Biznes əlaqələri


Sahibkarlıq fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənədlər



Yüklə 83,27 Kb.
səhifə5/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   2   3   4   5   6   7   8   9   ...   38
Biznes əlaqələri 80 SUAL

8. Sahibkarlıq fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənədlər
Sahibkarlıq subyektləri arasında münasibətlər mülki hüququn tənzimetmə dairəsinə daxil olaraq aşağıdakıları əhatə edir:
1. Sahibkarların hüquqi vəziyyəti və fəaliyyəti.
2. Əməkdaşlıq sazişləri (əqdlər, müqavilələr).
Sahibkarlıq fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi normaların əhatə dairəsi və onların istifadəsi, əməkdaşlığın müxtəlif formalarından bilavasitə asılıdır. Bu fəaliyyətin tənzimlənməsində istifadə olunan qanunlara aşağıdakıları aid etmək olar: “Sahibkarlıq fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının 4 iyun 1999-ci il tarixli Qanunu, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10 may 2005-ci tarixli Qanunu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli Qanunu, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli Qanunu, “Reklam haqqında” Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 4 mart 1993-cü il tarixli Qanunu, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli Qanunu, “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının 12 iyun 1998-ci il tarixli Qanunu, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının 5 iyun 1996-cı il Qanunu, «Müəssisələr haqqında» Azərbaycan Respublikasının 1 iyul 1994-cü il Qanunu, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının 24 fevral 1994-cü il Qanunu, “Lizinq xidməti haqqında” Azərbaycan Respublikasının 29 noyabr 1994-cü il Qanunu və s.
Yuxarıda sadalananlar sahibkarlıq subyektləri arasında münasibətləri tənzimləyən önəmli hüquqi normativ aktlar hesab olunurlar.
9. Əməkdaşlıq danışıqlarının mahiyyəti
Bir çox hallarda qarşıya qoyulmuş məqsədlərə nail olunmasının uğuru, firmanın ciddiliyi haqqında təəssürat, yəni işgüzar dairələrdə onun imici işgüzar danışıqların təşkilindən asılıdır. İşgüzar danışıqların aparılması üçün orta ölçülü firmalarda 2-3 nəfər əməkdaşdan ibarət protokol qrupu, böyük ölçülü firmalarda isə xüsusi protokol şöbələri yaradılır, kiçik firmalarda belə funksiyalar çox vaxt firmanın baş direktorunun köməkçisinə və katibəyə tapşırılır. İşgüzar görüşlər üçün eyni vaxtda 10 nəfərə qədər üzvü olan partnyorlar qrupu ilə danışıqlar aparmaq üçün böyük dairəvi və ya oval masası olan xüsusi geniş və yaxşı tərtibatlı otaq ayrılır. İri firmalarda sayları müxtəlif olan qruplar üçün bir neçə danışıq otağına malik olmaq məqsədəuyğundur.
Danışıq otaqları firmadaxlili əlaqə, beynəlxalq rabitə xətlərinə çıxmağa imkan verən faks aparatı və firmanın kompyuter şəbəkəsi terminalı ilə təchiz olunmalıdır. Danışıq otaqlarının yanında içkilər üçün soyuducuları, çay və qəhvə hazırlamaq üçün elektrik cihazlar ıolan otaqların olması yaxşıdır. Hazırda qonaqları rəhbərliyin otağında qəbul etmək yaxşı sayılmır, «T» hərfi formasında olan masa ətrafında oturmaq isə ümumiyyətlə ədəbsizlik hesab olunur. Qonaqların protokollu şəkildə işçi kabinetlərdə qəbulu üçün küncdə yastı stulu olan divan yerləşdirilə bilər. Görüşlər vaxtı daxili və xarici rabitəli bütün telefonlar bağlanmalıdır.
Firmanın operativ tərkibi danışıqlar dövrünü planlaşdırmalıdır. Belə perspektiv planlaşdırma, adətən kommersiya firmasının uğurlu şəkildə bazara çıxmaq və kontragentlərlə uzunmüddətli münasibətlər qurmuq niyyəti olduqda tətbiq edilir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə