Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
161
artıq gec idi.
168
 Dediyi bir söz səbəbilə Peyğəmbərimizin 
çox sevdiyi bir insana belə reaksiya verməsi, ancaq Onun nə 
qədər böyük bir müvazinət sahibi olduğunu gös tərir. 
Peyğəmbərimiz 
 bu məsələnin əhəmiyyətinə görə 
sonradan insanları Kəbənin qarşısına topladı, hündür 
bir yerə çıxaraq dedi ki: 
“Ey insanlar! Sizdən əvvəlki 
millətlərin həlak olma səbəblərindən biri də bu idi. 
Aralarından zəif və kimsəsiz olanlar bəzi günahlar 
işlədikdə onlara cəzalar verilirdi. Ancaq aralarında 
nüfuzlu, əsil­nəcabətli, vəzifə sahibi olanlar günah 
işlədikləri zaman onlara cəza verilməzdi. Ancaq mən 
Allaha and içirəm ki, oğurluq edən qızım Fatimə də 
olsa, ona həd cəzası tətbiq etməkdə bir an belə tərəddüd 
etməyəcəyəm.”
169
  Bundan sonra insanlar məsələnin nə 
qədər əhəmiyyət daşıdığını daha yaxşı başa düşdülər.
Məhz sevgidə orta yolu tutmaq budur. Sevgidə mərkəzə 
ədaləti yerləşdirmək belə bir şeydir.
İndi isə gələk hədisin ikinci cümləsinə... İkinci cümlə 
necə idi? 
“Düşməninə də ölçülü bir şəkildə nifrət et. 
Çünki bir gün dostun ola bilər.” 
Hədisin bu cümləsinin Peyğəmbərimizin həyatında 
necə əks olunduğuna dair də onlarla misal verilə bilər. 
Məsələn, Peyğəmbərimizin 
 əmisi Həmzəni Uhud 
168.
 Buxari, Ənbiya, 54; Məğazi, 53; Müslim, Hudud, 11, 12;İbn 
Macə, Hudud, 6; M. Asım Köksal, Hz. Muhamməd və İslamiyyət, c.6, 
s. 864 
169.
 Buxari, Fədaili Əshabun-Nəbi, 23


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
162
meydanında şəhid edən Vəhşiyə qarşı düşmən münasibətdə 
olmaması, onun hidayəti üçün bir neçə məktub göndərməsi 
bu hədisin bir təfsiri deyilmi?
170
 
Həmçinin ona Məkkədə ən çox düşmənçilik edənlər 
həmin dövr üçün Hz. Ömər və dayısı Amr bin Hişam, yəni 
Əbu Cəhl olmasına baxmayaraq, onların hidayətə gəlməsinə 
dua etməsi, düşmənçilikdə orta yolu tutmaq baxımından 
veriləcək bir nümunə deyilmi?
171
Bir çox hadisə qeyd edilə bilər bu mövzuda. Ancaq biz 
bir rəvayətlə bu məsələni başa düşməyə çalışacağıq.
Nübuvvətin 7-ci ilində Məkkə ucalan İslam dövlətinin 
qarşısını ala bilmədiyini görüb müsəlmanlara qarşı bir 
boykot qərarı alır. Bu qərar Kəbənin qapısına asılır ki, bütün 
Məkkə əhalisi bu qərarı tətbiq etsin. Həmin günlərdə ticarət 
məqsədi ilə Məkkədən uzaqda olan nüfuzlu tacirlərdən biri 
olan Əbul-Buxtir bin Hişam səfərdən qayıtdıqda Kəbədən 
asılan bu qərarı görür. İslam dövlətinə qarşı olmasına 
baxmayaraq, “bu qədər də olmaz” deyərək asılan qərarı alıb 
cırar və qərara qarşı olduğunu deyər. Bundan başqa bir neçə 
dəfə Şibi-Əbi Talibdə mühasirədə saxlanılan müsəlmanlara 
yemək göndərər. Allah Rəsulu 
 Əbul-Buxtirin bu vic-
danlı davranışını vəfa dəftərinə silinməz hərflərlə yazar. 
İman etməməsinə baxmayaraq, onun şirkinə düşmən ol-
sa da, insaniyyətinə düşmən olmaz. Aradan düz yeddi il 
170.
 İbn Hacər, əl-İsabə, c.3, s.2080
171.
 Əhməd bin Hənbəl, Müsnəd, 2/95; Tirmizi, 3681; Hakim, 
Müstədrək, 3/83


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
163
keçər və Bədirdə iman ordusu ilə inkar ordusu qarşı-qar-
şıya gələr. Peyğəmbərimiz 
 bir də eşidər ki, Əbul-Bux-
tir də müsəlmanlarla döyüşmək üçün hərb meydanına 
gəlmişdir. Ancaq vəfanın sultanı sultanlara yaraşan bir 
tərzdə qarşısındakı səhabəsinə belə deyər: َة
َرِت ْخُبْلا اَبَأ ْمُكْنِم َيِقَل ْنَم 
!ُهوُلُتْقَي  َلاَف “Mən ləkiyə minkum Əbul-Buxtira fə lə yəqtuluh 
(Hər kim döyüş meydanında Əbul-Buxtir ilə qarşılaşarsa, 
əsla onu öldürməsin).” 
Döyüş meydanında Əbul-Buxtirə belə bir toxunulmazlı-
ğın nə üçün verildiyini bilməyən bəzi səhabələr təəccüblə: 
“Ya Rasulullah! Bu şəxsin hansı xüsusiyyəti var ki, döyüşdə 
belə bir xüsusi imtiyaza layiq görülür?” - deyə soruşurlar.
Allah Rəsulu deyir ki: ةَف
ْي ِح َّصلا ُمْوَي َلَعَف اَمِب ُهَل ًءاَفَو  “Vəfaən 
ləhu bimə fəalə yəvmus­sahifə (Sahifə günü (Şibi Əbi­
Talib boykotunda) bizə etdiyi yaxşılığa qarşı bu vəfanı 
haqq edir.” 
Bədir döyüşü başlayır, iman ilə inkarın ilk qarşı-
laşmasında şəhidlər verilir, düşmən tərəfdən bir çox insan 
öldürülür. Belə bir vaxtda ənsarın igidlərindən Mücəzzir 
bin Ziyad Əbul-Buxtirin qarşısına çıxır. Mücəzzir Allah 
Rəsulunun 
 onun haqqındakı xəbərdarlığını xatırlayır 
və dərhal Əbul-Buxtiri sərbəst buraxıb, başqa bir düşmənlə 
döyüşməyə başlayır. Bu hadisə bir neçə dəfə təkrar olunur. 
Əbul-Buxtir təəccüb edir və qarşısındakı İslam əsgərindən 
soruşur: 
“Ey əsgər! Nə üçün mənimlə döyüşmürsən? Məndən 
qorxursan, yoxsa məni bəyənmirsən?” Mücəzzir bin Ziyad 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
164
Əbul-Buxtirə deyir ki: “Nə səndən qorxuduğum üçün, nə 
də bəyənmədiyimə görə səndən qaçıram.” Əbul-Buxtir 
daha da təəccüb edir: “Bəs nə üçün mənimlə döyüşməkdən 
qaçırsan?” Mücəzzir Allah Rəsulundan 
 eşitdiyi cüm-
ləni eynilə təkrar edir:    ةَف
ْي ِح َّصلا ُمْوَي  َتْلَعَف اَمِب  َل ًءاَفَو “Vəfaən ləkə 
bimə fəaltə yəvmus-sahifə (Sahifə günü etdiyin yaxşılığa 
görə bir vəfa olaraq sənə qılınc qaldırmayacağam.”
Təəssüf ki, Əbul-Buxtir Bədir günü ona göstərilən 
bu vəfaya qarşı vəfakar davranmaz, təkidlə Mücəzzir bin 
Ziyadla döyüşmək istəyər və nəhayət onun əli ilə orada 
öldürülür.
172
 
İnsanı heyrətə salan bu misal belə hədisin: 
“Düşməninə 
də ölçülü bir şəkildə nifrət et. Çünki bir gün dostun ola 
bilər.” cümləsinin necə başa düşülməsini aydın şəkildə 
göstərir. 
Sevgidə nisbət və dərəcə
Bu bölmədə diqqət etməli olduğumuz digər bir mə-
sələ də sevgidə nisbət və dərəcə amilidir. Bir halda ki, sev-
məyi, sevilməyi, sevdirməyi, yəni sevgiyə dair hər şeyi biz 
Peyğəmbərimizdən 
 öyrənirik, öyrənəcəyimiz bir 
xü sus da sevgidə nisbət və dərəcə mövzusudur. Sevgidə 
nis bət və dərəcə nə deməkdir? Bu, sevilən insana layiq ol-
duğu nisbətdə, haqq etdiyi miqdar və ölçüdə dəyər vermə 
məsələsidir. Layiq olduğundan artıq və ya əskik dəyər ver-
172.
 İbn Hişam, Sirə, c.2, s.281, 282; Təbəri, Tarix, c.2, s.282


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə