BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə25/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

üzərindən  atıb  siyasi  fəaliyyətdən  uzaqlaşan  Kapp  martın  17-də 
İsveçrəyə  getdi.  Prezident  Ebert  və  hökumət  paytaxta  qayıtdılar. 
Konstitusiya quruluşu bərpa edildi. Ebert özünü gözdən salan Bauer 
hökumətini  istefaya  göndərdi.  Onun  əvəzinə  kansler  vəzifəsinə 
Sosial-Demokrat Partiyasının nümayəndəsi German Müllcr gətirildi. 
1920-ci 
il 
iyunun 
6-da 
reyxstaqa 
keçirilən 
seçkilərdə 
sosial-demokratlar  mövqelərini  itirdilər.  Sağ  partiyalar  isə  xeyli 
gücləndilər. Seçkilərdə AMSDP 84, Alman Milli Xalq Partiyası 71, 
Katolik-Mərkəz  Partiyası  64,  ADP  39,  kommunistlər  isə  ilk  dəfə 
olaraq  4  mandat  aldılar.  Reyxstaqda  yeni  qüvvələr  nisbətinin 
yaranması  Veymar  koalisiyasının  süqutuna  gətirib  çıxardı.  Yeni 
hökuməti Alman Milli Xalq Partiyası, Alman Demokrat Partiyası və 
Katolik-Mərkəz  Partiyası  formalaşdırdı.  İyunun  21-də  Mərkəz 
Partiyasının lideri K.Ferenbax kansler oldu. Ölkədəki bütün könüllü 
hərbi  dəstələr  qadağan  edildi.  Yalnız  Bavariyada  belə  dəstələr 
saxlanıldı. Qatı millətçilər silahlı dəstələri ləğv etməyərək ağackəsən 
və idmançı adı altında kəndlərdə yerləşdirdilər. 
Ferenbax  hökuməti  gömıiik  siyasətini  ciddiləşdirdi.  Lakin 
iqtisadi vəziyyət yenə də düzəlmədi. Dövlət büdcəsinin kəsiri 70 mlrd, 
marka, nominal və real əmək haqqı arasında fərq isə 50% təşkil etdi. 
Ölkəni -narazılıq bürümüşdü. Siyasi böhran yarandığından Ferenbax 
da  hakimiyyətdə  çox  az  qaldı.  O,  1921-ci  ilin  may  ayında  istefaya 
getməyə məcbur oldu. 
1921-ci  il  mayın  11-də  reyxstaq  təzminatın  ödənilməsinə  dair 
London konfransında verilən ultimatumu qəbul etdi. Birinci təzminat 
3 ay sonra ödənilməli idi. Lakin Reyxsbankda bu qədər pul olmadığı 
üçün  hökumət  dünya  birjalarından  50  mlrd,  marka  aldı.  Bu,  ölkədə 
inflyasiyanı dərinləşdirdi. 
1921-ci ildə Mərkəz Partiyasının nümayəndəsi İ.Virtin qurduğu 
hökumətin əsas vəzifəsi Almaniyanın iqtisadi və maliyyə vəziyyətini 
düzəltmək,  böyük  dövlətlərlə  nonnal  münasibətlər  yaratmaq  idi. 
Hökumət markanın kursunu sabitləşdirmək məqsədi ilə ölkənin qızıl 
ehtiyatını satmağa başladı. Lakin iri maqnatlar 
77 


mane olduğundan bu cəhdlər elə bir nəticə vermədi. 
Qalib  dövlətlərə  təzminatı  ödəmək  məsələsində  hökumətin 
tərkibində ciddi fikir ayrılıqlan mövcud idi. Bu məsələ barəsində iki 
xətt  arasında  kəskin  mübarizə  gedirdi.  Birinci  xəttin  tərəfdarları 
təzminatın  ödənilməsinin  vacibliyini  bildirirdilər.  Təzminatı 
ödəməyin  və  qalib  dövlətlərlə  nonnal  münasibətlər  qurmağın 
tərəfdarı  olan  xarici  işlər  naziri,  ADP-nin  nümayəndəsi,  tanınmış 
sahibkar  və  siyasətçi  Valter  Ratenau  1922-ci  il  iyunun  24-də 
“Konsul”  terrorçu  təşkilatının  üzvləri  tərəfindən  öldürüldü. 
Ümumiyyətlə, ölkədə təzminatı ödəmək xəttinin tərəfdarları xeyli az 
idi. 
İkinci  xəttin  tərəfdarı  təzminatın  ödəməyin  əleyhdarları  idi. 
Həmin xəttin nümayəndələri olan nasional-sosialistlər, millətçilər və 
iri inhisarlar təzminatın ödənilməsi üzərinə moratorium qoyulmasını 
tələb  edirdilər.  Bu  sahədə  Stinnes  və  başqaları  xüsusi  ilə  fəallıq 
göstərirdilər. 
Münhen qiyamı 
Təzminatın yubadılaraq ödənilməsindən narazı olan Fransa yeni 
işğalçılıq  planlarına  əl  atdı.  1923-cü  il  yanvarın  11-də  Fransa  və 
Belçika  qoşunları  Almaniyada  daş  kömürün  90%-ni,  çuqunun  isə 
70%-ni verən Rur hövzəsi və Reyn vilayətini işğal etdi. Rurun işğalı 
faktı  fransızların  qələbəsi  olsa  da  Fransaya  heç  bir  şey  vermədi. 
İşğalla barışmayan alman xalqı işləməkdən imtina etdi. Virt hökuməti 
böhrana düşərək istefaya getdi. V.Kuno bitərəflərdən ibarət hökumət 
qurdu. Bu hökumət işğala passiv müqavimət göstərdi. Yeni kabinet 
fəlakət  siyasəti  ideyasını  irəli  sürdü.  Hökumət  təzminatı  ödəməyin 
qəti  əleyhinə  çıxsa  da  digər  beynəlxalq  sazişlərin  yerinə 
yetirilməsinin  vacibliyini  bildirdi.  Amma  hökumətin  bu  siyasəti  də 
iflasa  uğradı.  İnflyasiya  görünməmiş  həddə  çatdı.  İşsizlərin  sayı  5 
mln.  nəfər  oldu.  Ölkəni  Kuno  hökuməti  əleyhinə  tətillər  bürüdü. 
Nəticədə avqustun 12-də Kuno hökuməti 
78 


istefa  verdi.  Avqustun  13-də  H.Ştrezeman  başda  olmaqla  Böyük 
koalisiya hökuməti  yaradıldı. Hökumətin tərkibinə Xalq, Demokrat, 
Sosial-Demokrat  partiyaları  və  mərkəzçilərin  nümayəndələri  daxil 
oldular.  Sentyabrın  26-da  Ştrezeman  hökuməti  passiv  müqaviməti 
dayandıraraq ölkədə mühasirə vəziyyəti elan etdi. Təqiblərə başladı. 
Hökumətin  siya.səti  xalqın  kəskin  narazılığına  səbəb  oldu. 
Təzminatın  ödənilməsi  və  xalqın  ağır  sosial-iqtisadi  vəziyyəti 
hökumət  əleyhinə  çıxışların  güclənməsi  üçün  əlverişli  şərait 
yaradırdı.  Saksoniya  və  Türingiyada  fəhlələr  küçələrə  çıxdılar. 
1923-cü 
ilin  oktyabr  ayında  Saksoniya  və  Türingiyada 
sosial-demokratlar və kommunistlər fəhlə hökuməti yaratdılar. Lakin 
sol  sosial-demokratlar  tərəddüd  edərək  barışıq  siyasəti  yeridirdilər. 
Oktyabrın  ayının  sonunda  qanuni  hökumət  fəhlə  hökumətlərini 
qovdu. 
1923-
 
cü  ilin  inqilabi  böhranının  yüksək  nöqtəsi  E.Telman 
başda  olmaqla  kommunistlərin  Hamburqda  təşkil  etdikləri  silahlı 
üsyan  oldu.  Fəhlələr  küçələrdə  barrikada  qurdular.  Bəzi  yerlərdə 
polisi  tərksilah  etdilər.  Lakin  sosial  dayaqları  olmadığından  üsyan 
rəhbərləri  onu  dayandırdılar.  Geniş  xalq  kütlələri  onların  arxasınca 
getmədilər.  Beləliklə,  Almaniyada  inqilabi  böhran  fəhlə  və 
kommunistlərin məğlubiyyəti ilə nəticələndi. 
Hökumətin zəifliyi, sol meyllərin güclənməsi və sovet Rusiyası 
tipində  quruluş  yaratmaq  cəhdləri  nasional-sosializmi  hərəkətə 
gətirdi.  1923-cü  il  noyabrın  8-9-da  Hitlcrin  başçılığı  ilə  Münhendə 
“pivəxana  qiyamı”  baş  verdi.  Pivəxanaya  gələnləri  girov  götürən 
qiyamçılar  hökumətin  istefasını  tələb  edərək  Berlinə  doğru  yürüşə 
başladılar.  Bavariya  hökumətinin  başçısı  fon  Kara  da  qiyamçılara 
qoşularaq yerli nazirləri həbs etdi. Qiyamçılar imperiya hökumətinin 
və  prezident  Ebertin  devrildiyini  bildirdilər.  Hitlcr  özünü  yeni 
imperiya hökumətinin başçısı, general Lüdcndorfu isə ordunun ali baş 
komandanı  elan  etdi.  Amma  bu  dövrdə  alman  xalqında 
nasional-sosialistlərin  hakimiyyətinin  qurulmasına  təlabat  yox  idi. 
Nəticədə qiyam səhəri gün Münhen küçələrində 
79 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə