Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


VII HİSSƏ: PUL VƏ MALİYYƏ SİYASƏTİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

VII HİSSƏ: PUL VƏ MALİYYƏ SİYASƏTİ
 
Ehtiyat banknotlannm üstündə Birləşmiş Ştatlar xəzinədarlıq 
katibinin və xəzinədarın çap edilmiş imzaları olur. 
BİRLƏŞMİŞ 
ŞTATLAR PUL 
EHTİYATI 
Ö
 
lkənin pul ehtiyatı ya əmtəə istehsalına, yaxud hökumət kağız 
pullarına əsaslanır. Əmtəə pulları tipik şəkildə qiymətli 
metallara, xüsusən qızıl və gümüşə əsaslanır. Dövlət əmtəə pulu 
işlədərkən, pul ehtiyatının miqyası əmtəə istehsalı qiyməti və 
məhsulun dəyəri ilə müəyyənləşdirilir. 1800-cü illərin axırlarında 
və 1900-cü illərin əvvəllərində Birləşmiş Ştatlarda dönər pul 
qızıl standartına əsaslanırdı. Bu isə o deməkdir ki, Birləşmiş 
Ştatlar öz dönər pulunu müvafiq qızıla mübadilə etməyi və’d 
edirdi. 
Digər tərəfdən, kağız pulun heç bir daxili dəyəri yoxdur. Onun 
dəyəri ona görə var ki, adamlar onu qəbul etmək arzusundadırlar. 
Kağız pulun qəbuledilmə qabiliyyətini artırmaq üçün hökumət 
dönər pulu qanuni ödənc vasitəsinə çevirə bilər. Bu o deməkdir ki, 
adamlardan qanunla tələb olunur ki, onlar bu pulu onun dəyəri 
müqabilində qəbul etsinlər. Bu gün Birləşmiş Ştatlarda kağız pul 
sistemi əsasdır, bu sistemdə milli hökumət öz mərkəzi bankı və 
Federal Ehtiyat Sistemi vasitəsilə pul ehtiyatına nəzarət edir. 
Birləşmiş Ştatlar dönər pulu qanuni ödənc vasitəsidir. 
Hər halda Birləşmiş Ştatlarda pul ehtiyatı ancaq metal və kağız 
puldan ibarət deyil. Haqq-hesabı ödəmə depoziti də pul forması 
hesab edilir, çünki adamlar çek yazıb imzaladıqda pul xərclənir. 
Əslində, Birləşmiş Ştatlarda bütün xərclərin dörddə üçü çek ilə 
ödənilir. Kommersiya bankları borclar verəndə borc alanların 
depozit hesablarına əlavə kredit verməklə onlar çek depozit pulu 
yarada bilər. Federal Ehtiyat Sistemi ehtiyat tələblərini tə’min etmək 
yolu ilə bu pul yaradılmasına nəzarəti dəstəkləyir, kommersiya 
banklarının öz dönər pullarını öz banklarında təhlükəsiz yerdə 
saxlamaları və ya Federal Ehtiyat Bankları ilə bu bankların depozit 
borclarına minimum tənasübdə müəyyən edilmiş depozit verməsi 
haqqında tələb qaydaları qoyur. Ehtiyatların dollar hesabı ilə bütün 
məbləğinə nəzarət nəticəsində Federal Ehtiyat həm də bank 
borclarının dollar məbləğinə nəzarət edir. 
126 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
 
Iqtisadiyyatçılar pul ehtiyatını bir neçə müxtəlif yolla ölçürlər, 
buna müvafiq olaraq, aktivlər də bu ölçülərə daxil edilir. Bir ölçü, 
bütün əlavə gəlir faizi norması da daxil olmaqla, çek hesabı kimi 
istifadə oluna bilən depoziti də nəzərə alır. Başqa bir ölçü qənaət 
edilmiş hesabları da ölçüyə daxil edir, halbuki belə hesablar 
avtomatik şəkildə nəsə almaqda istifadə edilə bilməz. Banklar bu 
hesablardan geri alınan hissələr haqqında avans qeydləri tələb edə 
bilərlər. 
Pul ehtiyatı artanda, adamların xərcləmək üçün çoxlu pulu olur 
və ərzaq və xidmətlər üçün tələblər də artır. Tələb artdıqda, 
bizneslər ərzaq istesalmı artırmaq üçün əlavə fəhlələr icarə edirlər. 
Bu, iqtisadi yüksəlişin ssenarisidir. Lakin, əgər ərzaq istehsalı 
tələblə ayaqlaşa bilmirsə, onda qiymətlər artır. Qiymətlər 
arasıkəsilmədən qalxdıqca, inflyasiya ilə nəticələnir. Bu isə gəliri 
inflyasiyaya uyğun şəkildə artmayan adamlar üçün problemlər 
yaranmasına səbəb olur. 
FEDERAL 
EHTİYAT 
1^ed.» kimi də tanınan Federal Ehtiyat Sistemi Birləşmiş \\X Ştatlar 
hökumətinin müstəqil agentliyidir. Onun ən vacib vəzifəsi ölkənin 
pul və kreditlə tə’mini ehtiyatını idarə etməkdir. 
Federal Ehtiyat Sisteminə 12 bölgə Federal Ehtiyat Bankı və 
Federal Ehtiyat Banklarının 25 filialı daxildir. Ölkənin səlahiyyət 
verdiyi Kommersiya banklarının hamısı, qanunun tələblərinə görə. 
Federal Ehtiyat Sisteminin üzvü olmalıdır; ştatlara məxsus 
bankların üzvlüyü könüllüdür. Ümumiyyətlə, Federal Ehtiyat 
Sisteminin üzvü olan bank onun yerləşdiyi bölgədə olan Ehtiyat 
Bankından ayrı-ayrı şəxslər öz məqsədləri üçün necə istifadə 
edirlərsə, o da eyni yolla istifadə edir. 
Federal Ehtiyat Sistemini Birləşmiş Ştatlar prezidentinin tə’yin 
etdiyi 7 nəfərdən ibarət olan Müdirlərin Federal Ehtiyat Şurası idarə 
edir. Bu müdirlər ümumilikdə 14 il xidmət edirlər. Federal Ehtiyat 
Sistemi birbaşa Konqres qarşısında məs’uliyyət daşısa da, müdirlər, 
qanun üzrə, nə Konqresin, nə də prezidentin siyasi tə’sirinə mə’ruz 
qalırlar. Buna baxmayaraq, gözlənilir ki, müdirlər öz siyasətlərini 
həm administrasiyanın, həm də Konqresin 


VII HİSSO; PUL VO MALIYYO SIYASOTI
 
siyasətləri ilə əlaqələndirsinlər. Əlavə olaraq, fondlaşdırma üçün 
Federal Ehtiyat Konqresə bel bağlamır; o özünün idarəetmə 
xərclərini investisiya gəlirindən və öz xidmətlərinə görə aldığı 
məbləğdən əldə edir. Buna baxmayaraq, mənfəət qazanmaq və ya 
ictimai mənafeyə xidmət etmək fikirləri arasında ziddiyyət baş 
verdikdə, gözlənilir ki, Fed sonuncunu seçsin. 
Fedin hərəkəti əsas hadisələrə cavab olaraq, zaman keçdikcə 
təkamül etmişdir. 1913-cü ildə Konqresin tə’sis etdiyi Federal 
Ehtiyat bank sistemi üzərində nəzarəti gücləndirmək və keçən əsrdə 
vaxtaşırı baş verən bank çaxnaşmasına son qoymaq üçün 
yaradılmışdı. 1930-cu illərdəki Böyük Depressiyanın nəticəsi kimi. 
Konqres Fedə səlahiyyət verdi ki, ehtiyat tələblərini 
müxtəlifləşdirsin və səhm bazarı ehtiyatlarım tənzimləsin. Maliyyə 
bəlası güman olunanda əlavə qanunlar Fed üçün krediti 
genişləndirməyi asanlaşdırdı. 
11 Dünya Müharibəsi zamanı Federal Ehtiyat fəaliyyəti 
Xəzinədarlıq üçün daha aşağı faizlə borc pul almağa köməyə tabe 
edildi. Koreya münaqişəsi başlananda və kommersiya bankları 
əmanətlərinin böyük məbləğini satanda, Fed onun xeyli hissəsini 
aldı ki, kağız pulu qiymətdən düşməyə qoymasın. Bununla belə, Fed 
öz müstəqilliyini 1951-ei ildə yenidən təsdiq etdi və Xəzinədarlıqla 
razılığa gəldi ki. Federal Ehtiyat siyasəti Xəzinədarlıq 
maliyyələşdirməsinə tabe olmayacaqdır. 
1951-ci ildən sonra Fed öz diqqətini daha çox daxili 
iqtisadiyyatın sabitləşməsinə yönəltdi və qarşısına məqsəd qoydu ki, 
təklifin aşağı düşdüyü dövrlərdə gəlir faizi normasını aşağı 
vəziyyətdə saxlasın və sür’ətli iqtisadi inkişaf zamanı onun faiz 
normasının artırılmasına imkan versin. 1950-ci illərin sonlarında 
Fed öz gücünü qiymətlərin sabitləşdirilməsinə və pulun artımının 
məhdud edilməsinə yönəltdi, halbuki onun 1960-cı illərdəki siyasəti 
tam məşğuliyyət və məhsul istehsalının artımı idi. 
1970-ci illərdə kreditin genişlənməsi çox böyük vüs’ət aldı və 
inflyasiyanın artımı iqtisadiyyata zərər vurdu. 1979-cu ildə Federal 
Ehtiyat pul ehtiyatını gəlir faizi norması artımından daha müstəqim 
nəzarət altında tutmaq məqsədi güdən siyasət qəbul etdi. Bu siyasət 
pul ehtiyatı artımının zəifləşdirilməsində, kreditin 
128 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə