Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə4/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   2   3   4   5   6   7   8   9   ...   38
Biznes əlaqələri 80 SUAL

6. Müqavilələrin növləri.
1. Real və konsensual müqavilələr. Konsensual müqavilələrin bağlanması üçün tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Real müqavilələrin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır.
2. Əsas (qəti) və ilkin müqavilələr. Əsas müqavilələr tərəflərin hüquq və vəzifələrini bilavasitə əmələ gətirir. İlkin müqavilə isə gələcəkdə tərəflərin əsas müqavilə bağlamaq haqqında razılaşmalarıdır
3. Tərəflərin və üçüncü şəxslərin xeyrinə olan müqavilələr. Bir qayda olaraq, müqavilə onu bağlayan tərəflərin xeyrinə olur və onun icrasının təmini-tələbi yalnız onlara məxsusdur
4. Birtərəfli və qarşılıqlı (ikitərəfli) müqavilələr. Birtərəfli müqavilələr bir tərəfdə ancaq hüquq, digər tərəfdə isə ancaq vəzifələr yaradır. Qarşılıqlı müqavilələrdə isə tərəflərdən hər biri hüquq əldə etməklə, digər tərəf qarşısında vəzifələr daşıyır.
5. Əvəzli və əvəzsiz müqavilələr. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, bu müqavilə əvəzli sayılır. Əgər bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
6. Azad və öhdəlik müqavilələri. Azad müqavilələr elə müqavilələrdir ki, onlar bütünlükdə tərəflərin mülahizələrindən asılı olur. Öhdəlik müqavilələri isə öz adından göründüyü kimi ya bir, ya da hər iki tərəf üçün məcburi olur. Öhdəlik müqavilələri içərisində əsas yeri ümumi müqavilələr tutur.
7. Qarşılıqlı razılaşdırılmış və qoşulma müqavilələri. Qarşılıqlı razılaşdırılmış müqavilələrdə şərtlər bütün müqavilə iştirakçıları tərəfindən razılaşdırılır. Qoşulma müqavilələrində isə müqavilə şərtlərini yalnız bir tərəf müəyyən edir, digər tərəfin həmin müqavilə şərtlərini dəyişmək və ya ona əlavələr etmək imkanları yoxdur.
7. Hüquqi tənzimləmənin ümumi xarakteristikası
Biznes əlaqələrinin hüquqi tənzimlənməsinin əsas mənbəsi də normativ hüquqi aktların formalaşmasıdır. Normativ hüquqi akt hər bir dövlətin əsas hüquqi mənbələrindən biridir. Normativ-hüquqi aktlarda bütövlükdə çoxluğun və azlığın mənafelərini nəzərə alan normalar təsbit olunur.
Nəzəriyyədə hüququn formasının dörd növü fərqləndirilir:
1. Normativ akt.
2. Məhkəmə presidenti.
3. Hüquqi adət.
4. Normativ məzmunlu müqavilə.
Bunlardan ən geniş yayılmış forma normativ hüquqi aktlardır. Normativ hüquqi akt müasir hüququn əsas və ən təkmilləşmiş formasıdır. Bu, xüsusi rəsmi qaydada verilən akt, yəni səlahiyyətli hüquqyaratma orqanının hüquq normasını nəzərdə tutan sənəddir.
Normativ hüquqi akt dedikdə, dövlət hakimiyyətinin səlahiyyətli orqanı tərəfindən prosedur qaydasında verilən, ictimai münasibətlərin tənzimlənməsi qaydasını müəyyən edən, dəyişdirən və ya ləğv edən hüquqi sənəd başa düşülür.
Normativ-hüquqi aktların təsnifi müxtəlif əsaslara görə: hüquqi qüvvəsinə; məzmununa; təsir xarakterinə və onları qəbul edən subyektlərə görə aparılır.
Hüquqi qüvvəsinə görə bütün normativ-hüquqi aktlar qanunlara və qanunqüvvəli aktlara bölünür.
Normativ-hüquqi aktlar həmçinin məzmununa görə təsnif edilir. Yalnız bir hüquq sahəsinin (məsələn: əmək, maliyyə, mülki qanunvericiliyi) normalarını əks edən normalar mövcuddur. Ancaq sahəvi normativ aktlarla yanaşı, kompleks xarakter daşıyan aktlar da fəaliyyət göstərir..
Normativ-hüquqi aktlar qüvvəsinin həcmi və xarakterinə görə aşağıdakı növlərə bölünür:
- ərazidə müəyyən növ münasibətlərin məcmusunu əhatə edən ümumi qüvvəli aktlar;
- yalnız ərazinin bir hissəsinə və ya ciddi surətdə bu ərazidə olan müəyyən şəxslər qurupuna aid edilən məhdud qüvvəli aktlar;
- müstəsna qüvvəli aktlar.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə