Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§ 6. İqtisadi qloballaşma



Yüklə 6,62 Mb.
səhifə30/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

§ 6. İqtisadi qloballaşma



Yer kürəsində mövcud olan müxtəlif ölkələrin və xalqların ümumbəşəri mənafelərinə xidmət edən, onları beynəlmiləl prinsiplər əsasında bir-birinə yaxınlaşdıran və dünya birliyində iştirakını təmin edən dünyəvi proseslərdən biri qloballaşmadır. Qlobal fransızca «ümumi», latınca «qlobus», Türkcə (kürə) mənasını daşıyır.

Qloballaşma ümumbəşəri məzmuna malik olmaqla bəşəriyyət üçün həlli zəruri olan müxtəlif istiqəmətli problemləri əhatə edir. Müasir şəraitdə qloballaşma dünya siysətində və iqtisadiyyatında prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu reallıq bəşər cəmiyyətinin inkişaf qanunauyğunluqlarını daha geniş dərk etmək, inkişaf prioritetlərini düzgün müəyyən etmək zərurətindən doğur.

Qloballaşma problemləri özünə məxsus xarakterik xüsusiyyətlərə malikdir:

-Bu problemlər ümumbəşəri xarakter daşıyır. Belə ki, yaşından, cinsindən, yaşadıqları ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün insanlar daim qlobal problemlərlə üzləşir;

- qlobal problemlər beynəlmiləl xarakterə malikdir. Yəni dünya birliyi ölkələrinin bütün səylərinin əlaqələndirilməsini tələb edir.

-qlobal problemlərə ümumbəşəri siyasi, iqtisadi, ekoloji, texniki təhlükəsizlik, sağlamlıq, müharibə, sülh, müdafiə və digər problemlər kompleksi daxildir;

- qloballaşma problemlər dünya ölkələrinin xalqlarının ümumbəşəri mənafelərinin uyğunlaşması reallaşması prosesidir;

XX əsrin sonu XXI əsrin əvvəllərində qloballaşma problemləri dünya ölkələrin transmilli maraqlarına çevrilmişdir.İqtisadi qloballaşma dünya ölkələri siyasətinin əsas istiqaməti başlıca yoludur. Xüsusilə, iqtisadi qloballaşma prosesi qlobal iqtisadiyyatın formalaşmasına maddi-iqtisadi şərait yaradır. Müasir dövrdə qloballaşma qanunauyğun ziddiyyəli bir proses olsa da ona mütəxəssislər müxtəlif istiqamətlərdə yanaşırlar. Onlar qloballaşmanın məzmununa ya bir tərəfli mövqedən yanaşır, ya da inkişaf etmiş dünya ölkələrinin beynəlxalq iqtisadi maraqlarının reallaşma forması kimi baxırlar. Lakin bütün ölkələrin bu prosesdə məqsədi, iştirak imkanları, amilləri formaları eyni deyildir. Belə ki, hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi, maddi-texniki, təbii imkanları bir-birindən fərqlidir. Bu səbəblər dünya ölkələrinin iqtisadi qloballaşma prosesində iştirakına maddi əsas yaradır. Xüsusilə, müstəqillik əldə etmiş Azərbaycanın mövcud iqtisadi, insani, elmi potensialı, təbii sərvətləri, coğrafi mövqeyi onun iqtisadi qloballaşma prosesində iştirakını zəruri edir. Dövlətin siyasi durumu, fəal xarici siyasət, beynəlxalq nüfuzu çoxsaylı beynəlxalq təşkilatlarda iştirakı iqtisadi qloballaşma prosesinə qoşulma meylini daha da gücləndirir. Ancaq iqtisadi qloballaşma milli iqtisadiyyatın zəifləməsinə deyil, onun iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına xidmət etməlidir. Vahid qlobal sistemdə iştirak edən bütün dövlətlər öz iqtisadi gücünü artırmalı daha yaxşı yaşamalıdır. Bütövlükdə qloballaşma prosesinə qoşulma hər bir ölkənin arzu istəyidir. İqtisadi qloballaşma ölkələrin strateji iqtisadi məqsədinə mənafelərinə xidmət edən bir prosesdir. Müstəqil inkişaf yolu ilə gedən Azərbaycanın iqtisadi qloballaşmaya qoşulmasının əsas istiqamətləri bunlardır:

- Respublikanın qiymətli təbii sərvətlərinin hasil edilərək dünya bazarına çıxarılması dünya ölkələrinin digər sərvətlərinin ölkə iqtisadiyyatına cəlb edilməsi;

- Azərbaycanın Avrasiya nəqliyyat sisteminə, TRASEKA proqramına qoşulması;

- Xarici investisiyaların iqtisadiyyatın neft qeyri-neft sektorlarına cəlb edilməsi;

- Xarici ticarət əlaqələrinin daha da genişləndirilməsi

Azərbaycan öz təbii-iqtisadi sərvətlərinə görə iqtisadi qloballaşma prosesində öz rolunu nüfuzunu artırır. Hazırda ekspertlər Xəzərin Azərbaycan sektorunda neft ehtiyatının 4-10 milyard tona yaxın, qaz ehtiyatının isə 1.200 milyard m3 həcmində olduğunu göstərirlər. Bu Azərbaycanın beynəlxalq əmək bölgüsü sistemində qlobal iqtisadiyyatda iştirakına imkan yaradır. 1994- ildə imzalanmış «Əsrin müqaviləsi» neft strategiyasına uyğun olaraq neft ehtiyatlarını hasil etmək məqsədilə dünyanın 14 ölkəsinin 33 nüfuzlu şirkəti ilə 22 müqavilə bağlanmışdır. Bu beynəlxalq layihələrin reallaşmasına 60 milyard ABŞ dolları həcmində vəsait sərf etmək nəzərdə tutulur. Hasil edilmiş nefti dünya bazarına çıxarmaq məqsədilə Bakı-Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan ixrac neft borusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Göstərilən beynəlxalq layihələrin həyata keçirilməsinin birlikdə dəyəri 16 milyard ABŞ dollarına bərabərdir. Həmin beynəlxalq layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi qloballaşma prosesində iştirakını bir daha təsdiq edir. Azərbaycanın iqtisadi qloballaşma prosesində iştirakına maddi təminat verən əsas amillərdən biri xarici investisiya qoyulmuşdur. 1994- ildən başlayaraq ölkə iqtisadiyyatına xarici investisiyaların həcmi ilbəil artır. İndiyə kimi ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, onun 60 faizdən çoxu neft sektoruna, qalan hissəsi isə qeyri-neft sektoru sahələrinə yönəldilmişdir.

Təkcə 2005-ci ildə ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun həcmi 4893,2 milyon ABŞ dolları olmuşdur. Bu vəsaitin 698,4 milyon ABŞ dolları maliyyə kreditlərinin, 3799,9 milyon ABŞ dolları neft sənayesinin, 87,1 milyon ABŞ dolları birgə müəssisələr xarici firmaların, 1,0 milyon ABŞ dolları neft bonusunun payına düşür. Bu ildə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşunda daha çox xüsusi çəkiyə malik olan ölkələrlə Böyük Britaniya, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya s. ölkələr daxildir. Bu onu göstərir ki, respublikanın UDM-da xarici investisiya qoyuluşunun xüsusi çəkisi ardıcıl olaraq artır.

Əgər ölkə iqtisadliyyatında 2002-ci ildə xarici birgə (müştərək) müəssisələrin sayı 748 olmuşdursa, 2005-ci ildə 796-ya çatmışdır. Onların əksəriyyəti tam xarici investisiyalı müəssisəlr hesab olunur Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsini sübut edir. Əlbəttə iqtisadi qloballaşma prosesi dünya ölkələrinin ümumbəşəri iqtisadi mənafelərinin uyğunlaşmasına reallaşmasına göstərdiyi müsbət təsirlə yanaşı onun mənfi təzahürləri meydana çıxır. Belə ki, qlobal ədalətsizlik, qeyri-bərabər inkişaf səviyyəsi, TMK-ın zəif inkişaf etmiş ölkələr üzərində hökmranlıq iddialları s. amillər əks qloballaşma hərəkatının yayılmasına şərait yaradır. Əks qlobalçılar yeni sosial fenomendilər. Onlar beynəlxalq kommunikasiya sistemini layihələri müdafiə etsələr , bazar rəqabəti prinsipini inkar edən «qloballaşmanı» müdafiə etmirlər. Əks qloballaşma strukturları əsasən Qərb ölkələrinin təşəbbüsü ilə yaradılmışdır ki, onlar qloballaşma prosesinin zəif inkişaf etmiş ölkələrin iqtisadi maraqlarına toxunulması ideyasını müdafiə edirlər.

Hazırda əks qloballaşma tərəfdarı olan ölkələrin sayı artmışdır. Bunu həmin ölkələrin öz ölkəsinə, xalqına, milli sərvətlərinə, milli iqtisadiyyatına və gələcək inkişaf strategiyasına böyük hörmət hissinin təcəssümü kimi qiymətləndirmək olar.

Azərbaycanın dünya birliyində öz mövqeyini daim artırması, onun dünyanın 135 ölkəsi ilə hərtərəfli əlaqələrinin genişlənməsi, çoxsaylı Beynəlxalq maliyyə qurumlarının təşkilatlarının üzvü olması iqtisadi qloballaşma prosesində iştirakının bariz nümunəsidir.



BÖLMƏ 5. KEÇİD DÖVRÜ VƏ MİLLİ İQTİSADİYYAT

XYIII FƏSİL

Azərbaycanın keçid dövrü iqtisadiyyatı və onun formalaşdırılması
1. Keçid dövrünün zəruriliyi və mahiyyəti

2. Keçid dövrü iqtisadiyyatının məzmunu və əsas cəhətləri

3. Keçid dövrü iqtisadiyyatının çoxukladlı xarakteri və qanunauyğunluqları

4. Keçid dövrü iqtisadi münasibətlər sistemi, təsərrüfat

mexanizmi və ziddiyyətləri

5. Azərbaycanın keçid dövrü iqtisadiyyatı: məzmunu qarşıda duran vəzifələr

və formalaşmasında dövlətin rolu.
§ 1. Keçid dövrünün mahiyyəti və zəruriliyi



İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. İnkişafın bir mərhələsindən digərinə keçir, cəmiyyətin bir forması başqa, daha mütərəqqi forması ilə əvəz olunur. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. İqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verirdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə yanaşı mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər “Keçid iqtisadiyyatı” adlandırırlar.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə