Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   85   86   87   88   89   90   91   92   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
314 
KƏNDXUDA - Madhab Dotta! Təbrik edirəm. Sən indi çox böyük adamlarla oturub-
durursan.  
MADHAB DOTTO - Nə danıĢırsınız, cənab kəndxuda? XahiĢ edirəm, məni məsxərəyə 
qoymayın. Biz sadə adamlarıq.  
KƏNDXUDA - Deyirsən sadə adamlarsınız. Amma oğulluğun racadan məktub gözləyir.  
MADHAB DOTTO - XahiĢ edirəm, belə Ģeylərə fikir verməyin, cənab kəndxuda. O, hələ 
balacadır. Səfehin biridir. Onun sözlərinə baĢ qoĢmağa dəyməz... 
 
KƏNDXUDA - Yox, yox. Burada qəribə nə var ki? Raca harada sənin evin kimi ləyaqətli 
ev tapa bilər? Təsadüfi deyil ki, o, təzə poçtu da baĢqa yerdə deyil, düz sənin evinin 
qabağında tikdirib. (Üzünü Omala tərəf çevirir). Ey, oğlan, sənə racadan məktub var! 
 
AMAL - (cəld yerindən qalxır) Doğrudan?  
KƏNDXUDA - Bəs necə! Niyə də olmasın? Axı raca sənin dostundur. (Cibnindən bir 
vərəq ağ kağız çıxarıb göstərir) Ha-ha-ha! Budur həmin məktub!  
AMAL - XahiĢ edirəm, mənimlə zarafat etməyin. Sehrbaz, düzünü deyin, bu məktub 
doğrudan racadan gəlib? 
QOCA - Əlbəttə, əzizim. Mən bir sehrbaz kimi sənə deyirəm: “Məktub həqiqətən də 
racadan gəlib!” 
AMAL - Amma mən orada heç bir yazı görmürəm. Kağız ağappaqdır. Cənab kəndxuda, 
zəhmət olmasa, oxuyun görək, nə yazılıb? 
KƏNDXUDA - Raca məktubunda yazır: “Daha sarayda yaĢamaq məni bezdirib. Bu 
günlərdə yanına gələcəyəm. XahiĢ edirəm, lazımi hazırlıq iĢlərini görəsən”. Ha-ha-ha! 
MADHAB DOTTO - (ixlaskarlıqla kəndxudanın önündə təzim edərək) Cənab kəndxuda! 
Yalvarıram sizə, belə zarafatlar etməyin! 
QOCA - Bəyəm bunlar zarafatdır? Racanın adından belə zarafat eləməyə kəndxudanın 
heç zaman cürəti çatmaz.  
MADHAB DOTTO - Of, qoca, deyəsən sən də ağlını itirmisən! 
QOCA - Bəlkə də sən haqlısan. Bəlkə də ağlımı itirdiyimə görə ağ kağızın üstündəki 
hərfləri görə bilirəm. Raca yazır ki, bu gün öz həkimi ilə birlikdə Omala baĢ çəkməyə 
gələcək.  
AMAL - Sehrbaz! Sehrbaz! EĢidirsən, yaxınlıqda Ģeypur çalınır. Deyəsən, raca bura 
gəlir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
315 
KƏNDXUDA - Əlbəttə, eĢidir. Əgər ağlı tamam-kamal baĢından çıxmayibsa! 
AMAL - Cənab kəndxuda! Əvvəlcə fikirləĢirdim ki, yəqin mənə hirslənibsiniz. Ona görə 
ağlıma da gəlməzdi ki, racanın məktubunu siz gətirərsiniz. Bu iĢi elədiyinizə görə icazə 
verin, ayaqlarınızın tozundan bir az götürüm.  
KƏNDXUDA - Kim nə deyirsə desin, bu uĢaq yaĢlılara hörmət eləməyi bacarır. Onun 
hələ yetərincə ağlı yoxdur, amma ürəyinə söz ola bilməz.  
AMAL - Dördüncü zəng vuruldu. EĢidirsiniz? Don-don-don-don. Sehrbaz, indi yəqin 
ulduzlar da çıxıb. Bəs mən niyə onları görə bilmirəm? 
QOCA - Çünki pəncərə bağlıdır. Bu dəqiqə açaram.  
 
(Qapı döyülür) 
 
KƏNDXUDA - Orda kim var? Bu nə səs-küydür?  
SƏS - Açın qapını! 
MADHAB DOTTO - Kimsən? 
SƏS - Açın! 
MADHAB DOTTO - Cənab kəndxuda! XahiĢ edirəm, səsinizi çıxarın. Bəlkə qapını 
döyən quldurlardır?  
KƏNDXUDA - Ey, orada kim var? Nə istəyirsiniz? Mən kəndxuda Ponçanonam. 
Bildiniz? Baxın, daha qapını döymürlər. Hətta baĢkəsən quldurlar da səsimi eĢidəndə 
qorxudan tir-tir əsirlər.  
 
(Madhab Dotto pəncərədən baxır) 
 
MADHAB DOTTO - Onlar qapını sındırdılar. Ona görə də döymürlər.  
 
(Racanın qasidi içəri daxil olur) 
 
QASĠD - Hamınız qulağınızı açın, eĢidin! Bu gecə maxaraca bura gələcək.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
316 
KƏNDXUDA - Vəssalam. Daha dünyanın sonu gəlib çatdı.  
AMAL - Maxaraca nə vaxt gələcək? 
QASĠD - Ġkinci zəng vurulanda. 
AMAL - Deməli, keĢikçi Ģəhər darvazasının üstündəki zəngi çalanda... 
QASĠD - Raca öz Ģəxsi həkimini göndərib ki, balaca dostunu müayinə eləsin.  
 
(Saray həkimi otağa daxil olur) 
 
SARAY HƏKĠMĠ - Bu nədir? Ġçəridə nəfəs almaq olmur ki! Tez bütün qapıları və 
pəncərələri taybatay açın. Qoy otağa təmiz hava gəlsin. (Omalın nəbzini tutur) Mənim 
balam, özünü necə hiss edirsən? 
AMAL - Çox yaxĢı, cənab həkim. Daha heç yerim ağrımır. A-a-a, pəncərələr açıqdır ki! 
Mən ulduzları görürəm. Qaranlıq səmadakı ulduzları. 
SARAY HƏKĠMĠ - Gecə yarısı raca yanına gələcək. Yataqdan qalxıb onunla bir yerdə 
gedə bilərsənmi? 
AMAL - Əlbəttə! Mən onunla birlikdə gedəcəyəm. Qoy raca mənə Qütb ulduzunu 
göstərsin. Bəlkə də indiyə qədər o ulduzu dəfələrlə görmüĢəm. Amma hələ də özüm üçün 
dəqiqləĢdirə bilməmiĢəm. 
SARAY HƏKĠMĠ - O, sənə hər Ģeyi göstərəcək. (Üzünü Madhab Dottoya tutur) Raca 
gələnə qədər otağı çiçəklərlə bəzəyin. (Sonra kəndxudanı göstərir) Ona isə burada yer 
yoxdur. Qoy çıxıb getsin. 
AMAL - Cənab həkim, kəndxuda mənim dostumdur. Racanın məktubunu o gətirmiĢdi.  
SARAY HƏKĠMĠ - YaxĢı, övladım. Əgər dostundursa, qoy qalsın.  
MADHAB DOTTO - (Omala yaxınlaĢaraq qulağına pıçıldayır) Raca səni çox istəyir. Bir 
azdan özü bura gələcək. Ondan bir Ģey xahiĢ elə. Axı biz kasıb adamlarıq. Özün hər Ģeyi 
görürsən.  
AMAL - Narahat olma, dayı. Dediyin kimi edəcəyəm.  
MADHAB DOTTO - YaxĢı, racadan nə istəyəcəksən? 
AMAL - XahiĢ edəcəyəm ki, məni özünə poçtalyon götürsün. Onun məktublarını 
daĢıyacağam.  
MADHAB DOTTO - (Əlini alnına çırpır) Off, mən nə bədbəxt adamam! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə