Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   2   3   4   5   6   7   8   9   ...   43


9
TƏQDİM
Allaha sonsuz həmd-səna,Rasulullaha salat, səhabələrə 
salam olsun.
Rasulullahı (s.ə.s) sevmək müsəlman olaraq boynumu-
zun borcu, imanımızın gərəyi, Rəbbimizin bizdən istədiyi 
çox vacib xüsuslardandır. Əlbəttə, onu layiqli şəkildə ən 
çox səhabələr sevdilər. Buna görə də bizlər səhabələrin 
peyğəmbər sevgisini yaxşıca öyrənməli və onların sevgisi-
ni özümüzə hədəf etməliyik. Bu məqsədlə də 2011-ci ildə 
“Əfəndimizi Səhabə Kimi Sevmək” kitabı qələmə alındı.
 Mövzusu və məzmunu baxımından əhəmiyyətli olduğu 
üçün bu kitab, Türkiyədə çox ciddi qarşılandı. Bir neçə il 
sonra Almancaya tərcümə olundu. Bildiyim qədəri ilə hal-
hazırda bir neçə fərqli dilə də tərcümə edilir.
 Cavidan  qardaşım, dostları ilə bizi ziyarətə gələndə kita-
bı Azərbaycan dilinə uyğunlaşdırmaq istədiklərini bildirdik-
də həyəcanlanmışdım. Çünki Azərbaycan bizim üçün çox 
əhəmiyyətli dəyərə sahibdir. Oradakı qardaşlarımıza həcm 
etibarilə kiçik kitab vasitəsi ilə də olsa faydamızın toxunma-
sı bizi sevindirəcəkdi. Beləliklə bu kitab Azərbaycan dilində 
sizlərə təqdim olunur.
 Sevgi məsələsi biz möminlər üçün çox vacib bir 
məsələdir. Bizlər Qurandan bu həqiqətləri öyrənirik:


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
10
“Allahı sevmək, imanın haqqıdır”.
1
“Rasulullahı sevmək, Allahın haqqıdır”.
2
“Səhabə və əhli-beyti sevmək,Rasulullahın haqqıdır”.
3
 “Bir-birimizi sevmək, İslamın haqqıdır”.
4
İnşallah oxuyacağınız bu kitabdaRasulullahın ne cə se-
1. “İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik 
qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki 
iman  gətirənlərin  Allaha  məhəbbəti  daha  qüvvətlidir”. 
Bəqərə, 2/165.
2. “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim 
ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı ba-
ğışlasın. Allah  bağışlayandır,  mərhəmətlidir!”. Ali-İmran, 
3/31.
3.  “Allah  iman  gətirib  yaxşı  əməllər  edən  bəndələrinə 
bununla  müjdə  verir.  (Ya  Peyğəmbər!)  De:  “Mən  sizdən 
bunun  (risaləti  təbliğ  etməyimin)  müqabilində  qohum-
luq  məhəbbətindən  (əhli-beytə  sevgidən)  başqa  bir  şey 
istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının sa-
vabının  (mükafatını)  artırarıq!”  Həqiqətən, Allah  bağışla-
yandır,  qədirbiləndir!  (Şükrün  və  itaətin,  gözəl  əməllərin 
əvəzini verəndir!)”.
 Şura, 42/23.
4.  “Ey  iman  gətirənlər!  Çox  zənnə-gümana  qapılmaqdan 
çəkinin.  Şübhəsiz  ki,  zənnin  bəzisi  (heç  bir  əsası  olma-
yan  zənn)  günahdır.  (Bir-birinizin  eybini,  sirrini)  arayıb 
axtarmayın,  bir-birinizin  qeybətini  qırmayın!  Sizdən  biri-
niz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə 
ikrah  hissi  oyadar  (qeybət  də  belədir). Allahdan  qorxun. 
Həqiqətən, Allah  tövbələri  qəbul  edəndir,  rəhmlidir!”.
  Hu-
curat, 49/12.


  Təqdim    
11
vilməli olduğunun səhabələrdən misallarını görəcəksiniz. 
Xüsusilə səhabələrin sevgisi bu xüsusda bizlərə rəhbər ola-
caq. Hz. Peyğəmbərin səhabəyə və xüsusilə ümmətinə olan 
sevgisi bizlərə daha əhəmiyyətli mesajlar verəcək.
 Rəbbimdən niyazım odur ki, bu kitabda yazılanlar ha-
mımızın həyatına öz gözəl təsirini göstərsin. Bizim həqiqi 
sevgiyə gedən yolumuzda xeyir vəsiləmiz olsun. “Həqiqətən 
sevən xilas olar”! prinsipinə bizləri məzhər etsin. Başda 
Azərbaycanın gözəl gəncləri olmaqla bütün xalqının həqiqi 
sevgini tapmasına səbəb olsun.
 Əməyi keçən bütün qardaşlarımı təbrik edir, hamısın-
dan Allah razı olsun deyirəm.
Cəhd etmək bizdən, müvəffəqiyyət isə Rəbbimizdəndir.
Muhamməd Emin Yıldırım
Siyər Fondu Qurucusu
18 Şaban 1437/25 May 2016
Əyyub Sultan/İstanbul



13
Ön söz
H
z. Peyğəmbərin 
 dəyərini yetərincə an-
layan hər bir müsəlman Onu sevmək üçün 
böyük əmək sərf edər və sevgi iddiasını 
təsdiqləyəcək əməlləri yerinə yetirməyin əziyyətinə qat-
lanar. Belə bir müsəlman üçün ən böyük ideal görmədən 
sevdiyi, aşiq olduğu və sevdası ilə alışıb yandığı peyğəmbə-
rini bir gün görmək və Ona şəxsən: “Ya Rasulullah! Səni çox 
sevirəm!” -deyə bilməkdir.
Bəs bu cümləni şəxsən Peyğəmbərimizə 
 desəy-
dik, bizə necə cavab verəcəyini heç düşünmüşükmü? Nə 
deyərdi?! Bu sözümüzü qulaqardı edib bizi dediyimizə 
peşman edərdi? Yoxsa... Yoxsa “Sevgində ciddisənsə, bəs 
hanı bunu isbat edəcək əməllərin?” - deyər, bizdən başqa 
şeylər istəyərdi? Ya da hər birimizin əsl eşitmək istədiyi 
cümləni bizə söyləyərək: “Mən də sizi çox sevirəm!”-
deyərdi?! 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
14
Bu mövzuda bir çox fərziyə irəli sürə bilərik. Ancaq bu 
fərziyələrin hamısı boş olacaq, heç biri bizim marağımıza 
cavab verməyəcək; bəlkə də dilimizə həddimizi aşan 
kəlmələr gətirəcəkdir. Çünki Peyğəmbərimizin 
 da-
nış madığı bir mövzuda danışmaq, Onun adından təxminlər 
irəli sürmək; Hz. Peyğəmbəri öz fərziyələrimizə görə da-
nışdırmaqdır. Belə bir şey Onu dinləmək deyil, Ona öz 
fikirlərimizi qəbul etdirməyə cəhd olardı. Dolayısı ilə, 
qarşılaşdığımız bütün suallarda və mübahisəli mövzularda 
əsas diqqət yetirməli olduğumuz mə qam Peyğəmbərimizin 
həmin məsələlərə aid bizə bir söz söy ləyib söyləmədiyi və ya 
o mövzuda yaşanmış bir miras qoyub qoymadığı olmalıdır.
Bu əsas qaydaya görə Peyğəmbərimizin 
 nəbəvi 
mirasına öyrənmək istədiyimiz sualla müraciət etsək və 
desək ki: “Bir gün Peyğəmbərimiz ilə qarşı-qarşıya gəlib 
Ona sevgimizi bildirsək, bizə necə cavab verər?”. Buyurun, 
bunun cavabını birlikdə oxu yaq:
İgid səhabələrdən olan Abdullah bin Muğaffəl
1
 belə 
nəql edir: “Səhabədən bir nəfər bir gün Peyğəmbərimizin  
hüzuruna gəldi və gur səsi ilə: “Ya Rasulullah! Allaha and 
olsun ki, mən səni çox sevirəm!”-dedi. Peyğəmbərimiz  
həmin səhabə yə bir qədər baxdı və dedi ki: 
“Sən nə dediyini 
1
 Əbu Said və ya Əbu Ziyad künyəsi ilə tanınan Abdullah bin 
Muğaffəl mədinəlidir. Tövbə surəsinin 92-ci ayəsinin onun və 
onun kimi digər səhabələrin haqqında nazil olduğu ifadə edilir. 
Peyğəmbərimizin 
 mübarək dilindən 43 hədis rəvayət etmişdir. 
Hicri 59/Miladi 679-cu ildə Bəsrədə vəfat etmiş, vəsiyyətinə uyğun 
olaraq cənazə namazını səhabədən Əbu Bərzə əl-Əsləmi qıldırmışdır. 
Haqqında daha çox məlumat əldə etmək üçün bax: İbn Hacər, əl-İsabə, 
c.2, s. 1127, 1128; İbn Əsir, Usdul-Ğabə, c.3, s. 395, 396.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə