Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


§ 4. Beynəlxalq valyuta sistemi. Valyuta bazarı



Yüklə 6,62 Mb.
səhifə29/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

§ 4. Beynəlxalq valyuta sistemi. Valyuta bazarı



Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasındla qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir.

Valyuta (İtalyanca- «Valuta», «qiymət», «dəyər») mənasını daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-da dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur onun bir hissəsini valyuta resursları təşkil edir beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir.

Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır.

- tam dönərli (sərbəst dönərli qabiliyyəti olan);

- qismən dönərli;

- qeyri-dönərli (dönərlik qabiliyyəti olmayan).

Dünyada elə ölkələr vardır ki, onların valyutaları tam dönərli qabiliyyətinə malikdir. Belə valyutaları sərbəst olaraq istənilən ölkənin valyutasına dəyişdirmək olar. Bu proses valyutanın konvertləşdiridlməsi adlanır.Müasir şəraitdə Beynəlxalq valyuta fondunun üzvü olan 180 ölkədən 60- nın valyutası tam çevrilə bilən valyutadır. Onlara: ABŞ dollarını, Avropa Birliyi ölkələrinin evrosunu, İngiltərənin funt-sterlinqini, Almaniya markasını s. göstərmək olar.

Qismən dönərli valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları dönərli qabiliyyəti olmayan valyutalar hesab olunur.

Dünya valyuta sistemi birdən-birə meydana gəlməmişdir. Belə ki, dünya təsərrüfat sisteminin təkamül yolu ilə formalaşması beynəlxalq valyuta sisteminin yaranmasına səbəb olmuşdur.

Dünya valyuta sistemi dünya bazarının inkişafı nəticəsində öz misiyasını genişləndirmiş və dövlətlərarası razılaşma əsasında tənzimlənir. Dünya valyuta sisteminin əsas elementlərinə aşağıdakılar daxildir:

- Beynəlxalq ödəmə vasitəsi;

- valyuta kursunun yaranma və müdafiə olunma mexanizmi;

- beynəlxalq ödəmələrin balanslaşdırılması qaydaları;

- valyuta mübadilə şərtləri;

- valyuta və qızıl bazarlarının fəaliyyətinin tənzimlənməsi;

- beynəlxalq valyuta münasibətlərini tənzimləyən dövlətlərarası inistitutların hüquq vəzifələri.

Dünya ölkələri arasında təsərrüfat əlaqələrinin daim genişlənməsi beynəlxalq valyuta sisteminin inkişafı təkmilləşdirilməsinə təsir göstərir.1944- ildə Beynəlxalq Valyuta Fondunun (BVF) yaradılması, Avropa Valyuta sisteminin təşkil edilməsi dünya ölkələrinin nüfuzlu valyutalarının konvertləşdirilməsi prosesində mövcud olan çətinlikləri aradan qaldırdı. Hazırda dünya ölkələri milli valyutalarla yanaşı beynəlxalq əməliyyatlarda kollektiv valyutalardan da istifadə edirlər. Kollektiv valyuta (EKYİ) 1979-cu ildən Avropa iqtisadi birliyinə daxil olan ölkələr arasında hesablaşma pul vahidi kimi fəaliyyət göstərmiş, sonra Avro ilə əvəz olunmuşdur.

Ölkələrarası Beynəlxalq hesablaşmalarda valyuta klirinqindən istifadə olunur. Valyuta klirinqi- mal göndərilməsi və göstərilən xidmətlərin dəyərinin qarşılıqlı surətdə əmtəə və xidmətlərlə ödənilməsi üzrə hökumətlər arası sazişdir.Beynəlxalq valyuta münasibətlərinin inkişafında beynəlxalq valyuta bazarı mühüm rol oynayır. Beynəlxalq valyuta bazarı – dünya ölkələrinin bütün valyutalarının alqı-satqısı əməliyyatlarının aparıldığı bazardır.

Beynəlxalq valyuta bazarında valyuta məzənnəsi formalaşır. Valyuta məzənnəsi (kursu) dedikdə, bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində ifadə olunmuş qiyməti nəzərdə tutulur. Valyuta məzənnəsi müxtəlif amillərin valyuta bazarına təsirindən asılı olaraq dəyişir. Valyuta bazarında valyuta kursu müəyyən edilərkən dünya bankının metodikası əsas götürülür. Yəni bu metodikaya görə 15 adda məhsulun hər iki ölkədə satış qiymətləri müqayisə olunur və onun əsasında valyuta kursu müəyyən edilir. 15 adda məhsulların adları dünya təcrübəsinə əsasən qəbul olunur və onların adları dəyişdirilir.

Valyuta kursuna təsir edən amillərə aşağıdakılar daxildir:

- alıcıların zövqündə əmələ gələn dəyişikliklər;

- əhalinin gəlirlərindəki fərqlər;

- inflyasiya səviyyəsinin dəyişməsi;

- real faiz dərəcəsinin dəyişilməsi;

- Beynəlxalq hesablaşmalarda valyutadan istifadə dərəcəsi və s.

Milli valyutanın beynəlxalq valyuta rolunda çıxış etməsi ölkənin milli iqtisadiyyatına müsbət təsir göstərir. Çünki, beynəlxalq hesablaşmaların milli valyuta ilə aparılması xarici investisiyaların cəlb olunmasına, satış bazarının ələ keçirilməsinə, ölkəyə məxsus olan maddi, əmək maliyyə resurslarından səmərəli istifadə olunmasına təsir göstərir.

Milli valyutaların daxili xarici dönərlilik qabiliyyətinin fərqləndirmək lazımdır. Daxili dönərlilik dedikdə milli valyutanın ölkə daxilində hər bir əmtəə xidmətə çevrilmək qabiliyyəti nəzərdə tutulur. Xarici dönərlilik dedikdə isə qeyri-rezidentlər tərəfindən milli valyutanın istənilən xarici valyutaya (mövcud valyuta məzənnəsinə uyğun olaraq) diyişdirilməsi nəzərdə tutulur.

Ümumdünya təsərrüfatı sisteminin formalaşmasına uyğun olaraq beynəlxalq valyuta sisteminin inkişafının dörd mərhələsi vardır. Birinci mərhələsi XİX-XX əsrlərdə kortəbii surətdə qərarlaşan «qızıl standart» valyuta sistemidir. Bu dövrdə beynəlxalq valyuta-kredit sistemində mərkəzi yeri qızıl tuturdu. Hər bir ölkənin qızıl standartına uyğun olaraq milli valyutası daxili bazarda sərbəst şəkildə qızıla çevrilirdi. Ölkə daxilində pul kütləsi ilə qızıl ehtiyatı arasında nisbət gözlənilirdi qızılın sərbəst idxal ixracında heç bir maneə yox idi.

Beynəlxalq valyuta sistemini aşağıdakı sxem əsasında müəyyən etmək olar.


Valyuta kursu sistemi

Fəaliyyət dövrü

Sistemin tipləri

Valyuta kursunun rejimi

Qızıl standart

sistemi

XIX əsrin axırı-XX

əsrin 30-cu illərinin ortası

Qızıl standart


Valyuta kursunun paritetinin qızıl üzrə müəyyənləşdirilməsi

Bretton- Vuds

sistemi

1940-cı illərin ortası 70-ci illərin əvvəli

Qızıl dollar standartı

Mövcud bazarda formalaşmış valyuta kursunun dollara və qızılın rəsmi qiymətinin dollara nisbəti üzrə müəyyən olunmuş valyuta kursu

Üzən valyuta kursu sistemi

(Yamayka valyuta sistemi)

1971-ci ildən dolların qızıla konvertləşməsinin

rəsmi ləğvi.

Çox valyutalı

standart

Regional valyuta qrupları çərçivəsində onların qarşılıqlı əlaqəsində idarə olunan üzən valyuta kursu


Sxem 3. Beynəlxalq valyuta sistemi.
Qızılın nadir (nəcib) metal olması, tədavüldə hərəkətinin çətinlik törətməsi, pul kütləsinin azalması və s. amillərlə bağlı olaraq kağız pulların dövriyyəyə buraxılması obyektiv zərurətə çevrildi. Qızıl standartı dövriyyədə ayrı-ayrı ölkələrin milli valyutalarının qızıla nisbətinə görə müxtəlif olmuşdur. Məsələn, qızıl standartı sistemində 1 ABŞ dolları 23,22 qram qızıla, İngiltərədə 1 fund sterlinq 113,00 qram xalis qızıla və s. bərabər tutulurdu.

Bu sistemin xarakterik cəhətlərindən biri ondan ibərətdir ki, bəzi ölkələr məhsul ixracına daha çox üstünlük verərək ölkəyə qızıl axınına nail olurdular.

Beynəlxalq valyuta sisteminin ikinci mərhələsi XX əsrin 30-cu illərindən başlayaraq 50-60-cı illərdə başa çatmışdır.Bu sistemin Bretton-Vuds valyuta sistemi (tənzimlənən valyuta məzənnəsi) adlanır. 1944-cü ildə dünya ölkələri beynəlxalq valyuta sisteminin tənzimləmək məqsədilə ABŞ-ın Bretton-Vuds şəhərində beynəlxalq konfrans keçirmişdir. Konfransda köhnə sistemin üstünlüklərini saxlamaq yolu ilə nəzərə çarpan çatışmazlıqları aradan qaldırmaq haqqında qərar qəbul olunmuşdur. Bu sistemə əsasən ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi qəbul edildi, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi. Bretton-Vuds Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı və kapitalist ölkələri arasında valyuta məzənnələrini tənzimləməklə məşğul olmağa başlandı. ABŞ dolları qızıla və başqa ölkələrin milli valyutaları ilə mübadilə olunmaq funksiyasına malik oldu. Bretton-Vuds valyuta sistemi ABŞ iqtisadiyyatında bir sıra geriləmələrə səbəb oldu. Xüsusilə, 50-60-cı illərdə ABŞ-ın tədiyyə balansı mənfi saldoya malik olmuş, xarici nümayəndələrin daha çox dollara malik olması ABŞ qızılının başqa ölkələrə axmasına səbəb olmuşdur. 70-ci illərdə bu problem daha da kəskinləşməyə başlamışdır. 15 avqust 1971-ci ildə ABŞ prezidenti R.Nikson tərəfindən dolların qızıla bərabər tutulması prosesinin qarşısı alındı və 35 dolların 1 unsiya qızıla dəyişdirilməsi dayandırılıdı. Beləliklə, 1971- 1973-cü illərdə tənzimlənən valyuta məzənnəsi sistemi tamamilə dağıldı.

Üçüncü valyuta məzənnəsi sistemi 1976-cı ildə BVF üzvləri arasında Kinqostonda (Yamayka) keçirilmiş müşavirədə qəbul edilmişdir. Bu sistem «üzən» valyuta məzənnəsi adlanır. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, bütün valyuta vahidlərinin qızılla mübadilə olunma əlaqələri tamamilə aradan qalxır. BVF-na üzv olan ölkələr «sabit» və ya «üzən» məzənnə sistemində sərbəst iştirak etmək imkanı əldə etdilər ABŞ, Kanada, İngiltərə,Yaponiya və digər inkişaf etmiş ölkələr tələb və təklifdən asılı olaraq sərbəst valyuta məzənnələrini müəyyən etdilər və bu sistemdə ABŞ dolları mütləq üstünlük qazandı.

Beynəlxalq valyuta sisteminin tərkib hissələrindən biri də Avropa ittifaqı ölkələrinin valyuta sistemidir.Bu sistem 1979-cu ilin mart ayında Avropa İttifaqı ölkələrinin qarşılıqlı razılaşmalar əsasında yaradılmışdır. Belə ki, həmin ildə EKÜİ bu ittifaqa daxil olan ölkələrin hesablaşma vasitəsi olan kollektiv valyuta kimi dövriyyəyə buraxılmışdır. EKÜİ-nin dövriyyəyə buraxılmasının üstünlükləri bunlardır:

-Avropa Birliyinə daxil olan ölkələrin valyutalarının sabitliyinin saxlanılması;

- iqtisadi inkişaf prosesində həmin ölkələrin iştirakına maliyyə təminatı verilməsi;

- Aİ ölkələrinin ABŞ dollarının təsirindən xilas olunması.

- Avropa valyuta məzənnəsi sistemində - daxil olan ölkələr arasında 1 yanvar 2002-ci ildən etibarən «avro» banktnotları dövriyyə buraxılmışdır. «Avro» pul vahidi - daxil olan ölkələrin əlaqələrinin daha da genişlənməsinə, onların iqtisadi potensialının artmasına təsir göstərir.

Azərbaycan Respublikasında 15 avqust 1992-ci ildən etibarən milli valyuta - manat dövriyyəyə buraxılmışdır. 1994-cü ildən etibarən «valyuta tənzimlənməsi» haqqında qanun qəbul edilmiş, ona uyğun olaraq milli valyutanın xarici valyutalarla mübadilə nisbəti, onların tənzimlənməsi mexanizmi və əhalinin alıcılıq qabiliyyətinə təsiri müəyyən edilmişdir.

2006-cı ildən etibarən Azərbaycanda inflyasiya prosesi ilə bağlı olaraq milli pul vahidinin alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində denominasiya siyasəti həyata keçirilmişdir. Milli valyutanan xarici valyutaya nisbətən dönərlilik səviyyəsi və gücü (möhkəmliliyi) artmışdır. Yeni pul vahidinin əvvəlki valyuta ilə nisbəti 5000 AzM= 1 AZN olmuşdur.
§ 5. Tədiyyə balansı və onun quruluşu.

Beynəlxalq əmək bölgüsünün inkişafı nəticəsində dünya ölkələri arasında iqtisadi əlaqələr daha da genişlənir. Beynəlxalq iqtisadi əlaqələri və hesablaşmaları əks etdirən sənədlərdən biri tədiyyə balansıdır.Beynəlxalq hesablaşmalar balansları arasında tədiyyə balansı mərkəzi yer tutur. Tədiyyə (ödəniş) balansı xarici ölkələrə ödəniş və xaricdən daxil olma əməliyyatların nisbətinin pul vasitəsilə əks etdirən sənəddir.

Tədiyyə balansı müəyyən dövr üçün (ay, rüb, il) tərtib edilir. Tədiyyə balansı xaricdən valyuta daxilolmalar ödəmələrdən çox olduqda aktiv (müsbət saldo), əksinə ödəmələr daxilolmalardan çox olduqda passiv (mənfi saldo) olur. Tədiyyə balansında müsbət saldo qalığı olarsa ölkənin qızıl valyuta ehtiyatı artır.

Tədiyyə balansının strukturuna aşağıdakılar aiddir:

- cari əməliyyatlar hesabı - əmtəə xidmətlər;

- xarici ticarət balansı - buraya əmtəələrin ixracı və idxalı daxildir;

- xidmətlər balansı- buraya sığorta daxil olmaqla nəqliyyat, səfərlər,

tikinti, rabitə, maliyyə, dövlət və digər xidmət növləri aiddir;

- gəlirlər balansı – buraya əmək ödənişləri, qiymətli kağızlar portfelindən gəlir, birbaşa investisiyalardan gəlir və digər gəlir növləri;

- cari transferlər- buraya beynəlxalq təşkilatlara üzvülük haqqı, humanitar, texniki və digər yardımlar, pul baratları və digər köçürmələr daxildir;

- kapitalın və maliyyənin hərəkəti hesabı- buraya neft bonusu, mühacirlərin transferləri, qeyri-maliyyə aktivlərinin alınması (torpaq, onun sərvətləri və s.) daxildir;

- iqtisadiyyata invesitisiya qoyuluşu- buraya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar, səhmdar kapital digər kapital növləri, portfel investisiyalar aiddir;

- digər investisiyalar: aktiv və passv əməliyyatlar, ticarət kreditləri, kreditlər və ssudalar (borclar) nəqd pullar və depozitlər və digər aktivlər daxildir.

2005-ci ildə Azərbaycanın tədiyyə balansının quruluşuna diqqət yetirdikdə görünür ki, cari əməliyyatlar hesabı, ixrac əməliyyatları, gəlir balansı, bir başa xarici investisiyalar, kapital maliyyə hesabı s. üzrə müsbət saldo əldə olunmuşdur. Ölkənin tədiyyə balansına təsir edin amillər bunlardır:

- ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, iqtisadiyyatda baş verən dəyişikliklər, xarici dövlət borclarının artması, iqtisadiyyatın hərbiləşdirilməsi kapitalın beynəlxalq hərəkətinin miqyası, beynəlxalq ticarətdəki əsaslı dəyişikliklər, valyuta məzənnəsi, inflyasiya səviyyəsi s. Tədiyyə balansı bir ölkənin xarici ölkələrlə iqtisadi əlaqələrinin mövcud vəziyyətini səciyyələndirən makroiqtisadi göstəricidir. Bir ölkə digər ölkə ilə iqtisadi əlaqə istiqamətlərini- müəyyən edərkən ilk növbədə həmin ölkənin tədiyyə balansına diqqət yetirir.Tədiyyə balansının bu cəhətini nəzərə alaraq hökumət ardıcıl olaraq tədiyyə balansını müxtəlif üsullarla tənzimləyir.

- tədiyyə balansının tarazlaşdırılması. Bu məqsədlə dövlət tədiyyə balansının kəsirini ödəmək məqsədilə BVF-dən ehtiyat (şərtsiz) kredit alır və qızıl valyuta ehtiyatlarından istifadə edir;

- dövlət büdcənin vasitəsi ilə yenidən bölgü prosesində milli gəlirin xüsusi çəkisinin artması;

- ölkənin kapital ixrac edən ölkələrlə beynəlxalq iqtisadi münasibətlərə girməsi;

- xaric ölkələrdən borc alınması və ölkənin aktivlərinin xaricə satılması;

  • deflyasiya siyasətinin həyata keçirilməsi, bu siyasət daxili tələbin azaldılmasına, qiymətlərin əmək haqqının dondurulmasına, mülkü məqsədlərə büdcə xərclərinin məhdudlaşdırılmasına yönəldilir. Deflyasiya siyasətinin üç əsas məqsədi vardır: 1) mərkəzi bankın uçot dərəcələrinin dəyişdirilməsi; 2) kreditə məhdudiyyət qoyulması; 3) pul kütləsinin artımına hədd qoyulması.

-Devalvasiya siyasəti vasitəsilə tənzimləmədə əmtəə xidmətlərin ixracı stimullaşdırılır, idxal məhdudlaşdırılır milli valyutanın kursu aşağı salınır.

Təsərrüfat əlaqələrinin beynəlmilləşməsi nəticəsində tədiyyə balansının beynəlxalq tənzimlənməsi obyektiv zərurətə çevrilmişdir. Vaxtilə C.M.Keyns bazarın avtomatik tənzimlənməsinə qarşı çıxaraq tədiyyə balansının dövlət tənzimlənməsinə üstünlük vermişdir. Bu dövrdə dövlət makroiqtisadi tənzimləmə mexanizmlərini güclü surətdə işə salmışdır.

Tədiyyə balansının beynəlxalq tənzimlənmə vasitələrinə aşağıdakıları aid etmək olar:

- ixrac olunan beynəlxalq kreditlərin şərtlərinin razılaşdırılması;

- mərkəzi banklar arasında qarşılıqlı qısa müddətli kreditlərin verilməsi;

- beynəlxalq valyuta-kredit maliyyə təşkilatlarının kreditlərindən istifadə olunması;

İnkişaf etmiş xarici ölkələrin tədiyyə balansı həmişə aktiv olur. Belə ki, onların xarici investisiyalardan, beynəlxalq kreditlərdən və xidmətlərdən daxil olmalarının xüsusi çəkisi daha çoxdur. Kapital ixrac edən ölkələr beynəlxalq valyutanın ixracı ilə bağlı xərclərini kapital ixrac olunan ölkələrdən əldə olunan gəlirlər hesabına ödəyirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun müddət tədiyyə balansında mənfi saldo (passiv əməliyyatlar) qalığı üstünlük təşkil etmişdir. Belə ki, ölkədə mövcud olan sosial-iqtisadi çətinliklər (1991-1997-ci illər) makro-iqtisadi, qeyri-sabit vəziyyət, yəni böhran vəziyyəti, ciddi maliyyə çətinlikləri ölkəni xarici ölkələrdən iqtisadi asılılıqda saxlamış, iri həcmli beynəlxalq kreditlər alınmış, ölkəyə xarici investisiya qoyuluşu həyata keçirilmişdir. Göstərilən amillər 2000-ci ilə qədər ölkənin tədiyyə balansında mənfi saldo qalığının iqtisadi üstünlük təşkil etməsinə səbəb olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatının inkişafında sabit dinamik artım səviyyəsinin baş verməsi tədiyyə balansının strukturuna müsbət təsir göstərmişdir. Xüsusilə, ölkənin ixrac potensialı genişlənmiş, xarici daxili investisiya qoyuluşlarından əldə olunan gəlirlərin həcmi artmışdır.

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə