BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə18/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   14   15   16   17   18   19   20   21   ...   120

imzaladılar.  Lakin  Almaniya  imzaladığı  bu  paktı  təsdiq  etmədi.  O, 
əvvəlcə  tərksilaha  dair  konfransdan,  oktyabr  ayında  isə  Millətlər 
Cəmiyyətindən çıxdı. 
Almaniyanın  Millətlər  Cəmiyyətindən  çıxması  Avropada 
müharibə  ocağının  yaranması  demək  idi.  Alman  hökumətinin 
hərəkətlərinə qarşı Millətlər Cəmiyyəti heç bir sanksiya tətbiq etmədi. 
Nəticədə nasional-sosialistlər öz iddialarını daha da genişləndirdilər. 
Lakin  Almaniya  beynəlxalq  münasibətlərdə  özünə  sülhsevər  imici 
qazandırmaqdan ötrü Fransa ilə düşmənçiliyə son qoymaq niyyətində 
olduğunu  bəyan  etdi.  Bununla  belə,  nasional-sosialistlər  Saar 
vilayətinə,  silahlarının  və  silahlı  qüvvələrinin  artırılmasına  olan 
iddialanndan əl çəkmədilər. 
Almaniyanın  Millətlər  Cəmiyyətindən  çıxması  silahlanma 
sahəsində  əl-qolunu  açdı.  Almanlar  silahlanmada  bərabər  hüquqlar 
verilməsini,  ordunun  sayının  300  min  nəfərə  çatdırılmasını, 
aviasiyada  bərabər  imkanların  əldə  olunmasını  və  Saar  hövzəsinə 
yiyələnməyi tələb edirdilər. Bütövlükdə, Almaniya Versal sülhünün 
şərtlərini  ləğv  etməyi,  Fransa,  Polşa  və  digər  qonşularla  10  il 
müddətinə hücum etməmək haqqında paktı imzalamağı irəli sürürdü. 
Bütün  bunlarla  yanaşı  olaraq  Almaniyada  silahlanmaya  çəkilən 
xərclər artırıldı. 
Avropada müharibə təhlükəsinin artması kollektiv təhlükəsizlik 
sisteminin  yaradılmasını  zəruri  edirdi.  1933-cü  ilin  iyul  ayında 
Londonda  təcavüzkarın  müəyyənləşdirilməsi  haqqında  konvensiya 
imzalandı. Bu konvensiyanı əvvəlcə SSRİ, Türkiyə, İran, Əfqanıstan, 
Polşa,  Rumıniya,  Yuqoslaviya,  Çexoslovakiya,  Litva,  Latviya, 
Estoniya imzaladı. Sonra isə ona Finlandiya da qoşuldu. Konvensiya 
beynəlxalq münasibətlərdə mühüm hadisə idi. 
30-cu 
illərdə 
Avropada 
beynəlxalq 
münasibətlərdə 
İtaliya-Almaniya  münasibətləri  özünəməxsus  səciyyə  daşıyırdı. 
İtaliya-Fransa  ziddiyyətlərinin  kəskinləşməsi  xarici  siyasət 
məqsədləri  üst-üstə  düşən  Almaniya  və  İtaliyanı  yaxınlaşdırırdı. 
İtaliya- Almaniya münasibətlərində Avstriya məsələsi geniş müzakirə 
edildi. Almaniya 
55 


nın  Avstriyanı  birləşdirmək  ideyası  İtaliya  tərəfindən  mənfi 
qarşılandı. Çünki ideyanın həyata keçirilməsi Almaniyanı Balkanlara 
və  Adriatik  dənizinə  yaxınlaşdıra,  İtaliyanı  bu  regionda  sıxışdıra 
bilərdi. 
Almaniyanın  Avstriyanı  özünə  birləşdirmək  planları  Balkan 
ölkələrini bir-biri ilə yaxınlaşdırdı. Versal-Vaşinqton sülh sisteminin 
qərarlarına yenidən baxılmasının əleyhinə olan bu ölkələrdə İngiltərə 
və  Fransanın  təsiri  güclənirdi.  1934-cü  il  fevralın  9-da  Afinada 
Türkiyə,  Yunanıstan,  Yuqoslaviya  və  Rumıniya  Balkan  paktını 
imzaladılar.  Lakin  Almaniya  və  İtaliyanın  təsiri  ilə  Balkan  ölkələri 
olan Bolqarıstan və Albaniya pakta qoşulmadılar. Pakta görə Balkan 
ölkələri  mübahisəli  məsələlərin  həlli  vasitəsi  kimi  müharibələrdən 
imtina  edirdilər;  bir-birilərinin  ərazi  bütövlüyünə  və  müstəqilliyinə 
hönnət  edirdilər;  sərhədlərinin  toxunulmazlığına  təminat  verirdilər; 
qarşılıqlı  yardım  göstərirdilər və iqtisadi əməkdaşlıq edirdilər. Pakt 
digər Balkan ölkələri üçün də açıq idi. 
30-cu illərdə ayrı-ayrı dövlət xadimlərinə qarşı terror hərəkətləri 
genişləndi.  1934-cü  ilin  iyul  ayında  Avstriyada  baş  verən 
nasional-sosialistlərin  qiyamı  nəticəsində  baş  nazir  Engelbert  Dol- 
fus, həmin il oktyabrın 9-da isə Fransanın xarici işlər naziri Lui Bartu 
xorvat  millətçi  təşkilatının  üzvləri  tərəfindən  qətlə  yetirildi.  Siyasi 
qətllər  Almaniyanın  əl-qolunu  açdı.  Almaniya  ilə  yanaşı  olaraq 
İtaliya da Avropada öz fəaliyyətini genişləndirirdi. Mussolini başda 
olmaqla  İtaliya  hökumətinin  xarici  siyasət  məqsədlərinin  elan 
edilməsi Avropada müharibənin ikinci ocağının yaranmasına gətirib 
çıxardı. İtaliyanın 1935-ci ilin oktyabr ayında Həbəşistana qarşı hərbi 
müdaxiləyə başlaması beynəlxalq münasibətlərə mənfi təsir göstərdi. 
Buna  görə  də  Millətlər  Cəmiyyəti  İtaliyaya  qarşı  sanksiyalar  tətbiq 
etdi.  Lakin  sanksiyalar  İtaliya  təcavüzünü  dayandınnadığından 
1936-cı  il  iyulun  4-də  Millətlər  Cəmiyyəti  İtaliyaya  qarşı  sanksiya 
tətbiq  etməkdən  boyun  qaçırdı.  Beləliklə,  Həbəşistan  İtaliya 
təcavüzünün qurbanı oldu. 
Almaniya Saar hövzəsini özünə birləşdirmək üçün təbliğatı 
56 


daha da gücləndirdi. 1934-cü il noyabr ayının sonlarında Almaniyanın 
xarici  işlər  naziri  Ribbentropla  Fransanın  xarici  işlər  naziri  Lavalın 
görüşündə  Saar  məsələsi  müzakirə  edildi.  Laval  Saarda  keçiriləcək 
plebisitin  nəticələri  ilə  Fransa  hökumətinin  ma-  raqlanmayacağını 
bildirdi.  1935-ci  il  yanvarın  13-də  Saarda  plcbisil  keçirildi. 
Səsvennədə iştirak edən 539 min nəfərdən 477 mini Saar vilayətinin 
Almaniyaya  birləşdirilməsinə,  46  min  nəfərdən  çoxu  isə  vilayətin 
əvvəlkitək  Millətlər  Cəmiyyətinin  nəzarətində  qalmasına,  yalnız  2 
min nəfəri Fransaya birləşdirilməsinə səs verdi. Millətlər Cəmiyyəti 
baş verən bu hadisəni təsdiqlədi. Beləliklə, martın 1-də Saar vilayəti 
Almaniyaya keçdi. Bundan sonra Almaniya Versal sülh müqaviləsinə 
əsasən  ondan  alınmış  almanlar  yaşayan  digər  ərazilərin  də 
qaytarılmasını tələb etməyə başladı. 
Saarm  birləşdirilməsindən  sonra  Almaniya  sürətli  silahlanma 
yolunu  tutaraq,  xüsusən  aviasiya  sahəsində  proqramların  yerinə 
yetirilməsinə girişdi. Almaniyanın bu sahədə fəaliyyəti digər Avropa 
dövlətlərinin də silahlanmasına təsir edirdi. Dövlətlər arasında hökm 
sürən  etimadsızlıq  və  hücum  təhlükəsi  şübhələri  nəticəsində  sürətlə 
silahlanma genişləndirilirdi. Sürətlə silahlanma xəttinin götürülməsi 
Avropa  dövlətlərini  müharibəyə  sürükləyirdi.  1935-ci  il  fevralın 
1-3-də Fransanın baş naziri Flanden, xarici işlər naziri Laval, Böyük 
Britaniyanın  baş  naziri  Bolduin  və  xarici  işlər  naziri  Saymon 
Londonda  bəyannamə  imzalayaraq  yeni  sürətlə  silahlanma  üçün 
gətirilən  bütün  bəhanələri  kəsməyin  zəruri  olduğunu  bildirdilər. 
Bəyannamədə Böyük Britaniya, Fransa, Belçika, İtaliya və Almaniya 
arasında 
hava 
konvensiyasının 
imzalanması, 
Avstriyanın 
müstəqilliyini  təmin  edən  Dunay  paktının  bağlanması,  qarşılıqlı 
yardım haqqında Şərq paktının imzalanması və Almaniyanın Millətlər 
Cəmiyyətinə qaytarılması təklif edilirdi. Lakin bu təkliflər Almaniya 
tərəfindən  soyuq  qarşılandı.  Almaniya  açıq  şəkildə  Versal  sülh 
müqaviləsinin  şərtlərindən  imtina  etməyə  başladı.  Martın  13-də 
Almaniya  yarımrəsmi  şəkildə  özünü  Versal  sülh  müqaviləsi  ilə 
nəzərdə tutulan öhdəliklərdən azad etdiyini bildirdi. 
57 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə