BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə20/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   16   17   18   19   20   21   22   23   ...   120

dı. Qara dəniz dövləti olmayan bütün ölkələrin Qara dənizə keçirdiyi 
hərb gəmilərinin ümumi tonnajı 30 mini, dövlətlərin biri üçünsə 20 
mini ötüb keçməməli idi. Onların gəmiləri Qara dənizdə yalnız 21 gün 
qala  bilərdi.  Türkiyə  müharibədə  iştirak  etmədiyi  təqdirdə  istənilən 
ölkənin  hərb  gəmiləri  üçün  boğazları  bağlaya  bilərdi.  Türkiyə 
müharibədə  iştirak  edərdisə  və  ya  müharibə  təhlükəsi  qarşısında 
qalardısa, türk hökuməti qaydanı özü müəyyənləşdirə bilərdi. 
Montrö  konvensiyası  türk  diplomatiyasının  uğuru  idi.  Türkiyə 
boğazlar üzərində suveren hüquqlarını bərpa etdi. Beynəlxalq nəzarət 
ləğv  olundu.  Lakin  konvensiya  digər  dövlətlər  tərəfindən  heç  də 
birmənalı  qarşılanmadı.  İtaliya  və  Almaniya  bu  konvensiyanın 
əleyhinə  çıxdılar.  Almaniya  hökumətinin  konvensiyaya  dair  təklif 
etdiyi düzəlişlər türk hökuməti tərəfindən rədd olundu. Bundan sonra 
Almaniya  boğazlar  məsələsinə  qarışa  bilmədi.  İtaliya  isə  Balkan 
siyasəti məsələsində Türkiyə ilə razılığa gəldiyindən yalnız 1938-ci 
ildə konvensiyanı imzalamağa məcbur oldu. Beləliklə, Türkiyə ikinci 
dünya  müharibəsi  astanasında  dövlət  və  milli  təhlükəsizliyi 
baxımından  çox  vacib  olan  bir  problemi  həll  edərək  beynəlxalq 
mövqelərini möhkəmləndirdi. 
İspaniya hadisələrinin beynəlxalq münasibətlərə təsiri 
30-cu  illərdə  beynəlxalq  münasibətlərə  İspaniyada  baş  verən 
hadisələr  ciddi  təsir  edirdi.  1931-ci  ilin  aprel  ayında  İspaniyada 
respublika  qurulan  kimi  ondan  narazı  olan  qüvvələr  hərbi  faşist 
qiyamına hazırlığa başladılar. Qiyam 1936-cı il iyul ayında 17-18- də 
baş verdi. Bundan istifadə edən Almaniya və İtaliya iyulun sonunda 
İspaniyaya müdaxilə etdilər. Fransa hökuməti iyulun 25- də bitərəflik 
və İspaniyaya silah daşınmasını qadağan etmək haqqında qanun qəbul 
etdi.  İspaniyaya  Almaniya  və  İtaliyanın  müdaxiləsində  Avropa 
dövlətlərinin bitərəf qalması müharibə təhlükəsini daha da artınrdı. 
61 


İtaliyaya  qarşı  sanksiyaların  tətbiq  olunması  tələblərindən 
imtina  edilməsi,  Versal  sülh  müqaviləsinin  şərtlərini  kobudcasına 
pozan  Almaniyanın  cəzasız  qalması,  SSRİ  və  Avropa  dövlətlərinin 
İspaniyada  bir-biriləri  ilə  mübarizə  apararaq  hərbi  əməliyyatlarda 
iştirak  etmələri  müharibə  tərəfdarlarını  daha  da  şirnikləşdirirdi. 
Oktyabrın  24-də  İtaliya  ilə  Almaniya  arasında  5  maddədən  ibarət 
saziş imzalandı. İtaliya xarici işlər naziri Çiano və Almaniya xarici 
işlər  naziri  Ribbentropun  imzaladıqları  həmin  sazişlə  Həbəşistanın 
işğal  edilməsi  və  İspaniyada  Franko  hökuməti  tanındı.  Tərəflər 
Balkanlarda  və  Dunay  çayı  hövzəsində  iqtisadi  fəaliyyətlərinin 
dairəsini  müəyyənləşdirdilər,  bir-birilərinin  mənafelərinə  hörmət 
edəcəkləri  barədə  öhdəlik  götürdülər.  Beləliklə,  Berlin-Roma  oxu 
yaradıldı. 
Noyabrın  25-də  isə  Berlində  Almaniya  ilə  Yaponiya  arasında 
saziş  imzalandı.  Bu  saziş  Antikomintem  paktı  adım  aldı.  Tərəflər 
Komintemin fəaliyyəti barədə bir-birinə məlumat vemıək və ona qarşı 
mübarizə  aparmaq  haqqında  qarşılıqlı  razılığa  gəldilər.  1937-ci  ilin 
noyabr ayında İtaliya da bu pakta qoşuldu. Dekabr ayında isə İtaliya 
Millətlər  Cəmiyyətindən  çıxdı.  Beləliklə,  üç  dövlətin  təcavüzkar 
bloku olan Berlin-Roma-Tokio üçbucağı fonnalaşdı. 
Berlin-Roma-Tokio  üçbucağı  yaradıldıqdan  sonra  alman 
diplomatiyası  fəaliyyətini  daha  da  genişləndirdi.  Artıq  bu  zaman 
Almaniyanın əsas vəzifəsi Belçika, Polşa, Hollandiya, Danimarka və 
İsveçi  öz  tərəfinə  çəkmək  idi.  Almaniya  təkcə  almanlar  yaşayan 
ərazilərin  deyil,  eyni  zamanda  əlindən  alınmış  keçmiş 
müstəmləkələrinin  də  ona  qaytarılmasını  tələb  etməyə  başladı. 
Keçirilən  ingilis-alman  danışıqları  Almaniyanın  sakitləşdirilməsinə 
xidmət  edən  razılaşma  ilə  başa  çatdı.  Buna  görə  İngiltərə 
Almaniyanın  mənafelərini  Avstriya  və  Çexoslovakiyada  nəzərə 
alardısa,  alman  diplomatiyası  6  il  müddətinə  müstəmləkoıər 
məsələsini  qaldırma-  yacağı  barədə  öhdəlik  götürdü.  İngiltərə  buna 
cavab  olaraq  Avropa  işlərinə  qarışmayacağını  və  Almaniyanın 
Mərkəzi Avropadakı bütün hərəkətlərinə münasibətdə bitərəf mövqe 
tutacağını bildirdi. 
62 


Belə  mövqe  Avropanın  şərqində  Almaniyanın  təcavüzkarlıq 
hərəkətlərini  genişləndirməsinə  təkan  verirdi.  İngilis  diplomatiyası 
Almaniyanın  Fransa  və  digər  dövlətlərlə  toqquşub  zəiHəyəcəyinə 
ümid  edirdi.  Lakin  bu  ümidlər  özünü  doğrultmadı.  Almaniya 
iddialarını daha da genişləndirdi. 
Avstriyanın anşlüsünün və Çexoslovakiyanın parçalanmasının 
beynəlxalq münasibətlərə təsiri 
Artıq 1938-ci ilin əvvəllərində Avropa müharibə astanasında idi. 
Müharibə  tərəfdarları  öz  qüvvələrini  birləşdinnişdilər.  Bu  zaman 
Almaniya  Avstriyanın  birləşdirilməsini  yenidən  açıq  şəkildə  tələb 
etməyə  başladı.  1938-ci  ilin  fevral  ayında  Hitler  Avstriya  kansleri 
Şuşniki yanına çağıraraq qarşısında aşağıdakı tələbləri qoydu: Həbsdə 
olan  Avstriya  nasional-sosialistlərinin  hamısına  amnistiya  verilsin; 
Hitlerin  yaxmı  olan  Zeys-İnkvart  ictimai  təhlükəsizlik  naziri  təyin 
edilsin;  Avstriya  nasional-sosialistlərinə  leqal  və  sərbəst  fəaliyyət 
üçün  şərait  yaradılsın.  Tələblərlə  razılaşan  Şuşniq  geri  dönən  kimi 
A.Zeys-İnkvartı  göstərilən  vəzifəyə  təyin  etdi.  Martın  12-də  Hitler 
Avstriyaya gəldi. Həmin gün alman orduları Avstriya sərhədini keçdi. 
Şuşniq martın 13-də Avstriyanın müstəqilliyi məsələsinə dair plebisit 
təyin etdi. Plebisitdə iştirak edənlərin böyük əksəriyyəti Avstriyanın 
Almaniyaya  birləşdirilməsinə  səs  verdi.  Zeys-İnkvart  yeni  kansler 
təyin  edildi.  Avstriyanın  müstəqilliyinə  son  qoyuldu.  Zeys-İnkvart 
Avstriyanı alman dövləti elan etdi. Beləliklə, Avstriya Üçüncü reyxin 
tərkibinə qatıldı. 
Avstriyanın  anşlüsü  Avropa  dövlətləri  tərəfindən  birmənalı 
qarşılanmadı. İtaliya anşlüsü bəyənsə də Böyük Britaniya və Fransa 
ona  etiraz  etdilər.  Lakin  bir  müddət  keçdikdən  sonra  İngiltərə 
hökuməti  Avstriyanın  Almaniyaya  birləşdirilməsini  tanıdı.  SSRİ 
hökuməti  Avstriyanın  anşlüsünü  pisləyərək  təcavüzkara  qarşı 
kollektiv tədbirlər tətbiq etmək məqsədi ilə beynəlxalq konfrans 
63 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə