Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   ...   4   5   6   7   8   9   10   11   12

32 

 

 




33 

 

Addım 1 – Perimetrin hüdudlarının cızılması 

Transformasiya tədbirlərinin planlaşdırılmasında birinci 

addım tədbirlərin həyata keçiriləcəyi sahənin perimetrini 

cızmaqdır. Bu bir qədər açıq görünə bilər, lakin tədbirlərin 

planlaşdırılacağı sahənin fiziki sərhədlərini bilmək zəruridir. 

Bəzi vəziyyətlərdə  sərhədin müəyyən edilməsi çox asan baş 

verə bilər.  Əgər  əkin sahəsi ağaclar olmayan torpaq sahəsinə 

qarşı  sərt kənarlara malikdirsə,  əkin sahəsinin kənarları 

perimetr kimi götürülə bilər. Əksər vəziyyətlərdə, başqa sözlə 

plantasiyanın qanunsuz kəsimə, otlaq kimi istifadəyə  məruz 

qaldığı, yaxud da ağacların öz-özünü bərpa etməyə qadir 

olmadığı  və ya quruduğu hallarda plantasiyanın kənarlarını 

fərqləndirmək mümkün olmur;  hətta plantasiyanın sərhədləri 

qonşu torpaq sahibləri və istifadəçiləri tərəfindən 

mübahisələndirilə bilər və belə situasiyalarda plantasiyanın 

hüdudları barədə danışıb razılığa gəlmək tələb olunur. Bu 

addımın nəticəsi mübahisə predmetindən kənar olan 

sərhədlərin işarə olunduğu xəritə  və ya aeroşəkil ola bilər 

(Şəkil 1). 



Addım 2a – Meşələrin tədqiq edilməsi, eləcə  də 

kateqoriyaların müəyyənləşdirilməsi və ayrılması 

Ikinci addım sahəyə  və meşə massivinə adaptasiya olun-

muş transformasiya tədbirlərinin planlaşdırılması  məqsədilə 

ərazinin kateqoriyalara bölünməsidir.  Şəkildə 1a/b-də verilən 

diaqramda sadalanan kateqoriyalar görüləcək tədbirlərə dair 

qərar verərkən vacib amilləri  əks etdirir. Bu amillərə misal 

olaraq sıxlığı  və  ağac örtüyünün yayılmasını göstərmək olar. 

Prosesin bu mərhələsində təbii regenerasiyanın mövcudluğu və 

ya təbii regenerasiya potensialı  nəzərə alına bilər, lakin daha 

məntiqi nöqtə kimi 4-cü addımda nəzərə alınmışdır. 




34 

 

Prosesin bu mərhələsində təbii regenerasiyanın mövcudlu-



ğu və ya təbii regenerasiya potensialı  nəzərə alına bilər, lakin 

daha məntiqi nöqtə kimi 4-cü addımda nəzərə alınmışdır. 



Şəkil 1a – Kənar sərhədləri və meşə örtüyünü göstərən 

havadan çəkilmiş şəkil. Ağsu pilot sahəsi, Azərbaycan

 

Şəkil 1b – Kənar sərhədləri və meşə örtüyünü göstərən havadan 



çəkilmiş şəkil. Yevlax pilot sahəsi, Azərbaycan 


35 

 

Addım 2b – Sahə dəyərləndirilməsinin həyata keçirilməsi 

Sahənin qiymətləndirilməsi burada ayrıca bir addım kimi 

göstərilsə də bu çalışma eyni zamanda  kateqoriyaların müəy-

yən olunması  və hüdudlarının cızılmasından  əvvəlki addım 

kimi həyata keçirilə bilər. Sahə qiymətləndirilməsinə torpaq-

ların xəritəyə salınması daxildir. Belə ki, seçilmiş cinslərdən 

hansıların və hansı proporsiyalarda meşə massivinin müxtəlif 

hissələrində  əkilə biləcəyinə dair qərar verilməsi üçün torpaq 

xəritəsi vacibdir.  Mühafizə  tələblərinin qiymətləndirilməsi – 

xüsusilə cavan ağacların mal-qara tərəfindən yeyilməsini  ən-

gəlləmək üçün hasar ucaldılması  zəruriliyi – bu mərhələdə 

həyata keçirilə bilər. Mühafizə  tədbirləri üçün ehtiyac qonşu 

icmaların meşə massivinə göstərə biləcəyi təzyiqlərlə müəyyən 

oluna bilər, bu mənada qonşu icmaların meşə massivinə, habelə 

onun indi təmin etdiyi və gələcəkdə göstərə biləcəyi xidmət və 

məhsullara marağı aşkar edilərək nəzərə alınmalıdır.  

Bu addımın ayrıca və  fərqli bir hissəsi sahədəki iqlimin 

ehtimal olunan dəyişikliklərini qiymətləndirməkdir. Bunun 

üçün planlaşdırma komandaları modelləşdirmənin nəticələrinə, 

məsələn ölkələrin 

İqlim Dəyişikliyi üzrə 

Çərçivə 

Konvensiyasına təqdim etdiyi milli hesabatlarda göstərilən 

məlumatlara istinad edə bilər. Cənubi Qafqazda indiyə  qədər 

həyata keçirilmiş iqlim modelləşdirilməsinin məkana görə həlli 

aşağı  səviyyədədir, yəni ayrı-ayrı sahələr üçün dəqiq 

proqnozlar verilməsi qeyri-mümkündür. 



Addım 3 – Potensial meşə tərkibinin müəyyən edilməsi 

Sahə qiymətləndirilməsindən sonra növbəti addım sahədə 

iqlimdə ehtimal olunan dəyişiklikləri nəzərə almaqla təbii 

meşənin potensial tərkibini müəyyən etməkdir. Əgər biz yalnız 

bügünkü günün şərtləri altında təbii bitki örtüyünü 

formalaşdıracaq cinsləri nəzərə alırıqsa, bu halda bizə  Cənubi 

Qafqazda 500 və 1000 metr  yüksəklik arasındakı zonalarda 



36 

 

palıd (Quercus iberica) meşələrinin dominant təbii meşələr 



olması, həmçinin 1000 və 1500 metr yüksəklik arasında fıstıq  

(Fagus orientalis) meşələrinin aydın fərqlənən ayrıca bir zona 

formalaşdırması faktı istiqamət verəcəkdir. Lakin, son 

onilliklər boyunca  temperaturda proqnoz olunan dəyişikliklər 

bügünkü günün şəraitlərinə adaptasiya olmuş meşə 

ekosistemlərinin fəaliyyətinə kifayət qədər böyük  təsir 

göstərir. Buna görə  də pilot sahələr üçün proqnoz olunan 

şərtlərə oxşar olan şəraitlərə adaptasiya olmuş cins qarışıqları 

daxil olmaqla cinslərin yayıldığı  ərazidə  ən yüksək 

temperaturlarda belə yaxşı böyüyəcək mənşələrin istifadəsinə 

xüsusi diqqət yetirilməlidir. 

Addım 4 – Transformasiya strategiyası haqqında qərar 

verilməsi 

Bu addımda meşə massivinin hər bir hissəsi üçün  gələcək 

ağacların təbii regenerasiyadan istifadə etməklə, yaxud da 

şitillərin  əkilməsi və ya toxum səpini, ya da bu metodların 

kombinasiyasından istifadə etməklə salınması, eləcə də gələcək 

ağaclar üçün kifayət qədər işıq təmin etmək məqsədilə mövcud 

ağacların örtüyünü açmaq lazım olub-olmaması baxımından 

transformasiya strategiyası hazırlanır. Ümumi qayda olaraq 

mövcud ağacların yıxılmasına yalnız gələcək ağacların 

qənaətbəxş  şəkildə salınmasını  təmin etmək üçün zərurət 

yarandıqda getmək olar. Planlaşdırma komandası eyni 

zamanda meşə sahəsinin ayrı-ayrı hissələrində  hər hansı 

tədbirlərin icra edilməməsi, bunun əvəzində isə onlara açıq 

sahədə təbii olaraq gələcək meşə kimi (məsələn istirahət ərazisi 

kimi) inkişaf etməyə imkan yaratmalıdır. 

 

 



Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə