21
istifadəni artırmaq (Spitlhouz və Styuart 2003 istinad Veaton
2001); meşə yanöınlarının yayılmasına nəzarəti idarə edən
yığım, regenerasiya və meşələrə qulluq fəaliyyətlərindən
istifadə etməklə “yanğına qarşı ağıllı” landşaftların hazır-
lanması (Spitlhouz və Styuart 2003 istinad Hirsch və Kafka
2001 və İqlim dəyişikliklərinin təsirləri və Adaptasiya
Direktivi 2002); yüksək iqtisadi və ya sosial dəyərə malik
ərazilərin mühafizəsini diqqət mərkəzində saxlamaq, paralel
olaraq digər ərazilərdə yanğına öz gedişatı ilə getməyə imkan
yaratmaq (Spitlhouz və Styuart 2003 istinad Stoks və d. 1998
və Parker və d. 2000).
4.2.3
Ziyanvericilərin və xəstəliklərin qarşısının
alınması və nəzarət olunması təcrübələrinin qəbul olunması
Həşərat və xəstəliklərin qarşısının alınması və nəzarət
strategiyalarının adaptasiyasına daxildir: meşələrin salamlığını
və hücumlara məruz riskini azaltmaq məqsədilə qismən kəsim
və seyrəltmə işləri (Spitlhouse və Styuart 2003 istinad Vargo
və Harrington 1991 və Qottsşalk 1995); yoluxmuş ağacları
kənarlaşdıran sanitariya məqsədli kəsimlər vasitəsilə xəstəlik
səbəbindən törəyən itkiləri azaltmaq; meşələrin həşərat və
xəstəliklərin zərərlərinə həssaslıq dövrünü azaltmaq üçün növ-
bələşmə dövrünü qısaltmaq (Spitlhouse və Styuart 2003 istinad
Gotşhalk 1995) və daha münasib cinslərə keçid prosesini
asanlaşdırmaq (Spitlhouse və Styuart 2003 istinad Lindner və
d. 2000); zərərli həşəratlara qarşı mübarizə fəaliyyətlərinin
səmərəsiz və ya uyğunsuz olduğu vəziyyətlərdə meşələrə
aqrotexniki qulluq vasitəsi kimi həşərat öldürənlərdən və
funqisidlərdən (göbələklərə qarşı) istifadə edilməsi (Spitlhouz
və Styuart 2003 istinad Parker və d. 2000); fitosenozların idarə
olunma üsulları vasitəsilə dəyişən iqlimdə rəqabətə daha
dözümlü olan arzuolunmaz bitki cinslərinə nəzarət edilməsi
(Spitlhouz və Styuart 2003 istinad Parker və d. 2000).
22
4.2.4
Seyrələn və kəsilmiş meşə massivlərinin idarə
olunması üçün aqrotexniki tədbirlərin qəbul olunması
Aqrotexniki qulluq təcrübələrinin adaptasiyasına daxildir:
qalan ağaclara işıq, su və qida ehtiyatını artırmaq məqsədilə
solğun, zədələnmiş və ya pis keyfiyyətli ağacların selektiv
formada çıxarılması (Spitlhouz və Styuart 2003 istinad Smith
və d.1997 və Papadopol 2000); ağac sıxlığını, cinslərin
tərkibini, meşə strukturunu (məsələn, torpaqaltı əkin, bölgəyə
doğma cinslərin əkilməsi) idarə etməklə gələcək fəsadlara
həssaslığın azaldılması, eləcə də idarəetmə fəaliyyətlərinin yeri
və vaxtının planlaşdırılması (Spitlhouz və Styuart 2003 istinad
Dale və d.2001); daha yaxşı adaptasiya olunan meşə növlərinin
salınması üçün əkindən sonra kəsmə yaşının azaldılması
(Spitlhouz və Styuart 2003 istinad Lindner və d 2000 və Parker
və d.2000).
4.2.5
Adaptiv idarəetmənin tətbiqi
Meşə idarəçiləri gələcək iqlim haqqında müəmmalar fo-
nunda ağacların və meşə formasiyalarının iqlim dəyişikliyinə
reaksiyasını planlaşdırmaq zərurəti ilə üz-üzədirlər. Adaptiv
idarəetmə meşə ekosistemlərinin işlədiyi yollar, həmçinin meşə
ekosistemləri ilə münasibətlərdə geniş yayılmış qeyri-müəy-
yənliklər haqqında aydın və dəqiq biliklərin yetərsizliyini qəbul
edir (Robledo və Forno, 2005 istinad Borrini-Feyerabend,
2000). İdarəetmə siyasətlərinin və təcrübələrinin davamlı ola-
raq təkmilləşdirilməsi və onların nəticələrindən dərs çıxa-
rılması formal bir prosesdir (Robledo və Forno, 2005 istinad
Taylor və d.,1997). Adaptiv idarəetmənin əsas xüsusiyyətlərinə
daxildir (Robledo və Forno, 2005 istinad Sit və Taylor, 1998):
əlahiddə idarəetmə məsələsi üçün hansı siyasət və ya
təcrübənin ən yaxşı olmasına dair qeyri-əminliyin qəbul
edilməsi;
23
tətbiq olunacaq siyasətlərin və ya təcrübələrin diqqətlə
seçilməsi;
Xüsusi vacib bilikləri əldə etmək üçün tədbirlər
planının ehtiyatla icra edilməsi;
əsas cavab indikatorlarının monitorinqi;
ilkin məqsədlər baxımından nəticələrin təhlili;
Nəticələrin gələcək qərarlarda nəzərə alınması.
Elmi araşdırmaların nəticələrinin tətbiqə yararlı olması və
yerli sahələrdə istifadə olunması uzun illər alır, buna görə də
adaptiv idarəetmə konsepsiyası belə bir yanaşmanı irəli sürür
ki, meşə idarəçiləri dərhal istifadə edilməsi üçün öz gündəlik
işlərində tətbiqi tədqiqatlar və eksperimentlər aparaq onların
təsbitlərini inteqrasiyalı şəkildə tətbiq etməlidir (Robledo və
Forno, 2005 istinad Nyuberg, 1999). Belə fəaliyyətlərə iqlim
dəyişikliklərinin təsirlərinin yerli səviyyədə
qiymətləndirilməsi, meşə ekosistemlərinin həssas cəhətlərinin
öyrənilməsi daxildir və bunların nəticələri isə adaptiv
idarəetmə siklinin ilkin mərhələlərini, yəni problemin
dəyərləndirilməsi və icra tədbirlərinin layihələndirilməsini
zəruri informasiya ilə qidalandırmalıdır. Adaptiv meşə
idarəçiliyinin zəruri elementi budur ki, öyrənərək əldə olunan
bilik layihə/iş siklinə təkrar inteqrasiya olunur və nəticə
etibarilə meşə idarəçiliyi yanaşmasının nizamlanması və
təkmilləşdirilməsi mümkün olur (Robledo və Forno, 2005).
Haşiyə 1 – İqlim dəyişikliyi fonunda meşələrin uzun-
müddətli dayanıqlığını saxlamaq və gücləndirmək üçün
ekoloji prinsiplər (Thompson və d. 2009)
1. Əkin üçün yalnız müəyyən genetiplərdən (klonlardan)
asılı olmamaqla sahə, böyümə tempi, yaxud da forma və ya
Dostları ilə paylaş: |