Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
300 
 
(KeĢikçi dayanır) 
 
KEġĠKÇĠ - Niyə bağırırsan? Deyəsən, məndən qorxmursan.  
AMAL - Niyə qorxmalıyam ki? 
KEġĠKÇĠ - Necə yəni niyə? Birdən səni həbs eləyib apardım? 
AMAL - Məni həbs eləyib hara aparacaqsan? Dağlara? 
KEġĠKÇĠ - Yox. BirbaĢa racanın yanına.  
AMAL - Ah, bu necə də yaxĢı olardı! Amma yox. Həkim mənə evdən çıxmağa icazə 
vermir. Odur ki, məni heç kəs həbs eləyə bilməz. Gərək həmiĢə evdə oturum.  
KEġĠKÇĠ - Həkim qadağan eləyib? Belə de. Ona görə də rəngin-ruhun qaçıb. Gözlərinin 
altında göy dairələr var. Əllərin isə o qədər arıqlayıb ki, damarların görünür. 
AMAL - KeĢikçi, vaxtı bildirən zəngi nə vaxt çalacaqsan? 
KEġĠKÇĠ - Hələ tezdir.  
AMAL - Heç bir Ģey baĢa düĢmürəm. Biri deyir “tezdir”, o biri deyir “gecdir”. Qulaq as
keĢikçi, sən zəng çalanda vaxt tez gəlib çatır? 
KEġĠKÇĠ - Əksinə. Vaxt çatanda zəngi çalmaq lazımdır.  
AMAL - Sənin zəng çalmağın çox xoĢuma gəlir. Lap çox. Günorta dayım gəlib nahar 
eləyir, sonra iĢlərinin dalınca gedir. Xalam baĢını “Ramayana”nın üstünə qoyub yatır. 
Ġtimiz isə kölgəlikdə uzanıb mürgü döyür. Bu sakitliyin içində birdən səs eĢidilir: don-
don-don. Saatlar niyə zəng çalır? 
KEġĠKÇĠ - Onlar deyirlər ki, vaxt bir yerdə dayanmır. O, həmiĢə tələsir.  
AMAL - Vaxt niyə tələsir? Hara gedir? Hansı ölkəyə? 
KEġĠKÇĠ - Onu heç kəs bilmir.  
AMAL - Yəqin ki, indiyə qədər heç kim vaxtın getdiyi ölkədə olmayıb. Heç kəsin heç 
zaman gedib çıxmadığı bir ölkəni gəzib-dolaĢmağı, bilsəniz nə qədər istərdim.  
KEġĠKÇĠ - Əvvəl-axır hamımız ora gedəcəyik, əzizim.  
AMAL - Mən də? Axı həkim mənə evdən çıxmağa icazə vermir.  
KEġĠKÇĠ - Darıxma. Elə vaxt gələcək ki, həkim özü sənin əlindən tutub ora aparacaq.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
301 
AMAL - Hələ o həkimi tanımırsan. Onu fikrindən daĢındırmaq çətindir. O, adamı heç 
vaxt küçəyə buraxmaz.  
KEġĠKÇĠ - Eybi yox. O olmasın, baĢqası olsun. Ondan daha yaxĢı həkim gəlib səni 
aparar.  
AMAL - Axı o dediyin yaxĢı həkim nə zaman gələcək? Evdə oturmaq məni lap bezdirdi.  
KEġĠKÇĠ - Belə sözlər danıĢmaq yaxĢı deyil.  
AMAL - Sən bilmirsən. Bütün günü dörd divar arasında gözləməkdən yoruluram. Ancaq 
saat zəngi don-don-don deyə səslənəndə özüm də hiss etmədən yerimdən atılıram. 
Ayaqlarım məni qapıya tərəf çəkir. Qulaq as, keĢikçi... 
KEġĠKÇĠ - Nə deyirsən, əzizim?  
AMAL - Küçənin o baĢındakı böyük binanı görürsən? Üstündə də bayraq yellənir. 
Adamlar bir ucdan ora girib-çıxırlar. O, nə binadır elə? 
KEġĠKÇĠ - Poçtun yeni binasıdır.  
AMAL - Poçt? Bəs poçt kimindir? 
KEġĠKÇĠ - Necə yəni kimindir? Məlum məsələdir ki, racanın. (kənara) Nə gülməli 
oğlandır... 
AMAL - Bəs racanın poçtuna onun özündən məktub gəlir? 
KEġĠKÇĠ - Əlbəttə. Yəqin ki, tezliklə sənə də məktub gələcək.  
AMAL - Mənə? Axı mən çox balacayam.  
KEġĠKÇĠ - Nə olsun? Raca balacalara da məktub yazır. Onlara da özləri kimi bapbalaca 
məktublar göndərir.  
AMAL - Ah, əgər mən də racadan məktub alsaydım, necə gözəl olardı! Haradan bilirsən, 
bəlkə raca heç mənə məktub yazmayacaq? 
KEġĠKÇĠ - Necə yəni haradan bilirəm? Əgər belə fikri olmasaydı, üzərində bayraq 
yellənən o boyda poçtu gətirib düz sənin pəncərənin qabağında tikməzdi ki? (kənara) 
Necə yaxĢı oğlandır! 
AMAL - Bəlkə raca doğrudan da mənə məktub yaza bilər, amma onu kim gətirib 
verəcək?  
KEġĠKÇĠ - Racanın çoxlu poçtalyonları var. Məgər sən onları görməmisən? Həmin 
poçtalyinlar çox yeyin-yeyin yeriyirlər. Sinələrində də qızılı rəngli dəyirmi niĢanları var.  
AMAL - Onlar yeyin-yeyin yeriyib hara gedirlər ki?  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
302 
KEġĠKÇĠ - Ən müxtəlif yerlərə. Məktubları ünvan sahiblərinə çatdırırlar. (kənara) Bu 
oğlan məni gülməkdən öldürəcək.  
AMAL - Böyüyəndə mən də mütləq poçtalyon olacağam.  
KEġĠKÇĠ - Ha-ha-ha! Arzuya bax ey! Poçtalyon! YağıĢda, yağmurda, istidə, soyuqda, 
tozlu-palçıqlı yollarla evdən-evə qaç, varlılara, kasıblara məktub daĢı!? Daha sənə sözüm 
yoxdur. FikirləĢib özünə bundan yaxĢı bir iĢ tapa bilmədin? (gülür). 
AMAL - Niyə gülürsən? Burada gülməli nə var ki? Poçtalyon dünyada ən yaxĢı peĢədir. 
Amma, incimə, sənin peĢən də heç ondan pis deyil. Göydən od yağır, hər tərəfdə 
sakitlikdir. Birdən çaldığın zəngin səsi eĢidilir: don-don-don. Bəzən gecə yarısı səsə 
oyanıram. Baxıram ki, Ģamlar çoxdan söndürülüb. Hər tərəf qaranlıqdır. Hamı yatıb. 
Birdən uzaqdan səs gəlir: don-don-don.  
KEġĠKÇĠ - Oho! Kəndxuda gəlir. Burada dayanıb səninlə danıĢdığımı görər, sonra 
payımı verər.  
AMAL - Kəndxuda hardadır ki? 
KEġĠKÇĠ - Palma yarpaqlarından düzəldilən o yaĢıl çətiri görürsənmi? Bax onun 
altındadır. Bizə tərəf gəlir.  
AMAL - Onu kim kəndxuda qoyub? Raca? 
KEġĠKÇĠ - Yox, öz-özünü kəndxuda təyin eləyib. Tabe olmaq istəməyənləri də sıxıĢdırır. 
Bir bəhanə tapıb onlara sataĢır, ələ salır. Odur ki, hamı bu adamdan çəkinir. Əslində onu 
vəzifədə saxlayan elə ətrafdakıların qorxu hissidir. YaxĢı, daha mən gedim. ĠĢim çoxdur. 
Sabah bir az tez gəlib sənə Ģəhərdəki yeniliklərdən danıĢaram. (gedir). 
AMAL - Hər gün racadan məktub almaq nə yaxĢı olardı! Pəncərənin qabağında oturub 
onları bir-bir oxuyardım. Oy, lap yadımdan çıxmıĢdı. Axı mən hələ yazıb-oxumaq 
bacarmıram. Kim mənə kömək eləyəcək? Xalam ancaq öz “Ramayana”sını oxuya bilir. 
Çətin ki, racanın göndərdiyi məktubdan baĢ aça bilsin. Eybi yox, məktubları yığıb 
saxlayaram. Böyüyəndə özün oxuyaram. Birdən poçtalyonlar məni tanımasalar, bəs onda 
necə olsun? Qoy kəndxudadan soruĢum. Çənab kəndxuda! Cənab kəndxuda! 
 
(Kəndxuda içəri girir) 
 
KƏNDXUDA - Məni belə çağırmağa cürət eləyən kimdir? Hələ bu meymun haradan 
ortaya çıxdı? 
AMAL - Cənab kəndxuda, hamı sizə hörmət edir.  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə