Bu töVSİYƏLƏr haqqinda



Yüklə 268,24 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix26.10.2017
ölçüsü268,24 Kb.
#6815
1   ...   4   5   6   7   8   9   10   11   12

37 

 

Şəkil 2a – Transformasiya strategiyalarının xəritəsi. Yevlax 



pilot sahəsi, Azərbaycan 

Şəkil 2b – Transformasiya strategiyalarının xəritəsi. Ağsu pilot 

sahəsi, Azərbaycan 

 



38 

 

Addım 5 – Mühafizə metodu, sahənin hazırlanması və 



səpin/əkin metodları üzrə qərar veriməsi 

Gələcək ağacların  əkilməsi üçün istifadə olunacaq xüsusi 

texnikalara dair bu addımda qərar verilir. Bu tədbirlərə  təbii 

regenerasiyanın dəstəklənməsi üçün sahənin hazırlanması, 

eləcə  də  səpin və  əkin üçün su və qidalandırıcılar uğrunda 

gələcək ağaclarla rəqabət aparacaq otlardan, kollardan və digər 

bitkilərdən təmizlənmiş sahələrin təmin edilməsi daxildir. 

ÜTMF-nin dərc etdiyi Meşələrin Bərpası üzrə  Təlimatlar 

(Meşələrin Bərpası üzrə  Təlimatlar, 2011) sahə hazırlıq 

metodlarının seçilməsi haqqında ətraflı məsləhətlər təmin edir. 

Mühafizə metodlarına  dair    qərarlar,  əgər addım 2(b)-də artıq 

verilməyibsə, bu mərhələdə  qəbul olunur; Meşələrin Bərpası 

üzrə Təlimatlar hasarlama üçün ətraflı tövsiyələr təqdim edir. 

Müxtəlif metodların xərcləri  əhəmiyyətli dərəcədə 

fərqlənə bilər. ÜTMF-nin FTSC layihəsi çərçivəsində gördüyü 

əkin işləri çox bahalı olmuşdur, xüsusilə  də Gürcüstanda 

şitillərin baha qiyməti səbəbindən bu xərclər yüksək olmuşdur. 

Sahə  şərtləri  əlverişlidirsə  və yetərli  həcmdə  şitil (və ya 

toxum)  hasil edəcək münasib ağaclar varsa, təbii regenerasiya 

ucuz metoddur. Ev təsərrüfatı heyvanlarından və otyeyən vəhşi 

heyvanlardan mühafizə məqsədilə hasarların ucaldılması cavan 

ağacların tutduğu sahənin perimetrinin geniş olduğu zaman 

baha başa gəlir. Belə hallarda meşələrdən otlaq və digər 

məqsədlər üçün istifadə etməyə adət etmiş qonşu icmalarla 

işləmək və onları meşələrə  məsuliyyətlə yanaşmağa çağırmaq 

daha xərc-səmərəli metod sayılır. 



Addım 6 – Gözlənilən aqrotexniki və qulluq tələb-

lərinin göstərilməsi 

Transformasiya tədbirlərini icra etməzdən qabaq sonuncu 

addım gələcək ağacların uğurla əkilməsinə və inkişafını təmin 

etmək üçün zəruri olacaq qulluq və baxım işlərinin dəqiq 




39 

 

göstərilməsidir.  İşlərin planlaşdırılması, müvafiq büdcənin 



tərtib olunması  və  fəaliyyətlərin təşkil edilməsi üçün hansı 

tədbirlərin zəruri olacağını bilmək vacibdir. Tədbirlərə rəqabət 

aparan bitki örtüyünün çıxarılması, qurumuş  əkin  şitillərin 

dəyişdirilməsi və  əkilmiş tinglərlə  təbii regenerasiyanın 

dəstəklənməsi daxildir. Uzun müddət davam edən və  əkilmiş 

ağacların yüksək templə ölməsinə səbəb ola biləcək isti, quraq 

havalarda  şitil və tinglərin sulanması üçün fövqəladə hallarda 

fəaliyyət planları hazırlanmalıdır (sulama ağacların salınmasına 

əhəmiyyətlü ölçüdə xərclər əlavə edir və yalnız istisna hallarda 

tətbiq olunmalıdır). 

 

Şəkil 3 - Yevlax layihə ərazisi 

 



40 

 

5.2



 

Meşə transformasiya planı 

Planlaşdırma prosesinin yekun məhsulu meşə 

transformasiya planıdır və bu plan hər bir planlama fazasında 

toplanmış məlumatları bir yerə yığır və bu planları icra etmək 

üçün transformasiya tədbirlərini və resursları qrafik şəklində 

göstərir. FTSC layihəsi çərçivəsində hazırlanmış planların 

məzmunu Haşiyə 3-də təqdim olunur. 

 

 

Planlaşdırılan Fəaliyyət Modeli üçün Texniki Bəyannamə  

(Müştərinin təşkilatlanması;  Planlaşdırılan sahə, Cəlb olunmuş 

ekspertləri sayı, Tapşırığın müddəti, digər qurumlarla əlaqə və 

s.) 


Müəlliflər və töhfə verənlər 

İxtisarlar 

Mündəricat  

XÜLASƏ  

GİRİŞ 

BÖLMƏ I. ÜMUMİ HİSSƏ 

FƏSİL 1. MƏQSƏDLƏR VƏ METODOLOGİYA 

1.1. Məqsədlər 

1.2. Metodologiya 

FƏSİL 2. BAZA MƏLUMATLARI 

2.1. Coğrafi yerləşmə və vəziyyət 

2.2. Mövcud Planlaşdırma sənədləri (10-illik meşəçilik 

planları və s.) 

2.3. Son 5-10 ildə görülmüş aqrotexniki tədbirlər 



41 

 

FƏSİL 3. TƏBİİ ŞƏRAİTİN TƏSVİRİ 



3.1. Mövcud meşə massivlərinin təsviri  (Yüksəklik, yaş 

sinfi, sıxlıq, örtük vəziyyəti, meşə növü, cins tərkibi, bitki 

aləmi, meşə  təbəqəsi, geniş yayılmış ekzotik cinslər, kökü 

qurumuş ağaclar, təbii regenerasiya və s.) 

3.2. Cari torpaq istifadəsi (o cümlədən otlama) 

3.3.  İqlim (İqlimin xülasəsi və  təsnifat, Temperatur, 

yağıntılar, rütubət, külək vəziyyəti) 

3.4. Biomüxtəliflik (Nəsli kəsilməkdə olan bitki və heyvan 

cinsləri) 

3.5. Torpaq  (ana material, torpağın fiziki xüsusiyyətləri, 

çürümüş mühafizə qatı, kültorpaqlı, pH/turşuluq dəyəri, 

süxur profili, torpağın mexaniki tərkibi və strukturu, 

süxurların təsnifatı) 

3.6. Otlar (o cümlədən torf yardan otlar) 

3.7. Meşə ziyanvericiləri və xəstəlikləri 

3.8. Su və drenaj 

3.9. İnfrastruktur (yollar) və istirahət imkanları 

3.10. Yerli icmalar 

FƏSLİ 4. TƏBİƏTƏ YAXIN MEŞƏ  ŞƏRAİTİNİN 

TƏSVİRİ 

4.1. Model Təbii Meşə növü (Pilot sahə üçün Təbii-Coğrafi 



Meşə Örtüyü zonası və vertikal zona)  

4.2. Pilot sahə üçün ağac və kol cinslərinin 

uyğunlaşdırılması 

BÖLMƏ II. XÜSUSİ  HİSSƏ 

FƏSİL 5. ___il üçün MEŞƏ TRANSFORMASİYA TƏD-


Yüklə 268,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə