SəRBƏst iŞ Tələbə: Aydan Abdulova Müəllim: Şəfəq Şahməmmədova Fakultə: Təhsil 1



Yüklə 47,39 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix11.12.2023
ölçüsü47,39 Kb.
#146226
  1   2
Aydan Abdulova, 102B. Qruplar və onların təsnifatı (2)



AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ 
 
 
 
 
 
 
 
 
 
SƏRBƏST İŞ 
 
Tələbə: Aydan Abdulova 
Müəllim: Şəfəq Şahməmmədova
Fakultə:
Təhsil 1
İxtisas: Xarici dili müəllimliyi (ingilis dili üzrə) 
Qrup: 102b
Fənn: Psixologiya
Mövzu: Qruplar və onların təsnifatı 
 
 
 
BAKI-2023 


Qruplar və onların təsnifatı
Cəmiyyət insanların mürəkkəb birliyi kimi müxtəlif sabitlik dərəcəsinə
miqyasına və məzmununa görə fərqlənən sosial qrupların məcmusunu təşkil edir. 
Sosioloji ədəbiyyatda «sosial qrup» anlayışı ilə bağlı müəyyən fikir ayrılıqları 
mövcuddur. Bu aşağıdakı səbəblərlə izah oluna bilər. Əvvəla, sosiologiyada bir 
çox anlayışlar sosial praktika nəticəsində meydana gəlir, elmə tətbiq olunmağa 
başlayır və bu zaman müxtəlif çalarları ifadə edir. İkincisi, belə çətinliklərin 
yaranması bu prosesdə müxtəlif növ topluların təşəkkülü və iştirakı ilə şərtlənir. Bu 
səbəbdən də sosial qrup anlayışını müəyyən etmək üçün onlar arasındakı müəyyən 
tipləri ayırmaq lazım gəlir. Sosiologiyada «qrup» anlayışı kimi təklif olunan bir 
sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd müəyyən fiziki məkanda 
müvəqqəti olaraq məskunlaşır. 
Eləcə də eyni vaqonda bir neçə gün yol gedən, müəyyən anda eyni meydanda 
olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada sosial qrup adlandırmaq 
olmaz. İnsanların belə toplusuna «aqreqasiya» deyilir. «Aqreqasiya» latın dilində 
müəyyən fiziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan 
insanların mexaniki birliyi mənasını ifadə edir. Başqa bir halda bir və ya bir neçə 


oxşar xüsusiyyətli fərdləri birləşdirən topluya da qrup deyilir. Məsələn, 
abituriyentlər, siqaretçəkənlər, qocalar və s. Lakin bunlara da elmi baxımdan sosial 
qrup demək doğru olmazdı. Bir neçə oxşar xüsusiyyətlərə görə birləşən belə insan 
toplusunu ifadə etmək üçün «sosial kateqoriya» termini daha münasibdir. 
Ədəbiyyatda sosial qrupların müxtəlif təsnifatından istifadə olunur. Bu 
baxımdan Q. M. Andreyevanın təsnifatı maraq doğurur. O. təsnifatı bu cür aparır: 
1) şərti və real qruplar;
2) böyük qruplar;
3) kiçik qruplar;
4) referent qruplar. 
Şərti qrup - aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə 
ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir. Şərti qruplar 
dedikdə, bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən əlamətlərə görə 
ayırd edilən insanlar nəzərdə tutulur. Belə əlamətlərə fərdin cinsi, yaşı, peşəsi, 
təhsil səviyyəsi, gəlir dərəcəsi və s. aiddir. Bu qrupa daxil olan insanlar lazım 
gəldikdə bir-birini müdafiə edə bilirlər (məsələn, sürücü həmrəyliyi). 
Real qrup - real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir. 
Real qruplar arasında böyük və kiçik sosial qruplar fərqləndirilir. 
Böyük qrupda bütün üzvlərin bir-birini şəxsən tanıması və onların arasında 
əlaqələrin vasitəsiz baş verməsi mümkün deyildir. Böyük qruplara adətən siniflər, 
sosial təbəqələr, millətlər, siyasi partiya birlikləri, qadınlar, gənclər, idman və s. 
ittifaqlar və birliklər aiddir. Böyük qruplar qeyri-mütəşəkkil, daxili səbəblərdən 
yarana bilər (məs., kortəbii tətil hərəkatı iştirakçıları, izdiham və s.). Təşkil 
olunmuş böyük qruplar cəmiyyətin tarixi inkişafı prosesində əmələ gələn sabit 
yaranmanı (məs., siniflər, etnoslar və s.) təmsil edir. 
Kiçik qrup - tərkibinə görə azsaylıdır (2 nəfərdən 35-ədək adam). Belə 
qrupların üzvləri bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olurlar. Kiçik qrupları 
həmçinin kontakt qrupları da adlandırırlar. Sosiologiyada kiçik qrupların aşağıdakı 
təsnifatı qəbul olunmuşdur:
1) formal və qeyri-formal;


2) ilkin və təkrar;
3) üzvlük qrupu. 
Formal qrupda üzvlərin vəziyyəti və davranışı rəsmi təşkilatçılıq və sosial 
institutların qaydaları ilə tənzimlənir. Formal qrupa nümunə olaraq tələbə 
qruplarını göstərmək olar. Çünki burada həm miqdar, həm quruluş, həm 
funksiyalar, həm tədris prosesi və həm də formal liderlik (qrup nümayəndəsi) ali 
məktəbin qaydalarına əsasən nizamlanır. Formal qrupun xarakter xüsusiyyəti 
ondan ibarətdir ki, şəxslərarası münasibətlər rəsmi çərçivə daxilində təşəkkül 
tapır. Bu münasibətlər üstünlük vermə və maraq qarşılıqlı rəğbət əsasında 
qurulanda qeyri-formal qrup yaranır. 
Qeyri-formal qrup - həmfıkirlərin, dostların və başqalarının əhatəsidir. O, həm 
formal qrup çərçivəsində, həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi 
yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında (pokerlər, qeyri-
formallar); şəxsi rəğbət əsasında (dostlar, tanışlar) və s. Belə qeyri-formal 
qruplarda şəxslərarası münasibətlər aydın əks olunur və burada ciddi təşkilatçılıq 
çox da vacib deyil. Burada qaydalar əksər hallarda ənənələrə, hörmətə, şəxsiyyətə, 
rəğbətə, adətə, maraqların ümumiliyinə əsaslanır. 
İlkin və təkrar qruplar. Fərdlər arasındakı qarşılıqlı münasibətlərin fərqi ən 
çox ilkin və ikinci qrupda özünü büruzə verir. İlkin qruplarda qrupun hər bir üzvü 
başqa bir üzvü şəxsiyyət və fərd kimi görür. Belə bir görümün nailiyyəti 
intimliyin, şəxsiyyət təcrübəsinin bir çox elementlərini yaradan sosial münasibətlər 
vasitəsilə baş verir. Ailə qruplarında onların üzvləri çalışırlar ki, sosial 
münasibətləri qeyri-formal və mülayim etsinlər. Onlar bir-birini, ilk növbədə,
şəxsiyyət kimi maraqlandırır, ümumi ümid və hisslərə malikdirlər və ünsiyyət 
zamanı öz tələbatlarını tamamilə ödəyirlər. Təkrar qruplarda sosial münasibətlər 
şəxssiz, birtərəfli və utilitar xarakter daşıyır. Burada başqa üzvlərlə şəxsi dostluq 
münasibətləri vacib deyil, lakin sosial rollar bunu tələb etdiyi üçün bütün 
kontaktlar fəaldır. 
«İlkin» və «təkrar» qruplar terminləri qrupşəkilli qarşılıqlı əlaqələrin növlərini 
mövcud qrupun başqa qruplar sistemində əhəmiyyətinin göstəricilərindən daha 


yaxşı xarakterizə edirlər. İlkin qrup obyektiv məqsədlərin ifadəsi kimi, məsələn, 
istehsalatda özünü göstərə bilər. Lakin o, qrup üzvlərinin qarşılıqlı insani 
münasibətlərini, emosional təminatını daha çox ödəyə bilər, nəinki geyimi və 
yaxud istehsalat məhsullarının faydalılığını. Təkrar qrup isə qarşılıqlı dostluq 
münasibətləri şəraitində fəaliyyət göstərməsi keyfiyyəti ilə fərqlənir, lakin onun 
mövcudluğunun əsas prinsipi spesifık funksiyaları yerinə yetirə bilməsidir. 
Beləliklə, ilkin qrup həmişə qrup üzvləri arasındakı qarşılıqlı əlaqəyə, təkrar qrup 
isə məqsədə əsaslanır. 
Referent qrup - ya real qrup, ya da şərti qrupdur. Burada fərd özünü nümunə 
ilə öz davranışını və özünüqiymətləndirməni əlaqələndirir. Bəzən referent qrupla 
inqrup uyğun ola bilər. Məsələn, yeniyetmə öz komandasına müəllimlərinin 
düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da həmçinin referent ola 
bilər. Altqruplar fərdlər tərəfındən adətən stereotip kimi qavranılır. Hansısa bir 
qrupun hərəkətini qiymətləndirərkən çox vaxt arzularımızdan əlavə qrupun hər bir 
fərdinə, bizim zənnimizcə, qrupu bütövlükdə xarakterizə edən bəzi cizgiləri aid 
edirik. Məsələn, belə bir fikir mövcuddur ki, guya bütün zəncilər avropoid irqindən 
olan adamlardan daha ehtiraslıdırlar (hərçənd əslində belə deyil), bütün fransızlar - 
yüngül xasiyyətlidirlər, ingilislər - özlərinə qapılan və dinməzdirlər. Stereotip 
pozitiv (xeyirxahlıq, cəsarətlilik), neqativ (prinsipsizlik, qorxaqlıq) və qarışıq 
(almanlar intizamlı olsalar da, qəddardırlar, azərbaycanlılar qonaqpərvər olsalar da, 
unutqandırlar) ola bilər. Bir dəfə yaranan stereotip (fərdi fərqlər nəzərə alınmadan) 
müvafiq altqrupun bütün üzvlərinə şamil edilir. Sosial stereotiplərin yaranma 
mexanizmi tam tədqiq olunmayıbdır. Stereotiplər daim yaranır, dəyişilir və yox 
olur; bütün bunlar sosial qrupun üzvləri üçün vacibdir. Onların köməkliyi ilə bizi 
əhatə edən altqruplar haqqında yığcam və lakonik məlumat əldə edirik. Belə
məlumat bizim digər qruplara münasibətimizi müəyyənləşdirir, əhatəmizdə olan 
qruplarsa altqrupun nümayəndələri ilə ünsiyyətdə davranış xəttini müəyyən 
etməyə imkan yaradır. İnsanlar stereotipləri şəxsiyyətin əsas cizgilərinə nisbətən 
daha tez qəbul edirlər. Beləliklə, altqrupda yalnız bəzi şəxsiyyətlər qrupun 


normativ və müqayisə referent funksiyalarını tam ayırd edə bilirlər, stereotiplər isə 
bir çox kəskin və incə mülahizənin nəticəsi kimi meydana çıxırlar. 
Qrupun öyrənülməsinin əsas istiqamətləri
Sosiologiyada qrupların öyrənilməsinin başlanğıcı əmək məhsuldarlığının 
sosial amillərdən istifadə etməklə, yeni vasitələrinin axtarışı ilə bağlıdır. Belə 
planların reallaşdırılması istiqamətində ilk addımlardan biri E. Meyonun 1927-
1932-ci illərdə apardığı Xottorn tədqiqatlarıdır. Onlar göstərdilər ki, işçilər üçün 
daha əhəmiyyətlisi özünün hansı qrupa aidliyini dərk etməsi hesab olunur. Bundan 
əlavə, qrupa qəbul olunma cəhdi fəhlə üçün rəhbərliyin onun əməyini tənzimləmək 
tədbirlərindən daha qiymətlidir. E. Meyonun fikrincə, nəzarətedici və tənzimləyici 
hissə kiçik əlaqələndirici qrup olur. Kiçik qrupların öyrənilməsinin digər 
istiqamətini Y. Morenonun sosiometrik metodu təşkil edir. Sosiometriyanın 
məqsədi insanın əməyini və həyatını həm işdə, həm də istehsalat mühiti xaricində 
ona müsbət təsir bağışlayan insanlar arasında təşkil etməkdən ibarətdir. Bu 
metodun 
əsasında 
şəxslərarası 
münasibətlərin 
yaxşılaşdırılması 
və 
təkmilləşdirilməsi yolu ilə qrupun səmərəli idarə olunmasını həyata keçirmək 
mümkündür. Sosioloji ədəbiyyatda sosial qrupun bir neçə inkişaf fazası göstərilir. 
A. V. Petrovskinin konsepsiyasına uyğun olaraq qrupun inkişaf fazası aşağıdakı 
meyarlarla müəyyən olunur: birincisi, qrupda şəxslərarası münasibətlərin vasitəli 
ifadə dərəcələri, birgə fəaliyyətin məzmunu ilə; ikincisi, birgə fəaliyyətin ictimai 
əhəmiyyəti ilə. 
Bu meyarlar əsasında A. V. Petrovski kiçik qrupun aşağıdakı inkişaf fazalarını 
qeyd edir: 
• diffuz (qarışıq) qrup - ümumi birlik, birgə fəaliyyətin məzmunu (məqsədi,
əhəmiyyəti və dəyəri) ilə vasitəliliyi olmayan şəxsiyyətlərarası münasibətlər;
• qrup-assosiasiya (ümumi birliyə mənsubluq gələcək birgə hərəkətlərin 
səmərəliliyi şəraiti kimi dərk edilir);
• qrup-kooperasiya (şəxslərarası münasibətlərin hər kəs üçün əhəmiyyəti birgə
fəaliyyətin məzmununda dərk edilir);


• qrup-kollektiv (şəxslərarası münasibətlər qrupşəkilli fəaliyyətin şəxsiyyət 
əhəmiyyəti və ictimai cəhətdən qiymətliliyi ilə dərk edilir);
• korporasiya (bu qrupda şəxsiyyətlərarası münasibətlər qrupun üzvləri üçün 
xüsusi əhəmiyyətli, bəzən də qrup fəaliyyətinin məzmununa görə antisosial vasitə 
ilə ifadə olunur). 
Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi A. 
Bavelas tərəfindən öyrənilmişdir. O, məhdud vaxt ərzində sadə məsələlərin 
həllində «şturval» əlaqə üsulunun yüksək effekt verdiyini göstərir. Bu halda 
qrupun üzvlərinin bir-biri ilə əlaqələri istisna edilir və onlar yalnız liderlə əlaqəyə 
girə bilərlər. A. Bavelas yaradıcı işlərin həlli üçün «çevrə» əlaqə üsulunun daha 
əlverişli olduğunu göstərir. Belə ki, bu şəraitdə qrupun hər bir üzvü qarşılıqlı 
surətdə məlumatları bölüşmək imkanına malik olur. Bu isə məsələnin həllinin yeni 
istiqamət üzrə aparılmasına şərait yarada bilər. Qrup daxilində olan əlaqələrin 
öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, qrup daxilində hər bir 
üzvün müəyyən rolu vardır. Bu rol daim dəyişir və təkmilləşir. 

Yüklə 47,39 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə