Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
157
və sadədir. Bu hədis ilə Peyğəmbərimiz: “Sevginizdə həddi 
aşmayın, ölçünü qaçırmayın. Düşmənliyinizdə də həddi 
aşmayın, ədalətsiz olmayın.” - deyə xəbərdarlıq edir. Bəs 
buradakı xəbərdarlıq Peyğəmbərimizin 
 yoldaşlarına, 
dostlarına qarşı göstərdiyi o dərin sevgi və sevda ilə zid-
diyyət təşkil etmirmi? Həm yoldaşlarını, dostlarını ölü-
münə bir sevda ilə sevəcək, yeri və zamanı gəldikdə onlar 
üçün əlindən gələni edəcək, hətta onlara görə ölümə 
belə gedəcək, sonra da yuxarıdakı hədisdə olduğu kimi 
“ölçülü davranın” - deyə xəbərdarlıq edəcəkdir. Burada 
bir ziddiyyət yoxdurmu? İlk baxışda bir ziddiyyət olduğu 
görünür. Ancaq deyilən sözün və o əməlin sahibi hər işində 
doğru və dəqiq olan aləmlərin sultanıdır. O halda Onun 
sözündə və əməlində ziddiyyət axtarmaq, Allah qoru sun, 
mömin insanın imanında ziddiyyətin olması deməkdir. 
Bəs bu hədisdə Peyğəmbərimizin bildirdiyi sevgidə və 
düşmənçilikdə orta yol məsələsini necə başa düşməliyik?
Peyğəmbərimizin 
 bu mübarək sözünə bir neçə 
fərqli prizmadan yanaşmaq olar. Ancaq bizim əsl mövzumuz 
sevgi olduğu üçün, biz məsələyə bu yöndən baxacağıq. 
Belə baxdığımızda bu hədisin bizə vermək istədiyi mesaj 
aşağıdakı kimi olur: “İnsanlara qarşı sevgin ölçülməyəcək 
qədər olsun. Ancaq sevginin mərkəzində ədalət olmalıdır. 
Əgər mərkəzə ədaləti qoymadan sevərsənsə, o sevgini zülmə 
çevirə bilərsən. Eynilə düşmənlik etdiyin insanlara qarşı da 
nifrətinin mərkəzində ədalət olmalıdır. Əgər onda da əda-
lət olmasa, haqlı olsan belə zülmə qapı aça bilərsən.”


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
158
Məhz hədisin bizə vermək istədiyi əsas mesaj budur. 
Gəlin bu mesajın həyatda necə tətbiq ediləcəyinə dair nü-
munəni mesajın sahibinin həyatından bəzi rəvayətlərlə dərk 
etməyə çalışaq. Peyğəmbərimizin 
 bu hədisi iki əsas 
cümləyə ayrıldığı kimi, biz də iki misalla bunu anlamağa 
çalışaq. 
Hədisin ilk cümləsi nə idi? “Dostunu sevərkən ölçülü 
sev. Çünki bir gün düşmənin ola bilər.” Burada “düşmənin 
ola bilər” ifadəsini həm həqiqi mənada, həm də “düşmən 
olduğun əməlləri işləyə bilər” şəklində başa düşə bilərik. 
Biz “düşmən olduğun əməlləri işləyə bilər” şəklində başa 
düşəcəyik və nümunəmizi də buna görə verəcəyik.
Peyğəmbərimiz 
 Üsamə bin Zeydi nəvələrindən 
seçməz, Həsən və Hüseyni necə sevərsə, onu da elə sevərdi. 
Əgər bir dizində Həsəni oturdurdardısa, digər dizinə də 
Üsaməni oturdar: 
“Allahım! Mən onları sevirəm. Nə 
olar, sən də onları və onları sevənləri sev!”
165
 - deyərdi. 
Bu na görə də Üsamə Hücreyi-Səadətin sakinlərindən sa-
yılırdı. Tez-tez Hücreyi-Səadətə gedib gəlirdi. Uşaq ol-
duğu üçün bəzən üst-başı toz-torpaq içində, burnu axmış 
halda o evə girəndə Hz. Aişə anamız bir az narahat olurdu. 
Peyğəmbərimiz 
 Aişə anamızın narahat ol duğunu 
gö rüb tez durub mübarək əlləri ilə Üsamənin üst-başını 
təmizləyər, burnunu silər: 
“Əgər Üsamə qız olsaydı, 
onu bəzəyərdim, geyindirərdim, hətta onu özüm ərə 
165.
 Buxari, Fədaili Əshabin-Nəbi, 24


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
159
verərdim.” - deyərdi.
166
Bir gün Üsamənin ayağı qapının qarşısında bir daşa 
ilişmiş, yerə yıxılmışdı. Yerdəki daşlar da üz-gö 
zü 
nü 
qanatmışdı. Üz-gözü qanlar içində evə girdikdə Pey ğəm-
bərimiz 
 tez ayağa qalxmış və onun qanlar içindəki 
başını dəfələrlə öpmüş, əlləri ilə Üsamənin qanlarını, 
üzündəki toz-torpağı təmizləmişdi.
167
 Peyğəmbərimiz belə 
sevərdi Üsaməni... Onun Üsaməyə qarşı olan sevgisini 
də hər kəs bilirdi. Ancaq hər şeydə müvazinəti qoruyan 
və orta yol tutan Hz. Peyğəmbər sevgisində də belə idi. 
Sevdiklərinin səhv hərəkətlərini o sevginin xətrinə əsla 
qəbul etməz, sevmədiklərinin də doğru hərəkətlərini əsla 
sevməməsinin qurbanı etməzdi. O, sərraf dəqiqliyi ilə hər 
zaman müvazinəti əsas alırdı.
Belə bir sevgi ilə sevib, nəvələrindən ayırmadığı Üsamə 
bir gün Onun yanına bir xahişə gəlmişdi. Nə idi bu xahiş? 
Məkkə fəthi əsnasında Əbu Cəhl və Vəlid bin Muğirənin 
qəbiləsi olan Bəni Mahzumdan Fatimə adlı bir qadın oğur-
luq etmiş və bu qadına həd cəzası tətbiq edilməsinə qərar 
verilmişdi. Məkkənin ən nüfuzlu qəbilələrindən biri olan 
Bə ni Mahzum bu qadının cəzadan azad edilməsi üçün bə-
zi şəxslər vasitəsilə Peyğəmbərimizə söz göndərmək is-
təyirdilər. Dedilər ki: “Əgər Allah Rəsulunun 
 yanında 
sözü keçən, Onun xətrini çox istədiyi bir nəfəri xahiş 
üçün göndərsək, bəlkə qadını bağışlayar.” Bu fikri qəbul 
166.
 İbn Macə, 1976
167.
 Tirmizi, 3818


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
160
edən qəbilə üzvləri Onun yanına kimi göndərəcəklərini 
düşündülər. Nəhayət Üsamə bin Zeydi göndərmək qərarına 
gəldilər. Çünki onlar da yaxşı bilirdilər ki, Peyğəmbərimiz 
həqiqətən də Üsaməni çox sevir və onu nəvələrindən 
seçmir. Onlar dedilər ki: “Hər halda Allah Rəsulu Üsaməyə 
olan bu sevgisinin xətrinə onun sözünü yerə salmaz və 
qadını bağışlayar.” Bu düşüncələrlə qəbilə üzvlərindən bir 
neçə nəfər Üsamənin yanına getdilər. Nə üçün gəldiklərini 
və bu mövzuda onlara kömək etməsini xahiş etdilər. Üsamə 
də onların xahişini qəbul etdi. Üsamə Peyğəmbərimizin 
yanına getdi. Üsamə Allah Rəsulunun 
 yanına gələndə 
hər dəfə olduğu kimi yenə də böyük sevgi ilə qarşılandı. 
Peyğəmbərimiz onun gəlişinə o qədər sevindi ki, tez onu 
öz yanında oturtdu, əlini ovuclarının arasına aldı və: “Ey 
Üsamə! Nə yaxşı bu vaxtı bizi yad etmisən?” - deyə soruşdu. 
Üsamə: “Ya Rasulullah! Bəni Mahzumdan oğurluq edən o 
qadına həd cəzası verməyib onu bağışlamağı xahiş etmək 
üçün bura gəldim.” - dedi. Üsamənin bu sözləri bir anda 
evin atmosferini dəyişdi. Həmin ana qədər təbəssümdən 
mübarək üzündə güllər açan Peyğəmbərimizin 
 si-
masında hiddət yarandı. Peyğəmbərimiz çox qəzəbləndiyi 
zaman alnında bir damar şişərdi. Bu dəfə də belə oldu. 
Dərhal Üsamənin əllərini buraxdı, ayağa qalxdı və Üsaməyə 
dedi ki: 
“Ey Üsamə! Sən Allahın qoyduğu cəzalardan 
birinin tətbiq edilməməsi üçün vasitəçilik edirsən?” 
Peyğəmbərimiz bu sözü bir neçə dəfə təkrar etdi. Üsamə 
nə olduğunu və necə bir xəta etdiyini başa düşmüşdü, lakin 


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə