Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   35   36   37   38   39   40   41   42   43

  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
185
etdi. Duadan sonra da səcdəyə qapandı. Nə qədər səcdə də 
qaldı bilmirəm, ancaq dəqiqələrlə elə dayandı. Bir vaxt mən 
artıq təlaşlanmağa başladım və Allah Rəsulunun başına bir 
iş gəldiyini düşündüm. Yavaş-yavaş yanına yaxınlaşdım 
və başımı onun mübarək başına doğru yaxınlaşdırdım. 
Yanında kiminsə olduğunu hiss edib başını qaldırdı: 
“Nə 
xəbər var, nəsə oldumu, ey Abdurrahman?”-dedi. Mən: 
“Xeyr, ya Rasulullah! Səcdəniz o qədər uzun oldu ki, sizə 
görə narahat oldum.” - dedim. Peyğəmbərimiz təbəssüm 
etdi və: 
“Ey Abdurrahman! Ümmətim üçün Rəbbimə 
niyaz edirdim. Sonra Cəbrayıl gəldi və dedi ki: “Ey 
Allahın Rəsulu! Onlara müjdələ, ümmətindən kim sənə 
salavat göndərərsə, o, Allahın rəhmət və məğfirətinə 
nail olar.” Mən də bu gözəl müjdə üçün şükür səcdəsi 
edirdim.”-dedi.”
195
 
Abdurrahman bin Avf  
 bu müjdəni eşidib sevi nir
qaça-qaça Mədinəyə gələrək bu gözəl müjdəni səhabələrə 
bildirir. Peyğəmbərimizin orada da sevindiyi şey yenə 
ümməti olmuşdu. 
• Peyğəmbərimizin Vida Həcci və Həcdəki
yalvarışları
Peyğəmbərimiz hicrətin 10-cu ili zilqədə ayının 26-
bağçaya Ömər bin Əbdüləziz dövründə hadisənin əhəmiyyətinə görə 
bir məscid inşa edilmişdir. Səcdə Məscidi deyə bilinən bu məscid, 
yerləşdiyi küçəyə görə Əbu Zər Məscidi deyə də bilinir. 
195.
 Əhməd bin Hənbəl, Müsnəd, 1/191


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
186

196
 şənbə günü səhər minlərlə səhabə ilə birlikdə son və 
tək Həcc ziyarəti etmək üçün Mədinədən Məkkəyə doğru 
səfərə çıxdı.
197
 Peyğəmbərimiz səfərə çıxdığı andan etibarən 
baxışlarını dünyadan axirətə çevirmişdi. O, nə deyəcəksə, 
sözlərinin əvvəlinə, ya da axırına: “Artıq bu ildən sonra 
yəqin ki, bir daha görüşə bilmərik.” - deyə əlavə edirdi.
198
Peyğəmbərimiz 
 Təvriyə günü gecə Minada qalmış, 
ertəsi gün səhər tezdən on minlərlə birlikdə Ərəfata doğru 
hərəkət etmişdi. Peyğəmbərimiz hələ Ərəfata çatmadan 
səhabə Onun üçün bu gün Nəmirə Məscidi deyə bilinən 
yerdə çadır qurmuşdu. 
Allah Rəsulu 
 böyük bir çoşqu və həyəcanla Ərəfata 
çatdı. Bir az istirahət etdikdən sonra dua və istiğfara başladı. 
Bundan sonra olanları İbn Abbas nəql edir: “Günorta vaxtı 
olduqda Peyğəmbərimiz günorta və ikindi namazlarını bir-
ləşdirdi və qısaldaraq qıldırdı. Sonra səcdəyə qapandı. Də-
qiqələrlə davam edən bir səcdə etdi. Səcdəsi o qədər uzun 
oldu ki, mən bir az narahat oldum. Başımı mübarək başına 
doğru yaxınlaşdırdım. Gördüm ki, ağlayır və nə isə deyir-
di. Bir az da diqqətlə qulaq asdım, belə deyirdi: “Ümməti... 
Ümməti...” Sonra qalxdı, ancaq üzündə bir hüzn vardı. Biz 
o hüznə əlavə kədər qatmamaq üçün heç nə soruşmadıq. 
Vəqfəyə durdu, dua edərək yalvardı. Yenə də   
 !يِت
َّمُأ  !يِتَّمُأ "Ümməti... Ümməti...” sözləri dilindən düş-
196.
 Bu tarix miladi təqvimlə 22 fevral 632-ci ildir.
197.
 İbn Hişam, Sirə, c.4, s.601; Vaqidi, əl-Məğazi, c.3, s.1089
198.
 Əhməd bin Hənbəl, Müsnəd, 3/367; Tirmizi, 234


  peyğəmbərimizi 
 ümmətini necə Sevdi?  
187
mürdü. Axşam vaxtı olduqda, namaz qılmadan Müz-
dəlifəyə doğru gediləcəkdi. Həmin anda Pey ğəm bə ri-
miz 
 Ərə fat da son duasını etdi. Dua yenə eyni idi: 
“Ümməti... Ümməti...” Bizdən bir nəfər soruşdu: “Ya 
Rasulullah! Səhərdən bəri ümmətin üçün yalvardın. Bəs 
Rəbbin bu dualarına cavab verdimi?” Peyğəmbərimiz dedi 
ki: 
“Rəbbim buyurdu ki: Şübhəsiz ki, Mən zalımdan 
başqasını bağışladım. Ancaq zalımdan məzlumun 
haqqını alaram.”
199
  Bu, böyük bir müjdə idi. Əslində 
Rəbbimizin verdiyi müjdə “qul haqqı və şirkdən başqa 
bütün günahların bağışlanacağı” müjdəsi idi. Ancaq 
Peyğəmbərimiz 
 hələ də hüznlü idi.” İbn Abbas 
rəvayətinə davam edir: “Ərəfatdan çıxırdıq ki, Allah Rəsulu : 
“Ey Rəbbim, istəsən, cənnətdə məzluma mükafat verər, 
zalımı da bağışlayarsan.” - buyurdu.”
Burada Peyğəmbərimizin zalım üçün bağışlanma di-
lə məsi necə başa düşülməlidir? Əlbəttə, buradakı bağış-
lanmanı bu mövzuda bildirilən ayə və hədislərə görə tam 
mənada başa düşə bilərik. Ancaq burada qısa da olsa 
bildirmək lazımdır ki, məsələnin əsası belədir: Əslində 
Peyğəmbərimizin burada zalıma istədiyi bağışlanma, za-
lımın zülmündən əl çəkib, rəhmətə nail olması üçün dür.
İbn Abbasın rəvayətinə görə Peyğəmbərimizin 
 
bu son duasına Ərəfatda cavab gəlmədi. Ancaq Peyğəm-
bərimiz bu duaya Müzdəlifədə də davam etdi, səhər vaxtı 
199.
 Əhməd bin Hənbəl, Müsnəd, 4/14; İbn Macə, 1002


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
188
Müzdəlifədə eyni duanı təkrar etdi.
200
  
Bundan sonra olanları Hafsa 
 anamız nəql edir: 
“Peyğəmbərimiz Müzdəlifədə duasını bitirdikdən son-
ra üzün də bir neçə gündür görmədiyimiz sevinc və tə-
bəssüm yarandı. Hamımız onun bu halını gördük. Hz. 
Əbu Bəkr və atam Hz. Ömər də bunu hiss etmişdilər. 
Hz. Əbu Bəkr Peyğəmbərimizə dedi ki: “Atam, anam sənə 
fəda olsun, ya Rasulullah! Sizi heç belə görməmişdik. Sizi 
belə güldürən və sevindirən nədir?”
201
 Peyğəmbərimiz 
təbəssüm edərək: 
“İstədiyimi aldım, ey Əbu Bəkr! 
Ümmətimin bağışlanması üçün Rəbbimə yalvarırdım. 
Ərəfatda Rəbbim zalımlardan başqalarını bağışladığını 
bildirmişdi. Mən dua etməyə davam etdim, zalımlar 
üçün də bağışlanma yolunu açacağını bildirdi. Bu 
müjdə gəldikdə İblis yerdən bir ovuc torpaq götürdü, 
başına səpməyə başladı və burdan qaçdı. Gedərkən 
“Vay mənim halıma, həlak oldum, həlak oldum!” ­ deyə 
fəryad etdiyini eşitdim. İblisin bu halını görüb sevindim 
və gülməyə başladım.” - dedi.”
202
 
Peyğəmbərimizin Vida Həccindəki bu yalvarışları üm-
mətinə olan sevgisinin hansı səviyyədə olduğunu bizə gös-
tərən mühüm işarələrdəndir. 
200.
 Əhməd bin Hənbəl, Müsnəd, 4/14; İbn Macə, 1002
201.
 Əhməd bin Hənbəl, Müsnəd, 4/15; İbn Macə, 1002
202.
 Əhməd bin Hənbəl, Müsnəd, 4/14; İbn Macə, 1002; İbn Kəsir, 
əl-Bidayə, c.5, s.176


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə