Бисмиллащир-рящманир-рящим


ADDĠTĠV  və  Qeyri-Additiv



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə8/293
tarix21.01.2022
ölçüsü1,89 Mb.
#83026
1   ...   4   5   6   7   8   9   10   11   ...   293
Felsefe terminlerinin izahli lugeti

ADDĠTĠV  və  Qeyri-Additiv
  [lat.  Additivus  –  budaq  əlavə; 
hərfən toplama  yolu  ilə  alınan]  –  tam və  onu təşkil edən hissələr 
[hissə və tam] arasındakı nisbətin tiplərini əks etdirən anlayışlar. 
ADEKVAT
  [adäquat;  fr.  Adèquat;  ing.  Adequat;  lat. 
Adaequatus; osm. tr. mutabık; ər. كتاطي] – bir-birinə uyan, uyğun 
gələn,  həmahəng  olan  deməkdir.  Latın  dilindən  avropa  dillərinə 
keçən  və  dilimizdə  də  çox  rastlanan  bu  kəlməyə  bərabər  bölün-


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
10 
müş, bir-birinə uyğun gələn müəyyən şeyləri  yaxud məziyyətləri 
ifadə  etmək  üçün  işlədilir.  Misal  üçün  adekvat  tədbirlər,  adekvat 
fikirlər  və  s.  Adekvatlıq  [lat.  Adaeguatus  –  bərabərləşdirilmiş  – 
uyğunluq,  bərabərlik  ekvivalentlik]  mahiyyət  etibarı  ilə  digər 
qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.  
AĞIL 
[alm.  Vernunuft;  fr.  Raison;  ing.  Rèason;  lat.  Ratio; 
osm. tr. akıl; tr. Us; ər. ممؼنأ] [intellekt] [lat. Intellectus – anlama, 
başa  düşmə,  dərrakə]  –  hissiyyatın  qarşılığı  olaraq  düşünmə, 
anlamaq,  dərk  etmək  qabiliyyəti  arasında  məcburi  əlaqələr 
qurmaq  qabiliyyəti.  Ağıl  insanın  ən  yüksək  təfəkkür  qabiliyyəti 
hesab  edilir  və  insanın  məhz  insan  olma  xüsusiyyətini  özündə 
təcəssüm  etdirir,  onu  digər  canlılardan  fərqləndirir.  Ağıl  kəlməsi 
bəzən  ərəb  dilindən  keçmə  əql  sözü  ilə  eyniləşdirilir  ki,  bu  da 
əslində doğrudur, lakin orta əslər Şərq peripatetizmində əqllər ülvi 
varlıqlar  kimi  xarakterizə  olunrudu.  Fəlsəfədə  isə  yüksək  inkişaf 
etmiş  və  mürəkkəb  differensiya  edilmiş  beynə  malik 
orqanizmlərin  psxi  fəalliyyətlərinin  xüsusi  funksiyası  Əql  sözü 
ərəb dilində ə`qələ [ممػ] felinin I bab məsdəridir. Bu feldən aqil, 
məqul  və s.  kimi sözlər  də əmələ  gəlmişdir. Ərəb dilindən Azər-
baycan  türkcəsinə  tərcümədə  anlamaq,  başa  düşmək,  haqqında 
fikir yürütmək və s.mənalarla tərcümə edilir.. 
AĞRUK
  [ağruk]  –  mənaları  çoxdur.  Oğuzca  kəlmədir.  Əşya, 
şey, yük, ağırlıq anlamları vardır. Aarık – avruk – ağruk – ağurluq 
– ağırlıq.  
AFFEKT 
[alm. Affekt, affektion; fr. = ing. Affection; osm. tr. 
teessür]  –  insanın  əhvaldan  və  ehtirasdan  (hissdən)  fərqli  olaraq 
güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   293




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə