Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
prosesə tam detalları ilə Qiymətli Kağızlar və Mübadilə Komissiyası 
(SEC) nəzarət edir. Bu Komissiya əksər hallarda federal hökumətin 
«mühafızə iti» agentliyi kimi təqdim olunur. 
SƏHM 
Ti Tüstəqim mə’nada minlərlə səhm olduğuna görə, ən fəal 
MÜBADİLƏLƏRİ 
IV
J-Şəkildə almanlar və satılanlar, adətən, Nyu-York Səhm Mübadiləsi (NYSE) 
siyahısına salınır. Mübadilənin yaranması tarixi aparıb 1792-ci ilə çıxarır. O zaman bir 
dəstə səhm dəllalı Nyu-York Sitidə Uol Stritdə bir ağacın altında toplaşaraq, satmaq və 
almaq necə olmalıdır haqqında bir sıra qaydalar müəyyənləşdirmişlər. Nyu-York Səhm 
Mübadiləsi Birləşmiş Ştatlarda aparıcı mübadilə məntəqəsinə çevrilmişdir, lakin 
Nyu-York Səhm Mübadiləsi elə həmin Uol Strit bölgəsində daha məhdud dairədə olsa 
da, bir sıra məsələlərdə eyni yolla fəaliyyət göstərir. 
Nyu-York Səhm Mübadiləsi Uol Stritdə nəhəng bir binada 
yerləşir və siyahıda göstərilən qiymətli kağızlann əsasında çox geniş 
ticarət aparır. Ticarət aparılan birinci mərtəbədə 2200-dən artıq 
ümumi və üstün tutulan səhm ticarəti edilir. Nyu-York Səhm 
Mübadiləsinin 1600-ə yaxın üzvü var ki, onlann da əksəriyyəti xalq 
üçün almağa və satmağa məşğul olan brokerlik palatalarını təmsil 
edirlər. Onlar mübadilədə çox baha qiymətə «yerlər» alırlar. Onlar 
onların təkliflərini icra edən alıcılardan və satıcılardan müvafiq 
məbləğdə komisyon pulu alırlar. Demək olar ki, yanm milyon 
kilometrlik telefon və teleqraf xətləri Nyu-York Səhm Mübadiləsini 
bütün ölkə və yer kürəsinin bütün brokerləri ilə birləşdirir. 
Müstəqim səhmdarlann təqribi sayı Amerika biznesində 42 
milyona çatır. Bundan əlavə, Amerikada 133 milyon qeyri- müstəqim 
səhmdar var ki, onlann Amerika korporasiyalarında səhm paylan var. 
Onlar bu payları əmanətə müvafiq məbləğdə pul qoymaq və ya 
(ictimai və xüsusi) təqaüd fondlarında, sığorta kompaniyalarında, 
müştərək fondlarda, banklarda, xeyriyyə fondu hesabına mövcud olan 
müəssisələrdə, kolleclərdə və universitetlərdə iştirak etmək yolu ilə 
əldə edirlər. 
Səhmlər necə alınır və necə satılır? Belə fərz edək ki, kalifomiyalı 
bir məktəb müəlliməsi okeanla kruizə getmək istəyir. Səfərini 
maliyyələşdirmək üçün o, özünün General Motors səhmindən 100 
payı satmaq qərarına gəlir. Müəllimə öz səhm broke- 
95 


V
 
HİSSƏ:
 AKSIYALAR
,
 
MALLAR
 
VO
 
BAZARLAR
 
rinə telefon edir və ona səlahiyyət verir ki, onun paylarını tə’cili və 
yaxşı qiymətə satsın. Elə eyni gündə də floridalı bir mühəndis 
qərara gəlir ki, General Motors səhminin 100 payını almaq üçün 
topladığı puldan istifadə etsin. Mühəndis öz brokerini yanına 
çağırır və bazar qiymətinə 100 pay səhm almaq üçün ona pul verir. 
Hər iki broker öz sifarişini Nyu-York Səhm Mübadiləsi 
palatasına teleqramla xəbər verir. Müəlliməni və mühəndisi təmsil 
edən hər iki broker alver razılığına gəlir. Birisi soruşur: «Mən 
General Motorsun 100 pay səhmini almaq üçün nə qədər 
verməliyəm?)) Ən yüksək qiymət 5000 dollardır və satmağı təklif 
edən hər bir adam üçün son məbləğ isə 5200 dollardır. Hər ikisi 
çalışır ki, qiymət lap münasib olsun, beləliklə onlar ümumi dil 
tapırlar və alqı/satqı üçün 5100 dollara razılaşırlar. 
Nyu-York Səhm Mübadiləsinin özü nə səhm alır, nə də səhm 
satır; o, sadəcə olaraq, brokerlərin öz müştəriləri üçün almaları və 
satmaları işində bir vasitə kimi xidmət edir. Alqı-satqı prosesində 
hər bir qarşılıqlı danışıq ictimai xarakter daşıyır və bu barədə 
mə’lumat elektronika vasitəsilə ölkənin hər bir broker idarəsinə 
göndərilir. 
NAĞD 
və 
BİRJADAN KƏNAR 
SATILAN SƏHMLƏR 

üxtəlif sayda səhmlərin, bonların ticarəti baxımından dün- 
yanın ən iri mö’təbər bazan birjadan kənar satılan səhmlər 
bazarıdır (OTC). Birjadan kənar satılan səhm bazarı heç bir yerdə 
yerləşmir, lakin bu bazar əsas e’tibarilə səhm və bon satanların 
elektronik rabitələr şəbəkəsidir. Bu səhmlərə Qiymətli Kağızlar 
Satışı Birliyi Milli Assosiasiyası İnkorporasiyası nəzarət edir. Bu 
inkorporasiyanm səlahiyyəti çatır ki, qeyri-səmimi olan və müflis- 
ləşən kompaniyaları və ticarət agentlərini öz tərkibindən xaric 
etsin. Biqadan kənar satış bazarı nisbətən kiçik kompaniyaların 
səhmlərini almağa meyl göstərir və 1990-cı illərdə sür’ətlə inkişaf 
edən «yüksək texnologiya)) səhmlərinin bir çoxunun alınması və 
satılması ilə məşğul olan bazar kimi tanınmışdır. Ticarət fəaliyyəti 
haqqında məTumat yenə də qəzetlərdən, jurnallardan və elektro- 
nika vasitəsilə alına bilər. Broker palatası, adətən, bu səhmlərin 
alınmasını və satılmasını əsas mübadilələr yolu ilə aparır. 
Bir çox şəxslərin hansı səhmləri almaq qərarına gəlmələri 
haqqında səriştələri yoxdur, amma buna baxmayaraq, onlar səhm 
bazarında ona görə iştirak etmək istəyirlər ki, onlar bu yolla əlavə 
96 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLƏRİ
 
mənfəət əldə etmək və onu şərik fonda çevirmək ümidində olurlar. 
Şərikli fond öz səhmdarlarının məbləği hətta az ola bilən fondlarını 
birləşdirir, səhmlərin müxtəlif qiymətli kağız portfelinə iri məbləğdə 
pul qoyur və beləliklə, risk etmək yolunun qarşısını alır. Adamların 
çoxunun səhmlərdə investisiya etmək üçün bu metoddan istifadəyə 
üstünlük verməsinin bir səbəbi də budur. 
Şərik fondun müştəri üçün başqa bir faydası da bundan ibarətdir 
ki, fond menecerləri ştatda olan icmalçılardan mütəxəssis məsləhətləri 
alırlar. Fondun belə mütəxəssisləri işə də’vət etmək imkanı var, çünki 
işlər geniş miqyasda aparılır. Şərik fondlann müxtəlif növləri var. 
Bunlardan bə’ziləri gəlir əldə etmək üçün, bə’ziləri kapital dəyərinin 
artırılması üçün və başqaları nəzəri cəhətdən iri gəlirlər və dəhşətli 
itkilərin baş verə biləcəyi halı ilə bağlıdır. Bə’ziləri ancaq xüsusi 
sənaye sahələrinin, yaxud xarici kompaniyaların, ya da fəaliyyəti ətraf 
mühitə mənfəətli olan kompaniyaların səhmləri ilə bağlıdır. Belə 
fondların sayı və çoxçeşidliliyi 1980-ci illərdə xeyli artıb. Bu cür 
fondların ümumi sayı on il ərzində 524-dən 2918-ə çatıb; şərik 
fondlarda Birləşmiş Ştatlarda mənzil sahibi olmaq payının nisbəti 
1979-cu ildəki 6 faizdən 1989-cu ildə 25 faizə qalxıb. 
BORC SƏHMLƏR A merikalılar çox şeyləri borc alırlar, səhmlər də istisna deyil. 
ALMAQ X^Müəyyən edən investorlar səhmin alınma qiymətini 50 faiz 
ödəməklə, qalan hissəsini borc götürə bilərlər. Bu, 50 faizini «borc» 
almaq adlanır. Müvazinət broker palatasından əldə edilən mənfəət 
faizi və mö’təbər şəxs kimi brokerə verilmiş səhm qəbzləri əsasında 
yaranır. Federal Ehtiyat İdarəsi minimum borcları və alınan malın 
faizi kimi nağd ödənilməli olan pulun məbləğini tənzimləyir. Bazarı 
stimullaşdırmaq və ya onun möhtəkirliklə bağlı inkişafının qarşısını 
almaq ehtiyacından asılı olaraq, minimum borclar müxtəlif şəkillərdə 
ola bilər. 
Əgər investor qiyməti müəyyən edilmiş səhmi borc satırsa, 
investor mənfəəti öz cibinə qoyub, brokerə ancaq borcu, onun faizini 
və komisyon xərcini ödəyir. Əgər səhm aşağı düşürsə, broker «borcu 
ödəmək çağınşı» verə bilər. Belə halda investordan tələb olunur ki, 
hesaba əlavə məbləği o, özü ödəsin. Əgər səhm sahibi nağd pul verə 
bilmirsə, səhmin bə’zi hissələri investorun məhrum edildiyi sahə kimi 
satılır. 
97 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə