BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə19/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   15   16   17   18   19   20   21   22   ...   120

Martın  I6-da  isə  ölkədə  ümumi  hərbi  mükəlləfiyyətin  keçirilməsi 
haqqında  dekret  verildi.  Bu  dekret  Versal  sülh  müqaviləsinin  hərbi 
maddələrindən  Almaniyanın  imtina  etməsi  demək  idi.  Martın  24- 
26-da  Berlində  Saymonla  Hitler  arasında  keçirilən  görüşlər 
Avropadakı  proseslərə  münasibətdə  Almaniya  ilə  Böyük  Britaniya 
arasında  ciddi  fikir  ayrılığı  olduğunu  göstərdi.  Yaranmış  belə 
vəziyyətdə Böyük Britaniya SSRİ ilə danışıqlara başladı. Mart ayında 
İngiltərənin xarici işlər naziri Antoni İdenin Moskvada, aprel ayında 
isə  Polşada  apardığı  danışıqlarda  Avropada  yaranmış  mürəkkəb 
vəziyyət və müharibə təhlükəsinə qarşı mübarizə məsələləri müzakirə 
olundu. 
Avropada baş verən mürəkkəb proseslər və Almaniya tərəfdən 
gözlənilən  təhlükə  Fransa  və  Çexoslovakiyanı  da  SSRİ  ilə 
yaxınlaşdırdı.  Mayın  2-də  qarşılıqlı  yardım  haqqında  sovet-fransız 
paktı, mayın  16-da qarşılıqlı  yardım haqqında SSRİ-Çexoslovakiya 
müqaviləsi bağlandı. 
Avropada  müharibə  təhlükəsinin  artdığını  görən  Böyük 
Britaniya  Almaniyanın  qarşısını  kəsmək  ümidi  ilə  sakitləşdirmək 
xətti götürdü. İyunun l8-də İngiltərə-Almaniya dəniz sazişi bağlandı. 
Sazişə  görə  Almaniya  donanmasının  gücü  İngiltərə  donanması 
gücünün  35  %-ni  təşkil  edə  bilərdi.  Sualtı  qayıqlann  nisbətində 
bərabərlik  əldə  olundu.  İngilis  siyasətçiləri  bu  sazişi  gələcəkdə 
tərksilah  yolunda mühüm  addımların  atılması  üçün möhkəm təməl, 
alman  rəsmiləri  isə  hərbi  dəniz  quruculuğunu  genişləndirməkdə 
imkan  olaraq  dəyərləndirirdilər.  Saziş  İngiltərənin  Almaniya 
qarşısında güzəştə getməsi demək idi. 
Avropa  dövlətlərinin  sakitləşdinnə,  ABŞ-ın  isə  qarışmamaq 
siyasəti  beynəlxalq  münasibətləri  daha  da  kəskinləşdirirdi.  1935-ci 
ildə ABŞ konqresi bitərəflik haqqında qanun qəbul etdi. 1936-cı ilin 
fevral  ayında  bu  qanuna  bir  sıra  daha  ciddi  düzəlişlər  olundu. 
Düzəlişlərə  görə  döyüşən  tərəflərə  silah  satılması,  müharibə 
dövründə  ABŞ  gəmilərində  hərbi  yüklərin  daşınması  və  döyüşən 
dövlətlərin  gəmilərində  Amerika  vətəndaşlarının  səyahət  etməsi 
qadağan edilirdi. 
58 


1936-cı il martın 6-da Almaniya hökumətinin iclasında Lokarno 
sazişlərindən  imtina  etmək  haqqında  məsələ  müzakirə  olundu.  Bir 
gün  sonra  isə  Böyük  Britaniya,  Fransa,  Belçika  və  İtaliyanın 
Berlindəki  səfirlərinə  Almaniyanın  Lokarno  sazişlərindən  imtina 
etdiyi  rəsmi  şəkildə  bildirildi.  Həmin  gün  alman  orduları  Reyn 
vilayətinə girdi. Almaniyanın Lokarno sazişlərini pozaraq Reyni işğal 
etməsi  Böyük  Britaniya  və  Fransa  tərəfindən  narazılıqla  qarşılandı. 
Millətlər Cəmiyyəti Reyn vilayətinin  tutulması  faktını  yalnız qeydə 
almaqla  kifayətləndi.  Almaniyaya  qarşı  heç  bir  sanksiya  tətbiq 
etmədi.  Martın  21-də  Hamburqda  çıxış  edən  Hitler  Versal  ruhunun 
məhv edildiyini bildirdi. 
Bundan  sonra  nasional-sosialistlər  öz  fəaliyyətlərini  daha  da 
genişləndirdi.  İyul  ayında  Almaniya-İtaliya  sazişi  bağlandı.  Sazişə 
görə  İtaliya  Almaniya-Avstriya  münasibətlərinə  müdaxilə  etməmək 
barədə  öhdəlik  götürdü.  Böyük  Britaniya  və  Fransanın  etirazlarına 
məhəl  qoymayan  Almaniya  sürətlə  silahlanmanı  davam  etdirirdi. 
Avqustun 24-də Almaniya silahlı qüvvələrində kidmət bir ildən iki ilə 
qədər  artırıldı.  Hərbi  sənaye  daha  səmərəli  işləməyə  başladı.  Yeni 
sənaye sahələrinin təməli qoyuldu. Sürətlə silahlanma gücləndirildi. 
Belə  şəraitdə  beynəlxalq  münasibətlərdə  həll  olunmamış  çoxlu 
problemlər qalırdı. Bunlardan biri Qara dəniz boğazları məsələsi idi. 
Beynəlxalq münasibətlərdə boğazlar məsələsi 
30-cu  illərdə  beynəlxalq  münasibətlərdə  boğazlar  məsələsi 
kəskin müzakirə obyektinə çevrildi. 1923-cü il 24 iyul tarixli Lozan 
konvensiyası  Türkiyənin  suverenliyinə  zidd  olduğundan  türk 
nümayəndə  heyəti  bütün  beynəlxalq  konfranslarda  ona  yenidən 
baxmaq  barədə  təkliflə  çıxış  edirdi.  Lakin  bu  təkliflər  nəzərə 
al.nmırdı.  30-cu  illərdə  isə  Avropada  beynəlxalq  münasibətlər 
Türkiyənin  xeyrinə  cərəyan  etməyə  başladı.  İtaliya-Həbəşistan 
müharibəsindən sonra regionda mövqelərinə təhlükə yarandığından 
59 


Böyük  Britaniya  Türkiyə  ilə  yaxınlaşmaq  üçün  fürsət  qazandı. 
1935-ci ilin dekabr ayında İngiltərə hökuməti Türkiyə, Yunanıstan və 
Yuqoslaviya  ilə  “centlmen  sazişləri”  bağladı.  Sazişlərə  görə  Aralıq 
dənizində  İtaliya  təcavüzü  olacağı  təqdirdə  tərəflər  bir-  birilərinə 
yardım göstərməli idilər. Türkiyənin boğazlara dair məsələyə yenidən 
baxmaq təklifi ikitərəfli türk-ingilis danışıqlarında bəyənildi. Bundan 
sonra 1936-cı il aprelin 10-da türk hökuməti Lo- zan konvensiyasını 
imzalayan dövlətlərə məsələyə baxmaq haqqında müraciət etdi. Türk 
höküməti  Böyük  Britaniya,  SSRİ,  Fransa,  İtaliya,  Rumıniya, 
Yunanıstan, Yuqoslaviya, Bolqarıstan və Yaponiyadan müsbət cavab 
aldı.  İyunun  22-dən  iyulun  20-dək  İsveçrənin  Montrö  şəhərində  9 
dövlətin  nümayəndə  heyətinin  iştirakı  ilə  konfrans  keçirildi. 
Koıtfransda  yalnız  İtaliya  nümayəndə  heyəti  iştirak  etmirdi. 
Boğazların  hərbiləşdirilməsi  məsələsi  konfransda  etiraz  doğurmadı. 
Dövlətlər  türk  diplomatiyasının  təkliflərinə  prinsipcə  razı  oldular. 
Lakin  iki  məsələ  mübahisə  doğurdu:  Qara  dəniz  dövlətlərinin  hərb 
gəmilərinin boğazlardan keçməsi; başqa dövlətlərin hərb gəmilərinin 
Qara  dənizə  buraxılması.  Bu  məsələlər  həll  olundu.  İyulun  20-də 
Montrödə boğazlara dair yeni konvensiya imzalandı. Konvensiyaya 
görə  boğazlar  zonasında  Türkiyə  dövlətinin  suveren  hüquqları 
tamamilə  bərpa  edildi.  Boğazlardan  keçməyə  nəzarət  və  müşahidə 
hüququ  Türkiyəyə  verildi.  Türkiyə  boğazlar  zonasında  silahlı 
qüvvələr  saxlaya,  hərbi  obyektlər  tikə  və  onları  möhkəmləndirə 
bilərdi.  Bütün  ölkələrin  ticarət  gəmiləri  boğazlardan  sərbəst  keçə 
bilərdi.  Qara  dəniz  və  Qara  dəniz  dövləti  olmayan  ölkələrin  hərbi 
gəmilərinin  keçirilməsində  isə  fərqli  qaydalar  müəyyənləşdirildi. 
Qara  dəniz  dövlətlərinin  hərb  gəmiləri  boğazlardan  ciddi 
məhdudiyyətlər olmadan bir sıra tələbləri yerinə yetirmək şərtilə keçə 
bilərdi. Qara dəniz dövləti olmayan ölkələrin hərb gəmiləri üçün ciddi 
məhdudiyyətlər qoyuldu. Həmin dövlətlər Qara dənizə yüngül suüstü 
gəmilər, kiçik hərbi və köməkçi gəmilər keçirə bilərdi. Boğazlardan 
eyni  vaxtda  keçən  gəmilərin  tonnajı  15  min,  sayı  isə  9  vahidlə 
məhdudlaşdırıl 
60 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə