənizin və 
təbiətin gözəlliyinə baxıb həzz alardım.  
AMAL - Əgər mən quĢ olsaydım... 
QOCA - Bu barədə heç fikirləĢmə. O zaman iĢlərin elə də yaxĢı getməzdi. Təsadüfən 
eĢitdim ki, böyüyəndə Ģorsatan olmaq istəyirsənmiĢ. Bu peĢə ilə quĢlar ölkəsində baĢ 
saxlamaq mümkün deyil.  
MADHAB DOTTO - Sizin səfeh söhbətlərinizdən lap baĢım ağrıdı... 
AMAL - Dayı, Ģorsatan bura gəlmiĢdi? 
MADHAB DOTTO - GəlmiĢdi. Amma onun Durna adası haqqındakı boĢ nağıllara qulaq 
asmağa vaxtı yoxdur. Çünki əlləĢib-vuruĢub ailəsinə bir tikə çörək pulu qazanmalıdır. 
Sənə Ģor gətirmiĢdi. Onu verib tez də qayıtdı. Sabah bacısı qızını gəlin köçürürlər. O, 
Kaloni kəndinə tələsirdi. Çünki sazandaları toya çağırmalıdır. 
AMAL - Gəlin köçürür? Bəs demiĢdi ki, bacısı qızını mənə verəcək... 
QOCA - Doğrudan? Gör necə pis oldu haa! 
AMAL - O deyirdi ki, həmin qız bizim evimizə gəlin gələcək. Həm də dediyinə görə çox 
qəĢəng qızdır. Qara gözləri, al yanaqları var. Burnuna isə dəyirmi mirvari sırğa taxır. 
Qırmızı haĢiyəli sari ona bilsəniz necə yaraĢır! Biz bir yerdə yaĢamağa baĢlayanda 
səhərlər o durub qara inəyimizi sağacaq, gil bardaqda mənə təzə ot ətri verən ilıq süd 
gətirəcəkdi. AxĢamlar isə evin iĢlərini yerbəyer edəndən, inəyi tövləyə salandan sonra 
yanımda oturub mənə yeddi qardaĢ Çappa haqqındakı nağılı danıĢacaqdı.  
QOCA - Gör necə gözəl qız imiĢ. Bax, mən sehrbazam. Hər Ģey əlimdədir. Amma yenə 
də sənə paxıllığım tutur. Eybi yox, heç fikir eləmə. Qoy indi onu ərə versinlər. Vaxt 
çatar, sən evlənmək istəyəndə kənddə baĢqa gözəl qızlar da tapılar.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
310 
MADHAB DOTTO - Ay sizə nə deyim! Sizin boĢ söhbətlərinizə qulaq asanda adamın 
hövsələsi lap daralır. (gedir)  
AMAL - Sehrbaz, nə qədər ki, yanımızda heç kəs yoxdur, mənə de görüm racadan 
məktub varmı?  
QOCA - Bildiyimə görə, raca məktubu yazıb göndərib. Amma yəqin ki, hələ yoldadır. 
AMAL - Yoldadır? Sən hansı yol haqqında danıĢırsan, sehrbaz. Buradan lap uzaqlarda 
görünən, ara-sıra külək əsəndə toz burulğanları göyə qalxan o yolu deyirsən? Qalın 
meĢənin kənarı ilə uzanıb gedən yolu?... 
QOCA - Hə, hə! O yoldur. QardaĢ, görürəm, sənin hər Ģeydən xəbətin var.  
AMAL - Əlbəttə! Mən hər Ģeyi bilirəm. 
QOCA - Axı, bunları haradan bilitsən?  
AMAL - Doğrusu, heç özüm də bilmirəm. Amma bu yol elə bil ki, gözlərimin 
qabağındadır. Mənə elə gəlir ki, o yolu çoxdan, lap çoxdan, özü də dəfələrlə görmüĢəm. 
Amma vaxtı dəqiq xatırlaya bilmirəm. Ġstəsən, yol haqqında sənə daha ətraflı danıĢaram. 
Bax, racanın poçtalyonu tələsik addımlarla dağdan üzü aĢağı enir. Sol əlində fanar var. 
Məktublarla dolu çantasını isə çiyninə keçirib. Artıq neçə gün neçə gecədir ki, sonu 
görünməyən həmin yolla addımlayır. CoĢqun dağ nəhrləri düzənliklərdən sakit axan 
çaylarla əvəz olunur. Poçtalyon isə dayanmadan gedir. Çayın sahili boyunca darı əkilmiĢ 
tarlalar uzanır. Sonra onun qarĢısına Ģəkər qamıĢı plantasiyaları, otlaqlar, hündür torpaq 
bəndlər çıxır. Poçtalyon isə bir dəqiqəliyinə dayanmağı da ağlına gətirmir. YoxuĢları 
çıxır, sonra dərələrə enir. Ətrafda cırcıramalar aramsız nəğmə oxuyurlar. Ġsti yay 
günlərində nə qədər uzaqlara baxsan da, dörd bir tərəfdə heç nə gözə dəymir. Ancaq ara-
sıra cüllütlər uçuĢurlar. Ġnan mənə, sehrbaz, bunların hamısını lap gözümün qabağındakı 
Ģəkildə olan kimi görürəm. Poçtalyon yolun sonuna yaxınlaĢdıqca, mənim də ürəyim 
sevinclə, həyəcanla çırpınır... 
QOCA - Sehrbaz da olsam, artıq qocalmıĢam. Gözlərim nurunu itirib. Amma sən hər Ģeyi 
elə gözəl təsvir eləyirsən ki, sanki dediklərinin hamısını mən də görürəm. 
AMAL - Sehrbaz, təzə poçtun sahibi racanı tanıyırsan?  
QOCA - Əlbəttə. Mən hər gün sədəqə istəmək üçün onun yanına gedirəm.  
AMAL - Sağalanda mən də səninlə getmək istəyirəm. Olar? 
QOCA - Olar. Amma sən heç nə istəməli olmayacaqsan. Çünki raca özü sənin ürəyindən 
keçənlərin hamısını o saat biləcək?  
AMAL - Onun qapısının ağzında dayanıb uca səslə qıĢqıracağam: “Hökmdarımıza eĢq 
olsun!” Sonra isə tamburun sədaları altında rəqs edəcəyəm. Səncə, belə yaxĢı olar, hə? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə